Məhkəmə qərarları › İş №2-1(102)-1099/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1099/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1099/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1099/19 Bakı şəhəri 17 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsini n nümayəndəsi XXXin və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin rəisi X2tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(107)-178/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin 21 iyun 2006-cı il tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatın a yararsız sahədən sahibkarlıq fəaliyyəti məqsədi ilə ona satılmış 0,20 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən ona sahibkarlıq fəaliyyəti məqsədilə 0,20 ha torpaq sahəsi satılmışdır. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi ilə aralarında torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, keçmiş DTXK-nin Qəbələ rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri Mirzəbəyli bələdiyyəsinin hesabına ödənilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı təsdiq edilmiş, habelə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək X1 kitabında uçota alınmışdır. Torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu DTXK-nin Qəbələ rayon şöbəsinin rəyinin bələdiyyənin qərarından sonra verilməsi, habelə 0,20 ha torpaq sahəsinin bir hissəsi örüş torpaqlarına düşməsi əsası ilə bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki, torpaq sahəsi aidiyyəti təşkilatların rəyi və razılığı əsasında ona satılmışdır. Əgər örüş sahəsinə düşmüş olsa idi, onda müsbət rəy və razılıq verilməz, torpaq sahəsi ona satılmazdı. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, idarənin mühəndi sləri tərəfindən ərazidə aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar faktiki koordinatlarla qeyd olunan torpaq sahəsinin bir hissəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında örüş ərazi kimi öz əksini tapmışdır. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 avqust 2017-ci il tarixli, 2-1(84)-744/2017 saylı qərarı (hakim Usaməddin Osmanov) ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin 21 iyun 2006-cı il tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatına yararsız ərazidən sahibkarlıq fəaliyyəti məqsədi ilə satılmış 0,20 ha torpaq sahəsinin 1920 m2 hissəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyest rində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət və bələdiyyə orqanları tərəfindən dövlət və bədədiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsas hesab olunur. İddiaçıya satılmış 0,20 ha torpaq sahəsinin yalnız 80 m2 hissəsi xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Buna görə də yerdə qalan – 1920 m2 torpaq sahəsi ilə bağlı idda tələbi əsaslı olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2-1(107)-367/2017 saylı qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2-1(102)231/2018 saylı qərarı ilə (sədrlik edənXəqani Məmmədov, hakimlər Rahib Nəbizadə və Azər Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, qərar ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 09 aprel 2018-ci il tarixli, 2-1(107)-178/2018 saylı qərardadları ilə (sədrlik edən Mirbahəddin Hüseynov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürov) - Qəbələ rayonu Mirzəbəyli Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmiş; - iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 19 noyabr 2018-ci il tarixli rəy verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(107)-178/2018 saylı qərarı ilə (sədrlik edən Mirbahəddin Hüseynov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olun an əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, təyin edilmiş məhkəmə ekspert rəyi ilə məhkəmə kollegiyasını maraqlandıran suallara dəqiq və dolğun cavab verilməsə də, lakin qeyd edilən torpaq sahəsinin kəndin örüş sahəsinə aid olması yerquruluşu sxemində öz təsdiqini tapmır. Digər əsas kimi bildirilmişdir ki, ötən müddət ərzində bələdiyyə tərəfindən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mübahisələndirilməmiş və bununla bağlı məhkəmədə iddia qaldırmağa təşəbbüs göstərilməmişdir. Bu da bələdiyyənin həmin torpaq sahəsinin alqı-satqısını və iddiaçının mülkiyyətinə keçməsini qanuni hesab etməsinə dəlalət edir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, “ Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 7.1.2, 9.6, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 1997ci il 10 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”nın 5 və 8-ci bəndləri ilə əsaslandırılmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində etirazda bildiridiyi halları sadalamış və əlavə olaraq bildirmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən onu n təyinatı bələdiyyə tərəfindən nəzərə alınmamışdır.19 noyabr 2018-ci il tarixli tikinti-texniki ekspertiza rəyi ilə də müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinin təyinatı ilə Bələdiyyə qərarı uyğunsuzluq təşkil edir. Həmin rəydə torpaq sahəsinin kənd təsərrüfatlı olmaqla kolluq basmış ərazidən ibarət olması göstərilsə də, lakin həmin sahənin kənd təsərrüfatına yararlı və ya az yararlı olmaması barədə suala aydınlıq gətirilməmişdir. Apellaysiya məhkəməsi lazım olduğu halda təkrar məhkəmə-texniki ekspertizanın keçirilməsi barədə qərardad qəbul etməmiş və bununla da Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 21(102)-231/2018 saylı qərarında qeyd olunan hüquqi mövqeyinin məcburi olduğunu nəzərə almamışdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Torp aq Məcəlləsinin 4.3, 10.1, 10.4, 10.5, 48.4, 67, 82, 110, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 238.1, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 8, 9, 10, 11, 12.1-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etd iyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin 21 iyun 2006-cı il tarixli 06 nömrəli qərarından görünür ki, həmin bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpağından alqı-satqı qaydasında Qəbələ rayonu Mirzəbəyli kənd sakini olan iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə 0,20 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon (şəhər) şöbəsi tərəfindən hazılanmış sənədlərin nəzərə alınması, iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpağından sahibkarlıq fəaliyyəti məqsədilə 0,20 ha torpaq sahəsinin satılması, aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədin hazırlanıb verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. 23 iyun 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı həmin tarixdə 537 manat məbləğində torpaq pulu ödəmişdir. 27 oktyabr 2006-cı il tarixli “torpaqların alqı-satqısına dair akt”dan görünür ki, iddiaçı tərəfindən bələdiyyəyə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyənin iclasında baxılmış və bələdiyyə ərazisindən 0,20 ha torpaq sahəsinin satılması barədə 21 iyun 2006-cı il tarixli 06 nömrəli qərar qəbul edilmişdir. Buna görə iddiaçı tərəfindən Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin bank hesabına əvvəlcədən 537 manat pul ödənilmişdir. DTXK-nin Qəbələ rayon şöbəsinin 06 sentyabr 2010-cu il tarixli 298 nömrəli rəyindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı əsasında torpaq sahəsinin ayrılması barədə DTXK-nin Qəbələ rayon şöbəsinə müraciət etmişdir. DTXK-nin Qəbələ rayon şöbəsi iddiaçının ərizəsinə baxıb, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqısı haqqında Qaydalar”ı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2000-ci il tarixli 106 saylı qərarını və Mirzəbəyli bələdiyyə şurasının 21 iyun 2006 -cı il tarixli 06 nömrəli qərarını əsas götürərək, Qəbələ rayonu “Xanlar” adına təsərrüfatın baş sxeminin 194 nömrəli konturunda yerləşən və bələdiyyənin perspektiv inkişaf fonduna aid olan torpaqlardan 0,20 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı əsasında ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi sədrinin və DTXK-nin Qəbələ rayon şöbəsi müdirinin imzaları və həmin qurumların möhürləri ilə təsdiq edilmiş yerquruluşu planının surətindən görünür ki, iddiaçıya Mirzəbəyli bələdiyyəsinin 21 iyun 2006-cı il tarixli 06 nömrəli qərarı ilə 2000 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün satılmışdır. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi sədrinin və DTXK-nin Qəbələ rayon şöbəsi müdirinin imzaları və həmin qurumların möhürləri ilə təsdiq e dilmiş təhkim aktından görünür ki, iddiaçının Mirzəbəyli bələdiyyəsinin perspektiv inkişaf fonduna aid torpaqlardan ona sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı əsasında torpaq sahəsinin ayrılması barədə müraciəti, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqısı haqqında Qaydalar”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli və 20 iyun 2000-ci il tarixli 106 nömrəli qərarları, habelə Mirzəbəyli bələdiyyəsinin 21 iyun 2006-cı il tarixli 06 nömrəli qərarı əsas götürülərək, “Xanlar” adına təsərrüfatın baş sxeminin 194 nömrəli konturunda yerləşən və bələdiyyənin perspektiv inkişaf fonduna aid olan torpaqlardan 0,20 ha torpaq sahəsi naturada ölçülərək sahibkarlıq fəaliy yəti məqsədilə alqı-satqı əsasında iddiaçıya təhkim edilmişdir. A seriyalı 288557 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, həmin torpaq sahəsinin planı və ölçüsü iddiaçının adına Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin 21 iyun 2006-cı il tarixli 06 saylı qərarı əsasında sahibkarlıq məqsədilə 2000.00 m2 torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X1 kitabında 08 sentyabr 2010-cu il tarixli 178 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 saylı Layihə-Tədqiqat İdarəsinin 22 iyun 2017-ci il tarixli 9LTİ/1309 nömrəli rəyinin və torpaq sahəsinin yerləşmə sxeminin surətlərindən görünür ki, iddiaçıya məxsus A seriya lı 288557 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 2000 m2 torpaq sahəsinin 80 m2 hissəsi 139L nömrəli Dövlət aktına əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə düşür. Plan-ölçü sənədində göstərilən torpaq sahəsinin qalan hissəsi isə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan kolluq ərazisinə düşməklə 0,08 ha hissəsi iddiaçı tərəfindən metal şiferlə hasara alınaraq istifadə olunur. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 12 fevral 2015-ci il tarixli **********58 nömrəli məktubunda bildirilmişdir ki, DTXK-nin Qəbələ rayon şöbəsinin rəyi bələdiyyənin qərarından sonra verilmiş, habelə 0,20 ha torpaq sahəsinin bir hissəsi örüş torpaqlarına düşür. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilir. Məhkəmə tikinti-texniki ekspertiz ası üzrə 19 noyabr 2018-ci il tarixli 29350 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş (ona çatılmış) və X1 kitabında 08 sentyabr 2010-cu il tarixdə 178 nömrə ilə uçota alınmış A seriyalı 288557 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2000,00 kv.m torpaq sahəsinin 1920 kv.m hissəsinin Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (kolluq) ərazi ilə, 80 kv.m. hissəsinin isə 139L nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı (əkin) təyinatlı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellaysiya məhkəməsinin bir mövqeyinə görə, bələdiyyə tərəfindən torpaq sahəsi üzərində iddiaçının hüququ mübahisələndirilməmiş, bu da bələdiy yənin həmin torpaq sahəsinin alqı-satqısını və iddiaçının mülkiyyətinə keçməsini qanuni hesab etməsinə dəlalət edir. Cavabdeh bununla bağlı bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərdə torpağın kateqoriyası ilə bağlı qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətinə aid olmuşdur. Məhkəmə kollegiyası bu hissədə cavabdehin dəlilini əsaslı hesab edir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə riayət olunmaqla məsələnin araşdırılması barədə bildirilmişdir. Həmin maddədə aşağıdakı qayda müəyyən edilmişdir: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlu mata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gə lmişdir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, bələdiyyənin qərarının mübahisələndirilməməsi özü-özlüyündə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılmasına ehtiyac olmadığı anlamını yaratmır və bu hissədə cavabdehin dəlilləri ilə razılaşdığını qeyd edir. Apellasyasiya məhkəməsinin digər mövqeyinə görə, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına iddia edilən torpaq sahəsinin kəndin örüş sahəsinə aid olması yerquruluşu sxemində və ekspert rəyində öz təsdiqini tapmadığından, onun tələbi əsaslı hesab edilməlidir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin bir hissəsi örüş torpaqlarına aid olduğu üçün, özəlləşdirilə bilməz. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin ap arılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə - Məcəllə) - 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; (...) ehtiyat fondu torpaqları; - 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, X1 sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur; - 12-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqo diyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Maddələrin tələblərinə görə, torpaq sahələri bir neçə kateqoriyaya bölünür ki, torpağın ayrılması barədə sənəddə, o cümlədən bələdiyyənin qərarında torpağın kateqoriyası göstərilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına kənd təsərrüfatı yerləri (uqodiyaları) olan torpaqlar və digər torpaqlar aiddir. İşin hallarına görə iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan kənd təsərrüfatına yararsız torpaqlarda n torpaq sahəsi satılmışdır. Qeyd edilmiş halla bağlı Məcəllədə aşağıdakılar müəyyən edilmişdir: - 33-cü maddəsinə əsasən, ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir; - 39-cu maddəsinə əsasən, torpaq ehtiyatları - istifadə olunan və ya istifadə oluna bilən torpaqlardır. Torpaq ehtiyatlarının istifadəsi və mənimsənilməsi müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin ərazinin inkişafının planlaşdırılması haqqında qərarları əsasında həyata keçirilir; - 47-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır; - 47-ci maddəsinin 5-ci bəndinə əsasən, bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları; - 56-cı maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddələrin məzmununda n göründüyü kimi, bələdiyyənin istifadə olunan və ya istifadə oluna bilən torpaqları onun ehtiyat fondunu təşkil edir ki, onlara həmçinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan və ya ehtiyat məqsədləri daşıyan torpaqlar aiddir. Bu torpaq sahələrinin xüsusi mülkiyyətə satılması nəzərdə tutulmuşdur. Ehtiyat məqsədləri daşıyan torpaq sahələri isə yalnız kənd təsərrüfatına azyararlı və ya yararsız olduğu halda özəlləşdirilə bilər, çünki kənd təsərrüfatı istehsalı üçün yararlı olan digər torpaqlar yalnız icarəyə verilə bilər. Maddələrin tələblərini iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərara münasibətdə tətbiqi o anlamını yaradır ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatına azyararlı və ya yararsız olan torpaq sahəsi olmalıdır. Cavabdeh hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq olmaqla uqodiyalara (örüş sahəsi) aiddir ki, onların özələşdirilməsi istinad edilən Məcələyə görə qadağan olunmuşdur. Mübahisəli məsələnin araşdırılması zamanı apellaysiya məhkəməsi məhkəməekspert rəyinə əsaslanmışdır ki, həmin rəylə cavabdeh razılaşmamış və məhkəmə kollegiyası yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən dəlili əsaslı hesab edir. Belə ki, Məcəllənin 17-ci maddəsində müəyyən edilmişdir ki, torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı X1 məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Məhkəmə tikinti-texniki ekspertizasının 19 noyabr 2018-ci il tarixli rəyi müvafiq olaraq maddədə dövlət yerquruluşu xidməti kimi müəyyən olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş rəyə əsaslanmışdır. Həmin rəydə isə göstərilmişdir ki, torpaq sahəsinin 1920 kv.m hissəsinin Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (kolluq) ərazi təşkil edir. Halbuki, qanunvericiliyin yuxarıda istinad edilmiş tələblərinə görə, əgər iddiaçıya ehtiyat fondundan torpaq sahəsi satılmışdırsa, onun kənd təsərrüfatına azyararlı və ya yararsız torpaq olduğu müəyyən edilməli idi. Rəydə bildirilmiş “kolluq” ifadəsinin qeyd edilmiş torpaq sahəsinə aid edilib-edilməməsi ilə bağlı isə məhkəmə qiymətləndimə sərbəstliyinə malik olmamış, çünki qiymətləndirmə xüsusi sahəyə aid edilmiş və yuxarıda istinad olunan qanunvericilikdə tənzimlənmə qaydası göstərilmişdir. Qeyd edilmiş hüquqi və faktiki əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu hissədə bildirdiyi dəlillər əsaslıdır və mahiyyət etibarı ilə işin tam araşdırılmaması nəticəsini yaradır. Belə ki, məhkəmə ekspertizasının təyin edilməsi barədə apellayaiys məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərardadından göründüyü kimi, məhkəmə ekspert qarşısında düzgün suallar qoymuş, lakin onlar tam olaraq cavablandırılmamışdır. Apellasiya məhkəməsi həmin rəylə suallara dəqiq və dolğun cavab verilməməsini bildirsə də, lakin əlavə ekspertizanı təyin etməmişdir. Halbuki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Bununla da, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində hüququn yaranmasının qeydə alınması üçün işin halları tam müəyyən edilməmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səl ahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının bəyan etdiyi torpaq sahəsi üzərində hüquqlarının yaranmasına əsas olmuş səndələrlə bağlı əlavə araşdırma aparmaqla, tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icra at zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİC ƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin rəisi X2tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(107)-178/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar