Məhkəmə qərarları › İş №2-1(102)-1101/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1101/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1101/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi; təhsil alınan ölkədə faktiki olma müddəti; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli 2-1(104)-584/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2016-2021-ci illərdə X2 Tədris Univerisiteti MMC-də təhsil almış, səhiyyə fakültə şurasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli qərarı ilə ona stomatoloq akademik dərəcəsi verilmiş və adına THTU 000650 nömrəli, xx.xx.2021-ci il tarixli diplom hazırlanmışdır.

2. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli qərarla müraciəti təmin etməmişdir.

3. Qərar onunla əsaslandırılmı şdır ki, iddiaçı ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu “S.Behbudov” adına 6 saylı məktəbi 2015-ci ildə bitirib 2016-cı ildə Gürcüstan Respublikasının Tbilisi humanitar universitetinin stomatologiya fakültəsinə daxil olmuşdur. 202 1-ci ildə təhsilini bitirib Azərbaycan Respublikasına qayıtmışdır. Təhsil aldığı zaman çox vaxt xarici ölkədə olmuşdur. Dərslər rus dilində keçirildiyindən və o, rus dilini bilmədiyi üçün dil öyrənmək üçün Azərbaycan Respublikasına qayıdaraq rus dilini öyrənmiş və imtahanlar zamanı qayıdıb imtahanlarını vermişdir. Hazırda aldığı diplomu ölkədə tanıtmaq istəyir, lakin cavabdeh orqan bundan imtina etmişdir. İmtinanın səbəbi kimi nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması qeyd edilmişdir. Halbuki, o, əyani təhsil forması üzrə tədris ilinin 40 həftəsi müddətinin hər həftəsini Gürcüstan Respublikasında olmuşdur. Cavabdehin imtinasını əsassız hesab edir.

6. Cavabdehin iddia tələbinə yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçı təhsil aldığı ölkədə aş ağıdakı müddətlərdə olmuşdur: 2016/2017-ci tədris ili üzrə - 3 ay 14 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə 6 ay 14 gün, 2019/2020-ci tədris ili üzrə- 3 ay 10 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - 4 ay (pandemiya dövrü). Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Odur k i, cavabdehin imtinası qanuni və əsaslıdır.

7. Gəncə İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(114)-432/2024 nömrəli qərarı ilə (hakim E.T.Axundov) iddianın təmin edilməsi, İddiaçı X2 Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, THTU 000650 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması olmuşdur. Təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyrimüəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəz ərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. İddiaçının təhsil alma müddəti təhsil verən müəssisəni qane etdiyinə görə ona müvafiq diplom təqdim edilmişdir. Müvafiq sahə üzrə Beynəlxalq müqavilələr (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş) də iddiaçının diplomunun tanınmasını istisna etmir. Digər tərəfdən, cavabdeh qurum iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlamadan formal əsaslara görə təhsil səviyyəsini qiymətləndirmişdir. Göründüyü kimi, cavabdeh or qan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.İsgəndərova və A.V.Bayramov) 28 noyabr 2024-cü il tarixli 2-1(104)-584/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdeh kassasiya şikayətində iddiaçının müraciətindən imtinanın, etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlayaraq həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriatr (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinin ikinci abzasında qeyd olunmuşdur ki, əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən ibarətdir. Yəni tibb təhsili üzrə Azərbaycan Respublikasında tədrisdə əyani formadan başqa cür iştiraka yol verilmir. Qaydaların qeyd olunmuş tələbi üzrə aparılmış araşdırma zamanı iddiaçının xarici ali təhsil müəssisəsində əyani təhsilalma forması üzrə dərslərdə və imt ahanlarda iştirak üçün xarici ölkədə olma müddətləri aşağıdakı kimi müəyyən olunmuşdur: 2016/2017-ci tədris ili üzrə - 3 ay 14 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə 6 ay 14 gün, 2019/2020-ci tədris ili üzrə - 3 ay 10 gün, 2020/2021-ci tədris ili üzrə - 4 ay (pandemiya dövrünə münasibətdə güzəşt olunmuşdur). İddiaçının dərslərdə və imtahanlarda iştirak üçün xarici ölkədə olma müddətləri 4 tədris ili üzrə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarının əsaslandırma hissəsində adını göstərməklə inzibati icraat nəticəsində şəhadətnamə verilmiş vətəndaşlar S.Cəlalzadənin və Ş.Abdullazadənin işləri üzrə inzibati icraat materialları yenidən araşdırılmış, həmin vətəndaşların sərhədkeçmə məlumatları ilə hazırkı iş üzrə iddiaçının Gürcüstanda olma məlumatlarından məlum olur ki, digər şəxslərə münasibətdə inzibati icraat qanunauyğun şəkildə aparılmışdır. Apellyasiya məhkəməsinin qərarında qeyd etdiyi digər şəxsə (Z.Səmədova) isə şəhadətnamə verilsə də, o, Səhiyyə Nazirliyinin imtahanına yönləndirilmiş və nəticəsi qənaətbəxş hesab edilməmişdir. Hazırda həkim kimi işləmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”... Bənd 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlə r və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Bənd

8. Ali təhsil proqramları... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriatr (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Bənd 1.6 (üçüncü abzas). Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.

18. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”... Bənd 3.2. Tədrisin təşkili 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidli yinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsin də əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

24. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rə y, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

25. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respubl ikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

26. Göründüyü kimi, istinad olunan normativ aktlarda təhsil müddəti ərzində faktiki təhsil alınan dövlətin ərazisində olmanın müddəti ilə bağlı birbaşa imperativ tələb nəzərdə tutulmamışdır. Qaydalara əsasən tibb təhsilinə münasibətdə dolayı və əsas imperativ tələb, yalnız təhsilin əyani formada alınmalı olması ilə bağlıdır.

27. Hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin tərəflər arasında mübahisələndirilməyən halları na aiddir. Bununla yanaşı qeyd edilməlidir ki, əyani təhsil forması ilə qiyabi və digər (məsələn, distant/onlayn) təhsil formaları arasında əsas fərqlər onların tədris üsulu, tədrisə ayırılan vaxt, praktiki imkanlar və təhsil prosesinə tələbənin aktivliyi baxımından ortaya çıxır.

28. Məhkəmə kollegiyası həm də qeyd edir ki, məhkəmə təcrübəsində bəzi ixtisaslar üzrə əyani formada təhsil alma zamanı dərslərin bir hissəsində faktiki iştirak etməmə həmin ixtisas üzrə biliklərin xüsusiyyətləri, bəzi ixtisaslar üzrə effektiv təhsildə praktiki bacarıqların rolunun az olması, yaxud texnologiya ilə simulyasiya edilə bilməsi imkanı nəzərə alınmaqla, təhsil sənədinin (diplomun) tanınmasından imtina üçün əsas təşkil etməmişdir.

29. Lakin bu sadalanan hallar tibb təhsili ilə bağlı nəzərə alına bilməz. Belə ki, tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən, tibb sahəsində əldə edilən təhsilin effektivliyi təkcə onun hansı təhsil müəsisəsi tərəfindən verildiyinə bağlı deyil, həm də həmin təhsilin necə alındığına – yəni tələbənin dərslərdə əyani şəkildə iştirak edib-etmədiyinə sıx şəkildə bağlıdır. Xüsusilə xarici ölkədə tibb təhsili almış bir şəxsin diplomu formal olaraq mövcud olsa da, əgər həmin şəxs faktiki olaraq dərslərin böyük əksəriyyətində iştirak etməyibsə, bu halda həmin sənədin praktik və elmi dəyəri ciddi şəkildə şübhə altına alınmalıdır. Tibb elə bir sahədir ki, burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da mükəmməl şəkildə formalaşması əsas şərtdir. Əyani təhsildə natamam iştirak edən tə ləbənin isə bu bacarıqları əldə etmək imkanı olmur. Əyani təhsil tibb sahəsində bir sıra mühüm imkanlar təmin edir, məsələn, simulyasiya və klinik təcrübələr vasitəsilə bacarıqların inkişafı, xəstə ilə birbaşa ünsiyyət və diaqnostik qərarvermə təcrübəsi, müəllim və təcrübəli həkimlərlə birbaşa əməkdaşlıq və mentorluq, klinik rotasiyalarla real xəstəxana mühitində təcrübə qazanmaq və s.

30. Bu imkanlardan məhrum olan tələbə yalnız nəzəriyyə ilə kifayətlənmiş olur. Halbuki, tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərbə vurur. Nəticə etibarilə, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarl ıq baxımından etibarlı hesab edilə bilməz.

31. Bu səbəbdən, belə diplomların tanınması məsələsində təhsil prosesində iştirakın real olub-olmamasını müəyyən etmək ictimai maraqlara xidmət edir.

32. Nəzərə alınmalıdır ki, həkim olmaq yalnız bir diplomla deyil, həm də uzunmüddətli əyani təhsil, təcrübə və insani məsuliyyət hissi ilə qazanılan bir peşədir. Buna görə də tibb təhsilinin əyani şəkildə və məsuliyyətlə keçirilməsi cəmiyyətin sağlamlığı və gələcəyi baxımından əvəzsiz dəyərə malikdir.

33. Hazırkı iş üzrə isə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı təhsil aldığı müddətdə təhsil aldığı ölkədə qısa müddətlərdə (2016/2017-ci tədris ili üzrə - 3 ay 14 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə 6 ay 14 gün, 2019/2020-ci tədris ili üzrə- 3 ay 10 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - 4 ay (pandemiya dövrü)) olmuşdur.

34. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forma sı üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən ibarətdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar baxış zamanı iddiaçının əyani formada təhsil aldığı ölkənin təhsil müəssisəsində (Gürcüstan Respublikasında) olduğu müddətin tədris normativinin yerinə yetirilməsi baxımından yetərli olub-olmaması, o cümlədən ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin mümkünlüyünü araşdırmalı, iş üzrə müəyyən edilən hallara yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbi baxımından hüquqi qiymət verməklə yekun nəticəyə gəlməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(104)-584/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar