Məhkəmə qərarları › İş №2-1(102)-1101/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1101/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1101/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmətə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-384/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Zabit ehtiyatı taburu komandirinin xx.xx.1995-ci il tarixli, 117 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, leytenant İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq xx.xx.1995-ci il tarixdə ZET komandirinin sərəncamından, şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılması, 18-ci maddənin “e” bəndinə əsasən (Hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) hərbi rütbəsi bir pillə aşağı endirilməklə (kiçik leytenant rütbəsin ə qədər) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması əmr edilmişdir (Əsas: MN-nin 0935 nömrəli xx.xx.1995ci il tarixli əmri). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 28 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və 31 avqust 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunması, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsi, 30 iyul 2006-cı il tarixində “ Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (3 noyabr 1992 ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə İddiaçı Polad oğlu mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsi (Əsas: Xəstəlik haqqında 21 iyul 2006 il tarixli, № 863, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi Şəhadətnamə) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi qərara alınmışdır.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (xüsusi təyinatlı tabor) kəşfiyyat bölüyünün komandiri kimi döyüş tapşırığını yerinə yetirərkən 1992-ci ilin iyul ayında düşmən mərmisinin partlayışı nəticəsində hərbi travma almışdır - sağ qolun açıq qəlpə yarası, dirsək sinirinin travması, barmaqların kontrakturası. 13 aprel 1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri kimi Ağdam rayonunun Güllücə kəndində düşmən həmləsini dəf edərkən ikinci dəfə mərmi travması almışdır - sol göz qişasının (beynin periferiyası) cırılması, sol qolun yuxarı əzələsinin travması və sonrakı atrofiyası, sol budun kor qəlpə yarası, sol ayağın hərəkət funksiyalarının pozulması. 2006-cı ildə isə Mərkəzi Hərbi Həkim Komissiyası və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti onun aldığı müharibə travmalar ını, əmək fəaliyyətinin tam itirilməsi və 2-ci qrup müharibə əlili olması faktlarını təsdiq etmişdir. 1993cü ilin iyun ayında baş verən Gəncə hadisələri zamanı N saylı hərbi hissənin tabor komandiri vəzifəsini müvəqqəti icra etmişdir. 1993-cü ilin avqust ayından Ağdam rayonunda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri və N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri olmuşdur. 22 iyul 1995-ci ildə Müdafiə Nazirinin əmri ilə ehtiyata buraxılmışdır. Həmin əmrin nömrəsi onun ehtiyatda olan zabit kitabçasında 043 kimi göstərilmiş, lakin tarix xx.xx.1995-ci il göstərilmişdir. X1 ünvanladığı məktubuna cavab olaraq göstərilmişdir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “e” bəndinə uyğun olaraq ehtiyata buraxılmışdır. Qeyd edilmişdir ki, bu adla qeyd ed ilən sənəd müvafiq olaraq 1997-ci ilin 3 oktyabr tarixli 377-İQ nömrəli qanunla “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” adında təsdiq edilmişdir. Bu hüquqi sənəd 1995-ci ildən sonra qəbul olunmuş və onun 18-ci maddəsi tamamilə başqa bir məsələni əhatə etmişdir. Sözügedən 18-ci maddənin “e” bəndi “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Sözü gedən “e” bəndi isə Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə ehtiyata buraxılma növündə inzibati cəza olub və həmin qanunun 10-cu maddəsi ilə “zabitlərin rütbəsinin bir pillə aşağı salınması... Silahlı Qüvvələrin İntizam Nizamnaməsində müəyyən edilən qaydada" tənzimlənməsi göstərilmişdir. Müdafiə Nazirliyi “Silahlı Qüvvələrin İntizam Nizamnaməsi”nin bu işə aid olan bütün maddələrini pozaraq, in tizam cəzası kimi onun hərbi rütbəsini günahı, xəbəri və iştirakı olmadan bir pillə aşağı salaraq intizam cəzası kimi ehtiyata göndərmişdir. 12 dekabr 2019-cu il tarixdə rütbəsinin bərpasına və barəsində olan Müdafiə Nazirinin əmrinə düzəliş edilməsinə dair Müdafiə Nazirinə ünvanladığı xahişi təmin edilməmiş və ona rəsmi imtina olunmuşdur. Hesab edir ki, Müdafiə Nazirliyinin həmin imtinası qanunsuz və əsassızdır. Onun xx.xx.2006-cı il tarixinə kimi hərbi xidməti bərpa olunmalı, o, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunmalı, ona hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsi verilməli, 30 iyul 2006 il tarixində Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə mayor rütbəsi ilə, tabor komandir i vəzifəsindən ehtiyata buraxılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı nəinki xüsusi, hətta ümumi iddia müddətini ötürmüşdür. Belə ki, mübahisələndirdiyi münasibətlər 1995-ci ilə aid olduğu halda, o, 25 ildən sonra, 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. İddiaçı hətta Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qanuni qüvvəyə minməmişdən əvvəl qüvvədə olan qanunvericiliyə əsasən iddia müddətini buraxmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərardadı ilə ( hakim P.A.Hüseynov) iddia mümkün sayılmamışdır.

7. Məhkəmə İPM-nin 35.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana iddiaçı tərəfindən iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və məhkəmə icraatının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-384/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Kassasiyaçı məhkəməyə müraciət etməzdən əvvəl müvafiq inzibati orqana müraciət etməsi barədə ona heç bir yardım göstərilmədiyini, işin hərtərəfli, obyektiv və ədalətli araşdırılması üçün müvafiq sənədlərin təqdim edilməsi barədə ona heç bir məlumat ver ilmədiyini qeyd edərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. kassasiya şikayətinə dair etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bi lər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanı lmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab vermə li olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri m əqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla k ifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

22. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o c ümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərədə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.

24. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyü nə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi “Hə rbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsinə, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunmasına, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsinə, 30 iyul 2006-cı il tarixində “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (3 noyabr 1992 ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə İddiaçı Polad oğlunun mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsinə yönəlib.

27. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçının hərbi xitmətinin bərpa edilməsi barədə tələbi hüquqi marağının məzmunu baxımından və mahiyyətinə görə əslində onun hərbi xidmətdən tərxis olunması barədə Müdafiə nazirinin 22.07.95-ci il tarixli əmri ilə bağlıdır və həmin əmrin ləğvinə nail olmaq məqsədi güdür. Bu hazırkı mübahisənin iddiaçıya münasibətdə məhz qeyd olunan əmrin qəbul edilməsi nəticəsində meydana çıxması ilə bağlıdır. İddia tələbinin digər hissələri tələbin məqsədi baxımından məcburetmə haqqında iddia növünə aid olsa da, mübahisələndirmə haqqında iddianın həllinə bağlıdır və yalnız həmin iddianın mümkün sayıldığı və mahiyyəti üzrə təmin edildiyi halda əhəmiyyət kəsb edə bilər. Əks təqdirdə iddiaçının subyektiv hüququnun mövcudluğu (subyektiv hüququn olmaması) baxımından həmin iddianın mümkün sayılmayacağı şübhəsizdir.

28. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddə tinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, mübahisələndirilən əmrin verildiyi dövrdə qüvvədə olan qanunvericilikdə də analoji müddət nəzərdə tutulmuşdu.

29. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı nəinki qeyd olunan əmrin qəbul edildiyi dövrdə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin əmri mübahisələndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əmr Müdafiə naziri tərəfindən 22 iyul 1995-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin əmrdən iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Kassas iya şikayətində də, qeyd edilən əmrin iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmiş və müddətin buraxılmasının üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd olunan əmrin qəbul edildiyi tarixdən iyirmi beş ildən çox müddət ərzində mübahisələndirilməməsi və nəticədə iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.

30. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

31. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçiliyin və mülki dövriyyənin sabitliyini və təhlükəs izliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

31. Nəticə etibarı ilə, əmrin mübahisələndirilməsi haqqında iddia ərizəsi iddiaçı tərəfindən müddət buraxılmaqla məhkəməyə təqdim olunduğu üçün iddia mümkün sayılmadığından, artıq bu Qərarın 27-ci bəndində qeyd edildiyi kimi tələbin həmin iddianın həllinə bağlı digər hissələrinə məhkəmə tərəfindən münasibət bildirilməsi zərurəti də aradan qalxmış sayılmalıdır.

32. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2-1(103)-384/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar