Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-11/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Rahat-M LTD MMC cavabdeh Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kompensasiyanın ödənilməsi ilə bağlı 3-cü şəxsin kassasiya şikayətinin mümkünlüyü) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komit əsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işə cəlb olunmaqla istehsalat sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1523/2021 nömrəli iş üzrə 16.06.2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli “Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmiov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmış və sərəncamın icrasına nəzarət Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
2. Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yer ləşən və 02 yanvar 2003-cü il tarixli, 004278 nömrəli texniki pasporta və 17 fevral 2003-cü il tarixli 000156 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçınə məxsus olan ümumi sahəsi 1477,5 kv.m sahə “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyü üçün sökülmüşdür.
3. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya sökülmüş 1477,5 kv.m sahəyə görə ödənilməli olan kompensasiyanın məbləğini 443.250 manat olaraq müəyyən etmiş, hesablanmış kompensasiya məbləği ilə bağlı ilkin razılaşma aktı iddiaçı tərəfindən imzalanmışdır.
4. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçının çoxsaylı müraciətlərinə müxtəlif tarixlərdə verilmiş cavablarda razılaşdırı lmış kompensasiya məbləğinin ödənilməməsinin yeganə səbəbi kimi “Ağ şəhər” layihəsi çərçivəsində yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi ilə əlaqədar lazımi vəsaitin ayrılmaması göstərilmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 09 iyun 2020-ci il tarixdə cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətini, üçüncü şəxs kimi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyini göstərməklə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ******* manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının gedişində isə iddiaçı iddia ərizəsinə dəqiqləşmə vermiş, cavbadehdən 44325 0 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən istehsalat sahəsi iddiaçının mülkiyyətində olmuşdur. İddiaçının təsisçisi X1 1994-cü ildən həmin ərazidə kiçik mebel sexi işlətmişdir. Ümumi sahəsi 1477,5 kv. metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 35 sot torpaq sahəsi 1707 saylı, 07.12.1994-cü il tarixli sərəncama əsasən və 98/307 saylı, 28.10.1998-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə verilmişdir. Qeyriyaşayış sahəsi özəlləşdirildikdən sonra 17.02.2003-cü ildə İddiaçı MMC-yə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” və texniki pasport verilmişdir. 2017-ci ilin may ayında 35 sot torpaq üzərində ümumi sah əsi 1477,5 kv. metr olan qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən iddiaçıya bildirilmişdir ki, obyekt söküldükdən sonra ən geci 1 ay müddətində iddiaçıya kompensasiya veriləcəkdir. Lakin həmin vaxtdan 3 ildən çox keçməsinə baxmayaraq kompensasiya ödənilməmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya iddiaçının tələb etdiyi obyektin yerləşdiyi ərazini qiymətləndirmək məqsədilə sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar "xxxx" MMC-yə sorğu ilə müraciət etmiş və verilmiş sorğuya cavab olaraq 02/01 nömrəli, 22.02.2017-ci il tarixli məktubla həmin ərazinin yaxınlığında yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respubliası Prezidentin in 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv. metri üçün 20% əlavə hesablanmaqla birlikdə qeyri-yaşayış sahəsinin 1 kv.metr qiyməti 300 manat müəyyən edilmişdir. İddiaçıya məxsus, ümumi sahəsi 1477.5 kv. metr olan qeyri-yaşayış obyekti cəmi 443250 manat məbləğində qiymətləndirilmiş və hesablanmış kompensasiya məbləği üçün ilkin razılaşma aktı iddiaçı tərəfindən imzalanmışdır. “Ağ şəhər” layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar vəsait açılacağı təqdirdə ona hesablanmış kompensasiya məbləğinin ödəniləcəyi barədə iddiaçıya məlumat verilmişdir. Cavabdeh göstəriənlərə əsasən iddia tələbinin mümkünsüz və ya rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1 (112)-1094/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə İddiaçınə 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir.
10. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2021-ci il tarixli 21(103)-1523/2021 n ömrəli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti mümkün hesab edilərək iş apellyasiya icraatı qaydasında baxılmağa qəbul edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli 21(103)-1523/2021 nömrəli qərarı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir.
14. Apellyasiya məhkəməsinin qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qər arın qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Üçünçü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya iddiaçının tələb etdiyi obyektin yerləşdiyi ərazini qiymətləndirmək məqsədilə sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar "xxxx" MMC-yə sorğu ilə müraciət etmiş və verilmiş sorğuya cavab olaraq 02/01 nömrəli, 22.02.2017-ci il tarixli məktubla həmin ərazinin yaxınlığında yerləşən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi həyata keçirilmiş və hesablanmış kompensasiya məbləği üçün ilkin razılaşma aktı iddiaçı tərəfindən imzalanmışdır. Həmçinin etirazda “Ağ şəhər” layihəsi çərçivəsndə yaşayış və qe yri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar vəsait açılacağı təqdirdə ona hesablanmış kompensasiya məbləğinin ödəniləcəyi barədə iddiaçıya məlumat verildiyi qeyd olunur.
16. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq cavabdeh Xətai Rayon İcra Hakimiyyəti iddia tələbinin mümkünsüz hesab edilməsi və ya rədd edilməsi barədə məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə bunun tam əksinə olaraq, kifayət qədər faktlara və sübutlara əsaslanmayan əsassız qərar qəbul etmişdir.
17. Məhkəmə tərəfindən kifayət qədər faktlar və sübutlar tədqiq edilməmiş, həmçinin qərarın əsaslandırma hissəsində sözügedən məsələnin halları ilə əlaqədar istinad olunan normativ hüquqi aktlar düzgün müəyyən edilməmişdir. Belə ki, sözügedən qərarın əsaslandırma hissəsində məhkəmə “Topaq ların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Lakin, sözügedən istehsalat sahəsi dövlət ehtiyacları üçün deyil, abadlıq-quruculuq işlərinin aparılması ilə əlaqədar sökülmüşdür. Məhkəmə qərarında bu hala istinad edilsə də, sonradan qərarda “Topaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad edilməklə, işin faktiki halına yanaşmada uyğunsuzluq yaranmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onl arı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda mə hkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4 İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessua l hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəb ul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı: “1.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə q aydasında icraatda iştiraka cəlb edilmiş üçüncü şəxslər məhkəmə aktlarını İPM-in 81.2 və 90.2-ci maddələrinə uyğun olaraq müstəqil qaydada mübahisələndirmək hüququna malikdirlər.
2. Məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu Qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır”. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə tərkibi aşağıda göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.
21. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən ma ddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur.
22. Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağl ı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədinə xidmət edən İPM-in 98-1-ci maddəsində təsbit edilmiş mexanizm Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini təmin edən üsullardan biri kimi qəbul edilməlidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır.
24. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir: “........”69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş h allarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.
70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır.
74. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
75. Hazırkı qərardadın çıxarılmasına əsas təşkil etmiş konkret iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya məhkəməsinin qərarından müstəqil qaydada kassasiya şikayəti vermək hüququnun olub-olmadığı ilə bağlı məsələyə münasibətdə isə aşağıdaklılar nəzərə alınmalıdır.
76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqla rın mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.
77. İcra hakimiyy ətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüs ü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digə r icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
78. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümu mi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.
79. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur.
80. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus tikili Bakı şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamı əsasında sökülmüşdür. Həmin sərəncamla yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan başqa, sərəncamda köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi də məhz Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmış, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. İddiaçıya veriləcək kompensasiyanın məbləği ilə bağlı olaraq da tərəf lər arasında mübahisə yoxdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti razılaşdırılmış kompensasiya məbləğinin ödənilməməsinin yeganə səbəbi kimi lazımi vəsaitin ayrılmamasını göstərmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyini bildirmişdir. Məhkəmələr tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
81. Belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarları ilə cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır. Həmçinin nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin dəlilləri dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin səmərəliliyini təmin etmək üçün dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmələr işə baxarkən yalnız iddiaçı tərəfindən verilmiş iddia ərizəsində məhz üçüncü şəxs qismində göstərildiyi üçün Maliyyə Nazirliyini üçüncü şəxs qismində icraatın iştirakçısı qismində qəbul etmişlər. Halbuki, əgər bunun üçün əsaslar mövcuddursa, adi və ya zəruri cəlbetmə qaydasında həyata keçirildiyi dəqiq göstərilməklə üçüncü şəxs qismində cəlbetməyə dair əsaslandırılmış a yrıca qərardad çıxarılmalı idi. Buna baxmayaraq, bu qərardadda sadalanmış hüquqi mövqelərə uyğun olaraq kassasiya məhkəməsinin məhkəmə tərkibi məsələnin mahiyyətinə qiymət verməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə dair məsələni həll etməlidir.”........”
25. Məhkəmə kollegiyası mübahisəyə 17 fevral 2022-ci il tarixli qərardadın kontekstində qiymət verərək vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli, 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nda Bakının təbii-iqlim, sanitar-gigiyenik və sağlamlıq şəraitinin yaxşılaşdırılmasını, həmçinin yaşıllıq sahələrinin tikinti üçün ayrılmasının qarşısının alınmasını təmin edən, Bakı şəhərinin Baş planına uyğun vahid landşaft-memarlıq planının hazırlanması nəzərdə tutulmuşdur.
26. İddiaçı mülkiyyətində olan əmlak Bakı şəhərinin abadlaşdırılması məqsədilə icra edilən “Ağ şəhər” layihəsi çərçivəsində söküntüyə məruz qalmış, bu söküntü cavabdeh tərəfindən aparılmışdır.
27. Qeyd edilməlidir ki, işin faktiki hallarına əsasən iddiaçının Bakı şəhərinin Xətai rayon ərazisində mülkiyyətində olan 1477,5 kv metr olan qeyri-yaşayış sahəsi Bakı şəhərində “Ağ şəhər” layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparılması çərçivəsində cavabdeh tərəfindən sökülmüşdür və iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir.
28. Eyni zamanda müəyyən edilmişdir ki, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. Məhkəmələr tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
29. Beləlilklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı mübahisə üzrə ümumiyyətlə məhkəmə icaatına üçüncü şəxs qismindlə cəlb edilməsi üçün əsaslar mövcud olmamışdır, aşağı instansiya məhkəmələri tərəfindən ona münasibətdə cəlbetmə məsələləri düzgün həll olunmamışdır. Çünki qəbul ediləcək məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadından ətraflı şərh olunmuş səbəblərə görə onun qanunla qorunan maraqlarına toxunma vəziyyəti yaratmır. Müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən verilmiş kassas iya şikayəti o vaxt mümkün sayıla bilərdi ki, məhkəmə qərarı ilə məhz onun hüquqlarına dair məsələ yenə onun ziyanına həll edilmiş olsun. Belə bir vəziyyət hazırkı işdə mövcud olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)1523/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 90.2, 96, 98-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1523/2021 nömrəli qərarından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin icraata qəbul edilm