Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1100/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunma vəzifəsinin cavabdehə həvalə edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2099/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik alt sistemindən çıxarışa əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə birinci dərəcə, diaqnoz: “diz və aşıq baldır oynaqlar arası səviyyədə travmatik amputasiya, sol baldırın orta 1/3 hissəsi səviyyəsində amputasiyası, sol aşağı ətrafın dayaq hərəkət funksiyalarının mühüm dərəcədə pozulması, göz yuvası daxili toxumanın batması və ya itirilməsi ilə müşayiət olunan gözün cırılmış yarası, sağ göz almasının itirilməsi, orta sinirin said səviyyəsində travması, dirsək sümüyünün said səviyyəsində travması, sol dirsək sinirinin nevropatiyası, sol əlin İİİ, İV və V barmaqlarının parezi, göz almasının yad cisim olmadan dəlib keçmiş yarası, yad cisim olmadan VİZ OD =0. VİZ OS= 0.4 k/ etmir”. Əlilliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik= 2 ətrafın güdülü (S48.0S48.9, S58, S68, S 78, S88, S98) səbəbi ilə, kənar şəxsin qulluğuna ehtiyacı olan şəxs” kimi birinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı Müd afiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin M/V 058379 nömrəli xx.xx.2016-cı il tarixli vəsiqəsinə əsasən müharibə veteranıdır.
3. İddiaçı əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, "xxxx" MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə müəyyən edilmiş imtiyazlı şəxslərə mexaniki ötürücü qutusu olan minik avtomobillərin verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm şəxsə, həm də onunla eyni ya şayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvlərindən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş minik avtomobilinin avtomatik sürət qutusu ilə təchiz olunmuş minik avtomobili ilə dəyişdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi və ya iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş minik avtomobilinin satılmasına icazə verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.
6. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək onun əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci qrup Qarabağ müharibəsi əlilidir. Dövlət tərəfindən müharibə əlilləri üçün müəyyən edilmiş bütün imkanlardan istifadə imkanı iddiaçıya da yaradılıb. Məhkəməyə müraciət etməyində səbəb dövlət tərəfindən iddiaçıya verilmiş minik avtomobili ilə bağlıdır. Həmin avtomobil mexaniki sürət qutusu ilə təchiz olunduğu üçün iddiaçı onu idarə edə bilmir. İddiaçı iki ətraf ın güdülü diaqnozu ilə birinci qrup əlil olduğu üçün mexaniki sürət qutusundan istifadə edə bilmir. İddiaçı iki ətrafın güdülü səbəbindən avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil idarə edə bilər, mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə etmək onun fiziki imkanları xaricindədir. Buna görə də qərara gəlmişdir ki, ona verilən avtomobili satsın və idarə edə biləcəyi avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil alsın, lakin xx.xx.2019-cu il tarixdə ona verilmiş minik avtomobilinin 597084 nömrəli qeydiyyat şəhadətnaməsində göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icazəsi olmadan avtomobili satmaq olmaz. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icazə verərsə o avtomobili sata bilər. Azərbaycan Respublikası Nazirlər Kabineti nin xx.xx.1993-cü il tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”-a əsasən, məlumdur ki əlilə verilmiş avtomobili satmaq olmaz. Eyni zamanda qeydiyyat şəhadətnaməsində göstərilir ki, icazə olmadan satmaq olmaz. Beləliklə, birinci qrup müharibə əlilinə, ona icazə verilərsə, ona verilmiş avtomobili sata bilər. Eyni zamanda dəfələrlə cavabdehə müraciət etmişdir ki, ona verilən mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə edə bilmədiyi üçün həmin avtomobili avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil ilə əvəz etsinlər, dəyişsinlər. Müraciəti isə təmin edilməyib. Buna görə o birinci qrup müharibə əlili kimi məhkəməyə müraciət etmək məcb uriyyətində qalıb. Cavabdehin etirazları:
8. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbi rlər haqqında” xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müst əqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyə n edilmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Həmin Qaydaya əlavənin 57-ci bəndinə əsasən Nazirlik tərəfindən imtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir dəfə verilir. Odur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “avtomobilin dəyişdirilməsi və satılmasına icazə verilməsi” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1142/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda müddətsiz 1-ci qrup əlildir. İddiaçı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın tələblərinə uyğun olaraq Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixdə NVABA1HHFKF521074 BAN nömrəli, buraxılış ili 2019-cu il olan “Kh azar” markalı minik avtomobili ilə təmin edilmişdir. İddiaçı təqdim edilən avtomobilin idarə edilməsinin onun fiziki imkanları xaricində olduğunu iddia edərək hazırkı iddiasında əlillik vəziyyətinə uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin edilməsini tələb edir. Cavabdehin imtinasının, eləcə də iddia tələbinə etirazının əsasları aşağıdakılardan ibarətdir: - İmtiyazlı şəxslərə əlillik dərəcəsindən asılı olmayaraq Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərişi əsasında mexaniki ötürücü qutusu olan minik avtomobillərinin verilməsi nəzərdə tutulmuşdur. - İmtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir dəfə verilir. İddiaçıya xx.xx.2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən o nun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.
12. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Qanunvericilik əlilliyi olan şəxslərə həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması, əlillərin sağlamlıq vəziyyətlərinə uyğun olaraq onlara fərdi qaydada yanaşılaraq digərləri ilə bərabər səviyyədə, fiziki mühit, nəqliyyat, informasiya, rabitə, bu və ya digər xidmətlərdən bərabər imkanlardan istifadə etməsinin, əngəl olan maneə və baryerlərin aradan qaldırılmasının zəruriliyini nəzərə alan kompleks tədbirlər görülməsini tələb edir.
13. Qanunvericiliyin əlillər üçün bərabər imkanlardan bərabər şəkildə istifadə etməyin təşkilinin məntiqi nəticəsidir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilmiş və qanunvericiliyin tələblərinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər Tibbi sosial ekspert komissiyasının verdiyi tibbi göstərişlərə uyğun olaraq minik avtomobili ilə təmin olunurlar. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin isə minik avtomobili ilə növbədənkənar qaydada təmin olunması nəzərdə tutulmuşdur.
14. Hazırkı işin hallarından müəyyən olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda 2 ətrafın güdülü diaqnozu ilə birinci d ərəcə əlildir. İddiaçıya təhkim edilmiş minik avtomobili 5 pilləli mexaniki sürətlər qutusu və üç əyləc sistemi ilə təchiz olunmuşdur.
15. Qeyd edilməlidir ki, nəqliyyat vasitələrində bir qayda olaraq ötürmələr qutusu mexaniki və avtomatik idarəli olmaqla iki yerə ayrılır.
16. Mexaniki sürət qutusu ilə təchiz olunmuş nəqliyyat vasitəsi üç əyləc (pedal) sistemli olub, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı pillələrin hər dəfəsində keçirilməsində insanın aktiv iştirakını nəzərdə tutur.
17. Avtomatik idarə olunan ötürmələr qutusu ilə təchiz olunmuş nəqliyyat vasitəsi mexaniki sürət qutusu ilə təchiz olunmuş nəqliyyat vasitəsindən fərqli olaraq 2 əyləc sistemli olub, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı pillələrin avtomatik qaydada keçirilməsi şəklində idarə olunur.
18. Bundan əlav ə, əyləc və qaz pedallarının funksiyasının nəqliyyat vasitəsinin sükan çarxının ətrafında təşkili də mümkündür ki, bu sistem vasitəsilə sürücü sürətləndirici və əyləci əl ilə idarəetmə sistemi vasitəsilə bilavasitə idarə edir.
19. Beləliklə, mexaniki sürət qutusu ilə təchiz olunmuş nəqliyyat vasitəsinin iki ətrafın güdülü diaqnozu ilə əlillik dərəcəsi təyin olunmuş şəxs tərəfindən idarə olunması mümkünsüzdür.
20. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə almışdır ki, təhkim edilmiş nəqliyyat vasitəsinin iddiaçı tərəfindən idarə etməsinin mümkünsüzlüyü xüsusi bilik tələb edən və ya ekspert tərəfindən qiymətləndirilməli olan məsələ də deyildir.
21. Belə ki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hazırkı halda nəqliyyat vasitəsinin mexaniki surət qutusu ilə təchiz olunmuş 3 əyləc sistemli nəqliyyat vasitəsi olması avtomobilin bilavasitə istehsalçısı tərəfindən bildirilmişdir. Cavabdeh də həmin nəqliyyat vasitəsinin iddiaçının idarə edə biləcəyi vəziyyətinə gətirilərək ona təhvil verildiyini də sübut etməmiş və ya bununla bağlı hər hansı dəlil irəli sürməmişdir.
22. Cavabdeh əlillərə mexaniki ötürücü qutusu olan minik avtomobillərinin verilməsinin nəzərdə tutulduğunu bildirsə də, əlillərin minik avtomobili ilə təmin edilməsini bilavasitə tənzimləyən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda yalnız minik avtomobili ilə təmin edilmə nəzərdə tutulmuş, minik avtomobilinin hər hansı təsnifatı (mexaniki sürət qutulu və s. ) verilməmişdir. Qaydaların yalnız 3-cü maddəsində təkərli oturacaqların təsnifatı verilmiş və yalnız təkərli oturacaqların mühərrikli və mexaniki olmaqla təsnifatı qeyd edilmişdir. Başqa sözlə, adıçəkilən qanunvericilikdə əlilliyi olan şəxslərin məhz mexaniki sürət qutusu ilə təchiz edilmiş nəqliyyat vasitəsi ilə təmin edilməli olmasına dair imperativ norma yoxdur.
23. Cavabdehin ikinci imtina dəlili-iddiaçının bir dəfə minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olmamasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə iddiaçının əlavə bir minik avtomobili ilə təmin edilməsi deyil, ümumən onun əlillik vəziyyətinə uyğun avtomobillə təmin edilməsidir. İstər qanunla əlillər üçün verilmiş nəqliyyat vasit ələrinin satışının qadağan olunması və istərsə də iddiaçıya nəqliyyat vasitəsinin verildiyi vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin məhz TSEK-in tibbi göstərişlərinə uyğun olaraq müəyyən diaqnozlu əlillərə verilməsi tələbi onu deməyə əsas verir ki, qanunvericilik nəqliyyat vasitəsini əlilin etibarnamə əsasında hər hansı şəxs üçün deyil, bilavasitə onun özü üçün, əlilin fiziki imkanları nəzərə alınmaqla ictimai həyata adaptasiyasının asanlaşdırmaq üçün idarə edəcəyi avtomaşınla təmin edilməsini nəzərdə tutur. Əks halda avtomobilin verilməsi üçün Əsasnamədə konkret olaraq müəyyən növ əlillik dərəcəsi meyarlarının sadalanmasının zəruriliyinin, eləcə də əlilin idarə edə bi lməyəcəyi nəqliyyat vasitəsilə təmin edilməsinin hər hansı əhəmiyyəti də olmazdı.
24. Odur ki, hazırkı tələb üzrə iddiaçının əlillik diaqnozuna uyğun avtomobillə təmin edilmə konkret halda iddiaçıya münasibətdə ona təhkim edilmiş nəqliyyat vasitəsinin onun idarə edə biləcəyi vəziyyətinə uyğunlaşdırmanı (uyğun nəqliyyat vasitəsilə bilavasitə əvəz edilmə və yaxud təhkim edilmiş minik avtomobilinin onun idarə edə biləcəyi vəziyyətinə gətirilmə) ehtiva edir ki, bu sahədə uyğunlaşdırmanın təmin edilməsi vəzifəsi isə cavabdehin məsuliyyət dairəsinə aid olan məsələ olaraq qalır.
25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2099/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1142/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. Nazirlik tərəfindən imtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir ədəd verilir. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla e yni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Bu baxımdan şəxsin avtomobili idarəetməsində hər hansı bir maneənin olması, həmçinin onunla birgə yaşayan ailə üzvlərində (arvadı və uşaqları) sürücülük vəsiqəsinin olmaması hallarında Qanun buna yol verir ki, eyni yaşayış məntəqəsində yaşayan ailə üzvləri, yəni şəxsin qardaşı, atası və s. etibarnamə ilə avtomobilin idarə edilməsini həyata keçirsinlər.
30. Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. Şəxsin avtomobili satmaqla bağlı iddiası yalnız qeyd olunan bəndin əhatə dairəsinə düşür və digər formada avtomobilin satılması qanunvericiliyə ziddir.
31. Reabilitasiya vasitələr i ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X2 tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanundan da göründüyü kimi iddiaçıya avtomobil verilərkən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 99 nömrəli qərarında yalnız avtomobil və motorlu araba ilə təmin edilməsinin tibbi arayışı təqdim edilmiş və həmin arayış əsasında vətəndaşa təhviltəslim aktı ilə avtomobil verilmişdir. Həmçini n arayışda şəxsə konkret olaraq hansı sürətlər qutusuna uyğun avtomobilin verilməsi göstərilməmiş və təhvil-təslim aktını vətəndaş öz şəxsi razılığı ilə imzalayaraq, heç bir iradının olmadığını bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağl ı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
37. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
38. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq, gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İşin hallarından göründüyü kimi, iddiaçı idarə edə bilmədiyi avtomobillə təmin olunmuşdur. Yəni, onun əlillik vəziyyəti həmin avtomobildən istifadə etməsinə imkan vermir. AR Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın tələblərindən göründüyü kimi, iddiaçı ona verilmiş avtomobili sataraq idarə edə bildiyi başqa avtomobillə də əvəz etmək hüququna da malik deyildir. Onun yeganə çıxış yolu cavabdeh orqan vasitəsilə həmin avtomobili avtomat sürət qutulu və ya onun idarə edə biləcəyi başqa tip (əllə idarə olunan) avtomobillə dəyişdirsin. Cavabdeh orqa nın əlilliyi olan şəxslərin onları idarə edə biləcəyi avtomobillə təmin etmək vəzifəsi isə, məhz cavabdeh orqanın üzərinə düşən öhdəliyidir.”.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş və iddiaçıya xüsusi nəqliyyat vasitəsinin verildiyi vaxtda qüvvədə olmuş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə ləğv edilmişdir) 2-ci bəndinə əsasən, əlilin xüsu si nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər.
41. Həmin Təlimatın 8-ci bəndinə əsasən, əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir. Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK-na göndəriş verir.
42. Həmin Təlimatın 9-cu bən dinə əsasən, TSEK tibbi sənədlərin öyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Qərar qəbul edilərkən müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti əsas götürülür. TSEK ekspert qərarının verilməsində çətinlik çəkdiyi hallarda xəstəni əlavə müayinə olunmaq üçün müalicə müəssisəsinə göndərir.
43. Normaların məzmunundan göründüyü kimi, əlilin xüsusi nəqliyyat vasitəsi ilə təmin olunması cavabdeh tərəfindən təmin olunsa da, bunun əsası kimi əlilin xüsusi nəqliyyat vasitəsi a lmağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK) rəyi tələb olunur. Öz növbəsində, əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir. Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaqboğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK-na göndəriş verir. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər.
44. Beləliklə, iddiaçının nəqliyyat vasitəsi ilə 2019-cu ildə təmin olunduğu nəzərə alındıqda, hesab edilir ki, bu təminat yuxarıda qeyd olunan prosedurlara və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişlərə əsaslanmışdır. Bunun əksini təsdiq edən hə r hansı hal məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
45. Eyni ilə, iddiaçının 2019-cu ildə nəqliyyat vasitəsini qeyd-şərtsiz qəbul etdiyi vaxtdan sonra onun xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişlərində əvvəlkindən fərqli hər hansı dəyişikliklərin baş verdiyini aşkar göstərən hər hansı hal müəyyən edilməmişdir yoxdur.
46. Hazırda qüvvədə olan və apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən, Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komiss iyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
47. Göründüyü kimi, qüvvədə olan normativ aktın tələbinə görə də əlilin xüsusi nəqliyyat vasitəsi ilə təmin olunması cavabdehin öhdəliyinə aid edilsə də, bu təminat qeyd-şərtsiz və birbaşa (vasitəsiz) deyil, Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə həyata keçirilir.
48. B eləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdeh orqanın 2019-cu ildə iddiaçını “idarə edə bilmədiyi nəqliyyat vasitəsilə təmin etdiyi”, buradan, cavabdehin iddiaçını “onun idarə edə biləcəyi avtomobillə təmin etmək” öhdəliyinin olduğu qənaətinə gəlirsə, bu halda, məhkəmə yuxarıda istinad edilən normalarla müəyyən edilmiş prosedur qaydalara cavabdeh tərəfindən əməl olunmadığını və cavabdehin həmin prosedur daxilində əldə edilmiş xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişlərə dair məlumatlardan düzgün istifadə etmədiyini qərarında əsaslandırmalı idi. Hazırkı işdə bu, baş verməmişdir.
49. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri pozulmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların t ələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2099/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.