Məhkəmə qərarları › İş №2-1(102)-1105/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1105/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1105/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: piket keçirilməsinə icazə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (təvəllüd: xx.xx.1957; FİN:xxxxxxx) və İddiaçı2 (təvəllüd:xx.xx.1962; cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tari xli, 2-1(103)-1255/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. FİN:xxxxxxx) İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə yazılı xəbərdarlıqla müraciət edərək “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 5-ci maddələrini əsas tutaraq Vəkillər X2nin inzibati binası qarşısında dinc piket keçirmək qərarına gəldiklərini, piketin həmin ərazidə keçirilməsinin insanların gediş-gəlişinə, təhlükəsizliyə, eləcə də Vəkillər X2nin iş rejiminə heç bir maneçilik olmayacağını, piket zamanı Vəkillər Kollegiyasına qarşı müvafiq məzmunlu yazılı və şifahi şüarlardan istifadə olunacağını, piketin keçirilməsi 2 iyul 2021-ci il tarixdə 15:00-d an 17:00-dək nəzərdə tutulduğunu, piket yerində informasiya dəstəyi vermək üçün media qurumlarının da iştirakının mümkün olacağını bildirərək göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin birinci hissəsinə əsaslanaraq həmin zaman piket iştirakçılarının və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbir görülməsini xahiş etmişdir.

2. Lakin cavabdeh orqanın 30 iyun 2021-ci il tarixli cavab məktubunda müraciətin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin tələblərinə cavab vermədiyi, ərizədə qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmiş, yuxarıda göstərilənləri, həmçinin mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi k arantin rejiminin davam etdiyini nəzərə alaraq, 2 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər X1 inzibati binası qarşısında planlaşdırılan toplantının keçirilməsinin məqsədəuyğun hesab edilmədiyini qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 30 iyun 2021-ci il tarixli 1-416-003 saylı imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə piket keçirilməsinə icazə verilməsi barədə qərar vermək vəzifəsinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra 17 iyun 2021-ci il tarixdə İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. M əhkəmənin 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı2 iddiası üzrə iş İddiaçı1 iddiası üzrə işlə bir icraatda birləşdirilmişdir.

6. İddiaçı2 məhkəməyə əlavə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçılara piket keçirilməsinə icazə verilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh Bakı ŞİH-ə yazılı xəbərdarlıqla müraciət edərək, Azərbaycan Respublikası Vəkillər X2 və bu qurumun aparatı tərəfindən vəkilliyə namizədlərlə bağlı ixtisas imtahanı nəticələrinin saxtalaşdırılması və başqa qanunsuzluqlara yol verildiyindən iki hüquqşünas bu faktlara etiraz əlaməti olaraq və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikas ı Qanununun 3 və 5-ci maddələrini əsas tutaraq, Vəkillər X2nin inzibati binası qarşısında dinc piket keçirmək qərarına gəldiklərini, piketin həmin ərazidə keçirilməsinin insanların gediş-gəlişinə, təhlükəsizliyə, eləcə də Vəkillər X2nin iş rejiminə heç bir maneçilik olmayacağını, piket zamanı Vəkillər Kollegiyasına qarşı müvafiq məzmunlu yazılı və şifahi şüarlardan istifadə olunacağını, piketin keçirilməsi 2 iyul 2021-ci il tarixdə 15:00-dan 17:00-dək nəzərdə tutulduğunu, piket yerində informasiya dəstəyi vermək üçün media qurumlarının da iştirakının mümkün olacağını bildirərək, göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin birinci hissəsinə əsaslanaraq, həmin zaman piket iştirakçılarının və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbir görülməsi x ahiş olunmuş, Bakı ŞİH-in hazırkı iddiaçılara ünvanlanmış 30 iyun 2021-ci il tarixli cavab məktubunda müraciətin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin tələblərinə cavab vermədiyi, ərizədə qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmiş, yuxarıda göstərilənləri, həmçinin mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, 2 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər X1 inzibati binası qarşısında planlaşdırılan toplantının keçirilməsinin məqsədəuyğun hesab edilmədiyini qeyd etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8133/2021 saylı, 24 dekabr 2021-ci il qərardadı (hakim R.L.Kərimli) i lə iddia mümkün sayılmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh Bakı ŞİH-in 30 iyun 2021-ci il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayıla bilməz. Belə ki, iddiaçıların müraciəti üzrə cavabdeh qaldırılan müvafiq tövsiyə vermiş və karantin rejiminin tətbiqini nəzərə alaraq qaldırılan məsələnin həllinin məqsədəuyğun olmadığını bildirmişdir. Həmçinin piketin keçirilməsi üçün nəzərdə tutulan tarix bir neçə aydır keçmişdir. Belə olan halda, müvafiq mübahisə üzrə iddia “müəyyən etmə və tanınma haqqında” iddia növündə qaldırıla bilər və bu qəbildən olan iddialar qanunun tələbinə görə subsidiar xarakter daşıyır. Hazırkı iddia subsidiar xarakterli olduğu halda, onunla birgə baxılmalı digər iddianın nədən ibarət olması isə, iddia ərizəsində göstərilməmişdir, əri zənin məzmunundan da məlum olmur.

10. İddiaçılar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(103)-1255/2022 nömrəli qərardadı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-8133/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan hallar hazırki mübahisənin inzibati icraat qaydasında baxılmasını mü mkünsüz edir. Ona görə də, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından hazırkı iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.

13. İddiaçılar hər biri ayrı-ayrılıqda həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı2 kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə çıxarmış olduğu qərardadın üçüncü vərəqində “İnzibati icraat haqqında” Qanuna istinad edərək inzibati aktın mü mkünlüyü barədə müddəaları qeyd edərək sonradan mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından qiymət verilməsinin vacibliyini vurğulayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılması: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkü nlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Lakin məhkəmə iddiaçıların hüquqlarını kobud surətdə pozmaqla sanki notariat orqanı kimi aşağı instansiya məhkəməsinin çıxarmış olduğu qərardadın düzgünlüyünü “təsdiq” etmiş olmuşdu. Məhkəmə o hala qəsdən qiymət vermək istəməmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh Bakı şəhər İcra hakimiyyətinin 30 iyun 2021-ci il tarixində verilmiş məktubunun müstəqil hüquqi nəticə yaratmadığına görə inzibati akt kimi qəbul etməmişdi. Çünki hazırkı iddia məhz inzibati orqanın hərəkətsizliyi ilə bağlı hüququn pozulması f aktıdır. Mövcud normalara əsaslanaraq dinc aksiya keçirmək iddiaçıların hüququdur. Belə bir aksiyanın keçirilməsi, yaxud da harada keçirilməsi və s. barədə məsləhətlər vermək cavabdehin səlahiyyətində deyil.

15. İddiaçı1 kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi BŞİH-nin xx.xx.2021-ci il tarixli imtina qərarını (məktubunu) inzibati akt saymamışdır. Lakin Bakı şəhər İcra Hakimiyyəti xüsusi dövlət funksiyasını həyata keçirən, mühüm inzibati orqan sayılır. İnsanların sərbəst toplaşmaqla bağlı təşkilatı məsələlərə məhz bu orqan baxır. Deməli onun bu fəaliyyəti ilə bağlı çıxardığı hər bir sərəncam, qərara və sair hakimiyyət tədbiri inzibati akt sayıla bilər.

16. İddiaçı1, həmçinin məhkəməyə kassasiya şikayətinin vermə müddətinin bərpa edilməsinə dair ərizə təqdim etmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.1 İnzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən mümkün sayılmalıdır. (5.3-cü bənd); ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6 İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun: Maddə

3. Bu qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Maddə 5. bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Maddə

7. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, di gər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; ictimai asayişin pozulmasının qarşısını almaq üçün; iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; əhalinin sağlamlığının mühafizəsi üçün; əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hü quqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.(4.1-ci bənd); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2-ci bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. (5.1-cibənd); Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.(5.2-ci bənd); İddia qaldırmış şəxsin hüquqla rının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd).

21. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. İddiaçı2 kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məlum olduğu kimi, İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 30 iyun 2021-ci il tarixli 1-416-003 saylı imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə piket keçirilməsinə icazə verilməsi barədə qərar vermək vəzifəsinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 17 iyun 2021-ci il tarixdə İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı2 iddiası üzrə iş İddiaçı1 iddiası üzrə işlə bir icraatda birləşdirilmişdir. İddiaçı2 məhkəməyə əlavə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçılara piket keçirilməsinə icazə verilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8133/2021 saylı, 24 dekabr 2021-ci il qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(103)-1255/2022 saylı qərardadı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8133/2021 saylı, 24 dekabr 2021-ci il tarixli, qərardadı dəyişdirilməd ən saxlanılmışdır.

27. İddiaçılar ayrı-ayrılıqda apellyasiya məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermişlər.

28. İlk öncə qeyd edilməlidir ki, İddiaçı1 apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(112)-8133/2022 saylı qərardadı, işin 108-ci səhifəsində olan sifarişli poçt xəbərnaməsindən göründüyü kimi, xx.xx.2022-ci il tarixində verilmiş, kassasiya şikayəti isə apellyasiya məhkəməsinə yalnız 24 aprel 2022-ci il tarixdə, yəni İPM-nin 94.1-ci maddəsi ilə apellyasiya məhkəməsinin qərardadından müəyyən edilmiş 10 gün şikayət vermə müddətinin buraxılması ilə verilmişdir.

29. Bununla bağlı İddiaçı1 kassasiya şikayətinin vermə müddətinin bərpa edilməsinə dair məhkəməyə ərizə vermiş və həmin ərizədə sadəcə olaraq göstərmişdir ki, “üzürlü səbəblər ü zündən vaxtında kassasiya şikayəti verə bilməmişik”

30. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ərizə ümumiyyətlə əsaslandırılmamış, yəni iddiaçı tərəfindən prosessual müddətin hansı “üzürlü səbəblər üzündən” buraxılması göstərilməmişdir.

31. Halbuki İPM-nin 80.1-ci maddəsində yazılmışdır ki, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

32. Lakin yuxarıda artıq göstərildiyi kimi, İddiaçı1 İPM-nin 80.1-ci maddəsinin tələblərinə riayət etməmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 münasibətdə onun verdiyi kassasiya şikayəti mümkün sayılmamalı və kassasiya şikayətinin qəbul olunmasından imtina edilməl idir.

34. Belə ki, İPM-nin 96.2-ci maddəsinə müvafiq olaraq Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. Həmin məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

36. İddiaçı2 kassasiya şikayətindəki dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, İddiaçı2 öz kassasiya şikayəti faktiki olaraq yeganə dəlildən ibarətdir.

37. Belə ki, İddiaçı2 kassasiya şikayətində göstərmişdir ki, məhkəmə iddiaçıların hüquqları nı kobud surətdə pozmaqla aşağı instansiya məhkəməsinin çıxarmış olduğu qərardadın düzgünlüyünü “təsdiq” etmiş olmuşdu. Məhkəmə o hala qəsdən qiymət vermək istəməmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh Bakı şəhər İcra hakimiyyətinin 30 iyun 2021-ci il tarixində verilmiş məktubunun müstəqil hüquqi nəticə yaratmadığına görə inzibati akt kimi qəbul etməmişdi. Çünki hazırki iddia məhz inzibati orqanın hərəkətsizliyi ilə bağlı hüququn pozulması faktıdır. Mövcud normalara əsaslanaraq dinc aksiya keçirmək iddiaçıların hüququdur. Belə bir aksiyanın keçirilməsi, yaxud da harada keçirilməsi və s. barədə məsləhətlər vermək cavabdehin səlahiyyətində deyil. Cavabdeh təşkilat hər bir halda onların bu aksiyanı keçirtmələrində kömək etməli idi. Lazım gələrsə, onları həkimlə və polislə təmin et məli idi.

38. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 həmin dəlili əsassızdır.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar cavabdeh Bakı ŞİH-ə yazılı xəbərdarlıqla müraciət edərək, Azərbaycan Respublikası Vəkillər X2 və bu qurumun aparatı tərəfindən vəkilliyə namizədlərlə bağlı ixtisas imtahanı nəticələrinin saxtalaşdırılması və başqa qanunsuzluqlara yol verildiyindən iki hüquqşünas bu faktlara etiraz əlaməti olaraq və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 5-ci maddələrini əsas tutaraq, Vəkillər X2nin inzibati binası qarşısında dinc piket keçirmək qərarına gəldiklərini, piketin həmin ərazidə keçirilməsinin insanların gediş-gəlişinə, təhlükəsizliyə, eləcə də Vəkillər X2nin iş rejiminə heç bir maneçil ik olmayacağını, piket zamanı Vəkillər Kollegiyasına qarşı müvafiq məzmunlu yazılı və şifahi şüarlardan istifadə olunacağını, piketin keçirilməsi 2 iyul 2021-ci il tarixdə 15:00-dan 17:00-dək nəzərdə tutulduğunu, piket yerində informasiya dəstəyi vermək üçün media qurumlarının da iştirakının mümkün olacağını bildirərək, göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin birinci hissəsinə əsaslanaraq, həmin zaman piket iştirakçılarının və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbir görülməsi xahiş olunmuş, Bakı ŞİH-in hazırkı iddiaçılara ünvanlanmış 30 iyun 2021-ci il tarixli cavab məktubunda müraciətin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin tələblərinə cavab vermədiyi, ərizədə qeyd edil ən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmiş, yuxarıda göstərilənləri, həmçinin mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, 2 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər X1 inzibati binası qarşısında planlaşdırılan toplantının keçirilməsinin məqsədəuyğun hesab edilmədiyini qeyd etmişdir.

40. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və bu halda iddiaçıların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5ci maddəsinin İ hissəsinə və həmin Qa nunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz.

41. Eyni zamanda apellyasiya məhkəməsi doğru olaraq göstərmişdir ki, qeyd edilən Qanunda toplantı keçirilməsi qadağan edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanının mövqeyinin qərar qəbul edilməsi ilə ifadə olunması nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçıların nəzərinə çatdırıldığı üçü n həmin qərar olmayan məktub ilə iddiaçıların hər hansı bir subyektiv hüququ pozulmamışdır.

42. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdeh sözügedən məktubda yazmışdır ki, ərizədə qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə edilir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.(4.1-ci bənd); Hüququn həqiqətən pozulub- pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2-ci bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. (5.1-cibənd); Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.(5.2-ci bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. (5.3-c ü bənd)

44. İPM-in 35.1-ci maddəsinin tələbində də konkret olaraq göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

45. Belə olan təqdirdə apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh Bakı ŞİH-in 30 iyun 2021-ci il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayıla bilməz. Belə ki, iddiaçıların müraciəti üzrə cavabdeh Bakı ŞİH qaldırıl an müvafiq tövsiyə vermiş və karantin rejiminin tətbiqini nəzərə alaraq qaldırılan məsələnin həllinin məqsədəuyğun olmadığını bildirmişdir. Həmçinin, piketin keçirilməsi üçün nəzərdə tutulan tarix bir neçə aydır keçmişdir. Belə olan halda, müvafiq mübahisə üzrə iddia “müəyyən etmə və tanınma haqqında” iddia növündə qaldırıla bilər və bu qəbildən olan iddialar qanunun tələbinə görə subsidiar xarakter daşıyır. Hazırkı iddia subsidiar xarakterli olduğu halda, onunla birgə baxılmalı digər iddianın nədən ibarət olması isə, iddia ərizəsində göstərilməmiş, ərizənin məzmunundan da məlum olmur.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçı1 müddətin bərpası barədə ərizəsi rədd edilsin. İddiaçı1 kassasiya şikayəti mümkün sayılmasın. İddiaçı1 kassasiya şikayətinin qə bul olunmasından imtina edilsin. İddiaçı2 münasibətdə onun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 21(103)-1255/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar