Məhkəmə qərarları › İş №2-1(102)-1103/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1103/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1103/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və plan-ölçünün ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəb ələ ərazi İdarəsinə qarşı “X3 adına qeydiyyata alınmış Qəbələ rayonu, Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A 248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(107)-34/2023 nömrəli qərarından üçüncü şəxs Abbasov Asif Musa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib olunmuş **********63-10301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki paspo rtu”na əsasən Qəbələ rayonu, Hacıalılı kəndi, sənəd üzrə 0,16 ha, faktiki 0,219 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir.

2. Qəbələ rayonu, Hacallı kəndində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0148 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir.

4. Cavabdeh tərəfindən verilmiş A 248986 nömrəli, xx.xx.2018-ci il tarixli “planölçü”yə əsasən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,0148 ha torpaq sahəsi X3 xüsusi m ülkiyyətindədir. Sənəddə qeyd olunur ki, plan-ölçü Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı əsasında tərtib olunmuşdur.

5. Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli,10 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə X1.

6. Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 21(116)-108/2021 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı cavabdeh Qəbələ rayonu Hacıalılı bələdiyyəsinə qarşı “mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X2 barədə Qəbələ rayon Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Qəbələ rayon Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar ı X3 adına olan RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə cavab olaraq bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi məsələ cavabdehin səlahiyyətləri daxilində deyil. Təqdim edilmiş məhkəmə qərarlarının nəticə hissəsindən göründüyü kimi, Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı üçüncü şəxs X3 adına qeydə alınmış çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Eyni zamanda X5 tərəfindən qeyd olunan çıxarış əsasında həmin torpaq sahəsi başqa bir vətəndaşa notarial qaydada satılmış və həmin vətəndaşa dövlət reyestrindən çıxarış və plan-ölçü verilmişdir. Həmin vətəndaş da yenidən notarial qaydada başqa bir vətəndaşla alqı-satqı etmiş və ona dövlət reyestrindən çıxarış və plan-ölçü verilmişdir. Qeyd olunan alqı-satqı müqavilələri və mülkiyyət sənədləri ləğv edilməmiş və hal-hazırda qüvvədədir. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018 -ci il tarixli çıxarışın və A 48986 saylı, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 10.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Hacıalılı kəndində iddiaçının mülkiyyətində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 55,5 kv.metr yaşayış sahəsindən, 15,6 kv.metr yardımçı sahədən ibarət 71,1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 1 mərtəbəli, 45.15 kv.metr sahədən ibarət tövlə, 1 mərtəbəli, 42 kv.metr sahədən ibarət quraqlıq, 2,4 kv.metr sahədən ibarət ayaqyolu, 20,45 kv.metr sahədən ibarət hasar tikililəri olub. Həmin 0,16 ha torpaq sahəsi və üzərində yerləşən tikililər Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövl ət reyestrindən MA ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Həmçinin Daşınmaz əmlakın texniki pasportuna əsasən istifadəsində olan torpaq sahəsi ümumi olaraq 0,219 ha olmuşdur ki, 0,16 ha qeydiyyata alınmış torpaq sahəsi, 0,059 ha torpaq sahəsi isə zəbt torpaq olmuşdur. 2012-ci il tarixdə X6 Limanı tikilən zaman Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi ilə əlaqədar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililər tikinti altına düşdüyündən 55.400 manat kompensasiya ödənilməklə həmin torpaq sahəsi avtomobil yolunun tikintisi altına verilmişdir. Çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin hamısı iddiaçıdan alınmamış, təxminən 0,03 ha yaxın hissəsi mülkiyyətində qalmışdır. Bir müddət sonra iddiaçıda qalmış torpaq sahə sinə dair çıxarış almaqdan ötrü cavabdehə müraciət etdikdə, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən yol çəkilişi ilə bağlı layihəyə düşən torpaq sahəsi çıxıldıqdan sonra iddiaçının mülkiyyətində 0,01116 ha qaldığını və eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına əsasən iddiaçının istifadəsində 0,007839 ha torpaq sahəsinin qaldığı, həmin torpaq sahəsinin də bələdiyyə mülkiyyətinə aid olduğu bildirilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,0148 ha hissəsi Hacıalılı bələdiyyəsi tərəfindən X1.

11. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz imtina məktubuna uyğun tərtib edilmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli 21 (116)-1386/2022 nömrəli qərardadları ilə X5 və Abbasov Asif Musa oğlu iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi sonuncu dəfə A.Abbasovun adına qeydiyyata alınaraq çıxarış verilmişdir.

13. Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1386/2022 nömrəli (hakim F.İsmayılzadə) qərarı ilə iddia təmin edilərək üçüncü şəxs X3 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş dur.

14. Məhkəmə qeyd etmişdir ki, iş üzrə üçüncü şəxs X4 bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə dair bələdiyyə qərarı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qismən, yəni X3 adına olan RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edildiyindən, həmin qərar əsasında tərtib olunmuş Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri də ləğv edilməlidir.

15. Üçüncü şəxs Abbasov Asif Musa oğlu apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş et mişdir. apellyasiya instansiya məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(107)-34/2022 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Üçüncü şəxs Abbasov Asif Musa oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Üçüncü şəxsin kassasiya şikayət inin dəlillərinə əsasən işə baxılarkən məhkəmələr tərəfindən məhkəmə aidiyyəti pozulmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli qərarındakı mövqeyinə görə, “əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır”.

20. Bundan başqa, apellyasiya instansiyası məhkəmələri tərəfindən vicdanlı alıcı olaraq Abbasov Asif Musa oğlunun əmlak hüquqları ümumiyyətlə nəzərə alınmamışdır. Əm lakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan əlavə, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

21. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli və N.Hacıyevanın şikayəti 2020-ci il 10 mart tarixli Qərarı)

22. Qəbələ rayonu Hacıalılı kəndində iddiaçının mülkiyyətində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 55,5 kv.metr yaşayış sahəsi, 15,6 kv.metr yardımçı sahədən ibarət 71,1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 1 mərtəbəli, 45.15 kv.metr sahədən ibarət tövlə, 1 mərtəbəli, 42 kv.metr sahədən ibarət qur aqlıq, 2,4 kv.metr sahədən ibarət ayaqyolu, 20,45 kv.metr sahədən ibarət hasar tikililəri olub. Həmin 0,16 ha torpaq sahəsi və üzərində yerləşən tikililər o zaman ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Həmçinin Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən istifadəsində olan torpaq sahəsi ümumi olaraq 0,219 ha olmuşdur ki, 0,16 ha qeydiyyata alınmış torpaq sahəsi, 0,219 0,16=0,059 ha torpaq sahəsi isə zəbt torpaq olmuşdur. 2012ci il tarixdə X6 Limanı tikilən zaman Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi ilə əlaqədar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililər tikinti altına düşdüyündən iddiaçıya 55400 (əlli beş min dörd yüz) manat kompensasiya ödənilməklə həmin torpaq sahəsi avtomobil yolunun tikintisi altına verilmişdir. Çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin hamısı iddiaçıdan alınmamış, təxminən 0,03 ha yaxın hissəsi mülkiyyətində qalmışdır. Çox maraqlıdır ki, işə baxan məhkəmələr məlum olmayan, araşdırılmayan “sübutlar” əsasında nədənsə, Abbasov Asif Musa oğlunun mülkiyyətində olan torpaq sahəsinin də 0,059 ha bələdiyyə torpağını zəbt edib, əvəzində kompensasiya alan iddiaçıya məxsus olması qənaətinə gəlir. Halbuki, yuxarıda qeyd edilənlərdən də aydın görmək olur ki, mülkiyyətində cəmi 0,16 ha torpaq sahəsi olmuş iddiaçı zəbt torpağı da nəzərə alınmaqla, dövlətdən 0,189 ha torpaq sahə sinə və üzərindəki tikililərə görə kompensasiya almışdır. Bu azmış kimi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, 1-ci qrup əlil, hazırki iş üzrə vicdanlı alıcı olan Abbasov Asif Musa oğlunun torpağının da ona aid olmasını iddia edir.

23. Bütün yuxarıda qeyd olunanlardan göründüyü kimi, işə baxan apellyasiya məhkəməsi tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməklə maddi, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxmaqla isə prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məh dudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. daşı nmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından X3 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, *** ******* qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A 48986 seriyalı, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi üçün tələb olunan hüquqi əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

35. Nəzərə almaq lazımdır ki, hazırkı icraat çərçivəsində mübahisələndirilən, X3 adına qe ydiyyata alınmış çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olmuş inzibati akt - Qəbələ rayon Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ləğv edilmişdir. Həmin məhkəmə qərarı nəinki tərəflərə, habelə cavabdehə münasibətdə də məcburi hüquqi qüvvəyə malikdir və cavabdeh həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Bu baxımdan, cavabdeh inzibati orqan ləğv olunmuş inzibati akt əsasında aparılmış qeydiyyatı, eləcə də bu qeydiyyat əsasında verilmiş çıxarışı və “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədi məhkəmənin qanuni qüvvəyə minmiş və hazırkı mübahisəyə münasibətdə də preyudisial əhəmiyyətə malik olan həmin qərarına əsasən ləğv etməli idi. Belə ki, yuxarıda istinad olunan normalar ba xımından, cavabdeh qeydiyyatı apararkən hüquq müəyyən edən qanuni əsasa bağlıdır və həmin qanuni əsasın hüquqi qüvvəsini itirdiyi bütün hallarda, onun əsasında aparılmış qeydiyyat cavabdeh tərəfindən xidməti vəzifəsinə görə ləğv edilməlidir. Hazırkı halda bu tələbə riayət etməyən cavabdeh vəzifə səlahiyyətlərini yerinə yetirməmişdir.

36. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərindən biri də müvafiq iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə qaydasında baxılması ilə bağlıdır.

37. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər, edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020 -ci il tarixli qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan i rəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

38. Hazırki mübahisəyə münasibətdə də iddiaçı, bələdiyyə qərarının üçüncü şəxsin adına verilmiş çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə məhkəmə qərarına istinadən, üçüncü şəxsin adına aparılmış qeydiyyatı, bununla bağlı verilmiş çıxarışı və plan-ölçü sənədini mübahisələndirir. Bu mənada, hazırkı mübahisəyə aidiyyəti üzrə mülki məhkəmə qaydasında baxılmalı olmasına dair şikayətin dəlili əsassız hesab edilir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs əslində bələdiyyə qərarının onun adına verilmiş çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə məhkəmə qərarını müb ahisələndirməli idi. Belə ki, reyestrdə onun adına qeydiyyat və bununla bağlı digər müvafiq sənədlər məhz həmin bələdiyyə qərarına əsaslanır. Başqa sözlə, üçüncü şəxsin hüququnun məhz bələdiyyənin həmin qərarından irəli gəldiyi, lakin həmin qərarın məhkəmə tərəfindən ləğv olunduğu nəzərə alınmalıdır.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 21(107)-34/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar