Məhkəmə qərarları › İş №2-1(102)-1106/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1106/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1106/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Dünyamin Novruzovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı 57 yaş ının tamam olduğu xx.xx.2012-ci il tarixdən pensiya təyin edilərək birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-340/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Ermənistanın Mehri rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X üsusi Şərtərlə Təyinat İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməklə ona 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən pensiya təyin edilərək birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamaqla müxtəlif fasilərlə xx.xx.2011-ci ilədək işləmişdir. xx.xx.2006-cı ilədək 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. İşlədiyi sahələr AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahıya uyğundur. Pensiya yaşı tamam olduğu ndan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmiş, lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4319/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinasının əsassız hesab edilməsi, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən pensiya təyin edilərək birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsininüzərinə qoyulmasıqərara alınmışdır. Məhkə mənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbnin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-340/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Vüqar Həsənov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü iddia ərizəsində göstərir ki, əmək fəaliyyətinə xx xxxxxx 1981-ci ildə başlamış və fasilələrlə xx xxxxxxx 2011-ci ilədək işləmişdir. İddiaçının iddia ərizəsinə qoşduğu İT-1 seriyalı ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, həmin əmək kitabçası xx xxxxxx 1981-ci ildə doldurulub (açılıb); yəni iddiaçı xx xxxxxx 1981-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. Lakin necə olursa, əmək kitabçasının digər tərəfində doldurulma tarixi kimi xx xxxxx 1988ci il göstərilib və guya həmin əmək kitabçasına görə iddiaçı xx xxxxxx 1974-cü ildən - xx xxxxxx 1981-ci il tarixinədək Bartaz və Dəlləkli kənd orta məktəblərində müəllim işləmiş. xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Fərz edək ki, iddiaçıya 2014-cü il tarixdən pensiya təyin edilməlidir. Lakin bu zaman ƏPQ-nin 32.1-1-ci maddəsinin t ələbi diqqətə alınmalı idi. Həmin maddəyə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə isə həm ən çoxu 3 il üçün ödənilmə ilə bağlı tələbi, həm də hissə-hissə ödənilmə ilə bağlı göstərişi pozmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)340/20 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Novruzov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-340/20 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun i ştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci ma ddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı özü iddia ərizəsində göstərir ki, əmək fəaliyyətinə xx xxxxxx 1981-ci ildə başlamış və fasilələrlə xx xxxxxxx 2011-ci ilədək işləmişdir. İddiaçının iddia ərizəsinə qoşduğu İT-1 seriyalı ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, həmin əmək kitabçası xx xxxxxx 1981-ci ildə doldurulub (aç ılıb); yəni iddiaçı xx xxxxxx 1981-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. Lakin necə olursa, əmək kitabçasının digər tərəfində doldurulma tarixi kimi xx xxxxx 1988ci il göstərilib və guya həmin əmək kitabçasına görə iddiaçı xx xxxxxx 1974-cü ildən - xx xxxxxx 1981-ci il tarixinədək Bartaz və Dəlləkli kənd orta məktəblərində müəllim işləmiş. xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Fərz edək ki, iddiaçıya 2014-cü il tarixdən pensiya təyin edilməlidir. Lakin bu zaman ƏPQ-nin 32.1-1-ci maddəsinin tələbi diqqətə alınmalı idi. Həmin maddəyə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanun a uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə isə həm ən çoxu 3 il üçün ödənilmə ilə bağlı tələbi, həm də hissə-hissə ödənilmə ilə bağlı göstərişi pozmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ai lə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilə 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD Ns-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən güzəştli şərtlərlə yaşa gö rə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin yuxarıda qeyd olunan hallarından isə müəyyən olunur ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2006-cı ilə qədər 28 il 7 ay 15 gün ümumi və 17 il 0 ay 14 gün güzəştli iş stajı mövcuddur. Belə ki, iddiaçının xx.xx.1981 -ci ildən xx.xx.1988-ci ilə qədər Azərbaycan Dəmir yolları Naxçıvan Siqnal və Rabitə Distansiyasında elektrik montyoru vəzifəsi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli 320 №-li Qərarının 2 №-li Siyahısının 21-ci «Nəqliyyat» Bölməsinin 23001000-19825 şifrinə - («magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları»), xx.xx.1992-ci ildən xx.xx.2003cü ilə qədər Azərbaycan Dövlət Dəmir X1 Zavodunda «xopper-dozatorçu» işlədiyi vəzifə isə 2 №-li Siyahının 17-ci «Tikinti materialları istehsalı» bölməsinin 3-cü «Azbest istehsalı» yarımbölməsinin «xopper-dozator maşinistləri» - 2180300a-14343 şifrinə uyğundur. Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi imtinasında göstərdiyi «Güzəştli arayış»a münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dai r arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2012-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 saylı Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları iddiaçının pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstəril məmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Bütün yuxarıda göstərilənlərə istin adən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-340/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar