Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-110/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üniversitetə köçürülmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs X2) qarşı “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə köçürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1632/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 2.3-cü bəndinə əsasən müraciətinizə imtina verilmişdir.”
2. Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələri ndə, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə müvafiq sənədləri əlavə etməklə Nazirliyə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir. İddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq portala sorğu (ərizə) göndərmişdir. Həmin sorğuya əlavə olunan sənədlərin surəti Sizə təqdim olunur.
3. X1 xx.xx.2023-cü il tarixli, 9-3/2-2526/2023 nömrəli məktubla bildirilmişdir ki, 2022/2023-cü tədris ili üçün Azərbaycan Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına əyani təhsilalma forması üzrə keçid balı 210.8 bal, Azərbaycan Dövlət Neft və Sənaye Univers itetinin “Menecment (tədris ingilis dilində)” ixtisasına əyani təhsilalma forması üzrə keçid balı 200 bal olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı müraciətindən cavabdehin imtinasının əsassız hesab edilməsi, cavabdehin üzərinə Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəs indən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsi öhdəliyinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 2004-cü il tarixində anadan olmuş, Kəlbəcər rayonu Qılınclı kəndindən məcburi köçkündür. 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Həmin il Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinin keçid balı 210.8 bal olmuşdur. 2023-cü ilin iyul ayında yerdəyişmə ilə bağlı Azərbaycan Respubli kası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, yerdəyişmənin səbəbi kimi məcburi köçkün olmağı, maddi imkansızlığı, atasının sürücü, anasının evdar qadın olması, təhsil haqqının ödənilməsilə bağlı sıxıntılarının olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xahişi onu eyni ixtisas qrupu olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadıyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı idi. X2 tərəfindən keçirilən qəbul imtahanında topladığı 214 bal köçürülmək istədiyi ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə minimal keçid balından çox olmuşdur. Belə ki, həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingi lis dilində)» ixtisasının əyani şöbəsinin keçid balı 200 bal olmuşdur ki, o, da öz növbəsində 214 bal toplamışdır. 2023-cü ilin iyul ayında yerdəyişmə ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətinə imtina verilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair» Qaydaların 2.3-cü bəndi göstərilmişdir. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsil inin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair» Qaydaların 2.3-cü bəndində göstərilir: «Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın». Göründüyü kimi həmin il topladığı 214 bal köçürülmək istədiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinin k eçid balı olan 200 baldan artıqdır ki, bu da müraciətindən əsassız olaraq imtina olunmasını sübut edir.
6. Azərbaycan Universitetinin məhkəmə sorğusuna cavab olaraq ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Universitetinin 050402 “Biznesin idarə edilməsi” ixtisasına (Azərbaycan bölməsi, əyani təhsilalma forması, ödənişli əsaslarla, qəbul balı 214 bal) 2022-2023-cü tədris ilində qəbul olmuş İddiaçı hazırda İİ tədris ilində təhsilini davam etdirir. İddiaçı xx.xx.2023-cü il tarixində köçürülmə prosesində iştirak etmək məqsədilə müvafiq sənədlərin (akademik transkript və maliyyə borcunun olmaması haqqında arayış) verilməsi ilə bağlı ərizə yazmışdır. Qeyd edilən sənədlər xx.xx.2023-cü il tarixində tələbəyə təqdim edilmişdir.
7. Bakı İnzibati Məhkəmənin xx.xx. 2023-cü il tarixli qərardadı ilə iş üzrə X2 üçüncü şəxs (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14468/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndinə müvafiq olaraq ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Məhkəmə qeyd edir ki, iddiaçı test imtahanlarında ümumi 214 balı toplamış olsa da, ikinci mərhələdə 85.6 bal toplamışdır. Qaydalarda qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın dedikdə ümumi müsabiqə nəzərdə tutulur. Yəni, həm ümumi balı 200-dən, həm də imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmasın. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddia tələbi nin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1632/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respubli kası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda qüvvədə olan Qaydalara uyğun olaraq iddiaçının Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsi o şərtlə aparıla bilər ki, onun tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının minimal keçid balından artıq o lsun, həm də tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası X2 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilsin. İşin faktiki hallarından göründüyü kimi iddiaçı 2022/2023-cü qəbul ilində 214 bal toplamış və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə qəbul üçün minimal keçid 200 bal olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmayan (hazırda qüvvədə olan) müvafiq Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdiyindən qüvvəsi geriyə tətbiq edilə bilməz.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı İnzibati Məhkəməsi işin hallarını araşdıraraq hesab etmişdir ki, cavabdehin imtinası əsaslı və qanunudur. Lakin, Bakı İnzibati Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxan BakıApellyasiya Məhkəməsi qərarı ləğv edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə “Biznes və iqtisadiyyat” fakültəsi “biznesin idarə edilməsi” ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin “Menecment” ( tədris ingilis dilində) ixtisasının əyani şöbəsinə köçürülməsi vəzifəsinin qoyulmasına dair” qərar qəbul etmişdir.
15. Hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, iş materiallarından görünür ki, 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Univesitetinin 2-ci ixtisas qrupu üzrə “Biznesin idarə edilməsi” ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. İddiaçı qəbul imtahanlarında 214 bal toplamışdır (həmin il keçid bal – 210.8 bal idi).
16. Lakin, iddiaçının kifayət qədər maliyyə resursları olmadığı səbəbindən o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə “İqtisadiyyat və menecment” ixtisası üzrə köçürülməsini xahiş etmişdir.
17. Hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Bel ə ki, iddiaçının sənədləri araşdırılarkən müəyyən olmuşdur ki, o, 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üçün keçirilmiş test imtahanlarında iddiaçının ümumi balı 214, ikinci mərhələ balı 85.6 köçürülmək istədiyi ixtisasın keçid balı isə 200 bal olmuşdur.
18. Ancaq iddiaçının köçürülmək üçün müraciət etdiyi “Menecment” ixtisasına ümumi bal ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi də tətbiq olunduğundan və İddiaçı Pərviz oğlunun İİ mərhələ balı 100 baldan az olduğundan köçürülməsi məqsədəuyğun hesab edilməmişdir.
19. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanl arın köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
20. Beləliklə də, iddiaçının köçürülmək üçün müraciət etdiyi “Menecment” ixtisasına ümumi bal ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi də tətbiq olunduğundan və İddiaçı Pərviz oğlunun İİ mərhələ balı 100 baldan az (85.6) olduğundan istədiyi ixtisas üzrə köçürülə bilməz.
21. Digər tərəfdən bildirir ki, iddiaçı topladığı 214 balla qəbul olunduğu vaxtda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə “iqtisadiyyat və menecment” fakültəsinə qəbul oluna bilməzdi. Belə ki, ali təhsil müəssisəsinin qəbul şərtlərinə görə, bu Universitetə qəbul olunmaq üçün 2-ci mərhələ imtahanında minimum 100 bal toplamalı idi.
22. Lakin, işə baxan apellyasiya məhkəməsi DİM-in ali təhsil müəssisəsinə qəbul şərtlərinin tələblərini nəzərə almamış və nəticədə iddia tələbini təmin edərək səhv nəticəyə gəlmişdir.
23. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə “Biznes və iqtisadiyyat” fakültəsi “biznesin idarə edilməsi” ixtisasının əyani şö bəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin “Menecment” (tədris ingilis dilində) ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı qərarın qəbul edilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmasına dair” iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
24. Azərbaycan Respublikası Təhsil Nazirinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”: Bənd 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəs indən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
25. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydaları: Bənd 2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilin də) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası X2 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox ol sun.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Apellyasiya məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən, qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 5.3, 5.6, 26.1-1, 32.1, 32.2, 32.3, 32.3.7, 32.3.19-cu maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalar”ının 3.2, 3.2.15, 3.2.16-cə bəndlərinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”nın 1.4, 1.8, 2.2, 2.3, 2.10, 2.11-ci bəndlərinə istinad edərək belə hesab etmişdir ki, “İşin faktiki hallarından göründüyü kimi iddiaçı 2022/2023-cü qəbul ilində 214 bal toplamış və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «mene cment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə qəbul üçün minimal keçid 200 bal olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmayan (hazırda qüvvədə olan) müvafiq Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdiyindən qüvvəsi geriyə tətbiq edilə bilməz.”
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş nəticəsi ilə razı deyil, hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli, 2-1(103)-1632/2024 saylı qərar qanuna uyğun deyil və əsassızdır.
31. Belə ki, iddiaçı 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Universitetinin 2ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinə qəbul olun muşdur. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsini xahiş etmişdir
32. İş materiallarından müəyyən olunduğu kimi 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üçün keçirilmiş test imtahanlarında iddiaçının ümumi balı 214, ikinci mərhələ balı 85.6 olmuşdur.
33. Eyni zamanda qeyd edilməlidir ki, X1 “Abiturient” jurnalının 2-ci nömrəsində “Tələbə qəbulu – 2022-ci il üçün İİ ixtisas qrupun üzrə: müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abiturientlər buraxılır” göstərilmişdir. 3
4. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının köçürülmək üçün müraciət etdiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «İqtisadiyyat və Menecment» fakültəsinin “Menecment” ixtisasına ümumi bal (200 bal) ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi tətbiq edilmişdir. İddiaçı qəbul ili qeyd edilən universitetə məhz imtahanın İİ mərhələsi üzrə balı 100-dən az olduğundan qəbul edilməmişdir
35. Azərbaycan Respublikası Təhsil Nazirinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndinə müvafiq olaraq ölkə daxilində bakalav riat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
36. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (on lara akademik məzuniyyətin verilməsi)” Qaydalarının 2.8-ci bəndinə görə, Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası X2 tərəfindən Azərbaycan Respubli kası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.
37. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçı başqa tədris müəssisəsinin köçürülməsini xahiş etdiyi zaman sözügedən “Abituriyent jurnalında” öz əksini tapmış şərtləri bilirdi və könüllü olaraq imtahanın İİ mərhələsində iştirak etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı test imtahanlarında ümumi 214 balı toplamış olsa da, ikinci mərhələdə 85.6 bal toplamışdır.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının imtahanın İİ mərhələsində könüllü olaraq iştirak etməsi və öz təşəbbüsü ilə imtahan verərək tələb olunan 100 baldan az, yəni 85,6 bal toplaması onu sübut edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaç ının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 21(103)-1632/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir.