Məhkəmə qərarları › İş №2-1(102)-1104/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1104/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1104/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkünlərin mənzil növbəsinə götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmə öh dəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-150/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxx 1979-cu il tarixdə Ağdam rayonu, Suma kəndində anadan olmuşdur. Ailəlidir və 3 övladı var. Doğulduqları torpaqların ermənilər tərəfindən işğal olunmasından sonra məcburi köçkün vəziyyətində qalmışdır və hal-hazırda 30 avqust 2018-ci il tarixli kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır. Dövlət tərəfindən məcburi köçkün statusu təsdiqlənmiş və ona 103464 seriyalı məcburi köçkün vəsiqəsi veril mişdir.

2. İddiaçı xidmət zamanı aldığı xəsarətdən dolayı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X15 Komandanının 21 noyabr 2017-ci il tarixli "087 gm” nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. O, 2-ci qrup əlildir və Qaçqınkomun Ağdam rayon Şöbəsinin 06.03.2012-ci il tarixli 240 saylı arayışından görünür ki, evlə təmin olunmamışdır.

3. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə iddiaçının atası X3 arasında imzalanmış 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqavilə ilə X3 onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 3 otaqlı 433 saylı e vdə sakini olduğu Ağdam rayonunun Suma kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Ağdam rayonunun X21sində müvəqqəti məskunlaşmış məcburi köçkün və qaçqınların 05.07.2012-ci il tarixdə olan artma və azalmalar haqqında 32 nömrəli 05.07.2012-ci il tarixli məlumatından görünür ki, 433 nömrəli evdə X3 və ailə üzvləri - İddiaçı Səhliyalı oğlu (hərbçi), X7, X8, X13 qeydiyyata alınmışlar.

4. İddiaçı mənzillə təmin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 01/8096 saylı 08.07.2019-cu il tarixli imtina məktubu ilə müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, İddiaçı atasının ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində 433 saylı 3 otaqlı fərdi evlə təm in olunmuşdur. Dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması nəzərdə tutulduğu üçün onun ailəsinin yenidən mənzil növbəsinə götürülməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən onun və ailə üzvlərinin bir hissəsinin Ağdam rayon, Baharlı qəsəbəsində yerləşən 433 saylı mənzilə olan müvəqqəti qeydiyyatının ləğv olunması, cavabdehə etdiyi müraciət əsasında 13 sentyabr 2018-ci il tarixindən onun və ailəsinin mənzil növbəsinə qeydiyyata alınması və qərarın icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə (özü, arvadı, üç övladı) mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi sözügedən mənzili 24 oktyabr 2007-ci ildə onun yox, atası X1 və onun ailəsinin müvəqqəti yaşaması üçün vermişdir. Həmin mənzildə onun qeydiyyatına dair heç bir təsdiqedici sənəd mövcud deyil və 08 iyul 2019-cu il tarixinədək onun bundan xəbəri yox idi. Bundan sonra o, Ağdam rayonu, Baharlı qəsəbə nümayəndəliyi ilə əlaqə saxlamış və oradan bildirmişlər ki, həmin mənzil əvvəlcə atası X1, X4, X2, X5 və X6 müvəqqəti yaşaması üçün verilmiş, sonradan 2012-ci ildə o, yoldaşı X7, övladlarından ikisi X8 və X13 da həmin ünvana qeydiyyata salınmışlar. Onların həmin ünvana qeydiyyata salındıqları tarixdə o, Naxçıvan MR-da yerləşən hərbi hissədə gizir vəzifəsində hərbi xidmətdə olmuşdur. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1ci bəndinə əsasən, hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə qeydiyyata alınırlar. O, həmin dövrdə Naxçıvan MR-da xidmətdə ola-ola və hərbi qeydiyyatı xidmət etdiyi hərbi hissə ola-ola, sözügedən qurumlar qanunsuz olaraq onu və ailəsini Baharlı qəsəbəsində yerləşən 433 saylı mənzilə qeydiyyata salmışlar. Bundan əlavə, xidmət keçdiyi hərbi hissəyə təqdim etmək üçün N mart 2012-ci il tarixdə ona təqdim olunan Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Ağdam r ayon Şöbəsinin N mart 2012-ci il tarixli, 240 saylı arayışında onun evlə təmin olunmadığı qeyd olunmuşdur.

8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasının imtina məktubunda göstərilənlər təşkil etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-1129/2020 saylı qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, iddiaçının ailə üzvləri ilə birlikdə (özü, arvadı və üç övladı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının evlə təmin olunmadığı, onun adının mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salındığı halda, iddiaçının mənzil növbəsinə götürülməsinin imkan xaricində olması ilə əlaqədar cavabın verilməsinin səbəbləri cavabdeh tərəfind ən göstərilməmiş, qeyd olunanlar cavabdeh tərəfindən əsaslandırılmamışdır. Bu da iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-150/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-1129/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh ap elyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

15. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Komitənin köçürülmə komissiyası tərəfindən aparılan araşdırma zamanı iddiaçının, atası X1 ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində 433 saylı 3 otaqlı mənzillə təmin olunduğu müəyyən edilmişdir. Bu barədə, iddiaçı şəxsə 08.07.2019-cu il tarixli 01/8096 nömrəli məktubla cavab verilmişdir. İddiaçının adının mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına əlavə edilməsi dedikdə, Komitəyə müraciət edən mənzilə ehtiyacı olan məcburi köçkünlər ümumi siyahıya alınır. Həmin siyahılar əsasında məcburi köçkünlərin birbaşa mənzillə təmin edilməsi həyata keçirilmir. Qeyd olunmuş siyahıya daxil edilmiş məcburi köçkünlərin adları məskunlaşdığı yerlər üzrə gələcəkdə Komitənin Köçürmə komissiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq araşdırma aparılır və məcburi köçkünün mənzillə təmin edilib-edilməməsi barəsində qərar qəbul edilir. Qaydaların tələblərinə uyğun olaraq iddi açı, atası X1 ailə tərkibində olmaqla mənzillə təmin olunduğundan onun adı daxil edilmiş ümumi siyahıdan çıxarılmış və mənzillə təmin olunmasının imkan xaricində olması bildirilmişdir. Məcburi köçkünlərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Hazırda ölkə ərazisində mənzillə təmin edilməmiş və mənzillə təmin olunmağa daha çox ehtiyacı olan məcburi köçkün ailələri var ki, onların Dövlət Proqramına uyğun olaraq növbəli və mərhələli qaydada mənzillə təmin olunması həyata keçirilir. Eyni zamanda, tam qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə ciddi şəkildə ehtiyac vardır. Mövcud si tuasiyada isə artıq Komitə tərəfindən yaşayış sahəsi ilə təmin edilmiş məcburi köçkünün yenidən ayrıca yaşayış sahəsi əldə etməsi ədalətlilik prinsipinin tələblərinə də cavab vermir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının X21 İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 20 fevral 2020-ci il tarixli 14 nömrəli arayışında iddiaçının, atası X1 ailə tərkibində Komitə tərəfindən X21sində 3 otaqlı 433 saylı evlə təmin olunması, iddiaçının həmin mənzildə öz ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları, lakin həmin evdə yaşamadıqları göstərilmişdir. İddiaçının atası X3 və digər 5 nəfər ailə üzvü ilə Komitənin Mənzil istismar departamenti arasında 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqavilə imzalanmışdır. Həmin göstərilən mənzil 2006-cı ilin sonunda, İddiaçı Səhliyalı oğlunun ailə vəziyy əti subay olduğu və atasının ailə tərkibində olduğu vaxt verilmişdir. İddiaçı əgər evli olsaydı, 2006-cı ildə mənzil verilərkən, onun da ailəsinə ayrıca mənzil verilməsi məsələsinə müvafiq qaydada baxılacaqdı. İddiaçının qeyd etdiyi kimi, atası mənzillə təmin edilərkən onun xəbərinin olmaması ona yenidən mənzil verilməsi üçün əsas ola bilməz. İddiaçı atasının müvəqqəti məskunlaşdığı ünvan üzrə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmuş, həmçinin ailə vəziyyəti subay olduğundan atasının ailə tərkibində mənzillə təmin edilmişdir. Beləliklə, məhkəmənin qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyindən, məcburi köçkünlərin mənzillə təmin edilməsi Qaydalarının tələblərinə tamamilə ziddir. Qaydanın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunveri ciliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, mənzillə təmin olunmuş məcburi köçkünlər və onların ailə üzvləri sonradan ayrıca mənzillə təmin olunmurlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1 Hərbi qulluqçunun (mü ddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. 20. “Məcburi köçkün lərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” Bənd 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Bənd 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Bənd 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. Bənd 2.1 Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Ko missiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Belə ki, iddiaçı mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmiş və bu zaman “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na istinad etmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh həmin qərardan kassasiya şikayəti verərək iddianın təmin olunmamasını xahiş etmişdir.

28. İşdən görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. O, mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Məhkəməyə təqdim edilmiş etirazda və apellyasiya şikayətində cavabdeh 2006-cı ilin sonunda iddiaçının atasının ailə tərkibi 6 nəfər olmaqla məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş qəsəbədə yaşayış sahəsi ilə təmin olunduğunu, həmin vaxt iddiaçının subay olduğunu və onun da ailə tərkibinə daxil olduğunu, iddiaçının 2007-ci ilin iyun ayında ailə qurduğunu, bu səbəbdən ikinci dəfə mənzillə təmin olunmasının mümkün olmamasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçının atası X3 ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti aras ında imzalanmış 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqaviləyə əsasən X3 onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 3 otaqlı 433 saylı evdə sakini olduğu Ağdam rayonunun Suma kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçının atası 24 oktyabr 2007-ci il tarixdə yaşayış sahəsi ilə təmin olunmuşdur, iddiaçı isə həmin tarixdən əvvəl 12 iyun 2007-ci ildə X12 ilə nikaha daxil olmuşdur və onların birgə nikahlarından 14.10.2007-ci il təvəllüdlü X8, 09.11.2009-cu il təvəllüdlü X13, 01.05.2013-cü il təvəllüdlü X14 doğulmuşdur.

29. Cavabdeh kassasiya şikayətində iddiaçının atasına onun ailə tərkibinə daxil olmaqla mənzilin 24 oktyabr 2007-ci il tarixli 433 nöm rəli müqavilədən daha əvvəl, məhz 2006-cı ilin sonunda verilməsini kassasiya şikayətində qeyd etsə də, bu faktı təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir.

30. Eyni zamanda, iddiaçı 12.07.2002-ci ildən 21.11.2017-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 24.11.2017-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156- cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının atası mənzillə təmin edilərkən iddiaçı evli olmuş, onun ayrıça ailəsi olmuş, iddiaçı və ailə üzvləri həmin vaxt atası ilə birlikdə yaşamamışdır. Bu hallar iş materiallarına əlavə olunmuş arayışlarla da təsdiq olunur. 24 oktyabr 2007-ci il tarixli 433 nömrəli müqavilədə isə məhz iddiaçının atasının onunla yaşayan ail ə üzvləri ilə birlikdə mənzillə təmin edilməsi qeyd edilmişdir.

31. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Ağdam rayon Şöbəsinin N mart 2012-ci il tarixli, 240 saylı arayışı ilə iddiaçının evlə təmin olunmadığı bir daha təsdiq olunur. Eləcə də, Komitə tərəfindən iddiaçıya ünvanlanmış 10.05.2019, 17.05.2019 və 23.05.2019-cu il tarixli məktublarda da iddiaçının adının mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınması bildirilmişdir. Lakin sonradan Komitə iddiaçıya ünvanladığı 08.07.2019-cu il tarixli məktubda fərqli mövqedən çıxış edərək iddiaçının atasının ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində fərdi evlə təmin olunduğundan, dövlət tə rəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması nəzərdə tutulduğu üçün iddiaçının ailəsinin yenidən mənzil növbəsinə götürülməsinin imkan xaricində olmasını bildirmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mövqeyinin əsaslı olmasına dair hər hansı sübut təqdim etməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qərar qəbul edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-150/2 021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar