Məhkəmə qərarları › İş №2-1(102)-1106/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1106/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1106/2021 16.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: məhkəmə qərarına izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “əmək pensiyasının yenidən hesablanması” tələbi barədə iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 10.09.1966-cı ildən 05.11.1975-ci ilə qədər X rayonu, Geleins səkkizlik məktəbində müəllim, 17.03.1975-ci il tarixdən 20.08.1975-ci ilə qədər Ermənistan SSR DİN-də tabelikdənkənar mühafizə şöbəsinin rəisi, 01.01.1976-cı ildən 17.05.1976-cı ilə qədər Amasiya rayonu İcraiyyə Komitəsində könüllü xalq drujinasının təlimatçısı, 08.06.1976-cı ildən 14.10.1976-cı ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Sənaye əsaslı kənd təsərrüfatı məhsullarının istehsalı idarəsində hüquq məsləhətçisi, 13.10.1976-cı ildən 21.01.1980-cı ilə qədər Azər baycan SSR X4 Vilayətinin Prokurorluğunda prokuror köməkçisi, böyük müstəntiq, 26.09.1983-cü ildən 03.07.1993cü ildə qədər Kirovabad nəqliyyat prokuroru vəzifəsində, 03.07.1993-cü ildən 08.10.1994cü ildə qədər Azərbaycan Respublikası Baş prokuroru vəzifəsində işləmişdir

2. İddiaçı 01.10.1989-cu ildən 03.07.1993-cü ildə kimi Gəncə (Kirovabad) şəhər Nəqliyyat prokuror, 04.07.1993-cü il tarixdən 30.09.1994-cü ilə qədər Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsində işləmişdir. Həmin dövrdə xidmət illərinə görə vəzifə maaşının 45% həcmində əlavə əmək haqqı, illər üzrə 1990-cı ilin sentyabr ayında 100% vəzifə maaşı həcmində, 1992-ci ilin dekabr ayında 100% vəzifə maaşı həcmində, 1993-cü ilin mart ayında 100%, may ayında isə 50 % vəzifə maaşı həcmində, dekabr ayında 100% vəzifə maaşı həcmi ndə, 1994-cü ilin may ayında 50% vəzifə maaşı həcmində mükafatlar almışdır. İddiaçıya 2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “pensiya təyinatı barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyanın təyin edilməsi zamanı xidmət illərinə görə vəzifə maaşının 45%-i həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım (mükafat) qulluq sta jına görə aylıq vəzifə maaşına 30% əlavə haqq və ixtisas dərəcəsinə görə 65 manat nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında təyin edilməsi, pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, ona pensiya təyin edilərkən “prokurorluq orqanlarında qulluqkeçmə haqqında Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə haqq nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10.09.1966-cı ildə əmək fəaliyyətinə başlamış, 13.10.1976-ci il tarixdən prokurorluq orqanlarında stajor, müstəntiq, baş müstəntiq, 01.10.1983-cü ildən Gəncə şəhəri Nəqliyyat prokuroru, 03.07.1993-cü il tarixdən 08.10.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının Baş Prokuroru işləmişdir. Yaşa görə pensiya təyin edilərkən onun pensiyası düzgün hesablanmamışdır. Onun 38 il ümumi stajı vardır ki, bunun da 18 ili prokurorluq orqanlarında qulluq stajına aiddir. Son 15 ay 5 gün iş fəaliyyəti Azərbaycan Respublikası Baş Prokuroru olmuşdur. Prokurorluq orqanlarında qulluq etdiyi zaman xidmət illərinə görə vəzifə maaşının 45% həcmində əlavə əmək haqqı, prokuror işçiləri üçün nəzərdə tutulan məzuniyyətlə bağlı ildə bir dəfə 2 aylıq həcmində müalicə xərci və daha 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, əmək haqqının 2 qat mislindən az olmayaraq ildə 3 dəfə maddi yardım verilir. Bu hallar cavabdeh orqan tərəfindən müəyyən edilməli və alınmış məbləğin 80% ona ödənilməli idi. O, cavabdeh orqana müraciət etsə də, tələblərinin təmin edilməsindən imtina olunmuşdur.

7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı prokurorlar üçün nəzərdə tutulmuş hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım və ixtisas dərəcəsinə görə 65,00 manatın verilməsi haqqında iş yerindən rəsmi arayış təqdim etmədiyindən onun pensiyasını yenidən hesablamaq mümkün olmamışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.2018-ci il tarixli 2-1(81)3781/2018 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçıya hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin, ikiqat misli qədər 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik öd ənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20-21-ci maddələrində nəzərdə tutulan məbləğlər, iddiaçının həqiqi dövlət ədliyyə müşaviri olması nəzərə alınmamış, bununla da iddiaçının Konstitusiyada nəzərdə tutulmuş sosial təminat hüquqları pozulmuşdur. Belə ki, Nazirlər Kabinetinin 15.07.2000-ci il tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olaraq orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan ödənc kimi kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsi lçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı nəzərdə tutulmuşdur.

10. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-76/2019 saylı 27.02.2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – İlham Əhmədov, hakimlər – Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.2018-ci il tarixli 2-1(81)-3781/2018 nömrəli qərarının ləğv edilməsi, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qa nunun qüvvəsinin geriyə şamil edilməsi üçün hər hansı əsas yoxdur. Çünki, iddiaçıya əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əməl edilmiş, yəni əmək pensiyasının miqdarı ona əmək pensiyasının təyin edilməsindən əvvəlki dövrdə aldığı əmək haqqı və digər gəlirləri diqqətə alınmaqla müəyyən edilmişdir. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun maddələrində nəzərdə tutulmuş əlavələri almadığından adı çəkilən qanunun qüvvəsinin geriyə şamil edilməsi və qazanmadığı hüququn ona verilməsi qanuni və əsaslı sayıla bilməz. Digər tərəfdən, bu hal, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə də ziddi olar. Belə ki, həmin maddəyə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibə tə) əsaslanmalıdır. Başqa sözlə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun qüvvəyə minməsindən sonra müvafiq əlavələri almış şəxslərlə bu əlavələri almamış şəxslərin eyniləşdirilməsi ədalətsiz nəticə doğura bilər ki, bu da, adı çəkilən maddənin İ hissəsinə uyğun olmaz.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.06.2019-cu il tarixli, 2-1(102)-1818/2019 nömrəli qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli 2-1(103)-76/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara a lınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, işin hazırkı vəziyyətində iddiaçıya hansı əsasla pensiya təyin edilməsi işdə olan sənədlərlə müəyyən edilmir. İddiaçıya prokurorluq orqanlarında qulluq etmiş şəxs, dövlət qulluqçusu, Milli Məclisin üzvü, yaxud başqa digər şəxs kimi pensiya təyin edilməsi işdən görünmür. Bundan başqa, iddiaçı ixtisas dərəcəsinə görə haqqın pensiyaya əlavə hesablanmasını xahiş etsə də, bu barədə məhkəmə tərəfindən araşdırılma aparılmamış, bu barədə iddiaçının tələbi dəqiqləşdirilməmişdir. İddiaçı ona pensiya təyin olunduğunu bəyan etsə də, məhkəmələr iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu ümumiyyətlə araşdırmayıblar, işdə iddiaçıya pensiya təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabdeh də etiraz və şikayətlərində iddiaçıya nə v axt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu ümumiyyətlə araşdırmayıblar, işdə iddiaçıya pensiya təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabdeh də etiraz və şikayətlərində iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu göstərməmişdir. Bununla bağlı cavabdeh inzibati orqandan iddiaçıya aid pensiya işi tələb edilməyib, həmin işin materialları məhkəmə araşdırmasının predmeti olmayıb. Halbuki, həmin halların, o cümlədən iddiaçının pensiya hüququnun yarandığı və ona pensiya təyin olunduğu vaxtın müəyyən edilməsi mübahisənin düzgün həlli, xüsusən də pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinin tətbiqi üçün zəruridir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 08.10.2019-cu il tarixli, 2-1(103)-2145/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.2018-ci il tarixli 2-1(81)-3781/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

17. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı 29.06.2001-ci ildə qəbul edilmiş və 19.07.2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun qüvvəyə minənə qədər prokurorluq orqanlarında xidmət keçdiyi halda da, sonradan prokurorluq orqanının əməkdaşı kimi pensiya təyin edilmişsə, adı çəkilən qanunun normaları ona tətbiq edil ə bilər. 18.Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. d. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2020ci il tarixli, 2-1(102)-465/2020 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08.10.2019-cu il tarixli, 2-1(103)-2145/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

20. Məhkəmə qeyd etmişdir ki, İPM-in 96.11-ci maddəsinin tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuş, Ali Məhkəmənin qərarında göstərdiyi çatışmazlıqlar aradan qaldırılmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qərarında iddiaçının pensiya işinin materiallarına istinadlar olsa da, bu istinadların bilavasitə əhatə etdiyi sənədlərin surətləri işə əlavə edilmədiyindən birinci instansiya məhkəməsinin qeyd etdiyi “pensiyanın baza və sığorta hissələrinin, habelə xidmət illərinə görə əlavələr”in iddiaçının hüququ çatan və əmək haqqı kimi təsnif edilən məhz hansı gəlir və ödənişlərdən formalaşdığı qeyri-müəyyəndir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “hər il əmək haqqının 2 qat həcmindən az olmayaraq 3 dəfə ödənilən maddi yardımın nəzərə alınmaqla ödənilməsi” hissədə qənaətinin “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinə uyğunluğunu yoxlamalı, gəldiyi nəticəni əsaslandırmalı idi. e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 21(103)-1337/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Ülvi Mayılova) apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3781/2018 nömrəli 16.11.2018-ci il tarixli qərarının qismən, İddiaçı “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “ixtisas dərəcəsinə görə (hal-hazırda 20 0 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələblərini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı bu tələblərinin əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, bu barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş pul təminatı və müavinət nəzərə alınmaqla pensiya təyin edildikdən sonra əvvəlki dövrə ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi pensiya qanunvericiliyində nəzərdə tutulmadığından təmin oluna bilməz.

23. Məhkə mə qərarı iddiaçıya 14.08.2020-ci il tarixində təqdim edilmişdir.

24. İddiaçı 05.11.2020-ci il tarixində məhkəməyə ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İddiaçı X3 İdarəsinə qarşı pensiyanın yenidən hesablanmasına dair iş üzrə 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarının nəticə hissəsində “ixtisasın dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinin yalnız “ixtisas dərəcəsinə görə” hissəsinə münasibətdə və yaxud əmək pensiyasına əlavə edilmiş digər əlavələrə (məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardıma) şamil edilib-edilmədiyinə izah verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-1337/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) ərizənin təmin edilməməsi qərara alınmış və qeyd edilmişdir ki, qərarın həm əsaslandırıcı, həm də nəticə hissəsində məhkəmənin mövqeyi aydın şəkildə ifadə olunmuşdur.

26. Məhkəmə qərardadının iddiaçıya hansı tarixdə təqdim edilməsini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçı 26.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarix li, 2-1(103)-1337/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, eyni zamanda, ərizə verərək prosessual müddətin bərpasını xahiş etmişdir. Ərizəni belə əsaslandırılmışdır ki, mübahisələndirdiyi qərardad ona təqdim edilməmiş, özünün müraciətindən sonra həmin qərardad 19 aprel 2021-ci ildə ona təqdim edilmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Məhkəmə qərarından kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddəti ötürüldüyündən məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarından verilən kassasiya şikayətini mümkün hesab etməmişdir.

28. İş materiallarında məhkəmə qərardadının iddiaçıya nə vaxt təqdim edilməsini təsdiq edən heç bir sənəd olmadığında n məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)-1337/2020 nömrəli qərardadından verilən kassasiya şikayətini mümkün hesab etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi qeyri-müəyyən olsa da, məhkəmə əsassız olaraq həmin qərara izah verilməsindən imtina etmişdir. Halbuki, qərarın nəticə hissəsinin qeyrimüəyyən formada tərtib edilm əsi, həmin qərarın icrası ilə bağlı maneələr yaradır. Belə ki, qərarın nəticə hissəsi aydın ifadə olunmadığı üçün pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsindən imtinanın bütövlükdə iddia tələbinə, yoxsa “ixtisas dərəcəsinə görə” əlavəyə şamil edilməsi bilinmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. İnzibati Prosessual Məcəllənin 69.5-ci maddəsinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

35. Həmin Məcəllənin 69.6-cı maddəsinə görə məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.

36. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

38. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

39. Mülki Prosessual Məcəllənin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.

40. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamə nin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

41. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

42. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.

43. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur.

44. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hazırkı qərarın 34, 35, 36, 40, 41-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

46. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddia tələbi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə haqq nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı iddia tələbini “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində rədd etmiş, qalan hissələrdə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

48. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tələbi bir neçə hissədən ibarətdir. Məhkəmə qərarın əsaslandırıcı hissəsindən isə məlum olur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin məhz “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi” və “pensiyanın birdəfəlik ödənilməsi” hissələrini əsassız hesab etmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, iddia tələbi ““Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardım nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməsi” və “fərqin ödənilməsi” hissələrində əsaslıdır.

49. Məhkəmə qərarının nəticəvi hissəsi isə məhkəmənin əsaslandırıcı hissədə gəldiyi nəticəni tam aydın əks etdirməmiş, beləliklə məhkəmə qərarın icra mərhələsində də maneələr yaratmışdır.

50. Hazırkı qərarın 35-ci bəndində göstərilən normadan göründüyü kimi, məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.

51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən q ərarın nəticəvi hissəsinin yuxarıda qeyd edilən formada tərtib edilməsi isə pensiyanın hesablanma qaydası və müddəti ilə bağlı icra mərhələsində anlaşılmazlıq yaratmışdır.

52. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi özünün əsaslandırılmış mövqeyini qərarın nəticəvi hissəsində aydın əks etdirə bilməmişdir. Ona görə də, məhkəmə tərəfindən qərara izah verilərək sözügedən ziddiyyət aradan qaldırılmalı, nəticəvi hissə əsaslandırıcı hissəyə uyğunlaşdırılmalıdır.

53. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)-1337/2020 nömrəli qərardadı ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarına aşağıdakı məzmunda izah verilməlidir: “İzah edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarı ilə “orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi” tələbinin rədd edilməsi yalnız ixtisas dərəcəsinə görə ödəniləcək məbləğə; “fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinin rədd edilməsi isə bütövlükdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 21(103)-1337/2020 nömrəli qərarına əsasən ödəniləcək pensiya məbləğinə aiddir. Bu zaman yenidən hesablamadan sonra ödənilməli olan fərq məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir”.

54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya ş ikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-1337/2020 nömrəli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 21(103)-1337/2020 nömrəli qərarına aşağıdakı məzmunda izah verilsin: İzah edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarı ilə “orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi” tələbinin rədd edilməsi yalnız ixtisas dərəcəsinə görə ödəniləcək məbləğə; “fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinin rədd edilməsi isə bütövlükdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 21(103)-1337/2020 nömrəli qərarına əsasən ödəniləcək pens iya məbləğinə aiddir. Bu zaman yenidən hesablamadan sonra ödənilməli olan fərq məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar