Məhkəmə qərarları › İş №2-1(102)-1102/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1102/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1102/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məmmədhəsən oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının araşdırılmaması; güzəştli stajın mövcudluğu ilə bağlı sübutların düzgün qiymətləndirilməməsi və əldə edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanə t İsa qızının katibliyi, İddiaçı Məmmədhəsən oğlunun, onun vəkili Vəkil və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Məmmədhəsən oğlunun (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(103)-151/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq a şağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 25.06.1966-cı il təvəllüdlü iddiaçı dekabr 1984 - dekabr 1986-cı illərdə hərbi xidmətdə olmuş, 23.03.1987-ci ildə əmək fəaliyyətinə başlamış, 12.03.1987-ci ildən 22 avqust 1991-ci ilədək “Azərkimya” Trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çılingər kimi işləmiş, 02.09.1991-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin Tikinti Təmir Quraşdırma sexinə quraşdırıcı çılingər işinə qəbul edilmiş və 01.04.1993-cü ildən köçürmə yolu ilə “Azərkimya” təmir trestinə qəbul edilmiş və bu müəssisədə çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. 01.11.1995-ci ildə “Etilen Polietilen” zavodunun 64 saylı izolyasiya və hidroizolyasiya sexinə kəsici vəzifəsinə işə qəbul edilmiş, 02.02.1998-ci ildə quraşdırıcı çılingər vəzifəs inə keçirilmiş, 19.01.2011-ci ildə “Azərkimya”İB-nin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər işinə qəbul edilmiş və həmin vaxtdan da bu müəssisədə əmək fəaliyyətini davam etdirmişdir.

2. İddiaçı 01.01.2006-ci il tarixinə 20 ildən artıq ümumi iş stajının, bu stajın 15 ilə yaxın hissəsinin isə zərərli iş olduğuna istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir.

3. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 26 noyabr 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, idarəyə təqdim edilmiş 30 mart 1987-ci il tarixli İT-İ1189170 nömrəli əmək kitabçasında 23.03.1987 02.09.1991-ci il tarixləri a rasındakı dövr ərzində iddiaçının işlədiyi “Azərkimya Tresti” 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996 - 01.01.2006ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Etilen-Polietilen” zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcılar sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsində (10) nəzərdə tutulmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 12.03.1987-ci ildə “Azərkimya” Trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çılingər kimi əmək fəaliyyətinə başlamış və həmin vaxtdan 22 avqust 1991-ci ilədək bu müəssisədə işləmiş, 02.09.1991-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin Tikinti Təmir Quraşdırma sexinə quraşdırıcı çılingər işinə qəbul edilmiş və 01.04.1993-cü ildən köçürmə yolu ilə “Azərkimya” təmir trestinə qəbul edilmiş və bu müəssisədə çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. 01.11.1995-ci ildə “Etilen Polietilen” zavodunun 64 saylı izolyasiya və hidroizolyasiya sexinə kəsici vəzifəsinə işə qəbul edilmiş, 02.02.1998-ci ildə quraşdırıcı çılingər vəzifəsinə keçirilmiş, 19.01.2011-ci ildə “Azərkimya”İB-nin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər işinə qəbul edilmiş və həmin vaxtdan da bu müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. 01.01.2006-ci il tarixinə 20 ildən artıq ümumi iş stajı olmuş və bu stajın 15 ilə yaxın bir hissəsini zərərli iş sahəsində işlədiyi üçün 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh 26 noyabr 2019-cu il tarixli məktubla ona imtina cavabı vermişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubu 26.11.2019-cu ildə tərtib edilib. İddiaçı məhkəməyə 22.01.2020-ci il tarixdə (1 ay 26 gün sonra) iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini buraxmışdır. Bundan əlavə, iddiaçının əmək kitabçasından göründüyü kimi, işlədiyi 23.03.1987 - 02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya Tresti”nin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996 - 01.01.2006-ci illər arasındakı dövr ərzində Sumqayıt Etilen Polietilen zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcıları sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensi yası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Qeyd edilən peşələr yuxarıda qeyd edilən qərarda nəzərdə tutulsaydı belə, iddiaçının təqdim etdiyi arayışdan da göründüyü kimi, onun işlədiyi müəssisə, onun həmin müəssisədə ancaq 02.01.1996-ci ildən 31.12.2005-ci ilədək işlədiyi peşəni ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edir və qeyd edilən peşələrdə iddiaçının işlədiyi müddət qanunvericilikdə nəzərdə tutulmuş 10 ildən azdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2020 saylı 22 iyul 2020-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəm ə qeyd etmişdir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günə, yəni 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 20 il 08 ay 10 gün, 01.01.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1080A010) nəzərdə tutulan “Kimya istehsalatı” sahəsində iş stajı 10 ildən çox olduğundan, onun 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmçinin, iddiaçı tərəfindən iddia verilməsi üçün qanunla müəyyən edilmiş 30 gün müddətin ötürülməsi barədə cavabdehin mülahizəsi əsa ssızdır. Belə ki, cavabdeh, iddiaçıya verilmiş imtina məktubunun 26 noyabr 2019-cu il tarixində tərtib edildiyini, lakin iddiaçının hazırkı iddia ərizəsinin 22 yanvar 2020-ci il tarixində müddət ötürülməklə məhkəməyə verildiyini göstərsə də, imtina məktubunun iddiaçı tərəfindən alındığına dair sübut təqdim edə bilməmişdir.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2-1(103)-151/2021 nömrəli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2020 saylı 22.072020-ci il tarixli qərarı ləğv edilmiş, yen i qərar qəbul edilərək iddia təmin edilməmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iş yerindən verilmiş arayışlar ona 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına əsas verən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışlarda iddiaçının zərərli iş şəraitində işlədiyi və adının zərərli sexlərdə işləyən işçilərin siyahısında göstərildiyi qeyd olunsa da, bu mövqe əsaslandırılmamış, iddiaçının işlədiyi peşənin 1080A10 saylı koda uyğun olduğu ümumi olaraq göstərilmiş, 21.06.1993-cü ildə təsdiq olunmuş Siyahıda məhz hansı peşəyə aid olması dəqiq göstərilməmişdir. Bununla yanaşı, arayışlar iddiaçının gördüyü işlərin Siyahıda göstərilən «Kimya istehsalatı» sahəsi ilə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zə ruri qiymətləndirici məlumatları, o cümlədən iddiaçının bu peşələri (elektro-montyor, quraşdırcı çilingər, kəsici) məhz kimya istehsalatı sahəsində və hansı şəraitdə icra etməsini əks etdirmir. Bu baxımdan, iddiaçının 23.03.1987-ci ildən 02.09.1991-ci ilədək “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də işlədiyi elektro-montyor və 3-cü dərəcəli təmirçi çilingər, 02.01.1996-cı ildən 31.12.2005-ci ilədək ”Etilen-Polietilen” Zavodunun texnoloji avadanlıqlarının təmiri sexində işlədiyi kəsici, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən i stehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 10800000 saylı kod altında olan Vİİİ bölmədə “Kimya istehsalatı” sahəsində nəzərdə tutulan kimyəvi maddələrlə işləyən işçilərin peşələri sırasında (kod 1080A10) nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçının 01.01.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (kod 1080A10) nəzərdə tutulan kimya istehsalatında iş stajının 10 ildən çox olduğuna görə onun 52 yaşını n tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

12. Məhkəmə qərarı iddiaçıya 14.04.2020-ci il tarixində təqdim edilmişdir.

13. İddiaçı 24.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(103)-151/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. İşə baxan məhkəmə iş yerlərindən təqdim edilmiş arayışları mötəbər hesab etməyərək iddia tələbini rədd etmişdir. Halbuki, həmin arayışlarda id diaçının işlədiyi peşənin zərərli olması, eyni zamanda peşənin Siyahıdakı 1080A10 saylı koda uyğun olduğu göstərilmişdir. Əgər apellyasiya məhkəməsi arayışlardakı məlumatları şübhəli hesab edirdisə, o zaman ekspertiza təyin etməklə iddiaçının işlədiyi peşənin zərərli olubolmamasını müəyyən edə bilərdi. Bundan əlavə, iddiaçı ilə eyni müəssisədə işləmiş digər şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi halda, iddiaçının pensiya hüququ əsassız olaraq pozulmuşdur. Həmçinin, apellyasiya məhkəməsinin qərarında iddiaçının işlədiyi peşə quraşdırıcı çilingər olduğu halda, elektrik montyoru kimi göstərilmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabd eh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. 17.Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerind ən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu m üddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri.... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birlə şmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 24.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİ YA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin təhlilindən göründüyü kimi, kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün: bu şəxs 01.01.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olmalı; bu müddətin azı 10 ilini istehsalatların, Azərbaycan Respublikası Nazirlər Kabinetinun 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehs alatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda əksini tapmış işlərdə işləmiş olsun.

27. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

28. Hazırkı iş üzrə iddiaçının 01.01.2006-cı il tarixinədək 20 il ümumi iş stajının olması tərəflər arasında işin mübahisələndirilməyən hallarına aiddir. Həmçinin, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları və iş materiallarında olan, iddiaçıya məxsus hərbi bilet və əmək kitabçası ilə onun 01.01.2006-cı il tarixə 20 il ümumi stajının olması müəyyən olunur.

29. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini iddiaçının işlədiyi sahələrin (23.03.1987-02.09.1991-ci il tarixlə ri arasındakı dövr ərzində iddiaçının işlədiyi “Azərkimya Tresti” 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996 - 01.01.2006-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Etilen-Polietilen” zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcılar sexində kəsici, quraşdırıcı çılingər peşələrinin) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Sıyahısı”nda nəzərdə tutulmadığı və 01.01.2006-cı il tarixə tələb olunan 10 il güzəştli staja malik olmaması təşkil edir.

