Məhkəmə qərarları › İş №2-1(102)-1105/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1105/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1105/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, mübahisənin mülki mübahisə olması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1874/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 17 iyul 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 52 saylı MKİS-nin rəhbərliyinin və X1 qeyri-qanuni hərəkətlərinin araşdırılması barədə iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilir ki, 52 saylı MKİS-in 08.05.2017-ci il tarixli aktına əsasən iddiaçının yaşadığı ev 2 otaqdan ibarət xüsusi mülkiyyətə aid olmaqla, 3 otaqlı yaşayış sahəsi 40.5 kv.m, ümumi sahəsi 59 kv.m-dir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəf indən verilmiş 08.05.2008-ci il tarixli çıxarışa əsasən 3 otaqlı xüsusi mülkün, yaşayış sahəsi 10 kv.m olan 1 payı Y.Yusupovnaya, digər hissəsi, yəni yaşayış sahəsi 30.5 kv.m olan 2-ci pay qonşusu, vətəndaş X3 məxsusdur. Hal-hazırda ümumi sahəsi 18.5 kv.m olan ümumi istifadə üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsindən istifadə olunması ilə bağlı Y.Yusupovnanın qonşusu S.C.Rəhimov arasında mübahisəli münaqişə yaranmışdır. Ona görə də, münaqişənin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur.

2. Azərbaycan Respublikası Cavabdeh Tikintidə X2 Agentliyinin 1 avqust 2017ci il tarixli məktubuna əsasən iddiaçının qonşusu X4 ilə aralarında olan mübahisəli məsələ ilə bağlı Cavabdehnə ünvanladığı 4 iyul 2017-ci il tarixli müraciəti mütəxəssislər tərəfindən yerində araşd ırılmış və bildirilmişdir ki, müvafiq tədbirinin görülməsi üçün tərəflərindən Nəsimi rayon İcra Hakimiyyətinə 17 iyul 2017-ci il tarixli məktub ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikilinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı Bakı şəhəri, İ.Həmidov 13 ünvanda qonşusu tərəfindən qanunsuz tikinti işləri aparılmışdır, həmin tikililər onun sərbəst yaşamasına mane olur, ona aid hissələr zəbt edilib. Müvafiq orqanlara dəfələrlə müraciət etsə də, nəticəsiz qalmışdır.

5. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-4839/2020 saylı iş) 18 sentyabr 2020-ci il tarix li qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı iş üzrə məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyinə, həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almadığına, buna baxmayaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə əsaslanaraq iddianı mümkün saymamışdır.

7. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X5 və X9, 2-1(103)-1874/2020 saylı iş) 11 noyabr 2020-ci il tarixli qərardadla iddiaçını n apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tikinti obyektinin sökülməsi barədə iddia Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verildikdə həmin iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Lakin iş materiallarından görünür ki, hazırkı iş üzrə iddia fiziki şəxs olan İddiaçı tərəfindən verilmişdir. İddiaçının cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə verdiyi iddianın mümkün sayılması üçün isə əsas şərt həmin inzibati orqana müraciət etməsi və onun bu müraciətinə münasibət bildirilməsidir.

10. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması ba rədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasımı 11 noyabr 2020-ci il tarixli qərardadı qanunsuz və əsassızdır.

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cı maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibat aktın qəbul edilməsinə yönəlməyən) müəyyə n hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyamı ödənilməsi də tələb edilə bilər.

14. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizlik nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğum əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəlikləri) icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. İddiaçı dəfələrlə iş üzrə cavabdeh və üçüncü şəxslər olan inziba ti orqanlara müraciət etmiş, lakin müraciətləri nəticəsiz qalmış və ya aidiyyəti üzrə digər qurumlara göndərilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəb ərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

19. Şəhərsalma və Tikinti Məcəlləsi Maddə

92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və ti kinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağı dakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: [70] 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsin də müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 gün müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadı ğı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. [71] 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ər zində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzər də tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 92-1. Reklam qurğularının tikintisi ilə bağlı yazılı göstərişlər 92-1.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintisinə icazə tələb olunan reklam qurğularının tikintisi işlərində poz untu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onların 10 gün ərzində aradan qaldırılması barədə sifarişçiyə icrası məcburi olan yazılı göstəriş təqdim edir. 92-1.2. Sifarişçi bu Məcəllənin 92-1.1-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyə n edildikdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yoxlamanın keçirildiyi gündən 3 iş günündən gec olmayaraq yenidən yazılı göstəriş təqdim edir. 92-1.3. Yazılı göstəriş maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Maddə

95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsin ə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbu l edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. [76] 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Cavabdeh (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. 1.2. Bu Qaydaların məqsədi Məcəllənin 75-ci və 80-ci maddələrinin tələbləri pozulmaqla aparılan tikinti işlərinin qarşısını almaqdan, şəhərsalma və tikinti qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdan ibarətdir. 1.3. Nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Mü fəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. 1.4. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində nəzərdə tutulmuş və Məcəllənin 95.2-ci maddəsinə əsasən yan divarlarının və dam örtüyünün tikintisi başa çatdırılmamış tikilən obyektin sökülməsi barədə qərarı Agentlik qəbul edir. 1.5. Məcəllənin 95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi (bu Qaydaların 5-ci hissəsində və 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) obyektin sifarişçisi tərəfindən icra olunmadığı halda, bu işi Agentlik həyata keçirir. 1.6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq, bu Qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış tikinti obyektlərinə də şamil edilir. (-).

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübu tlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbu l edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı:

1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publi k hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmamas ı üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərardadı ərizənin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır.

26. İddiaçı cavabdehə qarşı tələbində qanunsuz tikilinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçıya ünvanlandığı 13 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, iddiaçının komitəyə göndərdiyi müraciət komitə əməkdaşları tərəfindən araşdırılarkən müəyyən olu nmuşdur ki, o, X4 adlı vətəndaşla birgə mülkiyyət hüququ əsasında xüsusi evin bir otağında yaşayır. S.Rəhimov evin özünə məxsus hissəsində təmir işləri apararkən mətbəx və dəhlizdə, həmçinin evin ona aid hissəsinin ölçülərində özbaşına dəyişiklik edərək iddiaçının otağına əlavə qapı açmışdır.

28. Azərbaycan Respublikası Cavabdeh Tikintidə X2 Agentliyinin iddiaçıya ünvanlandığı 1 avqust 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, qonşunuz X4 ilə aranızda olan mübahisəli məsələ ilə bağlı Cavabdehnə ünvanladığınız 4 iyul 2017-ci il tarixli müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Bildiririk ki, müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Nəsimi rayon İcra Hakimiyyətinə 17 iyul 2017-ci il tarixli məktub ünvanlanmışdır.

29. İşə birinci instansiya qaydasında baxmı ş məhkəmə iddiaçının hazırkı iş üzrə məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyinə, həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almadığına, buna baxmayaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə əsaslanaraq iddianı mümkün saymamışdır.

30. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə iddia fiziki şəxs tərəfindən verilmişdir. İddiaçı cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə verdiyi iddianın mümkün sayılması üçün isə əsas şərt həmin inzibati orqana müraciət etməsi və onun bu müraciətinə münasibət bildirilməsidir. İnzibati məhkəmə icraatı zamanı iddiaçı onun qanunla qorunan hüquqlarının pozulmasını iddia etdiyi tikilinin sökül məsi ilə bağlı maraqlı şəxs olaraq Azərbaycan Respublikasının Cavabdehnə müraciət etməsi və sonuncunun bu müraciətinə münasibətdə müvafiq cavab məktubları verdiyini sübuta yetirə bilməmişdir. Bununla da iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə nəticə əsaslı olsa da, qərardadın əsaslandırma hissəsi düzgün olmamışdır.

32. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 13 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, iddiaçı X4 adlı vətəndaşla birgə mülkiyyət hüququ əsasında xüsusi evin bir otağında yaşayır. S.Rəhimov evin özünə məxsus hissəsində təmir işləri apararkən mətbəx və dəhlizdə, həmçinin evin ona aid hissəsinin ölçülərində özbaşına dəyişiklik edərək iddiaçının otağına əlavə qapı açmışdır.

33. Bakı şəhəri Nəsimi rayon İH MKTB-in iddiaçıya ünvanlandığı 17 iyul 2017-ci il tarixli məktubda da qeyd edilmişdir ki, hal-hazırda ümumi sahəsi 18,5 kv.m olan ümumi istifadə üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsindən istifadə olunması ilə bağlı iddiaçı ilə qonşusu S.C.Rəhimov arasında mübahisəli münaqişə yaranmışdır.

34. İddiaçının inzibati məhkəmə icraatında açdığı mübahisə qonşusu S.C.Rəhimov ilə arasında ümumi istifadədə olan qeyri-yaşayış sahəsində aparılan tikilinin sökülməsi ilə bağlıdır.

35. İddiaçının tələbi ümumi istifadədə olan sahədə aparılan tikinti ilə bağlı olduğundan, iddiaçının tələbi tikinti işlərini aparan S.Rəhimova qarşı yönəlməli, bu səbə bdən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

36. Apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan məhkəmə kollegiyası şikayəti təmin etmir.

37. İddiaçıya izah edilir ki, ümumi istifadədə olan sahədə inşa edilmiş tikilinin sökülməsi tələbi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.

38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1874/2020 saylı, 1 1 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar