Məhkəmə qərarları › İş №2-1(102)-1105/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1105/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1105/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və əlillik qrupunun təyin olunması öhdəliyinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 21(107)-607/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.1999-cu il tarixdən “Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması. Açıq kəllə beyin travması, Yayılmış mikroorqanik simptomlarla ANS, hər iki gözdə buynuz qişasının qəlpə yaralanmasından sonrakı hal VİS OD=0.6b/k, VİS OS=0.7b/k” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir.

2. Cavabdeh orqan iddiaçıya xx.xx.2022-ci il tarixli, **********9 nömrəli bildiriş ünvanlayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən (əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir) onu əyani müayinəyə dəvət etmişdir.

3. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 30 nəfər vətəndaşın, o cümlədən iddiaçının əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinəsi aparılmış və bu barədə, Azərbaycan Respu blikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindən 23 noyabr 2022-ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir. Əyani müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli, 89 nömrəli arayış verilmişdir. Həmin arayışda “Açıq kəllə-beyin travması nəticəsində (baş beyin zədələnməsi xx.xx.1993-cü il) dağınıq nevroloji ocaqlı əlamətlər və cüzi hiss olunan astenonevrotik sindrom. Konyuktivanın çox saylı qəlpələri, buynuz qişanın nöqtəvari bulanması, hər iki gözdə vis QU-0,9. Odlu silah yaralanmasından sonra təpə nahiyəsinin bərkimiş çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travma dır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ağrılardan şikayətlənmiş, müayinə zamanı nevroloji ocaqlı patologiya aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli baş beyin instrumental müayinə sənədi təqdim edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Oftalmoloq müayinəsindən keçirilmiş, nəticədə “VİS QD=0,2 VİS QS=0,3 k/etmir, DZ: QU Buynuz qişanın çoxsaylı yad cisim izləri. Fəsadlı katarakta” kimi müəyyən edilmiş, nəticədə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Ş əki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və əlillik qrupunun təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd edilən hallarına (bu qərarın 1-3-cü bəndləri) istinad etməklə əsaslandırmışdır.

6. İşin məhkəmə araşdırması zamanı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T310/2024 nömrəli rəydə qeyd olunmuşdur ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərində qeyd edilən “Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması. Açıq kəllə-beyin travması.Yayılmış mikroorqanik simptomlarla ANS. Hər iki gözdə buynuz qişanın qəlpə yaralanmasından sonrakı hal. VİS OD= 0,6 b\k; VİS OS= 0,7 b\k Meyar:2.2 İkinci dərəcə => Digər: Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması. Açıq kəllə-beyin travması. Yayılmış mikroorqanik simptomlarla..” diaqnozu ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında qoyulduğundan, onun həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Diaqnoz nəzərə alınmaqla, əlillik dərəcəsinin təyini zamanı əyani müayinədə nevroloji ocaqlı əlamətlər aşkar edilmədiyindən ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, eləcə də, xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunma sı meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmamışdır.

7. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 19 avqust 2024-cü il tarixli 21(116)-260/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğv olunması barədə məsələni həll edən zaman cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən edilmiş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş q aydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. İddiaçının hazırkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçının orqanizminində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən və diaqnoz təsdiq olunmadığından birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunm asını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, Ə.T.Məcidov və E.M.Mehdiyev) 05 dekabr 2024-cü il tarixli, 21(107)-607/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən iddiaçıya İİ dərəcəli əlillik təyin olunan zaman onda mövcud olan diaqnozun mövcudluğu inkar edilmədiyi halda, birinci və apellyasiya instansiyası məhkəmələri buna əhəmiyyət verməmiş, iddiaçı ixtisaslı nevropatoloq və neyro-cərrah tərəfindən müayinə edilməli olduğu halda, belə müayinə aparılmamış, yalnız təqdim olunmuş sənədlərə istinad edilərək iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi müvafiq inzibati işi araşdırarkən bu xüsusatı ümumiyyətlə nəzərə almamışdır. Beləliklə də, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cava bdeh orqanın komissiyası da iddiaçının heç bir əyani müayinəsini aparmamış, yalnız anket məlumatları və pensiya təyin olunmasının müddətləri ilə bağlı texniki xarakterli şifahi sorğu-sual etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhk əmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərmə yə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsindən asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar apellyasiya baxışına göndərilməlidir.

19. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona 1999-cu ildən təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünü n, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsindən ibarətdir.

20. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçının orqanizminində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən və diaqnoz təsdiq olunmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kolleg iyası qeyd edir ki, müddətsiz əllilik təyinatına dair əvvəlki əlverişli inzibati aktın inzibati orqan tərəfindən sonradan hansı qaydada və şərtlər daxilində ləğv edilməsinə dair qərarın çıxarıla biləcəyi aydınlaşdırılmalıdır.

22. Hazırkı halda cavabdeh iddiaçıya 1999-cu ildən təyin edilmiş müddətsiz əlilliyi əlillik qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olduğu halına istinadən 2022-ci ildə ləğv etmişdir.

23. Nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 21(102)-1043/2025 nömrəli qərarında qeyd edilmişdir ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlve rişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.

24. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində şəxsə əvvəllər müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanını tanımışdır.

25. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: 1) TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsasl ı sübutlar mövcud olmalıdır; 2) Şəxs əyani müayinəyə cəlb olunmalıdır.

26. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərin in təmin edilməsinə yönəlmişdir. 27. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola b ilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.

28. Lakin hazırkı işdən görünür ki, cavabdeh inzibati orqan əlillik qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olduğunu bildirsə də, bu sübutların nədən ibarət olduğunu ümumiyyətlə açıqlamamış, işə baxan birinci, eləcə də, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamış, cavabdehdən yuxarıda qeyd olunan qaydada qərarın düzgünlüyünü şübhə altına alacaq sübutları tələb etməmişdir.

29. İşə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hal ətraflı araşdırılmalı, cavabdehdən əlilli k qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar tələb edilməlidir.

30. Digər tərəfdən, kollegiya qeyd edir ki, belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Belə ki, həmin normanın tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

31. Normada nəzərdə tutulan “məlum olduğu gün” dedikdə, inzibati orqanın aktın ləğv olunmasına dəlalət edən halları həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından inzibati orqanın səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə edib-etməməsi, ondan tələb olunan minimal ağlabatan eht iyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir.

32. Qeyd olunan hal da təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı, iddiaçıya 1999-cu ildən təyin edilmiş əlilliyin bundan 23 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana məlum olduğu an dəqiq təsbit edilməlidir.

33. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir.

34. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə, təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanı n pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlılığına və hüquqi qüvvəsinə zidd olardı.

35. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilməsidir. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz.

36. Hazırkı halda, iddiaçı cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmiş, cavabdehin qənaətinə görə, müayinə zamanı onda əlillik təyinatına əsas verən diaqnoz aşkar edilməmişdir.

37. Birinci instansiya məhkəməsində icraat zamanı isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin e dilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” ilə yanaşı, cavabdeh inzibati orqanın da ekspertlərinə həvalə edilmişdir.

38. Bu baxımdan, ekspertiza tədqiqatı təkcə “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin cavabdehin tibbisosial ekspertinin iştirakı ilə həyata keçirilərək rəy verilmişdir.

39. Bununla da, rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyi nümayiş etdirilmişdir. Beləliklə də, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. 40. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. - 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.

41. Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.

42. Cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.

43. Ekpertizanın hazırkı halda cavabdehin ekspertinin iştirakı ilə aparılması bu tədqiqatın həqiqiliyini şübhə altına alır.

44. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, işə təkrar baxılarkən a pellyasiya məhkəməsi tərəfindən yuxarıda sadalanan hallar araşdırılmalı, cavabdeh tərəfindən iddiaçının əlillik qərarının düzgünlüyünü, həqiqətən də, şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar təqdim edildiyi təqdirdə, onun müayinə olunaraq hazırkı sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə zərurət yaranarsa, cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

45. Qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri təmin edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə k ollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2-1(107)-607/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar