Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1102/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlbetmə üçün əsas olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şamaxı rayon Məlhəm Bələdiyyəsinin inzibati mübahisə üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəyə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(105)-138/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən 7,8 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(085)191/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin 17 saylı, 20 dekabr 2006-cı il tarixli qərarı əsasında iddiaçıya ayrılmış 7,8 ha torpaq sahəsi üzərində İddiaçı2 Abbasqulu qızının həmin qərara uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Şamaxı rayon Məlhəm Bələdiyyəsi vəsatətlə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
4. Ərizəçi vəsatətini belə əsaslandırmışdır ki, Şamaxı rayon X1, Əngəxaran və Çuxuryurd kəndlərini əhatə edir. Ləğv edilmiş Əngəxaran Bələdiyyəsinin torpağa mülkiyyət hüququna dair kod 41001038, JN-01-1 nömrəli dövlət aktına əsasən “Doluya qarşı mübarizə” idarəsinin yaxınlığında yerləşən 19.0 ha torpaq sahəsindən kimlərə və neçə hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar olaraq DƏDRX-nin 14 saylı Şamaxı idarəsinə sorğu edilmiş və həmin idarənin m/502 saylı, 11 avqust 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, sözügedən ərazidən, ümumilikdə 6,80 ha torpaq sahəsi vətəndaş İddiaçı2 Abbasqulu qızının adına DƏDRX-də qeydə alınmışdır. Qeyri-rəsmi məlumata görə həmin torpaq sahəsinin DƏDRX-də qeydə alınmasına əsas Sumqayıt İ nzibati-İqtisadi Məhkəməsinin 2-1(085)191/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarı olmuşdur. Qeyd olunan iş üzrə qəbul edilmiş qərarı əldə etmək üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə sorğu edilmiş və 29 sentyabr 2020-ci il tarixdə qərarı əldə etmişdirlər. Qərardan məlum olmuşdur ki, mülkiyyət sahibi olan Məlhəm Bələdiyyəsi məhkəməyə dəvət edilmədən işə baxılmış və İddiaçı2 Abbasqulu qızının iddiası təmin edilmişdir. Bununla da AR MPM-in 55-ci maddəsinin tələbləri pozulmuş və eləcə də bələdiyyənin AR Konstitusiyası ilə qorunan hüquqlarına toxunulmuşdur.
5. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(85)-191/2019 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) ərizə təmin edilməmişdir.
6. Məhkəmə İPM-in 28.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, Şamaxı rayon Məlhəm Bələdiyyəsini iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə zərurət yoxdur.
7. Ərizəçi həmin qərardaddan аpеllyаsiyа şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2021-ci il tarixli, 2-1(105)-337/2021 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, F.Məmmədov və Z.Məmmədov) ərizəçi tərəfindən verilmiş аpеllyаsiyа şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş Şamaxı rayon Məlhəm Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsi nə göndərilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin özündə belə, iddiaçı ərizənin birinci səhifəsinin ikinci abzasında ona Bələdiyyənin qərarı ilə 7 ha torpaq sahəsinin satılması qərarının verildiyini bildirmişdir. Bundan əlavə iş vərəqə 11-də olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayışda da, Əngəxaran bələdiyyəsi tərəfindən iddiaçıya satılması nəzərdə tutulan torpağın sahəsi 7.0 ha göstərilmişdir. Üçüncü şəxs də, ərizəsində məhz qeyd edilən hala istinad edərək, torpaqayırma sənədlərinə əsasən, iddiaçıya 0.90 ha tikinti, 6.1 ha isə k/t təyinatlı cəmi 7 ha torpaq sahəsi ayrıldığı halda, iddiaçının 7.8 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyini və məhkəmənin bu halı araşdırmadan iddia tələbini təmin etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi isə ərizəyə baxarkən işin qeyd edilən xüsusat ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır.
10. Təkrar ərizəyə baxılarkən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmalı, zərurət olarsa Şamaxı rayon Məhkəməsinə sorğu edilməklə 2(074)212/2016 saylı mülki işə baxış keçirilməli, Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı 20 dekabr 2006-cı il tarixli qərarı əsasında İddiaçı2 Abbasqulu qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüləri dəqiqləşdirilməli, həqiqətən də, 0.8 ha hissədə Bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması öz təsdiqini tapmadığı halda, hazırda həmin torpaq sahəsinin hüquqi statusu, o cümlədən kimin mülkiyyətində olması məsələsi aydınlaşdırılmalı, yalnız bundan sonr a üçüncü şəxs qismində icraata cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. c. Birinci instansiya məhkəməsində ikincin icraat
11. Sumqayıt İnzibati Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli, 2-1(85)-191/2019 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) ərizənin təmin edilməməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi nəzərə alınaraq iş üzrə əlavə araşdırmalar aparılmış, İddiaçı2 Abbasqulu qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı Şamaxı rayon Məhkəməsinə sorğu edilməklə 2(074)212/2016 saylı mülki işə baxış keçirilmiş, bələdiyyədən və dövlət arxivindən sənədlər tələb edilmişdir. Dövlət arxivinin və bələdiyyənin təqdim etdiyi sənədlərdə də ayrılan torpaq sahəsinin 7,8 ha old uğu təsdiqini tapmışdır. Eyni zamanda 2(074)212/2016 saylı mülki işə baxılan zamanda həmin məhkəmələrində araşdırması zamanı sənədlər arasında uyğunsuzluq olduğunu müəyyən edilərək əlavə araşdırılmış, həmin işə baxılan zamanda arxiv sənədlərində torpaq sahəsinin 7,8 ha olduğu və Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı 20 dekabr 2006-cı il tarixli qərarının qanuni olduğu müəyyən edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, arxiv sənədlərinə əsasən ayrılmış torpaq sahəsinin 7,8 ha olduğu müəyyən edildiyinə, Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarının qanuni olması qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyinə, Məlhəm bələdiyyəsinin torpaq sahəsi ilə bağlı tələbləri təmin edilmədiyinə, İddiaçı2 Abbasqulu qızının mübahisəli torpaq sahəsi üzərində hüquqlar ı müəyyən edildiyinə görə, hazırda Məlhəm Bələdiyyəsinin üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsinə zərurət yoxdur.
14. Ərizəçi həmin qərardaddan аpеllyаsiyа şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(105)-138/2023 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, F.Məmmədov və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə isə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Məlhəm Bələdiyyəsinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması, Bələdiyyənin hüquqi vəziyyətində nə neqativ, nə də pozitivə doğru dəyişiklik baş verməsi müəyyən edilməmişdir.
17. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Ərizəçinin kassasiya şikayəti vəsatətin və apellyasiya şikayətinin mətninə uyğun tərtib olunmuşdur. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 8.0.3 və Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə istinad edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı
21. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (h əcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelly asiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
28. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.
29. Məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət e tmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28. 1-ci maddəsinə uyğun həll edilməlidir.
31. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına xüsusi diqqət yetirməlidir.
32. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi də həmin mövqeyə uyğun olaraq işin hallarını araşdırmış və hesab etmişdir ki, ərizəçinin hüquqları və qanunla qorunan maraqları pozulmamışdır.
33. Kassasiya şikayətinin dəlillərində məhkəmə qərardadının ərizəçinin hüquqlarına toxunduğu qey d edilsə də, işin müəyyən edilmiş hallarından görünür ki, qəbul olunmuş məhkəmə qərarının hansı hissədə onun hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişdir.
34. Bununla bağlı məhkəmə kollegiyası da qeyd edir ki, ərizəçi hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması öz təsdiqini tapmadığından onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması və icraatın təzələnməsi məqsədəuyğun deyil.
35. Beləliklə, ərizəçinin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin olunmaması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, kassasiya şikayət i təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(105)-138/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.