Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1104/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1104/19 Bakı şəhəri 13 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlərİlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Fərhad Rəfibəylinin iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2-1(107)-43/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayonu M.B.Qasımov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ağsu Rayon Dövlət Arxivinin 12 iyun 2018-ci il tarixli, 244 nömrəli arxiv arayışına əsasən 1986-2000-ci illərdə “Özbəkistan” və M.B.Qasımov adına kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1986-2000-ci illərdə “Özbəkistan” və M.B.Qasımov adına kolxozlarda işləməsi faktının arxiv arayışına əsasən təsdiq olunmasına baxmayaraq, cavabdeh həmin illərin sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1258/2018 saylı qərarı (hakim Kənan Vəliyev) ilə iddia təmin edilmişdir. H əmin məhkəmə hesab etmişdir ki,iddiaçının 1986-2000-ci illərdə “Özbəkistan” və M.B.Qasımov adına kolxozlarda işlədiyi illər dövlət arxivinin arayışları əsasında öz təsdiqini tapdığı üçün, həmin dövr onun sosial sığorta stajına daxil edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2-1(107)-43/209 saylı qərardadı ilə (sədrlik edən hakim Mübariz Hüseynov, hakimlər Elçin Hüseynov və Rövşən Rəfiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, şikayətdə ləğv edilməsi xahiş edilən qərarın tarixində yol verilmiş yanlışlığın arasdan qaldırılması üçün cavabdehə ünv anlanmış məhkəmə bildirişində qeyd edilən apellyasiya şikayətinin məzmununda düzəliş edilib məhkəməyə rəsmi təqdim edilməli olmasının göstərilməsinə baxmayaraq, yol verilmiş nöqsan aradan qaldırılmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2, 87.3, 87.4, 94.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin qərardadında şikayət verilən zaman yol verilmiş yanlışlığın aradan qaldırılmadığı və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyi və gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verilmədiyi göstərilsə də, işə baxılan zaman çəkişmə prinsipi və proses iştirakçılarının dinlənilmə hüququ bütün hallarda gözlənilməli idi. Daha bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsinin qərardadı qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılmamışdır. Dəlilin hüquqi əsası kimiAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.3, 12.1, 58.7, 68.2, 69.3, 81, 82, 87.4, 87.7-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellya siya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Apellyasiyaşikayətininmümkünlüyüiləbağlı 08 yanvar 2019-cu iltarixəməhkəməiclasıtəyinedilmiş, cavabdehəbubarədərəsmiməlumatverilmiş, məhkəməiclasındanümayəndəsininiştirakınıtəminetməsi, o cümlədənаpellyаsiyаşikаyətindəyol veri lmişyanlışlığındüzəldilməsivəyeniapellyasiyaşikayətiniməhkəməyətəqdimetməsitəklifed ilmişdir. Şəkiİnzibati-İqtisadiMəhkəməsininqəbuledilənqərarınıntarixi 10 oktyabr 2018-ci iltarixli 2-1(84)-1258/2018 nömrəliqərarolsada, cavabdehisəapellyasiyaşikayətində 24 oktyabr 2018-ci iltarixli 2-1(84)-1258/2018 nömrəliqərarınləğvedilməsinitələbetmişdir. Qeydedilənyanlışlığınaradan qaldırılmasıiləbağlıcavabdehəünvanlanmışməhkəməbildirişindəqeydedilənapellyasiyaşika yətininməzmunundadüzəlişedilibməhkəməyərəsmitəqdimedilməsixahişedilmiş, cavabdehisəkeçənmüddətərzindəbuçatışmazlığıaradanqaldırmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyasında işə baxılarkən inzibati prosessual qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh mümkünlük iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da, onun tərəfindən yol verilmiş nöqsan aradan qaldırılmadığından şikayət mümkün sayılmamışdır. Cavabdehin dəlilinə görə çəkişmə prinsipinin tələbinə görə məhkəmə bütün hallarda onun işt irakını təmin edərək, dinlənilmə hüququnu gözləməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini aşağıdakılara əsasən əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 87-ci maddəsi apellyasiya instansiyası məhkəməsində icraatın aparılması qaydasını tənzimləyir. Həmin maddəyə görə: Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür.(87.1) Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. (87.2) Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. (87.3) Apellyasiyanın mümkü nlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (87.4) Prosessual qanunvericilik apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququnun təmin edilməli olmasını vacib şərt kimi müəyyən etmişdir. Dinlənilmə hüququ şəxsə imkan verir ki, o, məhkəmə prosesinə hansı məsələ ilə bağlı çağırıldığını və hansı nöqsanın aradan qaldırılmalı olması barədə qabaqcadan məlumatlı olsun. Qeyd olunmalıdır ki, şifahi məhkəmə baxışı haqqında məhkəmə bildirişi proses iştirakçısının məhkəmə iclasına gəlməsini tələb edən sənəddir. Bildirişdə minimal şərtlər qismində məhkəmə, hü quqi mübahisə, məhkəmə iclasını vaxtı və yeri, iclasın keçiriləcəyi zal, habelə məhkəmə baxışının məqsədi göstərilməlidir ki, proses iştirakçılarının iclasda iştirakı qanunvericiliklə müəyyən edilmiş qaydada mümkün olsun. Apellyasiya məhkəməsi cavabdehə göndərilmiş məhkəmə bildirişində cavabdehin prosessual qanunvericiliklə qorunan dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə bildirmişdir ki, mübahisəli məhkəmə aktı 10 oktyabr 2018-ci il tarixli olsa da, cavabdeh isə apellyasiya şikayətində 24 oktyabr 2018-ci il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. Qeyd edilən yanlışlığın aradan qaldırılması ilə bağlı apellyasiya şikayətinin məzmununda düzəliş edilib məhkəməyə rəsmi təqdim edilməsi xahiş edilmişdir. İşin 36 və 38-cı səhifələrində cavabdehə bildirişin göndərilməsinə dair rabit ə qovşağı tərəfindən təsdiq edilmiş “Reyestr” və bildirişin göndərilməsinə dair rabitə qovşağının qəbzi mövcuddur. Göstərilmiş sübutlar ona dəlalət edir ki, cavabdeh tərəf məhkəmə iclasından xəbərdar olmuşdur. Bu hal isə o anlamı yaradır ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehə göndərilən bildirişdə Azərbaycan Respublikası İPM-nin 87-ci maddəsində göstərilməsi vacib hesab olunan bütün hallar sadalanmış, təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılmalı olması təklif edilmiş, əks halda şikayət üzrə apellyasiyanın mümkün sayılmayacağı barədə tərəf aydın şəkildə xəbərdar edilmişdir. Lakin cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmamış və qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayətini təqdim etməmişdir. Qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası dəlillə razılaşmadığını bildirir. Kassasiya şikayətinin digər dəlili kimi apellyasiya məhkəməsinin qərardadının əsaslandırılmaması barədə qeyd edilənləri məhkəmə kollegiyası formallıq kimi qiymətləndirir. Çünki, apellyasiya instansiyası nə üçün şikayətin mümkün sayılmadığını prosessual maddələrə istinad etməklə kifayət qədər aydın və konkret şəkildə əsaslandırmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2-1(107)-43/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1104/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1104/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver