Məhkəmə qərarları › İş №2-1(102)-110/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-110/2020

14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-110/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsinə çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: 14.01.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirk ətinə qarşı bağ sahəsinə çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyinin» qərarı ilə (710 saylı, xx xxxxxx 1999-cu il tarixli üzvlük bileti) iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerlə şən 2/67A saylı bağın yerləşdiyi 800 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)-115/2019 saylı) iddianın təmin edilməsi; Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən sahəsi 800 kv.m olan 2/67a saylı bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı i lə(sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 2-1(106)1689/2019) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-115/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçnın vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh və 3-cü şəxs Şirkətin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə o nların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşə n, sahəsi 800 kv.m olan 2/67A saylı bağ sahəsi üzərində üzərində hüquqlarının qeydiyyatı üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçı öz xahişini onda olan, 2\67a saylı bağ sahəsinin ayrılmasına dair «H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin Üzvlük Bileti» ilə əsaslandırmışdır. Lakin əmin inzibati orqanın iddiaçıya ünvnalanmış «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» xx xxxxx 2018-ci il tarixli, **********17 saylı Bildirişdə qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qonşu bağ sahəsi ilə bir hasar daxilindədir, ara mərz nişanları yoxdur. Mərzçəkmə işlərinin görülməsi, a rxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bundan əlavə bağ nömrəsi sxematik xəritədə aşkar olunmadı. Eyni zamanda bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir və göstərilən bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh inzibati orqan həmin imtinasını əsaslandırmaq üçün “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1 və 15-ci maddələrinə istinad etmişdir. İşin materiallarında olan cavabdeh İdarə tərə findən məhkəməyə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, **********49 saylı məktubla təqdim edilmiş “H.Z.Tağıyev adına NQÇİ” bağçılıq yoldaşlığı üzvlərinin siyahısının surətinə əsasən, siyahıda iddiaçının adı qeyd edilməmişdir; Həmin İdarənin məhkəməyə ünvanlanmış digər, xx xxxx 2018-ci il tarixli, **********36 saylı və **********96 saylı, xx xxxxxx 2019-cu il tarixli məktublarında qeyd edilir ki, “H.Z.Tağıyev adına NQÇİ” bağçılıq yoldaşlıq birliyi nəzdində iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 2/67A saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanada 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, SOCAR**********30480092X00041 saylı məktubda qey d edilmişdir ki, “H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyi”nin SOCARda mövcud olan sənədlərində iddaçının adı müəyyən olunmamşdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, hazırki halda, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsasların mövcudluğuna dair hər hansı sənəd (icarə müqaviləsi, sərəncam, order və s.) işin materiallarından müəyyən edilmir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə göər, 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə müvafiq olaraq 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrı lmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, həm bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda, həm də bağçılıq birliyinin nəzdində yaradıldığı Dövlət Neft Şirkətində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat yoxdur. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır Məhkəmə araşdırması zamanı iddiaçı “H.Z.Tağıyev adına NQÇİ” bağçılıq yoldaşlığı üzvlərinin siyahısında adının olmamasının səbəblərinə aydınlıq gətirə bilməmişdir. İşin materiallarında olan, «H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin Üzvlük Bileti»nin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən edilmədiyindən, həmin üzvlük bileti 2\67a saylı bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının 2\67a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçü n «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilən əsaslar mövcud olmadığından, cavabdehin imtinasının və apellyasiya şikayətinin digər dəlillərinin əsaslı olub-olmamasına qiymət verilməsinə zərurət aradan qalxır. Beləliklə, cavabdeh İdarə tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. 1-ci instansiya məhkəməsi tərəfindən iddia tələbinə qiymət verilərkən, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamışdır. Odur ki, iş üzrə qəbul edilmiş qərar maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilm əməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktla r və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar