Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1106/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 10.04.1972-ci ildən - 04.05.1973-cü ilədək "xxxx" Sahəsində (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) dülgər, 10.09.1975-ci ildən - 29.12.1975-ci ilədək 63 saylı X1 Dəstədə (indiki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) işlədiyi illəri n sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-44/2019 saylı iş üzrə 23.01.2019-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Göyçay rayonu “xxxx” MMC-nin 02.06.2018-ci il tarixli 01 nömrəli arayışından görünür ki, İddiaçı 10.04.1972-ci ildən (əmr №42) 04.05.1973-cü ilədək “x xxx” Sahəsində işləmişdir. “xxxx” ASC-nin 26.07.2018-ci il tarixli 19 nömrəli arayışına əsasən İddiaçı keçmiş 63 saylı SMDdə 10.09.1975-ci ildən (əmr -132 §1, 10.09.1975-ci il tarixli) 29.12.1975-ci ilədək (əmr -185 §5, 29.12.1975-ci il tarixli) İİİ dərəcəli dülgər işləmişdir. DSMF-in İsmayıllı rayon şöbəsinin iddiaçıya ünvanladığı 20.08.2018-ci il tarixli 45/56 nömrəli imtina məktubuna əsasən iddiaçının şöbəyə təqdim etdiyi sənədlərdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 25 il sığorta stajı olmadığı üçün müraciəti rədd edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 10.04.1972-ci ildən (əmr 42) 04.05.1973cü ilədək “xxxx” Sahəsində, 10.09.1975-ci ildə n (əmr -132 §1, 10.09.1975-ci il tarixli) 29.12.1975-ci ilədək (əmr 185 §5, 29.12.1975-ci il tarixli) keçmiş 63 saylı SMD-də İİİ dərəcəli dülgər işləmiş və bu hal Göyçay rayonu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.06.2018-ci il tarixli 01 nömrəli və “xxxx” ASC-nin 26.07.2018-ci il tarixli 19 nömrəli arayışlarında qeyd olunmuşdur. O, yaşa görə əmək pensiyası təyin olunması üçün DSMF-nin İsmayıllı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu özünün 20.08.2018-ci il tarixli 45/56 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, onun şöbəyə təqdim etdiyi sənədlərdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 25 il sığorta stajı olmadığı üçün müraciəti rədd edilmişd ir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 10.04.1972-ci ildən - 04.05.1973-cü ilədək "xxxx" Sahəsində (indiki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) dülgər, 10.09.1975-ci ildən - 29.12.1975-ci ilədək 63 saylı X1 Dəstədə (indiki "xxxx” Açıq Səhmdar Cəmiyyəti) işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 17.10.2018-ci il tarixli iş № 2-1(84)-1529/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 10.04.1972-ci ildən - 04.05.1973-cü ilədək "xxxx" Sahəsində (indiki "xxxx" Məhdud Məs uliyyətli Cəmiyyəti) dülgər, 10.09.1975-ci ildən - 29.12.1975-ci ilədək 63 saylı X1 Dəstədə (indiki “xxxx” Açıq Səhmdar Cəmiyyəti) işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.01.2019-ci il tarixli iş № 2-1(107)-44/2019 (hakimlər Gündüz Abbasov sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Mübariz Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 17.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmənin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, 638 nömrəli qərarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2007-ci tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyü və hüquq münasibətləri 13 may 2018-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxsl ər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,məhkəmənin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, 638 nömrəli qərarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2007-ci tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyü və hüquq münasibətləri 13 may 2018-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı 10.04.1972-ci ildən (əmr 42) 04.05.1973-cü ilədək “xxxx” Sahəsində, 10.09.1975-ci ildən (əmr -132 §1, 10.09.1975-ci il tarixli) 29.12.1975-ci ilədək (əmr -185 §5, 29.12.1975-ci il tarixli) keçmiş 63nömrəli SMD-də İİİ dərəcəli dülgər işləmiş və bu hal Göyçay rayonu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.06.2018-ci il tarixli 01 nömrəli və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 26.07.2018-ci il tarixli 19 nömrəli arayışında qeyd olunmuşdur. O, yaşa görə əmək pensiyası təyin olunması üçün DSMFin İsmayıllı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu ö zünün 20.08.2018-ci il tarixli 45/56 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, onun şöbəyə təqdim etdiyi sənədlərdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 25 il sığorta stajı olmadığı üçün müraciəti rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələ ri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, İcrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşk ilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insan cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Həmin Bəyannamənin 25-c i maddəsinin birinci hissəsinə əsasən, hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələblərinin təmin edilməsindən imtina etməsi əsassız olmuş və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.01.2019-cu il tarixli 2-1(107)44/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1106/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1106/2019
02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver