Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1104/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vəsaitin alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mər kəzi Filialının cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş vəsaitin alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 25 fevral tarixli, 2-1(103)-1012/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh 4 noyabr 2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat
2. İddiaçı 7 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək artıq ödənilmiş 16521,3 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddia çının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, araşdırma zamanı cavabdehə xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X3” MMC-nin Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyi müəyyən edilmişdir. Bu fakt “X3” MMC-nin cavabdehə dair 5 noyabr 2015-ci il tarixli arayışında qeyd edilmişdir. Onun işlədiyi kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələri yuxarıda qeyd olunan istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi, ona xx.xx.2015-ci il tarixind ə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim X1) 2021-ci il 30 sentyabr tarixli, 2-1(112)8298/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İnzibati orqanların icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. İddiaçı mübahisə edilən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər ödənilmiş 16521,3 manat məbləğində pensiya ödənişinin Cavabdeh tərəfindən ödənilməsinə razılığının olmamasına dair hər hansı s übut təqdim etməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış mübahisə predmeti olan məbləğin könüllü ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubun cavabdehə çatdırılması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən qanunvericiliyin normalarına əməl etmədiyindən iddia mümkün sayıla bilməz.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Nağıyev E.E qızı-sədrlik edən, Həmidov. H.Ü və Yusifov C.A) 25 fevral 2022-ci il tarixli, 2-1(103)1012/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8298/2021 nömrəli 30 sentyabr 2021-ci il il tarixli qərardadı qüvvədə saxlanılmışdır.
8. Bakı Apellyasiya instansiya məhkəməsi Bakı İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması və mahiyyətinə görə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 10. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Bundan əlavə həmin qərara əsasən apelyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmam asına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul etdiyi məhkəmə aktının qanuniliyi və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Barəsində şikayət verilən məhkəmə qərardadında "İnzibat icraat haqqında" Qanunun 82.2-ci maddəsinə istinad edilərək inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək hüququnun olması və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının tələb olunmaması qeyd edilmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən qanunda inzibati orqanın icra sənədi qəbul etmək hüququnun olması onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya inst ansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imt ina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Madd ə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏS İNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 25 fevral 2022-ci il tarixli 2-1(103)-1012/2022 nömrəli qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, məlum olduğu kimi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 7 iyul 2021-ci il tarixində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 16521,3 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Beləliklə iddiaçının qənaətinə görə, iddiaçı tərəfindən cavabdehə 16521,3 manat pensiya məbləği ar tıq ödənilmiş, həmin artıq ödənişin könüllü ödənilməsi məqsədi ilə 27 yanvar 2021-ci il tarixli məktubla cavabdehə müraciət edilmiş lakin cavabdeh tərəfindən bu müraciətə cavab verilməmişdir.
17. Buna görə də, iddiaçı məhkəməyə hazırki iddia ərizəsini təqdim etmişdir.
18. Bununla əlaqadar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
19. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı artıq ödənilmiş 16 521,3 manat məbləğin geri qaytarılmasını tələb etsə də, Cavabdeh tərəfindən ödənilməsinə razılığının ol mamasına dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ünvanlanmış mübahisə predmeti olan məbləğin könüllü ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubun cavabdehə çatdırılması iş materialları ilə öz təsdiqini tapmamışdır.
20. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, 22 fevral 2022-ci il tarixli apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi poçt qəbzinin surətinin məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin növbəti məhkəmə iclasında heç bir sənəd təqdim etməmişdir.
21. Ümumiyyətlə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qaydasında belə növdən olan inzibati mübahisələrin həlli “İnzibat icraat haqqında” Qanunun müəyyən etdiyi müddəalara riayyət edildiyindən sonra h əyata keçirilməlidir.
22. Belə ki, məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan 4 fəsli mövcuddur ki, belə növdən olan inzibati mübahisələrdə iddiaçı olan şəxs sözügedən fəsildə müəyyən edilmiş müddəalara tam riayyət etdikdən sonra, yəni inzibati icraatı yekun olan qərarı qəbul edib cavabdehə təqdim etdikdən sonra cavabdeh həmin qərarla razılaşmadığı halda, iddiaçının məhkəməyə müraciət etmək hüququ olur. 23.Bu baxımdan apellyasiya məhkəməsi öz qərarında düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərək ətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
25. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubol mamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir k i, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin inzibati kollegiaysının 25 fevral 2022-ci il tarixli 2-1(103)-1012/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-1012/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.