Məhkəmə qərarları › İş №2-1(102)-11/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-11/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-11/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Səb ail Bələdiyyəsi) qarşı “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023cü il tarixli, 2-1(103)-54/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Səbail Bələdiyyəsinin 994 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında iddiaçı ilə bələdiyyə arasında alqı-satqı aktının tərtib edilməsi, iddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsaitin bələdiyyənin hesabına ödənilməsi, sənədləşdirilmiş torpaq sahəsinin və ətraf ərazinin texniki sanitar normalara uyğun, təmiz saxlanılmasının iddiaçıya tapşırılması qərara alınmışdır.

2. Torpaq sahəsi iddiacıya satılmaqla torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, daha sonra iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X6 kitabında xx.xx.2013-cü ildə 36301 nömrəli ilə uçota alınmışdır.

3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubla imtina edərək bildir mişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

4. Eyni zamanda, cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərmişdir ki, torpağın alqı-satqı aktında istinad edilmiş bələdiyyə qərarının nömrəsi yoxdur, tarixi natamamdır. Təqdim edilmiş yerləşmə cizgisi memarlıq şöbəsi ilə razılaşdırılmamış, həmçinin, idarənin mütəxəssislərinə çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 20 oktyabr 2020-ci il tarixli 21(112)-168/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 994 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin əlavə olun muş çizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Lakin bu zaman sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda, iddiaçı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqısatqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bundan başqa, torpaq sahəsinin alqı-satqına dair iddiaçı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi arasında müqavilə bağlanmamışdır, məhkəməyə belə bir müqavilə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddia ərizəsinə etirazda qeyd olunmuş dur ki, elektron kadastr məlumatına əsasən sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, iddiacıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən də iddia əsassız olduğundan təmin edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və A.S.Hü seynov) 23 avqust 2021-ci il tarixli, 2-1(103)-1106/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-168/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) 08 dekabr 2021-ci il tarixli, 2-1(102)-2311/2021 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edi lmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1106/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə rədd edilmişdir.

13. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, cavabdehin qanunvericiliyə görə torpağın kimə məxsus olmasına dair araşdırma aparılmasının hüququ vardır, lakin o, bunu etməmiş, iddiacıya formal cavab verməklə kifayətlənmiş, apellyasiya məhkəməsi isə işin həmin halını araşdırmamışdır. Digər tərəfdən, apellyasiya məhkəməsi Səbail Bələdiyyəsi tərəfindən iddiaçıya sözügedən torpaq sahəsinin ayrılması barədə 994 nömrəli sərəncamının qüvvədə olub-olubmaması məsələsini də araşdırmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 19 aprel 2023-cü il tarixli, 21(103)-54/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-168/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən, iddiaçıya məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışın verilməsi və plan ölçünün çıxarışa əlavə olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq m üvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

16. Həmçinin, iddiaçılar X3, X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı “X3 mülkiyyətinə verilmiş Səbail rayonu, Səlyan şossesi 32 ünvanda yerləşən 600 kv.m, X2 mülkiyyətinə verilmiş Səbail rayonu, Səlyan şossesi 32 ün vanda yerləşən 600 kv.m, İddiaçı mülkiyyətinə verilmiş Səbail rayonu, Səlyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahələrinin plan-ölçülərinin tərtib edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında inzibati iş olmuşdur. Məhkəmənin 2inz(81)-2903/2013 nömrəli 24 iyul 2013-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı “Səbail rayonu, Səlyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi” barədə iddia tələbinə ayrı icraatda baxılması qərara alınmışdır. Bununla bağlı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)3075/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail Bələdiyyəsinin 994 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Səbail bələdiyyəsi ərazisində Səlyan şosesi 32 ünvanında İddiaçı ayrılmış torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Rorpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin məhkəmə qərarı icra olunmuş və nəticədə iddiaçı bu barədə “torpaq sahəsinin plan və ölçüsü” sənədini əldə etmişdir. Məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş 994 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı başq a sərəncam qəbul edilmişdirsə, həmin sərəncamın məhkəməyə təqdim edilməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məhkəmə sorğusu göndərilmiş, sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən məhkəməyə daxil olmuş məktubda İdarənin İstintaq İdarəsində Səbail Bələdiyyəsinə məxsus, həmçinin İddiaçı münasibətdə verilmiş 994 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamın və ona aid olan sənədlərin saxlanılmadığı qeyd edilmişdir. Həmçinin, Səbail Bələdiyyəsinə məhkəmə sorğusu göndərilmiş, həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Səbail Bələdiyyəsindən məhkəməyə daxil olmuş məktubda sözügedən sərəncamın bələdiyyə tərəfindən etibarsız hesab edilməməsi və məhkəmə qaydasında ləğv edilməməsi, yəni hazırda qüvvədə olduğu bildirilmişdir. Eyni zamanda, sərəncamla iddiaçının adına sənədləşdirilmiş 600 kv.m torpaq sahəsinin statusunun və həmin torpaq sahəsinin bələdiyyənin ərazi hüdudları daxilində yerləşibyerləşməməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı cavabdehə məhkəmə sorğusu göndərilmiş, həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqandan məhkəməyə daxil olmuş məktubda vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması, sahəsinin bələdiyyə ərazisi olması barədə elektron bazada məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur.

17. Müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması məsələsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin m ülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə, icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan-ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

18. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmamsını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İdarə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahəsinin bələdiyyə ərazisi olması barədə elektron bazada məlumat aşkar edilməmişdir. Həmçinin, apellyasiya məhkəməsinin qərarı idarəyə daxil olduqdan sonra torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və da şınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən torpaq sahəsinin faktiki sahəsi 675 kv.m-dir. Torpaq sahəsinin bir tərəfi şərti, üç tərəfdən bir hissəsi dağınıq olan mişar daş hasar və qalıqları ilə həmsərhəddir. Həmin sahədə tikili yoxdur. Elektron kadastr məlumatlarında göstərilən sahə **********63-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş əmlaka dair texniki pasportun baş planının hüdudları daxilində yerləşir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınma z əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. … Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi … 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. … Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. … 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. … Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın ö zgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. … Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları … 6.2. B ələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. … 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 24. “Bələdiyyə torpaqlarının ayrılmas ına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Bənd

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma v ə tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Bənd

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndə rir. Bənd

18. Müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarş ısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; … Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; … Maddə

24. İşin hallarının obyektiv araşdırılması 25.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 25.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; … Maddə

58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; … Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması … 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslan dırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin q ərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhər Səbail Bələdiyyəsinin 994 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqısatqı qaydasında iddiaçının adına sənədləşdirilməsi, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında iddiaçı ilə bələdiyyə arasında alqısatqı aktının tərtib edilməsi, iddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsaitin bələdiyyənin hesabına ödənilməsi, sənədləşdirilmiş torpaq sahəsinin və ətraf ərazinin texniki sanitar normalara uyğun, təmiz saxlanılmasının iddiaçıya tapşırılması qərara alınmışdır. Torpaq sahəsi iddiacıya satılmaqla torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir.

33. Ey ni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2903/2013 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən, iddioaçının adına həmin torpaq sahəsinə dair plan və ölçü sənədi hazırlanmış və Dövlət Torpaq kadastri kitabında xx.xx.2013-cü il tarixdə 36301 nömrə ilə uçota alınmışdır.

34. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı da həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdir.

35. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın torpaqların alqı-satqı aktında bələdiyyə qərarı barədə rekvizitlərin olmaması (oxunmaması) ilə bağlı imtina dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar formal xarakterli olmaqla iddiacının müraciətindən imtinanın əsasını təşkil etmir. Belə ki, qanunvericilikdə hüquqlar ın dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. İcraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır. Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hü quqi qüvvəsinə hər hansı təsir göstərmir. Torpaq sahəsinin alqı-satqı aktının sonrakı tarixdə tərtib edilməsi, rəylərin olmaması və s. ilə bağlı xüsusatlar torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını istisna edən, eləcə də həmin inzibati akta əsaslanan hüququn iddiaçıya məxsus olmasına dair çıxarış verilməsindən imtinaya səbəb olan hal kimi qiymətləndirilə bilməz.

37. Mübahisəli torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı bələdiyyənin sərəncamı qüvvədədir, etibarlıdır. Belə olan halda həmin inzibati akt əsasında da iddiaçının ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

38. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya dəlillərinə münasibətdə onu da qeyd edir ki, qanu ni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçıya məxsus torpaq sahəsinin koordinatları müəyyən edilməklə adına torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsinin yeri və koordinatları artıq məlumdur ki, həmin sənəd əsasında iddiaçının hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və plan-ölçü sənədi verilməlidir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 600 kv.m-dən çox, yəni 675 kv.m olmasına dair dəlilini əsassız hesab edir. Bu hal, bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmış 600 kv. metr ölçüdə torpaq sahəsinin reyestrdə qeydiyyata alınması üçün mane təşkil edə bilməz.

40. Bundan başqa, cavabdeh inzibati orqan kassasiya şikayətində elektron kadastr məlumatlarında göstərilən sahənin **********63-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş əmlaka dair texniki pasportun baş planının hüdudları daxilində yerləşdiyini bildirsə də, əvvəla qeyd edilməlidir ki, cavabdeh nə imtina məktubunda, nə iddiaya dair etirazında, nə də əvvəlki məhkəmə icraatları zamanı bu barədə dəlil irəli sürməmiş, eləcə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin kassasiya şikayətində istinad etdiyi texniki pasport xx.xx.2016-cı il tarixdə, yəni iddiaçıya torpaq sahəsi ayrıldıqdan və qanuni qüvvəsini almış müvafiq məhkəmə qərarı əsasında iddiaçının adına xx.xx.2013-cü il tarixdə torpaq sahəsinin plan-ölçü sənədi tərtib edildikdən sonra verilmişdir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçıya a yrılmış torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə elektron bazada məlumat aşkar edilməməsi ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, əvvəla, cavabdeh bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir.

42. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir.

43. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraza əlavə olaraq təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən yaşayış məntəqələrinin torpağı hesab edilən və məqsədli təyinatı fərdi yaşayış evi tikm ək üçün olan 0.12 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixində (iddiaçı ilə eyni ildə) X1 adına plan-ölçü sənədi tərtib edilmiş, həmin tarixdə də ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, bu barədə müvafiq çıxarış verilmişdir. Beləliklə də, iddiaçıya ayrılmış torpaq sahəsi ilə eyni ünvanda (Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında) yerləşən torpaq sahəsi, eyni bələdiyyənin qərarı əsasında başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısınd a bərabərliyinə təminat verilir.

45. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıy ır.

46. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

47. Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş gü zəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir. 48. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyekt iv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən eyni statusda olan şəxslərə münasibətdə eyni ünvanda yerləşən torpaq sahəsinin kateqoriyaları ilə bağlı fərqli yanaşmaya yol verildiyindən, cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olmamışdır.

50. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmad ığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-54/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar