Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1104/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1104/2020) Açar sözlər: yenilənmiş məlumat vərəqinin müvafiq quruma göndərilməsi Bakı şəhəri xx xxxx 2020-ci il 29.07.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, vəkili Səfərov Fəxrəddin Heydər oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin müvafiq quruma göndər ilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-119/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx xxxxxx 1978-ci ildə doğulmuşdur və Bakı şəhərinin Yasamal rayonunda yaşayır. İddiaçı 1992-ci ildən 2002-ci ilədək Türkiyə Respublikası Gülhanə Tibb Akademiyasının Hərbi Tibb Fakültəsində ali təhsil almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0217 saylı xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçıya tibb xidməti leytenantı rütbəsi verilmişdir və xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Müdafi ə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ürək-damar cərrahı kimi xidmət etmişdir. İddiaçı Müdafiə Nazirliyinin 0857 №-li xx.xx.2018-ci il tarixli əmri ilə xx.xx.2018-ci il tarixdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ürək-damar cərrahiyyə bölməsinin cərrah vəzifəsindən ehtiyata buraxılmışdır. İddiaçıya Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, MN-11564 nömrəli məlumat vərəqində əksini tapmış ürək-damar cərrahiyyə bölməsinin cərrahı vəzifəsinin vəzifə maaşı əsas götürülməklə, «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə yaşa görə pensiya təyin olunmuşdur. Həmin məlumat vərəqində iddiaçının təminat xərcliyi - vəzifə maaşı 700 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 208,50 manat, məharət dərəcəsinə görə 245 manat, xüsusi qulluq stajına görə 105 manat olmaqla - cəmi 1456,50 manat hesablanmşdır. İddiaçının işlədiyi müddətdə pullu tibbi xidmətə görə daxil olan vəsaitlərdən müəyyən faizi onun əmək haqqına əlavə edilərək iddiaçıya ödənilmişdir (Müdafiə Nazirliyi Silahlı X2 iddiaçıya verdiyi 3672 nömrəli xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, cərrah İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 2018-ci il ərzində pullu xidmət hesabına köçürülən məbləği 31964.87 manat və bu məbləğdən DSMF-yə köçürülən məbləği 7991.23 manat təşkil edir). Pullu xidmətdən əmək haqqına əlavələr iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, MN11564 nömrəli məlumat vərəqində əksini tapmadığına görə, iddiaçı Müdafə Nazirliyinə ərizə ilə müraciət edərək, a ylıq pul təminatına 2018-ci illin dekabr ayında əlavə olaraq ödənilməmiş məbləğ göstərmək şərti ilə yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra qərarın mətnində ixtisarla DSMF-nin XŞTİ yazılacaq) göndərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli 12/1928 saylı məktubla cavab verərək bildirmişdir ki, ona təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinə yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçular ın hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Ona görə də pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqinin DSMF-nin XŞTİ-nə göndərilməsi qanuna müvafiq deyildir. İddiaçı xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, aylıq pul təminatına 2018-ci ildə DSMF-na ödənilmiş məbləğlər də nəzərə alınmaqla, təyin ed ilməsi üçün məlumat vərəqəsinin düzəliş edilərək göndərilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəyişərək, 2018-ci ildə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər nəzərə alınmaqla məlumat vərəqində düzəliş edilərək yenilənmiş məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi dövrdə həm də pullu xidmət göstərmiş, pullu xidmətdən daxil olan vəsaitlərin müəyyən hissəsi onun vəzifə maaşına əlavə olunaraq ödənilmişdir. Ona pensiya təyin edilməsi üçün məlum at vərəqəsi verilərkən pullu xidmətə görə ödənilən məbləğlər nəzərə alınmamış, bu artımlar məlumat vərəqində qeyd olunmamışdır. Halbuki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrak artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğdir. Cavabdehin ona yeni məlumat vərəqəsi verməkdən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsindəki «büdcədənkənar vəsaitlər hesabına hesabl anan əlavələr və digər ödənişlər istisna olmaqla» cümləsi onun pensiya hüququ yaranan tarixdən sonra, yəni xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Ona görə də cavabdehin imtinasını əsassız sayır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tələbinə dair yazılı etiraz və ya mülahizə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3937/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi qulluqçqu kimi pensiya hüququ xx.xx.2018-ci il tarixdən yarandığından, cavabdeh orqan ona münasibətdə xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş qanunv ericiliyin normalarını tətbiq etməkdə haqlı olmamışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-119/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi) S.Seyidova və V.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3937/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar çıxarılmaqla iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 633 nömrəli Fərman ının icrası ilə bağlı qəbul edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında hərbi qulluqçuların aylıq maaşlarına üstəlik verilən pul təminatı növlərinə büdcədənkənar vəsaitlər hesabına ödənişlər daxil edilməmişdir. Büdcədənkənar vəsaitlər hesabına ödəniş, hərbi qulluqçunun vəzifə maaşından hesablanmır. Büdcədənkənar vəsaitlər hesabına ödəniş "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsində göstərildiyi kimi hərbi qulluqçunun təminat xərcliyinə (pul təminatına), həmçinin vəzifə maaşından hesablanan digər əlavələrə və artımlara daxil deyildir. xx.xx.2019-cu ildən əvvəl də hərbi qulluqçulara pensiya təyi n edilərkən büdcədənkənar vəsaitlər hesabına edilmiş ödənişlər nəzərə alınmırdı. Qeyd olunan Qanunun 1.0.5-ci maddəsinə və Qərarın 2-ci bəndinə əsasən hərbi qulluqçulara pensiya yalnız aşağıda qeyd olunan ödənişlərdən hesablanırdı və hal-hazırda bu qaydada davam edir, o cümlədən: aylıq vəzifə maaşından; rütbə maaşından; xidmət illərinə görə əlavədən; ərzaq payı əvəzinə verilən pul kompensasiyasından; vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu il ə çıxarılmışdır. İddiaçının hərbi qulluqçu kimi pensiya hüququ xx.xx.2018-ci il tarixdən yarandığına görə, ona münasibətdə xx.xx.2019cu il tarixdən qüvvəyə minmiş qanunvericiliyin normaları tətbiq edilə bilməz. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 və vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. İşin hallarından göründüyü kimi iddiaçı ona təyin olunmuş pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqinin verilməsini tələb edir. İddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin anlayışı müəyyən edilərək göstərilir ki, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya b uraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.4-cü bəndində göstərilir ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinə pensiya təyin edilərkən iş stajı onların xidmət müddətinə dair məlumat vərəqi əsasında PAS -a daxil edilir. Həmin Qaydaların 2.4-cü bəndində deyilir ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısnı itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 3-cü bəndinə görə, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Bu Qaydalara əlavədə təminat xərcliyinə dair sənədin forma və məzmunu müəyyən olunmuşdur və həmin sənəd «məlumat vərəqi» adlandırılmışdır. Bu normalar o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya məlumat vərəqini onun işlədiyi orqan verməlidir və verilmiş tələb üzrə cavabdehliyi məhz Müdafiə Nazirliyi daşıyır. İddiaçıya yeni məlumat vərəqinin verilməsindən imtinanı doğuran səbəb – iddiaçının işlədiyi müddətdə pullu xidmətdən daxil olmuş vəsaitlərə görə edilmiş ödənişlərin təminat xərcliyində əksini tapmalı məbləğlərə aid edilib edilməməsidir. Bununla ba ğlı cavabdeh tərəfin mövqeyi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər təminat xərcliyinə aid edilməyən məbləğlərdir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iddianı rədd edərkən bu əsasdan çıxış edərək Qanunun 1.0.5-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına istinad etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına görə təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illəri nə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Bu normaya “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri xx xxxxxx 2018ci il tarixli 1362-VDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir və həmin Qanun xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının pensiya hüququ yarandığı vaxt, yəni xx.xx.2018-ci il tarixdə iddiaçının təminat xərcliyinə «büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin» daxil edilməsini istisna edən norma yox idi. Bu halda həmin normanın qüvvəyə mindiyi vaxtdan əvvəl yaranmış münasibətlərə tətbiqi məsələsi “ Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun müddəaları əsasında təhlil olunmalı idi. Həmin Qanunun 87.1-ci maddəsində deyilir ki, normativ-hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87.2-ci maddəsində də həmin prinsip əsas tutulmaqla göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüq uqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bu normalara əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əlavə olunmuş «büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin» təminat xərcliyinə daxil edilməməsi barədə müddəa, iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Nəzərə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan əmək fəaliyyəti dövrü bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində ona edilən ödənişlər, pensiya təyin olunarkən əsas götürülməli olan məbləğlər arta və azala bi lər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mi ndiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Buna görə də məhkəmə kollegiyası bildirir ki, iddiaçının pullu xidmətə görə əlavələrin pensiya təyinatı zamanı təminat xərcliyinə daxil edilməsi, onun pensiya hüququ yaranan vaxt mümkün idi. Bu, yuxarıda sadalanan normativ aktların tələbindən irəli gəlirdi. Ona görə də hazırki iddia tələbinin həllində xx.xx.2019-cu il tarixədək olan dövrdə təminat xərcliyini müəyyən edən yuxarıda sadalanan normalar nəzərə alınmalı və iddiaçının pullu xidmətdən daxil olan vəsaitə uyğun ona ödənilmiş məbləğlər təminat xərcliyinə daxil edilməlidir. Məhkəmə kollegiyası həmçinin apelyasiya instansiyası məhkəməsinin «xx.xx.2019cu ildən əvvəl də hərbi qulluqçulara pensiya təyin edilərkən büdcədənkənar vəsaitlər hesabına edilmiş ödənişlər nəzərə alınmırdı» kimi gəldiyi qənaətini də əsassız sayır. Çünki əvvəla, normanın təhlili (izahı) zamanı nəzərə alınmalıdır ki, qanun norması hüquq münasibətini, əks mənası etibarı ilə də əhatə etməklə tənzimləyə bilər. Pensiyalar haqqında qanunvericiliyin xx.xx.2019-cu ilədək qüvvədə olmuş normalarında pensiya təyin edilərkən büdcədənkənar vəsaitlər hesabına edilmiş ödənişlərin nəzərə alınmasını birbaşa və ya dolayısı ilə qadağan edən hüquq norması yox idi. İkincisi, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu ilədək qüvvədə olmuş 1.0.5-ci maddəsinin redaksiyasında təminat xərcliyini təşkil edən komponentlər (aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr, artımlardan ibarət olan məbləğ) sadalanmışdır. Həmçinin təminat xərcliyini əks etdirən sənəd kimi «məlumat vərəqi»nin forma və məzmunu müəyyən edilmişdir. Qanunun 1.0.5-ci maddəsinin məzmununda və məlumat vərəqində, dairəsi müəyyən olunmamış «digər əlavələr», «digər növ əlavələr» nəzərdə tutulmuşdur. «Digər əlavələr» anlayışı, həmin normada sadalanan komponentlərlə tam əhatə olunmayan, lakin mahiyyəti etibarilə təminat xərcliyinə uyğun gələn və təminat xərcliyinə daxil edilməsi qanunla qadağan olunmamış məbləğləri (hazırki iş üzrə iddiaçıya pullu xidmətə görə hesablanıb verilmiş və ya sığorta haqqı kimi ödənilmiş məbləğləri) ehtiva edir. Qanunvericinin «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” cəmləsini əlavə etməsi onu deməyə əsas verir ki, bu düzəliş, həmin normada nəzərdə tutulmuş geniş əhatəli «digər əlavələr» anlayışından «büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər»i xaric etməyə xidmət edirdi. Yəni qanuna bu əlavənin edilməsi özlüyündə təsdiq edir ki, onun qəbulundan əvvəl büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər təminat xərcliyinə aid edilmişdir. Azərbaycan Resbulikası İPM-nin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia təl əbini rədd edərkən maddi hüquq normalarını səhv təfsir etmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərarı çıxarılmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar çıxara bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-119/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Eldar oğlunun 2018-ci ildə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər nəzərə alınmaqla məlumat vərəqində düzəliş edilərək yenilənmiş məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunsun. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1104/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1104/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver