Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-11/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarlarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarları n ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-393/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********410400 nömrəli qərarına əsasən, 2019-cu il ilin yanvar ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 21.246,25 manat təşkil etmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2.505.568,26 manat məbləğində olduğu müəyyən edilmişdir. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 2.484.322,01 manat təşkil etdiyi üçün 21.246,25 manat kənarlaşma yaranmışdır.
2. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********648300 nömrəli qərarına əsasən, 2018-ci ilin aprel ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 9.962,30 manat təşkil etmişdir.
3. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********786300 nömrəli qərarına əsasən dekabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 2.700,00 manat təşkil etmişdir
4. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********308300 nömrəli qərarına əsasən, noyabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 11.008,20 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHK ƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 10 aprel 2019-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********410400 saylı, xx.xx.2019-cu il tarixli **********648300 saylı, xx.xx.2019-cu il tarixli **********786300 saylı, xx.xx.2019-cu il tarixli **********308300 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə dair qərarların ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-yə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli **********994200 saylı, xx.xx.2019-cu il tarixli **********410400 saylı, xx.xx.2019-cu il tarixli **********648300 saylı “Vergilərin hesabl anması barədə” qərarlara əsasən 2018-ci il noyabr, aprel və 2019-cu il yanvar ayı üzrə ƏDV hesablanmışdır. Həmin qərarlarla hesablanmış vergi məbləğləri əsassızdır. 2018-ci ilin aprel ayı üzrə ƏDV-yə 83.484,81 manat dövriyyə cəlb edilmiş, 15.027,27 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 47.126,99 manat, yük gömrük bəyannaməsi (YGB) üzrə əvəzləşdirilmiş məbləğ 385,16 manat, cəmi əvəzləşdirilmiş məbləğ 47.512,15 manat, ödənilmiş ƏDV 6.475,08 manat olmuşdur. 2018-ci il noyabr ayı üzrə ƏDV-yə 5.500 manat dövriyyə cəlb edilmiş, 990 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 63.803,81 manat, büdcədən qaytarılan ƏDV - 10.494,69 manat olmuşdur. 2019-cu ilin yanvar ayı üzrə ƏDV-yə 259,92 manat dövriyyə cəlb olunmuş, 46,79 manat ƏDV hesablanmış, alınmı ş e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 38.396,60, büdcədən qaytarılan ƏDV-6.864,60 manat dövlət büdcəsinə hesablanmış və ödənilmişdir. İddiaçı ASC yuxarıda göstərilən “Vergilərin hesablanması barədə” qərarların ləğvi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət ünvanlamışdır. Lakin şikayətə baxılması ilə bağlı tədbir görülməmiş, hər hansı qərar qəbul olunmamışdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunmuşdur: - xx.xx.2019-cu il tarixli, **********410400 saylı qərar üzrə: 2019-cu ilin yanvar ayı üzrə aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2505568,26 manat məbləğində olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməli yyatlar üzrə dövriyyədən ƏDV 2484322,01 manat təşkil etdiyi üçün 21246,25 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********012200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 21246,25 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2019-cu il tarixli, **********410400 nömrəli "Vergilərin, sosial sığorta v ə işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. - xx.xx.2019-cu il tarixli, **********648300 saylı qərar üzrə: 2018-ci ilin aprel ayı üzrə aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, xx.xx.2018-ci il ildə 2018-ci ilin aprel ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 138785,80 manat göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 83484,81 manat göstərilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********398400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzlu q məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2018-ci ilin aprel ayı ƏDV bəyannaməsi üzrə 9962,30 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2019-cu il tarixli, **********648300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi 2018-ci ilin may üzrə təqdim edilmiş ƏDV bəyannaməsində 84899,33 manat (ƏDV-si 15281,88 manat) vergiyə cəlb edilməli olan dövriyyə məbləği əks etdirməli olduğu halda, müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyanna məsində 48558,73 manat dövriyyə məbləği göstərilməklə 8740,57 manat vergi məbləği hesablamışdır. 2018-ci ilin aprel ayı üzrə hesablama aparıldığı üçün 2018-ci ilin may ayı üzrə təqdim edilmiş bəyannamə nəzərə alınmış, əlavə hesablama aparılmamışdır. - xx.xx.2019-cu il tarixli, **********786300 saylı qərar üzrə: 2018-ci ilin dekabr ayı üzrə aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 63137,41 manat göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 48137,41 manat göstərilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********398400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə 2700,00 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2019-cu il tarixli, **********786300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. - xx.xx.2019-cu il tarixli, **********308300 saylı qərar üzrə: 2018-ci ilin noyabr ayı üçün Ə DV bəyannaməsi üzrə aparılan araşdırma zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin digər şəxslərlə qarşılıqlı əlaqələrinin təhlili nəticəsində (təqdim edilmiş vergi hesab-fakturaları, elektron vergi hesab-fakturaları və ƏDV depozit hesabına daxil olmuş ƏDV məbləğləri) ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, cəmiyyət tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2473090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sən ədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2018-ci ilin noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 11008,2 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2019-cu il tarixli, **********308300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli, 2-1(112)-4192/2021 nömrəli qərarı (hakim X5) ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli * *********786300 saylı və xx.xx.2019-cu il tarixli **********308300 saylı “vergilərin hesablanması barədə” qərarları ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən qərarda aşağıdakılar qeyd olunmuşdur. - cavabdeh xx.xx.2019-cu il tarixli, **********786300 saylı qərarı 30 iş günü müddəti başa çatdıqdan sonra qəbul edilmişdir. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 iş günü müddəti daxilində qəbul edilməli idi. Tərəflər təsdiq edirlər ki (cavabdeh etiraz ında da qeyd etmişdir), iddiaçı tərəfindən 2017-ci ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş bəyannamə vergi orqanına xx.xx.2019-cu il tarixdə təqdim olunmuşdur. Mübahisələndirilən qərar isə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, bəyannamənin təqdim edildiyi 6 fevral tarixdən sonrakı gündən başlayaraq hesablandıqda (VM-in 68.1-ci maddəsi) aprelin 17-nə təqvim tarixi ilə 70 gün təşkil edir ki, bunun da 24 günü (9, 10, 16, 17, 23, 24 fevral; 2, 3, 8, 9, 10, 16, 17, 20-26 mart, 6, 7, 13, 14 aprel) qeyri-iş günlərinə təsadüf edir (VM-in 68.2-ci maddəsi). Odur ki, mübahisələndirilən qərar 30 iş günü müddəti başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. - xx.xx.2019-cu il tarixli, **********648300 saylı qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi d övrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, iddiaçının ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatları iddiaçı tərəfindən özünün sonuncu dəqiqləşdirilmiş bəyannaməsində bəyan etdiyi məlumatlardan (83.484,81 manat) fərqli olduğundan, 2018-ci ilin aprel ayı üzrə təqdim edilmiş vergi hesab fakturası əsas götürülmüş və dövriyyənin 138.785,80 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda 2018-ci ilin aprel ayında “Azneft” İB-yə cəmi 138.507,00 manat elektron vergi hesab fakturasının göndərildiyi, lakin “Azneft” İB-nin bu fakturalar üzrə aprel ayında cəmi 84.745,76 manat ödəniş etdiyi bildirilmişdir. İddiaçının ƏDV depozit hesabına daxil olan məbləğdən də göründüyü kimi, vergi h esab fakturası 138,507,00 manat olsa da, ödəniş 30 gün müddətində həyata keçirilməmişdir. Bu halda, iddiaçının qeyd etdiyi kimi vergi hesab fakturasının aprel ayında verilməsinə baxmayaraq tam ödəniş aprel ayında aparılmamışdır. Məhkəmənin qənaətinə görə, göstərilən qərar qanunazidd sayıla bilməz. - xx.xx.2019-cu il tarixli, **********410400 saylı qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, 2019-cu ilin yanvar ayı üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği 259,92 manat, ƏDV isə 46,79 manat göstərilmişdir. 2019-cu ilin yanvar ayı üzrə cavabdeh inzibati orqan tərəfindən aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlil i nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2.505.568,26 manat, təqdim edilmiş bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 2.484.322,01 manat olması əsas götürülərək, 21.246,25 manat kənarlaşma müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********012200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 21246,25 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmənin qənaətinə görə, göstərilən qərar qanuna zidd sayıla bilməz. Məhkəmə araşdırması zamanı qeyd olunan halları təkzib edəcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. - xx.xx.2019-cu il tarixli, **********308300 saylı qərarı ilə noyabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.008,20 manat təşkil etmişdir. Cavabdeh inzibati orqan qərarını belə əsaslandırmışdır ki, ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2.484.098,51 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, cəmiyyət tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2.473.090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli, **********410400 saylı qərarı ilə, yanvar 2019-a qədər ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2.505.568,26 manat, bəyannamə üzrə 2.484.322,01 manat əsas götürülərək, 21246,25 manat kənarlaşma müəyyən edildiyindən, noyabr 2018-ə qədər olan dövr də həmin qərarla əhatə edilmişdir. Başqa sözlə, xx.xx.2019-cu il tarixli qərar ilə müəyyən edilmiş kənarlaşma 21246,25 manat özündə 11008,2 manat kənarlaşmanı da ehtiva etmişdir. Bu səbəbdən cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli qərarı eyni dövr üzrə artıq nəzərə alınmış ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin məbləği təkrarən əsas götürülərək qəbul edildiyindən qanuni hesab edilə bilməz.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir.
11. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirməmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-393/2022 nömrəli qərarı (hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli qərarı - cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********308300 saylı “vergilərin hesablanması barə də” qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilməyən hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qərarının ləğv edilmiş hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən 2018-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2473090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Göründüyü kimi ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat məbləği xx.xx.2018-ci ilədək olan dövrü əhatə etdiyindən həmin dövr üzrə verginin hesablanması zamanı 2019-cu ilin yanvar ayı üçün ödənilməli olan ƏDV məbləği ilə ehtiva edilməmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rəd d edilməsini xahiş etmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********308300 saylı “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, **********308300 saylı qərara münasibətdə gəldiyi nəticə qanuni və hüquqi olmuşdur. Belə ki, cavabdeh sözügedən qərarı qəbul edərkən iddiaçının ƏDV-nin ümumilikdə dövriyyəsindən, yəni ƏDV qeydiyyata alındığı tarixdən 2018-ci ilin noyabr ayı daxil olmaqla baza məlumatlarını əsas götürərək 11.008,2 manat kənarlaşma hesablamışdır. Müvafiq olaraq ƏDV qeydiyyata alındığı tarixdən yanvar 2019-cu il tarixə qədər 21246.25 manat kənarlaşma hesablamışdı. Yəni 21246.25 manat kənarlaşmanın müəyyən edildiyi dövrdə xx.xx.2019-cu il tarixli, **********308300 saylı qərarda kənarlaşma daxildir. Çünki noyabr 2018-ci l tarixdən yanvar 2019-cu il tarixə qədər ƏDV aylar üzrə bəyannamələr təqdim edilmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, onun xx.xx.2019-cu il tarixli, **********786300 saylı qərarı əsassız ləğv edilmişdir. Belə ki, iddiaçı tərəfindən ardarda 2018-ci il dekabr ayı üzrə xx.xx.20 19-cu il tarixdə (bəyan edilən vergi məbləği: 1648.90 manat), xx.xx.2019-cu il tarixdə (bəyan edilən vergi məbləği: 6382.90 manat), xx.xx.2019-cu il tarixdə bəyan edilən vergı məbləği: 1648.90 manat) dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli bəyannamə üzrə aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş 2019-cu ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddətdə 31 iş günü olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlamasının başlanması tarixi iddiaçının təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş hesabatın tarixindən, yəni x x.xx.2019-cu il tarixdən sonrakı iş günündən başlanmışdır. Qeyd olunanlardan da göründüyü kimi, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsi ilə müəyyən edilmiş 30 iş günü ötürülməmişdir. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə
24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsi ni özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda ka meral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edi lməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi öd əyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifa də olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də müvafiq olaraq iddia ərizəsinin, etirazın və apelyasiya şikayətinin məzmununu təkrarlayan kassasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, iş in faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vergi orqanının şikayətlərdə mübahisələndirilən qərarlarının qanunauyğunluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə d ə razılaşır.
27. Bununla yanaşı kassasiya şikayətlərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq həmçinin qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********410400 saylı, xx.xx.2019-cu il tarixli **********648300 saylı, xx.xx.2019-cu il tarixli **********786300 saylı, xx.xx.2019-cu il tarixli **********308300 saylı qərarları mübahisələndirmişdir.
28. Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli, 2-1(112)-4192/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********786300 saylı və xx.xx.2019-cu il tarixli **********308300 saylı qərarlar ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərarı mübahisələ ndirməmişdir.
29. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli, 2-1(112)-4192/2021 nömrəli qərarı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********308300 saylı “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi” hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Tərəflər həmin qərarı kassasiya qaydasında mübahisələndirmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarının “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********308300 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsi” hissəsində ləğv olunmasını, cavabdeh isə həmin qərarın iddia tələbinin təmin edilmiş hissəsində (xx.xx.2019-cu il tarixli **********786300 saylı qərarının ləğv edilməsi) ləğv olunmasını və iddia tələbinin təmin edilən hissədə rədd olunmasını xahiş etmişdir.
32. Beləliklə, hazırda kassasiyanın həddi cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli, **********786300 saylı və xx.xx.2019-cu il tarixli **********308300 saylı qərarların qanunauyğunluğunun müəyyən edilməsi ilə bağlıdır.
33. Cavabdehin kassasiya şikayətinin xx.xx.2019-cu il tarixli, **********786300 saylı qərarın qanunvericiliklə müəyyən olunmuş müddət daxilində qəbul edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, növbəti dəqiqləşdirilmiş bəyannamənin təqdim olunduğu təqdirdə, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması üzrə icraata xitam verilməli (yoxlama başa çatmadığı halda) və ya onun nəticəsinə dair qərar ləğv olunmalı, bundan sonra təqdim edilmiş yeni dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlama keçirilməli idi. Bundan başqa, ilkin bəyannamə üzrə keçirilmiş kameral yoxlamaya münasibətdə qeyd olunan nəticələr növbəti dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlamaya dair cavabdeh tərəfindən qəbul olunmuş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarda göstərilməli idi. Eyni zamanda kameral yoxlamanın nət icələri üzrə müvafiq akt tərtib olunmalı və həmin akt iddiaçıya təqdim edilməli idi. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdehin həmin qaydaya uyğun davrandığı, xx.xx.2019-cu il tarixli, **********786300 saylı qərarın vergi orqanına təqdim olunmuş xx.xx.2019-cu il tarixli dəqiqləşdirilmiş bəyannamə üzrə deyil, sonrakı tarixdə təqdim olunmuş növbəti dəqiqləşdirilimiş bəyannamə üzrə keçirilmiş kameral yoxlama nəticəsində qəbul edildiyi iş üzrə materiallardan görünmür. Belə ki, hələ iddia tələbinə qarşı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, 2018-ci ilin dekabr ayı üzrə xx.xx.2019-cu il tarixdə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 63137,41 manat göstərilməsinə baxmayaraq, xx.xx.2019 -cu il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 48137,41 manat göstərilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********398400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə 2700,00 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2019-cu il tarixli, * *********786300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir.
34. Yəni cavabdeh etirazda, birincisi, xx.xx.2019-cu il tarixli dəqiqləşdirilmiş vergi bəyannaməsinə istinad edir, ikincisi, xx.xx.2019-cu il tarixdə (həmin bəyannamə üzrə kameral yoxlama çərçivəsində) kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərildiyini qeyd edir, üçüncüsü, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyini bildirir, dördüncüsü, bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə 2700,00 manat əlavə vergi məbləğinin hesablandığını və iddiaçıya xx.xx.2019- cu il tarixli, **********786300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərildiyini qeyd edir.
35. Kassasiya şikayətində isə cavabdeh 2018-ci ilin dekabr ayı üzrə iddiaçı tərəfindən xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edildiyini, kameral vergi yoxlamasının xx.xx.2019-cu il tarixli bəyannamə üzrə keçirildiyini qeyd edir. Halbuki, yuxarıda qeyd olunan etirazdan “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********398400 nömrəli uyğunsuzluq məktubunun vergi ödəyicisinə xx.xx.2019-cu il tarixdə göndərildiyi müəyyən olunur. Nəzərə almaq lazımdır ki, ən azından xx.xx.2019-cu il tarixli bəyannamə üzrə kameral yoxlama aparmaq üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubun xx.xx.2019cu il tarixdə göndərilməsi istisna olunmalıdır.
36. Həmçinin qeyd olunmalıdır ki, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********786300 nömrəli qərarın cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul olunduğu, iddiaya dair etirazın isə məhkəmə icraatı (bəyannamə üzrə kameral yoxlamanın nəticəsinə dair qərar mübahisələndirildikdən sonra) zamanı təqdim edildiyi nəzərə alındıqda, cavabdeh iddiaya qarşı etirazında kameral vergi yoxlamasının xx.xx.2019-cu il tarixli dəqiqləşdirilmiş vergi bəyannaməsi üzrə deyil, növbəti (xx.xx.2019-cu il tarixli) dəqiqləşdirilmiş vergi bəyannaməsi üzrə keçirildiyinə, eləcə də kameral vergi yoxlaması üçün zəruri olan sənəd lərin (məlumatların) tələb edilməsi haqqında məktubun xx.xx.2019-cu il tarixində deyil, xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə (həmin tarixli bəyannamə üzrə kameral yoxlama çərçivəsində) göndərildiyinə istinad etməli idi. Bundan başqa, mübahisəyə dair işin hallarına qiymət verilərkən, həmçinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli qərarda onun xx.xx.2019-cu il tarixli dəqiqləşdirilmiş vergi bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticələrinə dair qəbul edildiyinin qeyd olunmadığı da nəzərə alınmalıdır.
37. Nəzərə almaq lazımdır ki, bu qərarın 18-ci bəndində istinad olunan normaların tələbinə görə, kameral yoxlama vergi bəyannaməsinin vergi orqanına təqdim olunduğu tarixdən 30 iş günü müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun ol araq şikayət etmək hüququ göstərilməlidir.
38. Lakin hazırkı mübahisəyə münasibətdə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli qərar istinad olunan normalara və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Belə ki, İstinad olunan maddəyə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
39. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********786300 saylı qərarın ləğv olunması barədə apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı sayılmalıdır.
40. İddiaçının kassasiya şikayətinin xx.xx.2019-cu il tarixli, **********308300 saylı qərarın ləğvi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 2018-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumi məbləğinin 2.484.098,51 manat təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2473090,31 manat təşkil etdiyi üçün, hesablanmalı ƏDV məbləğində 11008,2 mana t kənarlaşma yaranmışdır. Başqa sözlə, ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumi məbləği xx.xx.2018-ci ilədək olan dövrü əhatə edir. Bu baxımdan həmin dövr üzrə verginin hesablanması zamanı 2019-cu ilin yanvar ayı üçün ödənilməli olan ƏDV məbləği ehtiva edilə bilməzdi.
41. Odur ki, cavabdehin xx.xx.2019-cu il tarixli, **********308300 saylı qərarının ləğv edilməsinə dair iddianın təmin olunmaması barədə apelyasiya məhkəməsinin qərarı qanuni və əsaslı sayılmalıdır.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İd diaçı ASC-nin və cavabdehin kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-393/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.