Məhkəmə qərarları › İş №2-1(102)-1105/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1105/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1105/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X8 Xüsusi X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş hərbi qulluqçuya əmək pensiyasının təyin edilməsi; keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X8 Xüsusi X3rşı “keçmiş müddət üçün ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2020-ci il 16 yanvar tarixli 2-1(103)239/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2005-ci il 23 avqust tarixdən 2019-cu il 1 iyun tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 06 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 2019-cu il 13 may tarixli 001749 nömrəli məlumat vərəqəsinə əsasən İdarə tərəfindən ona 2019-cu il 4 iyul tarixində «Əmək pensiyaları haqqında» Qanunun 20.14.2-ci maddəsinə uyğun olaraq t əminat xərcliyinin (887 manat) 57,67 faizi – 511,63 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 17591,58 manat məbləğində vəsaitin cari aydan etibarən həmin maddənin tələblərinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddiaçı 2019-cu il 5 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2005-ci il 23 avqust tarixdən 2019-cu il 1 iyun tarixədək olan müddət üçün ona ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişd ir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2006-cı il 1 yanvar tarixdən 2016-cı il 1 iyun tarixədək olan müddət üçün ona ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1994-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etmişdir. 2005-ci il 23 avqust tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 18-ci maddəsinin «B» bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 2005-ci il 23 avqust tarixli 1033 ş/h №-li əmri ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun pensiya hüququ olsa da, Azərbay can Respublikası Dövlət Sərhəd Xidmətinin günahı ucbatından ona yaşa görə əmək pensiyası yalnız 2019-cu il 1 iyun tarixdən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-327/2019 saylı 2019-cu il 26 fevral tarixli qərarı əsasında təyin edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 oktyabr tarixli 2-1(81)3837/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya hüququ 2005-ci il 23 avqust tarixindən yarandığını, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2006- cı il 1 yanvar tarixdən qanuni qüvvəyə mindiyini, həmin Qanunun 31.2-ci maddəsinə əsasən pensiya hüququnun həmin Qanunun qüvvəyə minməsindən əvvəl yarandığı halda, Qanunun qüvvəyə mindiyi gündən, yəni 2006-cı il 1 yanvar tarixdən hesablanmasının mümkün olduğunu nəzərə alaraq, iddiaçıya 2006-cı il 1 yanvar tarixdən 2016-cı il 1 iyun tarixədək olan dövr üçün pensiya hesablanaraq ödənilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-239/2020 nömrəli qərarı ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə göstərilir ki, hazırkı mübahisə pensiya hüququnun yaranıb-yaranmaması, "qazanılmış hüquq" ilə bağlı deyildir. İddiaçının pensiya hüququna malik olduğunu heç kəs mübahisələndirmir. ƏPQ-nin 37.7-ci maddəsi də pensiya hüququnun qazanılıb-qazanılmaması ilə deyil, pensiya hüququnun yaranmasına baxmayaraq alınmamış pensiya məbləğinin zaman baxımından məhdudlaşdırılması ilə bağlıdır. Təsadüfi deyildir ki, maddə "Əmək pensiyasının ödənilməsi" adlanan İX fəsildə yerləşir. Dolayısı ilə, İddiaçının “qazanılmış hüquq” deyimindən istifadəsi yanlışdır. Digər tərəfdən, “qazanılmış hüquq” anlayışı pensiya hüququnun yaranması üçün zəruri şərtlərin - sığorta hadisələrinin (yaş, staj, əlillik, pensiya kapitalı və s.) dairəsi ilə bağlıdır. Məsələn, şəxsin pensiya hüququnun yarandığını demək üçün bütün sığorta hadisələri baş verdikdən sonra qanunvericilikdə dəyişiklik edilməsinin (məsələn, yaş həddinin artırılması kimi) şəxsə hər hansı təsiri olmayacaqdır. Hazırki iş üzrə isə belə bir hal yoxdur. Məhkəmə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsini hazırkı işə tətbiq etməkdə haqlı deyildir. Ona görə ki, qanunvericinin bu dəyişiklikdəki iradəsi, hər hansı fərq qoymadan, əvvəllər alınmamış müddət üçün pensiyanın ödənilməsini m əhdudlaşdırmaqdan ibarətdir. Əgər qanunverici bu normanın/dəyişikliyin özünü hər hansı şəkildə məhdudlaşdırmaq istəsəydi, bunu həmin maddədə açıq şəkildə göstərərdi. Eyni zamanda, belə bir mövqe ƏPQ-nin 37.7-ci maddəsini 2020-ci ilin iyul ayının 1-dək “ölü norma”ya çevirir. Çünki Məhkəmənin məntiqinə görə, bu norma yalnız 2017-ci ilin iyulundan sonra "qazanılmış hüquq"lara aid ola bilər; deməli, geriyə 3 illik müddət qadağasının 2020-ci ilin iyul ayının 2-dən tez tətbiqi imkansızdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yə ni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçının əmək pensiyası hüququnun onun hərbi xidmətdən xəstəliyə görə buraxıldığı 2005-ci ildən yarandığı mübahisələndirilmir. Cavabdeh hesab edir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün 2019-cu ildə müraciət etdiyindən, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəsi, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinin 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyası tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınma mış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (Əvvəlki redaksiyada deyilirdi: “Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.”). Məhkəmə kollegiyası cavabdehin qeyd edilən hüquqi mövqeyini aşağıdakı səbəblərə görə iddiaçıya münasibətdə əsaslı hesab etmir. İddiaçının hərbi xidmətdən xəstəliyinə görə ehtiyata buraxıldığı 2005-ci ildə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 19 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanunla qüvvədən düşmüşdür) 12-ci maddəsinə əsasən (Pensiyaların təyin edilməsi şərtləri), xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: (...) v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ix tisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;... Həmin Qanunun 45-ci maddəsinin müddəalarına əsasən, bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara—xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi gündən tez olmayaraq... təyin edilir... Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun: 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddə t məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada). 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir (2008-ci il yanvarın 1-dək qüvvədə olan redaksiyada). 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada). Normaların tələbləri nəzərə alındıqda, iddiaçı hərbi qulluqçu kimi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən 2005-ci ildən xidmət illərinə görə, 2006-cı il yanvarın 1-dən isə “Əmək pensiyaları haqqında” Qanuna əsasən (iddiaçıya təyin edilməli ola n xidmət illərinə görə pensiyanın həmin Qanunla “Yaşa görə əmək pensiyası” növünə aid edildiyi nəzərə alınmaqla) yaşa görə əmək pensiyası hüququ qazanmışdır. O, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 32.1 və 37.7-ci maddələrinin yuxarıda qeyd edilən redaksiyalarına əsasən, əmək pensiyası hüququ olan şəxs kimi əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini müddətindən asılı olmayaraq almaq hüququ əldə etmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən, “Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya bura xılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, mövcud qanunvericiliklə pensiya üçün xidmət illəri hesablanır (2007-ci il 19 oktyabr tarixli 462-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 161-ci maddənin birinci hissəsinin ikinci cümləsində “mövcud qanunvericiliklə pensiya üçün xidmət illəri hesablanır” sözləri “xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tər əfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir” sözləri ilə əvəz edilmişdir). İşdən göründüyü kimi, iddiaçının xidmət keçdiyi hərbi xidmət orqanı Əsasnamənin həmin müddəasının tələbinə əməl etmədiyindən iddiaçıya onun hüququnun yarandığı vaxtda əmək pensiyası təyin edilməmiş, iddiaçının təminat xərcliyi barədə məlumatın pensiya təyin edən orqana göndərilməsi iddiaçının iddia tələbinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 fevral tarixli 2-1(82)-327/2019 nömrəli qərarı ilə təmin edilmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasının vaxtında təyin edilməməsi, deməli həm də ödənilməli olan pensiya məbləğinin ödənilməməsi dövlətin funksiyasının (o cümlədən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsində təsbit olunmuş öhdəliyin) icrası həvalə edilmiş orqanın (hazırkı halda, hərbi idarəetmə orqanının) təqsirli hərəkətsizliyi nəticəsində baş verdiyindən, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-239/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar