Məhkəmə qərarları › İş №2-1(102)-1100/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1100/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1100/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-809/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı 10 oktyabr 1981-ci il tarixli əmək kitabçası ilə müəyyən olunmuşdur ki, İddiaçı 5 oktyabr 1981- 19 sentyabr 1994-cü il tarixlərdə 42 nömrəli texniki peşə məktəbində bufetçi, 26 sentyabr 1995-9 fevral 1998ci illərdə “Xalq üçün mallar” Dövlət Konserni Bakı 4 nömrəli ayaqqabı fabr ikinin 2 nömrəli sexində şagird işləmişdir.

2. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı, 15 fevral 1982-ci il tarixli əmək kitabçası ilə müəyyən olunmuşdur ki, o, 5 oktyabr 1981 - 20 dekabr 1983-cü illərdə Bakı Komvol Kombinatında hamarlayıcı şagirdi və hamarlayıcı işləmiş, 1 mart 1984-cü ildə “Azərelektromaş” İB-də 4 saylı avtomatik ştamplama dəmirçi sexində yığıcı çilingər şagirdi işinə qəbul edilmiş, 16 iyul 1984-cü ildə yığıcı-çilingər vəzifəsinə keçirilmiş, 6 may 1995-ci ildə 32 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsinə köçürmə yolu ilə işdən azad edilmişdir. 7 may 1995-ci ildə 32 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsinə yataqxanaya xadimə vəzifəsinə işə qəbul edilmiş, 1 aprel 1999-cu ildə işdən azad edilmiş, 2 aprel 2012 – 25 dekabr 2014-cü illərdə Ekspedisiyanın Texniki x idmət sahəsinə çöl işlərinə çıxmaqla 3-cü dərəcə fəhlə peşəsində işləmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli, 59-18/04 saylı izahlı arayış ilə müəyyən olunmuşdur ki, iddiaçı «Azərelektromaş» İB-də, indiki "xxxx" ASCdə, 1 mart 1984-cü ildən 16 iyul 1984-cü ilədək zavodun 4 saylı avtomatik ştamplama dəmirçi sexində yığıcı çilingər şagirdi, 16 iyul 1984-cü ildən 6 may 1995-ci ilədək isə yığıcı vəzifəsində işləmişdir. Yığıcı elektrik mühərriklərinin stator nüvələrinin hazırlanması üçün Yaponiya istehsalı olan «Aida» preslərində, ştamplanmış polad vərəqələrin xüsusi şablonlara yığılması və kipləşdirici halqalarla bərkidir. Yığıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiqi 95,0- 98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90 %-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. 2-ci siyahı ilə pensiya almaq hüququ vardır. 4. "xxxx" ASC-nin 125/15 saylı, 26 iyul 2021-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi peşənin (yəni yığıcı peşəsinin) deyil, onun iş yerinin zərərli olması barədə (iş yerində səsin təzyiqi 950-980 d BA) məlumat verilmişdir. Yığıcı elektrik mühərriklərinin stator nüvələrinin hazırlanması üçün Yaponiya istehsalı olan “Aida” preslərində, ştamplanmış polad vərəqləri xüsusi şablonlara yığır və kipləşdirici halqalara bərkidir. “Yeni BEMZ" ASC tərəfindən verilən izahlı arayışda yığıcı peşəsi haqqında və iş yeri haqqında məlumat veri lmişdir. DSMF-nin xüsusi şərtlərlə təyinat idarəsi İddiaçı “Yeni BEMZ" ASC tərəfindən verilən izahlı arayışda göstərilən faktorları məqbul saymamış və ona verilmiş arayışda yuxarıda adı çəkilən 12 nömrəli siyahıda göstərilən 12-ci maddə “Metallurgiya istehsalı” maddə 3.3, bənd a sətir 19-un iş yerinə deyil, ştamplayıcı dəmirçi peşəsinə aid olduğunu göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısında yığıcı peşəsinin zərərli sahə kimi göstərilməməsini qeyd etmişdir. 5. "xxxx" ASC-nin 125/08 saylı, 22 aprel 2021-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı 1 mart 1984-cü ildən 6 may 1995-ci ilə dək “Azərelektromaş” EİB-də, indiki "xxxx" ASC-də işləmişdir. İddiaçı aşağıda göstərilən tarixlərdə analıq məzuniyyətlərində olmuşdur: əmək haqqı qismən ödənilən məzuniyyət – 15 avqust 1988 - 19 fevral 1989; Əmək haqqı ödənilməyən məzuniyyət – 20 fevral 1989 – 19 avqust 1989; Əmək haqqı qismən ödənilən məzuniyyət – 18 sentyabr 1989 – 24 yanvar 1991; Əmək haqqı ödənilməyən məzuniyyət – 25 yanvar 1991 – 22 aprel 1991; Əmək haqqı qismən ödənilən məzuniyyət - 26 avqust 1991 – 22 dekabr 1992; Əmək haqqı ödənilməyən məzuniyyət - 23 dekabr 1992 – 20 iyul 1993. İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq 24 sentyabr 1994-cü il tarixdən 24 mart 1995-ci il tarixinədək 6 ay müddətində əmək haqqı saxlanılmayan məzuniyyətdə olmuşdur

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh 6 yanvar 2021-ci il və 22 fevral 2021-ci il tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya məxsus 15 fevral 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 12 avqust 2020-ci il tarixli, 59-18/04 nömrəli arayışında 1 mart 1984 - 6 may 1995-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının yığıcı çilingər şagirdi və yığıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metallurgiya (12) bölməsində nəzərdə tutulmadığı, həmçinin 1 yanvar 1992 – 31 dekabr 1992-ci il, 1 iyun 1993 – 6 may 1995-ci il tarixləri arasındakı dövrlər ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASCnin 2 dekabr 2020-ci il tarixli Aktı ilə təsdiq edilmiş, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 8 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 11 dekabr 2018-ci il tarixdən (55 yaş dan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Komvol Kombinatının Hamarlayıcı sexinə hamarlayıcı şagirdi kimi daxil olaraq, 2 oktyabr 1981-ci ildən əmək fəaliyyətinə başlamış, 20 dekabr 1983-cü il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 1 mart 1984-cü ildən 6 may 1995-ci ilədək “Azərelektromaş" İB-də, indiki "xxxx" ASC-də işləmiş, 7 may 1995-ci il tarixdən 2 yanvar 1997-ci il tarixədək "xxxx" ASC-də xadimə, 2 yanvar 1997-ci il tarixdən 1 aprel 1999-cu il tarixədək "xxxx" ASCdə fəhlə vəzifəsində çalışmışdır. 2 aprel 2012-ci ildən 25 dekabr 2014-cü ilədək Ekspedisiyanın Texniki Xidmət Sahəsində fəhlə vəzifəsində çalışmışdır və zərərli iş şəraitində 13 il 10 ay xüsusi iş stajı mövcuddur. Qanunvericiliyə əsasən iddia təmin edilməlidir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

11. Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərarı (hakim X1) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 2 ay 25 gün ümumi sığorta stajı olsa da, o, bu müddətin 1 il 9 ay 27 gün müddətində ödənişsiz məzuniyyətdə olmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alındıqda onun ümumi iş stajı 20 ildən çox, ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 6 ay 28 gün) təş kil edir. Məzuniyyətin adından da göründüyü kimi bu dövrdə iddiaçı ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyini üçün zəruri olan 20 illik ümumi sığorta stajı tələbini ödəmir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyində n, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz. Digər tərəfdən, həmin peşə üzrə dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi staj kimi qəbul edilsə belə, iddiaçı ona pensiya təyini üçün zəruri olan 10 il xüsusi sığorta stajı tələbini ödəmir. Çünki iddiaçı "xxxx" ASC-də 11 il 2 ay 6 gün ümumi sığorta stajına malik olmuş, həmin dövrdə 1 il 9 ay 27 gün müddətində ödənişsiz məzuniyyətdə olmuşdur. Ödənişsiz məzuniyyət dövrü sığorta stajına daxil edilmədiyindən iddiaçının zərərli şəraitdə işlədiyini iddia etdiyi müddət də 10 il deyil, cəmi 9 il 4 ay 9 gün olmuşdur.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmas ını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-809/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. C avabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. ”Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olm ayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərd ən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqan larının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21. 2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 20. “Vətəndaşların pensiyası təminatı haqqında” Qanun Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya ü zvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafiz ə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsasl arla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırıl ması ilə əlaqədar işləmədiyi müddət.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gün dən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya ins tansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, onun 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüs usi iş stajına tamamladığı sübuta yetirilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə iddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, o, bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 2 ay 16 gün) təşkil edir. Həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş hazırkı qərarın 20-ci bəndində göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır.

29. Güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC tərtib etdiyi arayışlarda və aktlarda iddiaçının işlədiyi peşənin deyil, iş yerinin zərərli olmasına istinad etmiş, həmin müəssisənin səlahiyyətli şəxsi iddiaçının işlədi yi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olmamasına dair tərtib edilmiş müvafiq aktı imzalamışdır. Digər tərəfdən "xxxx" ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-809/2022 nömrəli qərarı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar