Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1103/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasına dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təy inat üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanması və qalıq hissənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2020 nömrəli, 2020-ci il 09 iyun tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2019-cu il 06 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3823/2019 say lı, 2019-cu il 26 dekabr tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2020 nömrəli, 2020-ci il 09 iyun tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2019-cu il 26 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2020 nömrəli, 2020-ci il 15 oktyabr tarixli qərardadı ilə İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 iyun tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilm işdir.
6. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. İddiaçı prosessual müddətin bərpa olunmasına dair ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 09 iyun tarixli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin iddiaçı tərəfindən ötürülməsini üzrlü hesab edərək həmin müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 11 avqust tarixli qərardadı ilə təmin edilmiş və icra edilməsi üçün Vəkillər Kollegiyasına göndərilmişdir. Kollegiya isə vəkil ayrılması üçün qərardadı ünvan ünvanlamışdır. İddiaçı pandemiya il ə bağlı, eləcə də onun ailə üzvlərinin səhhəti ilə bağlı üzrlü səbəblərdən vəkillə əlaqə saxlayıb kassasiya şikayətinin imzalanması və göndərilməsi müddəti üzrlü səbəblərdən buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hesab edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı mənə rəsmi qaydada təqdim edilmədiyinə, vəkil tərəfindən surəti sonradan əldə edildiyinə, eləcə də, iddiaçının maddi imkanı olmaması nəzərə alınaraq dövlət vəsaiti hesabına vəkillə təmin olunduğunu, habelə 2-ci qrup Qarabağ müharibəsi əlili olmaqla onun səhhətinin onsuzda pandem iya vəziyyətində olan müddətdə çölə çıxmağa imkan vermədiyindən müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilməlidir KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ
9. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
10. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İPM: Maddə 24.1 Bu Məc əllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
12. Prosessual müddətin bərpa olunmasına dair ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəb ulundan imtina olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
14. İşdən göründüyü kimi, məhkəmə icraatı zamanı iddiaçı ilə yazışmalar onun ərizədə və apellyasiya şikayətində göstərdiyi ünvan üzrə aparılmış, apellyasiya instansiyası məhkəməsinin qərarı da həmin ünvana göndərilmişdir.
15. İddiaçının bilavasitə məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən o, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2020 nömrəli, 2020ci il 15 oktyabr tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 iyun tarixli qərarından kassasiya şikayəti verməsi üçün dövlət vəsaiti hes abına vəkillə təmin olunmuş, iddiaçının yaşadığı ərazidə yerləşən 8 saylı Vəkil Bürosu tərəfindən 2020-ci il 6 noyabr tarixdə verilmiş orderlə tapşırığın icrası Vəkil həvalə edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 iyun tarixli qərarından kassasiya şikayəti məhkəməyə 2021-ci il 3 may tarixdə, yəni orderin verildiyi tarixdən 5 ay sonra təqdim olunmuşdur.
16. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, pandemiya ilə bağlı, eləcə də onun ailə üzvlərinin səhhəti ilə bağlı üzrlü səbəblərdən vəkillə əlaqə saxlayıb kassasiya şikayətinin imzalanması və göndərilməsi müddətini üzrlü səbəblərdən buraxmışdır.
17. Ərizəçinin həmin dəlili vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, o, vəkilin təyin olunduğu vaxtdan şikayətin verilməsi üçün zəruri hərəkətlərin edi lməsini vəkilindən tələb edə bilərdi (o, bunu ərizə və şikayətlərində qeyd etdiyi GSM nömrələri vasitəsi ilə də edə bilərdi), yaxud tapşırığın icrası həvalə edilmiş vəkil həmin hərəkətləri xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə etməli idi. Belə ki, tapşırığın icrası ilə bağlı, kassasiya şikayətinin verilməsinə vəkilin sərf etdiyi vaxtın və xərclərin əvəzi dövlət büdcəsinin həmin məqsədlər üçün ayrılmış vəsaiti hesabına qarşılanır. Ödənilməli vəsaitin məbləği isə məhkəmə tərəfindən məhz vəkilin təqdim etdiyi hesabata əsasən müəyyən edilir.
18. Qeyd olunan imkanları mümkünsüz edən, iddiaçının və vəkilinin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
19. Beləliklə, prosessual müddətin ötürülməsi hətta vəkilin hərəkətsizliyi ilə bağlı olduqda belə, vəkilin tapşırıqla bağlı hərəkət və ya hərəkətsizliyi tapşırıq verən üçün (iddiaçı bu tapşırığı məhkəmə vasitəsilə - “vəkil təyin etmə barədə” ərizəsi ilə vermişdir) hüquqi nəticələr yaratdığından, prosessual müddətin buraxılmasında iddiaçı və vəkili təqsirsiz olmamışlar.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpa olunmasına dair ərizə təmin olunmur, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2020 nömrəli, 2020ci il 09 iyun tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.