Məhkəmə qərarları › İş №2-1(102)-1106/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1106/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1106/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyata alınmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 cavabdeh xxxnə qarşı (üçüncü şəxs X3) qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103 )-3640/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yasamal Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 030683 nömrəli, 26 avqust 1997-ci il tarixli orderinə əsasən H.Aslanov qəsəbəsi, 5-ci dairəvi küçəsi, ev 74 ünvanında 24,4 kv.metrdən ibarət 2 nömrəli mənzil 6 nəfər ailə üzvü birlikdə İddiaçı1 istifadəsinə verilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, X ətai rayonu, Sahib Hümbətov küçəsi, ev 74 xüsusi mülkiyyət hüququ üzrə X2 məxsusdur.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin olunmuş, cavabdehlər İddiaçı1 və İddiaçı4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmaları qət edilmişdir.

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ünvan 1 ünvana qeydiyyata alınmaları ilə bağlı xxxnə müraciət etmişlər.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina etmiş və məktubda bildirmişdir ki, “...yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi müsbət həllini tapacaqdır. Nəzərinizə çatdırırıq ki, Sizin qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyiniz halda məhkəməyə müraciət etmək hüququnuz var.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana pasport qeydiyyatına a lınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 26 may 1997-ci il tarixli 884 №li qərarı əsasında Yasamal Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 030683 №li 26 avqust 1997-ci il tarixli orderinə əsasən İddiaçı1 Xaliq qızına 6 nəfər ailə üzvündən ibarət tərkibdə Həzi Aslanov qəsəbəsində 5-ci dairəvi küçədə ümumi sahəsi 24,4 kv.metr olan 2 otaqlı 74 saylı ev verilmişdir. X3 cavabdeh İddiaçı1 Xaliq qızına qarşı 2021-ci ildə “evdən çıxarılma və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 Xaliq qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmasını və evin boşaldılaraq ona təhvil verilməsini xahiş etmiş dir. Həmin vaxt onlara məlum olmuşdur ki, sözügedən ev hazırkı iş üzrə üçüncü şəxs X1 adına dövlət qeydiyyatından keçmiş və çıxarış verilmişdir. Həmin ev İddiaçı1 altı nəfər ailə üzvü ilə birlikdə orderlə verilmişdir. Onların qeydiyyatı Xətai rayonu, 5-ci dairəvi küçəsi, ev 74, mənzil 2 kimi qeyd edilmişdir. Pasport qeydiyyatına alınmaq istədikləri S.Hümbətov küçəsi, ev 70 ünvanı həmin küçə ev 74 mənzili ilə bitişikdir, yəni bir mənzildir. Ev 74 mənzil 2 kimi göstərilmiş hissə cavabdeh tərəfindən öz adına özəlləşdirildiyindən Polis İdarəsi tərəfindən onların qeydiyyata alınmaqları təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda q eyd olunmuşdur ki, ünvan 4 ünvanda yerləşən mənzil (2 otaqlı, ümumi sahəsi 42 kv.m, yaşayış sahəsi 24.4 kv.m) X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, 5-ci dairəvi küçəsi, ev 74, 2 saylı mənzil (1 otaqlı, yaşayış sahəsi 15,1 kv.m) İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

9. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-10023/2023 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçıların ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlər in təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir.

11. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-3640/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə -sədrlik edən və məruzəçi, R.Səmədov və Vəkil) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil.

14. İddiaçılar kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçıların kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaş ları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.... Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür... Maddə

5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması... Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatın a alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir....

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə a raşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət ə sassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şika yətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı ünvan 1 ünvana pasport qeydiyyata alınması ilə bağlıdır.

26. Bu qərarın 17-ci bəndində istinad edilən Qanunun tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiy yəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

27. Mübahisə ilə bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıların hazırda qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, ev 74 iş üzrə üçüncü şəxs Toğrul Əliyevin xüsusi mülkiyyətindədir. Üçüncü şəxs isə birinci insta nsiya məhkəməsində, eləcə də apellyasiya icraatı zamanı məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçıların onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmalarına etiraz etdiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin olunmuş, cavabdehlər İddiaçı1 və İddiaçı4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

29. Göründüyü kimi, iddiaçıların pasport qeydiyyatına alınmalarını istədikləri ev ü çüncü şəxsin mülkiyyətindədir və üçüncü şəxs iddiaçıların qeydiyyata alınmalarına etiraz etdiyini bildirmişdir. Eləcədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi iddiaçıların həmin evdən məcburi şəkildə çıxarılmaları qət edilmişdir.

30. Belə olan halda da cavabdeh tərəfindən iddiaçıların həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 17-18a bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 21(103)-3640/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar