Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1106/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1989-cu il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Təhsildə X1rşı “Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən onun adına verilmiş 2016-136670 saylı, xx.xx.2016-cı il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında öhdəliyin cavabdehə həvalə edilm əsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-751/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Anadolu Universiteti tərəfindən 17 avqust 2016-cı ildə verilmiş 2016-136670 nömrəli bakalavr diplomunun və bakalavr diplomuna əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildə Anadolu Universitetini bitirmiş və ona İqtisadiyyat ixtisası üzrə Bakalavr dərəcəsi verilmişdir. Diplom və diploma əlavə Odunpazarı Kaymakamlığı tərəfindən xx.xx.2017-ci il tarixdə 13051 və 13052 nömrəsi ilə apostil edilmişdir.
2. İddiaçı ona veril miş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya elektron formada ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, onun distant təhsil forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində distant təhsil alma forması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müra ciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 26 yanvar 2021-ci il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən verilmiş ********** saylı, xx.xx.2016-cı il tarixli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə Türkiyə Respublikasının Anadolu Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2016-cı ildə təhsilini uğurla başa vurduqdan sonra ona xx.xx.2016-cı il tarixl i, 2016-136670 saylı bakalavr diplomu və həmin diploma eyni tarixli 000015 saylı əlavə verilmişdir. O, cavabdehə qeyd olunan diplomun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən distant təhsil forması üzrə təhsil aldığı, lakin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində distant təhsilalma formasının nəzərdə tutulmadığı bildirilmiş və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina olunmuşdur. Halbuki Azərb aycan Respublikasında həmin təhsil forması tətbiq olunur.
5. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi diploma əlavədə tədris kursunun mü ddəti 4 il, təhsilalma forması distant olaraq göstərilmişdir. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu yarımbəndinə əsasən, distant (məsafədən) təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Eyni zamanda bu Qanunda göstərilir ki, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir və təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin halhazırda təhsil qanunvericiliyində distant təhsilalma formasının tətbiqi, həyata keçirilmə m exanizmi mövcud deyildir. Bu səbəbdən iddiaçının aldığı təhsilin keyfiyyətinin, təlim nəticələrinin, eləcə də digər məsələlərin yoxlanılması və ixtisasın tanınması mümkün deyildir.
6. Bakı İnzibati Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2-1(112)-600/2022 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən 17 avqust 2016-cı ildə verilmiş 2016-136670 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, təhsil sahəsində mövcud olan qanunvericilikdə distant təhsilalma forması təsbit olunsa da, ali təhsil səviyyəsinin bakalavriat pilləsində təhsilin distant formada təşk ili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmamasına və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsinə baxmayaraq, iddiaçıya xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş, onun distant təhsil üzrə xarici dövlətin ali təhsil proqramını müvəffəqiyyətlə bitirməsini və ona bakalavr ali ixtisas dərəcəsinin verilməsini təsdiq edən diplom mövcuddur. Qeyd olunan halların mövcudluğuna isə iddiaçı cavabdehlik daşımır.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-751/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.F.Babayev /sədrlik edən və məruzəçi/ İ.S.Şirinov və G.T.Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2-1(112)-600/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. Azərbaycan Respublikasının xx.xx.2018-cı il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 12-ci m addəsində qeyd edilmişdir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə qərarında sözügedən müddəaya istinad etsə də, iddiaçının aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğunu müəyyən etməmiş və nəticədə qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir.
13. Məhkəmə qərarın 4-cü hissəsində cavabdehin sırf distant təhsil almasına görə iddiaçının kvalifikasiyasının tanınmasından imtina edilməsini əsas gətirir. Halbuki cavabdehin apellyasiya şikayətində də göstərilmişdir ki, cavabdeh “açık öğretim” formasını “distant” forma kimi qəbul etmir.
14. Məhkəmə yalnız “distant ” təhsilalma forması ilə əlaqədar mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir ki, bu da diskresion səlahiyyətləri həyata keçirən qurumun səlahiyyətlərini nəzərə almamaqdır. Belə ki, təhsil ekspertləri “açıq təhsil” təhsilalma formasının yalnız XXİ əsrdə tətbiq olunmağa başlayan bir təhsilalma forması olduğunu, imtahanların əyanı keçirilməsinin nəzərdə tutulduğunu qeyd etsə də, məhkəmə özü sözügedən formanın distant təhsil ilə eynilik təşkil etməsi qərarına gəlmişdir.
15. Məhkəmə icraat zamanı heç bir müstəqil mütəxəssis dəvət etmədən “açıq təhsil” formasının “distant” təhsil forması ilə eynilik təşkil etməsini nəzərdə tutmuş və qərarı tamamilə bu fikir əsasında qəbul etmişdir. Halbuki sözügedən təhsil formalarına uyğun təhsilin məzmununun dəyərləndirilməsi xüsusi biliklər tələb edir.
16. Məhkəmə iddiaçının bütün təhsil müddətində bir dəfə də olsun Türkiyə Respublikasına səfər etmədiyini nəzərə almamışdır. Halbuki İddiaçının təhsil aldığı Anadolu Universitetinin rəsmi saytında imtahanlar (sınavlar) bölməsində yerləşdirilən məlumat əsasında da imtahanların əyani şəkildə keçirilməsi qeyd olunur. (https://www.ataaof.edu.tr/Baqlantilar/Sinav).
17. Məhkəmə iddiaçının bu imtahanlarda iştirak edib-etmədiyini ətraflı araşdırarkən iddiaçının bütün imtahanları Bakı şəhərində verdiyini müəyyən etsə də, Anadolu Universitetinin Azərbaycan Respublikası ərazisində hər hansı bir filialının fəaliyyət göstərmədiyi halda, ümumiyyətlə ali təhsil fəaliyyəti ilə əlaqədar müvafiq lisenziya almadan və institusional akkreditasiyadan keçməyən bir müəssisədə hansı formada imtahanların təşkil olunduğ unu araşdırmamış və nəyə görə cavabdehin bu imtahan nəticələrini qəbul etməli olduğunu qeyd etməmişdir. Belə ki, iddiaçının sərhədkeçmə məlumatlarına əsasən, iddiaçı tədris müddəti ərzində həmin ölkədə olmaması səbəbindən Anadolu Universitetinin rəsmi saytında qeyd olunan imtahanlarda əyani olaraq iştirak etməsi qeyri-mümkündür.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar ə sasında aparılır.
19. Qaydaların 3.7-ci -bəndində 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəyin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilməsi təsbit edilsə də, qərar sözügedən müddəanın tələbləri nəzərə alınmadan qəbul edilmişdir. kassasiya şikayətinə dair etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Təhsil haqqında” Qanun Maddə
13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd ed ir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının aldığı bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi, aldığı təhsil formasının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş təhsil formalarına uyğun olması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin əsas və təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
30. Bu qərarın 21-ci bəndində istinad olunan normaya görə, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
31. Distant təhsil forması müstəqil təhsil formasıdır. Distant təhsildə aparıcı və fərqləndirici cəhət informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Başqa sözlə, distant təhsil (uzaktan öyretim təhsilalanlarla təhsilverənlər (müəllimlər) arasında bilavasitə kontakt, ünsiyyət olmadan məsafədən əlaqəni təmin edən texnologiyalardan istifadə olunmaqla həyata keçirilən təhsil prosesidir. Yəni distant təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə etməklə məsafədən öyrənməyə imkan verən müasir təcrübədir. Həmin təhsil formasında da tədris prosesinə aid bütün komponentlər-tədrisin məqsədi, məzmunu, metodları, tədris vasitələri və sair əhatə olunur. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən ol an insanlar öz bacarıq və imkanlarına uyğun olaraq təhsil almaq və ya təhsillərini davam etdirmək imkanı qazanmışlar. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir (bununla bağlı bax:https://www.anadolu.edu.tr/akademik/aosakademik/2/acikogretim-fakultesi/genel-bilgi).
32. Distant təhsilin xüsusi forması olan açıq təhsil - tədrisin onlayn formada həyata keçirildiyi təhsil formasıdır. Təhsilə münasibətdə açıq termini təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılmasını ifadə edir. Açıq təhsil təhsilə çatım imkanlarının genişləndirilməsi məqsədlərinə xidmət edir. Belə ki, açıq təhs il (açık ögretim) adi ənənəvi təhsil formasından fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsil formasıdır (bununla bağlı bax: https://auzef.istanbul.edu.tr/tr/content/tanimlar-kosullar/acik-ogretimnedir%3F ).
33. Həm distant, həm də açıq təhsil formaları keçən əsrin 80-ci illərindən tətbiq olunmağa başlamışdır və hazırda da geniş tətbiq olunur. Distant təhsil verən ilk belə universitet - Britaniya Açıq Universiteti 1969-ci ildə Böyük Britaniyada fəaliyyətə başlamışdır. Həmin Universitetdə dərs auditoriyalarına gəlməklə bağlı mütləq tələb mövcud deyildi, tədris məsafədən və informasiya texnologiyalarından istifadə olunmaqla həyata keçirilirdi və bu baxımdan təhsil qiymətləri də yüksək deyildi. Hələ 1974-ci ildə Almaniyada, 1984-cü ildə Amerikada, İspaniyada və bir sıra başqa ölkələrdə belə universitetlər fəaliyyətə başlamışdır. 1997-cı ildə Rusiyada distant təhsilin tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq əmr verilmişdir.
34. Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması qanunverici tərəfindən mövcud xarici təcrübə nəzərə alınaraq təsbit olunmuşdur. Bu baxımdan, həm də nəzərə alınmalıdır ki, həmin Qanunla ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili ilə bağlı qanunvericilik və tədris bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. İstinad olunan Qanunun qəbulundan keçən müddət ərzində səlahiyyətli orqa nlar tərəfindən qanunun həmin tələbinin yerinə yetirilməməsi, yəni distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi və tədris proqramlarının hazırlanmaması şəxsin distant (məsafədən) təhsil alma imkanlarının məhdudlaşdırılmasını şərtləndirən hal kimi qiymətləndirilə bilməz.
35. Belə məhdudlaşdırma həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən şəxsə verilmiş, həmin şəxsin ali təhsil proqramını uğurla mənimsədiyini, bu və ya digər səviyyədə onun ali təhsil aldığını təsdiq edən sənədin, diplomun, yaxud da şəhadətnamənin tanınmasına da şamil oluna bilməz.
36. Hazırkı mübahisəyə münasibətdə, iddiaçının distant təhsil aldığı Anadolu Universiteti də təsdiq edir ki, Açıq Təhsil Sisteminin (Açıköğretim Sistemi) tətbiqinə 19821983-cü tədris ilində İqtisadiyyat və Biznesin İdarə edilməsi sahələrində iki distant (məsafədən) təhsil proqramı ilə başlamış, bundan sonra da xidmət sahələrini davamlı olaraq genişləndirmişdir (https://www.anadolu.edu.tr/akademik/aosakademik/2/acikogretim fakultesi/genel-bilgi).
37. Beləliklə, iddiaçının hazırkı məzmunda tələbinə “Təhsil haqqında” Qanunun 13.1ci, 13.1.3-cü maddələrini (distant /məsafədən/ təhsilalma forması) tətbiq etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı sayılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 21(103)-751/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.