30. İddiaçı tərəfindən güzəştli iş stajının olması ilə bağlı əmək kitabçası, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 220 N-li 27.11.2018-ci il tarixli arxiv arayışı və “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 21.11.2018ci il tarixli 368 nömrəli arayışını təqdim etmişdir.

31. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 220 N-li 27.11.2018-ci il tarixli arxiv arayışına əsasən, “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-nin 1987-1991, 1989-1991-ci illərə aid “Zərərli sexlərdə işləyən işçilərin siyahısı” kitablarında iddiaçının 2-ci dərəcəli quraşdırıcı çilingər, 3-cü dərəcəli təmirçi çilingər işləməsi qeyd edilmişdir. 32. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 21.11.2018-ci il tarixli 368 nömrəli arayışına əsasən, iddiaçı 02.01.1996-cı il tarixdən 31.12.2005-ci il tarixinə kimi ”Etilen-Polietilen” Zavodunun texnoloji avadanlıqlarının təmiri sexində kəsici, quraşdırıcı çilingər peşələrində işləməklə tam iş günü ərzində z ərərli iş şəraitində çalışmışdır.

33. Apellyasiya məhkəməsi cavabdehin imtinasını qanuni hesab edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının iş yerindən verilmiş arayışlar ona 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına əsas verən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışlarda iddiaçının zərərli iş şəraitində işlədiyi və adının zərərli sexlərdə işləyən işçilərin siyahısında göstərildiyi qeyd olunsa da, bu mövqe əsaslandırılmamış, iddiaçının işlədiyi peşənin 1080A10 saylı koda uyğun olduğu ümumi olaraq göstərilmiş, 21.06.1993-cü ildə təsdiq olunmuş Siyahıda məhz hansı peşəyə aid olması dəqiq göstərilməmişdir. Bununla yanaşı, arayışlar iddiaçının gördüyü işlərin Siyahıda göstərilən «Kimya istehsalatı» sahəsi ilə uyğunluğunu m üəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici məlumatları, o cümlədən iddiaçının bu peşələri (elektro-montyor, quraşdırcı çilingər, kəsici) məhz kimya istehsalatı sahəsində və hansı şəraitdə icra etməsini əks etdirmir. Bu baxımdan, iddiaçının 23.03.1987-ci ildən 02.09.1991-ci ilədək “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də işlədiyi elektro-montyor və 3cü dərəcəli təmirçi çilingər, 02.01.1996-cı ildən 31.12.2005-ci ilədək ”Etilen-Polietilen” Zavodunun texnoloji avadanlıqlarının təmiri sexində işlədiyi kəsici, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə y aşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 10800000 saylı kod altında olan Vİİİ bölmədə “Kimya istehsalatı” sahəsində nəzərdə tutulan kimyəvi maddələrlə işləyən işçilərin peşələri sırasında (kod 1080A10) nəzərdə tutulmamışdır.

34. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya h üququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə g əlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

35. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birməna lı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.

36. Hazırkı iş üzrə apellyasiya məhkəməsi arayışlarda iddiaçının gördüyü işlərin Siyahıda göstərilən «Kimya istehsalatı» sahəsi ilə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici məlumatların, o cümlədən iddiaçının bu peşələri (elektro-montyor, quraşdırcı çilingər, kəsici) məhz kimya istehsalatı sahəsində və h ansı şəraitdə icra etməsini əks etdirmədiyini qeyd etsə də, İPM-nin 12.1-ci maddəsinin tələbini pozaraq həmin maddə ilə onun üzərinə qoyulan işin hallarını araşdırmaq vəzifəsini icra etməmişdir. Belə ki, işə baxan apelyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisəyə təkrar sorğu verərək lazımi məlumatların əldə edilməsi istiqamətində araşdırma aparmalı olduğu halda bunu etməmiş, bundan əlavə iddiaçının 1987-1991-ci illərdə “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də işlədiyi peşələrə dair güzəştli arayışın əldə olunması istiqamətində hər hansı addım atmadan, arayışlarda əks olunan məlumatların hərətərəfli olmamasına istinad edərək, bu halı iddiaçının ziyanına olaraq tətbiq etmiş və bu əsasla iddianı rədd etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi qərarında iddia çının “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də 2-ci dərəcəli elektrik montyoru işlədiyini qeyd etsə də, iddiaçı quraşdırıcı çilingər işləmişdir. (Arayışda «сл.монт.» kimi qeyd edilmişdir. Apellyasiya məhkəməsi tərcümədə xətaya yol vermişdir)

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

38. İşə təkrar baxan apellyasiya məhkəməsi məhkəmə kollegiyasının yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almaqla iddiaçının güzəştli iş stajının mövcudluğu istiqa mətində ətraflı araşdırma aparmalıdır.

39. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 21(103)-151/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar