Məhkəmə qərarları › İş №2-1(102)-1103/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1103/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1103/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi təl əbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu Rayon Şöbəsinə qarşı "1973-1997-ci illərdə Ağsu rayonu "M.B.Qasımov" adına kolxozda elektrik qaynaqçısı və 31.10.1997-ci ildən 31.12.2005-ci ilədək Ağsu rayon İstehlak Cəmiyyəti üzrə 84 №-li mağazada satıcı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarı 11.10.2018-ci il tarixli məktubla cavabdehə göndərilmişdir. Cavabdeh 16.11.2018-ci il tarixdə apellyasiya şikayətini poçtla Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərmiş, apellyasiya şikayətinin nəticə hissəsində Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi 05.12.2018-ci il tarixdə cavabdehə 2-1(107)-770/2018 saylı Bildiriş ünvanlamış və qeyd etmişdir ki, hazırkı iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 11 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nö mrəli qərar qəbul edilməmiş, iş materiallarında isə yalnız Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarı mövcuddur. Qeyd olunan Bildirişin cavabdehə çatdırılması isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdehin Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassator İnzibati Prosessual Məcəllənin 68.2, 87.7, 96.5, 96.9-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 201 9-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instasniya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu Rayon Şöbəsinə qarşı "1973-1997-ci illərdə Ağsu rayonu "M.B.Qasımov" adına kolxozda elektrik qaynaqçısı və 31.10.1997-ci ildən 31.12.2005-ci ilədək Ağsu rayon İstehlak Cəmiyyəti üzrə 84 №-li mağazada satıcı işlədiyi müddətin sos ial sığorta stajına daxil edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarı 11.10.2018-ci il tarixli məktubla cavabdehə göndərilmiş, cavabdeh 16.11.2018-ci il tarixdə apellyasiya şikayətini poçtla Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərmiş, apellyasiya şikayətinin nəticə hissəsində Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 21(84)-1084/2018 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi 05.12.2018-ci il tarixdə cavabdehə 2-1(107)-770/2018 saylı Bildiriş ünvanlamış və qeyd etmişdir ki, “hazırkı iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 11 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərar qəbul edilməmiş, iş materiallarında isə yalnız Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarı mövcuddur. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə 08.01.2019-cu il tarixdə saat 14:30-da baxılacaqdır.” Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdehin Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1084/2018 nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. İPM-nin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Hazırkı iş üzrə Şəki Apellyasiya Məhkəməsi tərəfindən 05.12.2018-ci il tarixdə cavabdehə ünvanlanan 2-1(107)-770/2018 saylı Bildirişin çatdırılması iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi İPM-nin 87.4-cü maddəsinin tələblərini pozaraq cavabdehin dinlənilmə hüququnu təmin etmədən apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Belə olan halda işə təkrar baxan apellyasiya instansiya məhkəməsi proses iştirakçılarının dinlənilmə hüququnu təmin etməklə yenidən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessu al Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-47/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar