Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1102/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasının mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxna qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(106)-337/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus hərbi biletə, eləcə də 20 fevral 1980-ci il tarixli, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azneft” X12 X18 kontorunda gözətçi, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində çilingər-santexnik, xx.xx.1984cü il tarixdən xx.xx.1984-cü il tarixədək Qazaxıstanda yerləşən X2 İxtisaslaşdırılmış İdarəsində 2-ci dərəcəli termoizolyatorçu, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “AzSanitar” X6 Əli-Bayramlı Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingərsantexnik, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Avtomobil Nəqliyyatı Nazirliyi Təmir-Tikinti İdarəsinin Əli Bayramlı sahəsində 4-cü dərəcəli çilingər-santexnik, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “AzSTM” trestinin Əli-Bayramlı Montaj İdarəsində 4-cü dərəcəli çilingər-santexnik, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Əli-Bayramlı Dəzgahqayırma zavodunda 4-cü dərəcəli çilingər, xx.xx.1990-cı ildən isə elektrik qaynaqçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək ƏliBayramlı şəhəri “Alət” kooperativində elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Əli-Bayramlı Dəzgahqayırma zavodunda elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.x x.1999-cu il tarixədək "xxxx" Azərbaycan-X14 müəssəsinin Əli-Bayramlı filialın qazanın təmiri sahəsində elektrik qaynaqçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Dövlət Şirkəti İstehsalat Təmir Müəssisəsində elektrik qaynaqçısı və xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də elektrik qaynaqçısı işləmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01-FA/172 nömrəli işin xarakteri haqqında arxiv arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu ildən “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Turbin Avadanlıqlarının təmiri üzrə Əli-Bayramlı daimi təmir sahəsində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2009-cu ildə "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Şirvan Təmir sahəsinin Turbin Avadanlıqlarının Təmiri sexinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşələr, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının XXİİİ “Ümumi peşələr” Fəslinin 2-ci Siyahısına “Rezervuarların, bakların və sisternlərdə əl ilə qaynaq aparan elektrik qaynaqçıları” xüsusi zərərli iş ş əraiti hesab edildiyindən Elektrik stansiyalarında qazanxana, turbin avadanlığını yerində təmir edən və qaynaq işlərini aparan elektrik qaynaqçılarının işi də bilavasitə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. "xxxx" ASC-nin ATÜ/442 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Güzəştli pensiya üçün staj 06 il 09 ay 07 gün təşkil edir. “Azbaşenerji”-nin xx.xx.1978-ci il tarixli, 401 nömrəli əmrinə əsasən “Azərenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 nömrəli əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüqiqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 nömrəli əmrinə əsasən "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ 40 nömrəli əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. 4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" Azərbaycan-X14 Müəssisəsinin X5 təmiri sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilib və xx.xx.1999-cu ildə (Əmr №-01-km, xx.xx.1999-cu il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. İddiaçı xx.xx.1997-xx.xx.1999-cu il tarixlərdə işlədiyi peşə Azərbaycan Resp ublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə (şifrə-********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir lər. Güzəştli pensiya üçün staj: 01 il, 02 ay, 26 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Azərbaycan-X15 ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. 5. "xxxx" ASC “X13” MMC-nin 09 mart 2021-ci il tarixli 20/200/1/16 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2018-ci il tarixli, 74-q nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən “X13” MMC-nin Mərkəzi təmir sexində 6-cı dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmu ş və işdə olan hal-hazırda həmin müəssisədə işləyir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 30-cu, “Ümumi peşələr” bölməsinin 168-ci səhifəsində 11-ci xanada qeyd edildiyi kimi əl ilə elektrik qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C10515\2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 20 fevral 1980-ci il tarixli, İTİ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X10 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zaınanı adıçəkilən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün olmadığından 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 19 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********531400 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 2 Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Vergi orqanının uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 nömrəli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci i nstansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh xxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Əmək pensivaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, 23 oktyabr 2020-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsas ən 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 19 yanvar 2023-ci il tarixli, 3-17-1/2-C10515/2023 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə ERA Azərbaycan-X10 işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfındən aparılmış araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrü sizin ümumi iş stajınıza daxil etmək mümkün olmadığı üçün 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajımz 25 ildən az təşkil edir. Xahişi cavabdeh tərəfındən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxxxx 1963-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş və hazırda ünvan 3 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 18 yanvar 1980-ci ildə X7 X3 mühafizəçi vəzifəsinə işə qəbul edilmiş və 28 oktyabr 1981-ci il tarixində həqiqi hərbi xidmətə getməyilə əlaqədar işdən azad edilmişdir. 03 noyabr 1981-29 oktyabr 1983-cü il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. 01 dekabr 1983-cü ildə AzSanitar X6 Əli-Bayramlı Quraşdırma İdarəsində santexnik-çilingər vəzifəsinə işə qəbul edilmiş və 03 aprel 1984-cü ildə işdən çıxmışdır. 06 iyun 1984-10 iyul 1984-cü il tarixində X1 Karakanda İxtisaslaşdırılmış İdarəsində termoizolyasiyaçı işləmişdir. xx.xx.1984-xx.xx.1985-ci ildə AzSanitar X6 Əli-Bayramlı Quraşdırma İdarəsində çilingərsantexnik işləmişdir. 04 may 1985-ci ildə Avtomobil Nəqliyyatı Nazirliyinin TəmirTikinti İdarəsində çilingər-santexnik vəzifəsinə işə qəbul edilmiş və 02 noyabr 1987-ci ildə işdən çıxmışdır. 23 noyabr 1987-29 iyun 1989-cu il tarixində AzSanitar X6 Əli-Bayramlı Quraşdırma İdarəsində çilingər-santexnik vəzifəsində işləmişdir. 04 iyul 1989-05 may 1990-cı ildə Əli-Bayramlı Dəzgahqayırma zavodunda çilingər, 05 may 1990-24 oktyabr 1990-cı ildə isə yenə də orada elektrik qaynaqçısı işləmişdir. 25 oktyabr 1990-23 yanvar 1991-ci ildə Əli-Bayramlı şəhər Alət kooperativində elektrik qaynaqçısı işləmişdir. 01 fevral 1991-06 oktyabr 1997-ci il tarixində Əli-Bayramlı Dəzgahqayırma zavodunda elektrik qaynaqçısı işləmişdir. 08 oktyabr 1997-ci ildə ERA Azərbaycan-X14 Müəssisəsinin ƏliBayramlı Filialında elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və 04 yanvar 1999-cu il tarixində işdən çıxmışdır. 04 yanvar 1999-cu ildə Azərenerji Dövlət Şirkətinin İstehsalat Təmir Müəssisəsində Əli-Bayramlı Turbin Təmiri Sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş və 13 iyun 2002-ci il tarixinə kimi orada çalışmışdır. 14 iyun 2002-31 avqust 2009cu il tarixlərində Azərenerji ASC Əli-Bayramlı DRES-nda elektrik qaynaqçısı işləmişdir. 02 sentyabr 2009-29 dekabr 2012-ci ildə AZENCO ASC-də elektrik qaynaqçısı, 30 dekabr 2012-02 fevral 2015-ci ildə Sumqayıt Texnologiyalar Parkı MMC-d ə elektrik qaynaqçısı, 18 fevral 2015-06 noyabr 2018-ci il tarixində X16 Stansiyası MMC-də elektrik qaynaqçısı işləmişdir. 06 noyabr 2018-ci il tarixdən hal-hazıradək X8 elektrik qaynaqçısı vəzifəsində çalışır. Onun əmək fəaliyyəti dövrünün 01 yanvar 2006-cı ilə qədər olan hissəsində 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Güzəştli iş stajı elektrik qaynaqçısı peşəsində topladığı iş stajıdır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, o, güzəştli iş stajını mübahisələndirmir və pensiya təyinatı üçün pensiya kapitalı tələb etmir, çünki, 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş pensiya qanunvericiliyində pensiya kapitalı anlayışı və təbii ki, tələbi mövcud olmayıb. Hesab edir ki, bu iki hal-hazırkı iddiada mübahisələndirilməyən hallar k imi qəbul edilməlidir. Cavabdehin mübahisələndirdiyi yeganə hal, onun xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə ERA Azərbaycan-X10 çalışmağı ilə bağlıdır ki, cavabdehin rəyinə görə, həmin müəssisə qeyd edilən tarixdən daha əvvəlki dövrdə - xx.xx.1994-cü ildən sonra öz fəaliyyətini dayandırmışdır. Lakin, cavabdeh öz mülahizəsini hansı sübutlarla əsaslandırdığını bildirməmişdir, halbuki, “İnzibati İcraat Haqqında” Qanunun 19.1-ci maddəsində göstərilən müddəalarına görə, cavabdeh qeyd edilən müəssisənin həmin dövrdə fəaliyyətdə olmamasını sübut edən əks arqument təqdim etməli idi.
10. Cavabdeh orqan iddiaya yazılı etirazında bildirmişdir ki, cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində iddiaçıya ünvanlanmış imtina məktubunda onun təqdim etdiyi sənədlərə əsasən sığorta staj ının qanunvericiliklə nəzərdə tutulan həddən (25 il) az olduğu bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarından aydın olur ki, İddiaçı ümumi iş stajı 24 il 3 ay 19 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1987-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü İİxx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan həddən (25 il) azdır. İşin faktiki hallarına əsasən iddiaçını n "xxxx" Azərbaycan-X10 işlədiyi və əməkhaqqı aldığını iddia etdiyi xx.xx.1997xx.xx.1999-cu il tarixləri arasındakı illər onun sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Buna əsas olaraq bildirirlər ki, cavabdeh tərəfindən aparılan araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən qeyd olunan dövrlər üzrə iddiaçının əmək fəaliyyətini təsdiq edən sənədlər, o cümlədən əmək haqqı cədvəllərini, işləməsi faktını təsdiq edən arxiv sənədlərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, həmin dövrlər onun ümumi iş stajına daxil e dilməmişdir.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim F.N.Abbasov) 02 iyun 2023-cü il tarixli, 21(120)-2275/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni 23 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə təqdim olunmuş sənədlərə, o cümlədən işdə olan xx.xx.2001-ci il tarixli, AO-0324161 nömrəli hərbi biletə və 20 fevral 1980-ci il tarixli, ИТ–İ seriyalı ********* nömrəli əmək kita bçasına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı hazırki vaxtadək ümumilikdə 43 il 11 ay, o cümlədən xx.xx.2006-cı il tarixə 25 il 6 ay 11 gün iş stajı toplanmış və bunun 14 il 8 ay 25 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır.
13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixdək 5-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi və cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməyən 1 il 2 ay 26 gün iş stajı ona məxsus 20 fevral 1980-ci il tarixli, ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasında "xxxx" Azərbaycan-X14 müəssisəsinin rəhbərinin xx.xx.1997-ci il tarixli, 65 kш və xx.xx.1999-cu il tarixli 01 kш nömrəli əmrləri ilə təsdiq olunmuşdur. Di gər tərəfdən, "xxxx" Azərbaycan-X14 müəssisəsinin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı, bu səbəbdən həmin müəssisədə işlədiyi dövrün iddiaçının ümumi iş stajına daxil edilmədiyi arqumenti iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********531400 nömrəli məktubu ilə də təkzib olunur. Belə ki, həmin məktubda qeyd olunur ki, xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış AzərbaycanRusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 4 Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hərhansı məlumat aşkar edilməmişdir. Vergi orqanının uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.19 97-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixə iddiaçının 25 il 6 ay 11 gün ümumi iş stajina malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın xx.xx.2006-cı il tarixə iddiaçının ümumi stajının 25 ildən az olması dəlili əsassızdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-337/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: M.K.Həsənov, hakimlər: S.F.Həsənov və C.F.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-2275/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun və apellyasiya şikayətinin dəlilləri təkrarlanmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxi lində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır o lan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətin dən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 n oyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür)
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri... nəzərə alınır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası nın 13 may 2022-ci il tarixli, **********1 saylı qərarı ilə qüvvədən düşmüşdür)
1. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXXİİİ. Bölmə “Ümumi peşələr” 23200000-19906 “əl ilə qaynaq aparan elektrik qaynaqçıları 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Madd ə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə
24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşd ırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail ol maqdan ibarətdir.
35. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, xx.xx.2006-tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan nor maları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının xx.xx.2006-cı il tarixədək qazanılmasına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Cavabdeh hazırda iddiaçının "xxxx" Azərb aycan-X14 müəssisəsində xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək çalışdığı dövrü mübahisələndirir.
39. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonraQaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sos ial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı müxtəlif sənədlərə, o cümlədən əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
40. Eyni zamanda, bu qərarın 23-24-cü bəndlərində istinad olunan normaların müddəaları baxımından, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
41. Hazırkı mübahisəyə münasibətdə əmək kitabçasının məlumatlarına əsasən iddiaçı cavabdehin mübahisələndirdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dövrdə tələb olunan tam iş stajını toplamışdır. Cavabdeh tərəfindən iddiaçının əm ək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
42. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
43. Bununla yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda da xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi ba rədə hər hansı bir məlumatın aşkar edilmədiyi, vergi orqanının uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 nömrəli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alındığı, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir.
44. Beləliklə, iddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən xx.xx.2006cı il tarixədək iddiaçının ümumi stajı 25 ildən (25 il 6 ay 19 gün) artıqdır.
45. Güzəştli iş stajı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək X11 zavodunda əl ilə elektrik qaynaqçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Alət kooperativində əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (7 il 8 ay 5 gün) X11 zavodunda əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.1999cu il tarixədək (1 il 2 ay 26 gün) "xxxx" Azərbaycan-X14 müəssisəsinin Əli X9 təmiri sahəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək (2 il 5 ay 9 gün) "xxxx" Dövlət Şirkəti “İstehsalat təmir müəssisəsi”nin Əli Bayramlı turbin təmiri sahəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (3 il 6 ay 18 gün) "xxxx" Əli Bayramlı DRES-in təmir quraşdırma sexində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ (Ümumi peşələr) bölmə, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906)” öz əksini tapmış və iddiaçının həmin peşə üzrə 12 il 6 aydan artıq (14 il 8 ay 25 gün) əmək şəraitinə görə güzəştli iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.
46. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbayca n Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
47. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-337/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qə