Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-110/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina, icraata xitam Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafi ə Fondunun X4 üzrə Mərkəzi Filialının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı pensiyanın yenidən hesablanması və 2017-ci ilin sentyabr ayından etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 21(103)-1510/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə:
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-575/2020 saylı x xxxx 2020-ci il tarixli qərarı ilə pensiyanın yenidən hesablanması və 2017-ci ilin sentyabr ayından etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi tələbinə dair iddiaçının cavabdehə qarşı iddiası təmin edilmişdir.
2. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 2-1(103)-1510/2020 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Qərardan narazı qalan cavabdeh kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
5. İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək xx xxxxxxxx 2020-ci ildə ölkəmizdə gedən Vətən müharib əsində qələbədən ruhlanaraq iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Cavabdehin vəkili məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.
7. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında təmsil olunmamışdır. Tətbiq edilən hüquq
8. İddia ərizəsinin geri götürülməsi və iddiadan imtina edilməsinə dair hüquq norması İPM-in 55-ci maddəsi isə tənzimlənir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Kasasiya məhkəməsinin mövqeyi
9. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ər izədə iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. İddiaçı iddiadan imtina etdiyini bildirdiyindən iddiaçının imtinasına əsasən icraata xitam verilməlidir.
11. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.