Məhkəmə qərarları › İş №2-1(102)-1099/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1099/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1099/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-506/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Azərnəqliyyattikinti” trestinin İTQB-3-də 1-ci dərəcəli fəhlə işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək TPB obyektində fəhlə və betonçu, xx.xx.1983-cü il tarixdən x x.xx.1983-cü il tarixədək “Azərnəqliyyattikinti” trestində betonçu, xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək avtoçilingər, motorçu çilingər, maşinist qreyderi, qaya kəsici, kran maşinist köməkçisi, kran maşinisti, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “ÜK-315” və “DRAVO” gəmilərində krançı, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək “Paris Kommunası” adına Gəmi Təmiri İstehsalat Birliyi “X3” kranmeyster və kran maşinisti işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək 20 iyul 2019-cu il tarixli **********4 nömrəli və 10 sentyabr 2019-cu il tarixli **********3 nömrəli məktublarla bildirmişdir ki, iddiaçının xx.xx.2004 - xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X5’’ QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işlədiyi “kranmeyster” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri Siyahısı”nda nəzərdə tutulmamışdır. Güzəştli iş stajı 12 il 06 aydan az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati M əhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən müxtəlif peşələrdə çalışmış,1979-1981-ci illərdə ordu sıralarında olmuşdur. xx.xx.2018-ci il tarixdən X5 İdarəsində kranmeyster vəzifəsində çalışır. Hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğundan, cavabdehin imtinası qanunsuz olmuşdur.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş, təqdim etdiyi etirazın dəlilləri iddiaçıya pensiya təyin edilməsində n imtinanın əsasları ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışda (“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu”nun xx.xx.2019-cu il tarixli arayışında) iddiaçının işlədiyi peşələrin (kranmeyster və kran maşinisti) güzəştli pensiya hüququ verən peşələrə aid olması qeyd edilməmişdir. Eyni zamanda, iddiaçının əmək kitabçasında qeyd edilən digər peşələr də Siyahıda nəzərdə tutulmamışdır. Yalnız iddiaçının xx.xx.2008-xx.xx.2015-ci illərdə işlədiyi krançı vəzifəsi Siyahıda nəzərdə tutulduğundan, onun güzəştli iş stajı 7 il 20 gündür, eyni zamanda iddiaçının əmək kitabçasında qeyd edilən digər peşələr Siyahıda nəzərdə tutulmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-432/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: E.Ə.Əli yev) iddia təmin edilmiş, iddiaçının hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajını, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusi iş stajını topladığından, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və hesablanmalıdır. Belə ki, iddiaçının işlədiyi krançı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ ve rən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Nəqliyyat” adlı 28-ci bölməsində (kod ********) nəzərdə tutulmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2021 nömrəli, 6 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2-1(112)-432/2020 nömrəli 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, hazırkı iş üzrə yeni qərar qəbul olunmaqla, iddia tələbi rədd edilmişdir.

11. Apellyasiya insta nsiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək iddiaçının işlədiyi kran maşinisti köməkçisi, krançı və kranmeyster peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda nəzərdə tutulmadığından, onun qanunla tələb olunan gü zəştli iş stajı yoxdur.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1495/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: S.Ə.Kərimov / sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2021 nömrəli, 6 aprel 2021-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hansı konkret tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması, hansı konkret tarixdən h əmin pensiyanın təyin edilməsi və hesablanması ilə bağlı hallar da məhkəmə tərəfindən tam və dəqiq müəyyən olunmamışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən tələb olunan ümumi və xüsusi sığorta stajını xx.xx.2006-cı ilədək qazanmış olmalıdır. Lakin konkret mübahisəyə münasibətdə iddiaçının həmin tarixədək malik olduğu ümumi və xüsusi (güzəştli peşə) stajı dəqiq müəyyən edilməmiş, bu barədə məlumatlar tam araşdırılmamış, xx.xx.2006-cı il tarixədək olan hansı dövrün, hansı peşələr üzrə xüsusi staja aid olduğu araşdırılmamışdır. Qeyd edilməlidir ki, bu zaman Azərbaycan Dövlət X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AM03102-432 saylı arayışda qeyd edilən dövrlər xx.xx.2006-cı il tarixdən sonrakı tarixə aid olduğu üçün nəzərə alınmamalıdır.

15. İş materiallarında olan 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2019-cu il tarixli, 02 nömrəli arayışında iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə aid olduğu, “Azərbaycan X5” QSC-nin X2 23 aprel 2019-cu il tarixli, AM03102-432 seriya nömrəli arayışında isə iddiaçının işlədiyi peşələrin həmin siyahının 29- cu bəndinin “a” yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ hissəsinin “a” bəndinə (kod 2290000a-13121) uyğun olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında isə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının “XXVİİİ. Nəqliyyat bölməsi 3. “Dəniz və çay donanması üzən heyət-Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********)” ilə bağlı hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının “21. Nəqliyyat bölməsi. 21.2. “Dəniz və çay donanması. b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) ilə bağlı hissəsində nəzərdə tutulduğu qeyd edilmişdir.Göründüyü kimi, iş materiallarına əlavə olunmuş arayışlarda və birinci instansiya məhkəməsinin iş üzrə qərarında iddiaçının işlədiyi peşələrlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahılarında müxtəlif kodlara istinad edilmiş, lakin bununla bağlı ziddiyyətli məqamlar apelyasiya məhkəməsi tərəfindən aradan qaldırılmamış, ziddiyətlərin aradan qaldırılması məqsədilə müvafiq qurumlara sorğularla müraciət edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında işçilərin güzəştli şərtlərlə pensiya hüququ verən iş yerlərinə təyin edilməsi zamanı onların əmək kitabçalarında müvafiq qeydlərin aparılması nəzərdə tutulsa da, iddiaçıya məxsus əmək kitabçasında bununla bağlı hər hansı qeydə və ya məlumata rast gəlinməmişdir.

16. İş materiallarına əlavə edilmiş arayışlarda iddiaçının müxtəlif vaxtlarda krançı, kran maşinisti və kranmeyester vəzifələrində çalışdığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin 21.2-ci bəndinin “b” yarımbən dində qeyd edilən siyahıda yalnız bütün adlarda maşinistlər ifadə olunmuşdur. O cümlədən həmin siyahının gəmiçilik və dəniz donanmasına aid olmayan digər bəndlərində də kran maşinisti (krançı) ifadəsinin dəfələrlə təkrarlandığını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının xx.xx.2006-ci il tarixli,10-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid X1”nda yalnız 2-6 dərəcəli kran maşinisti peşəsinin həmin peşə ixtisasları siyahısında qeyd edildiyini nəzərə alaraq, kranmeyester və krançı peşələrinin vəzifə və funksiyalarının xarakter və məzmun baxımından siyahıda olan peşələrə uyğunluğu yoxlanılmalı, bu məqsədlə məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisələrdən müvafiq məlumatlar tələb edilməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-506/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin 2-1(112)-432/2020 nömrəli 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətində iddia tələbinə qarşı verdiyi ya zılı etirazdakı dəlilləri və işin hallarını təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il ümumi iş stajı olmamışdır (24 il 06 ay 17 gün). b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23.“Vətəndaşların pensiya təminatı haqqında” Qanun... Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağ ıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.Ona görə də şikayət üzrə kassasiya mümkün sayılmışdır.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkə mə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Cavabdeh kassasiya şikayətində iddiaçın ın xx.xx.2006-cı il tarixə 25 il ümumi iş stajının olmadığını qeyd etsə də, kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi dövrü və hərbi xidmətdə olmasını hesablayarkən, riyazi hesablama səhvinə yol vermişdir. Halbuki, cavabdehin özünün də kassasiya şikayətində açıq-aydın qeyd etdiyi müddətlər toplananda iddiaçının ümumi iş stajının 25 ildən artıq olduğu görünür. Bununla yanaşı, iddiaçının qanunla tələb olunan ümumi iş stajının mövcudluğu iş materialları ilə təsdiqlənir.

32. Məhkəmə kollegiyası cavabdehin “iddiaçının güzəştli stajının olmaması ilə bağlı” dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının işlədiyi krançı, kran maşinisti və kranmeyster vəzifələri iş yerindən verilən güzəştli arayışlara əsasən Azərbaycan Respublikası Nazirlə r Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının XXVİİİ Nəqliyyat bölməsinin 28-cü bəndinin 1-ci yarımbəndinə (Üzən heyət- kod ********) uyğundur. Həmin peşələrin, vəzifə və funksiyaların xarakter və məzmun baxımından eyniliyi iddiaçının işlədiyi müəssisədən alınmış arayışlarda da təsdiqlənir.

33. Ali Məhkəmə tərəfindən aşağı instansiya məhkəmələrinə ünvanlanmış icmal məktubda güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair işlərə baxılarkən tövsiyə edilmişdir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası h üququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

34. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli iş stajının mövcudluğunun araşdı rılması istiqamətində hərtərəfli araşdırma aparmış və iş üzrə güzəştli arayışlara düzgün qiymət vermişdir.

35. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış halları ilə sübuta yetirilir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixə kimi azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını tamamlamışdır. Bu şərtlərin ödənilməsi isə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, 57 yaşının tamam olduğu vaxtdan, yəni 20 aprel 2018-ci il tarixdən (iddiaçı xx xxxxx 1961-ci il təvəllüdlüdür) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisəni n müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, kassasiya şikayətinin dəlilləri isə apellyasiya instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-506/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar