Məhkəmə qərarları › İş №2-1(102)-1107/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1107/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1107/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 21(107)-736/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaç ı 1954-cü il 21 avqust tarixdə doğulmuş, 1990-cı il 23 oktyabr tarixdən 2008-ci il 29 iyul tarixədək ünvan 1 işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 19 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı 1990-cı il 23 oktyabr tarixdən 2008-ci il 29 iyul tarixədək ünvan 2 işlədiyi dövrlər üzrə əmək haqqı arayışını təqdim etməmişdir. İddiaçı 2018-ci il 30 iyul tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək təhsil aldığı müddət və 1990-cı il 23 oktyabr tarixdən 2008-ci il 29 iyul tarixədək ünvan 2 işlədiyi dövr nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması nı xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1990-cı il 23 oktyabr tarixdən 2008-ci il 29 iyul tarixədək ünvan 2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1954-cü il xx.xx. doğulmuş, 1990-cı il 23 oktyabr tarixdən 2008-ci il 29 iyul tarixədək ünvan 1 işləmişdir. Bu, ona məxsus əmək kitabçası ilə təsdiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 oktyabr tarixli 2-1(84)-1369/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının 1990-cı il 23 oktyabr tarixdən 1 yanvar 2006-cı ilədək ünvan 1 işlədiyi müd dətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1990-cı il 23 oktyabr tarixdən 1 yanvar 2006-cı ilədək ünvan 1 işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq edilir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2-1(107)-736/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 4 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 30 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sosial sığorta stajı deyilərkən “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. ünvan 1 1993-2006cı illərdə məcburi dövlət sosial sığorta haqları ödənişləri müəssisə tərəfindən təqdim olunmuş hesabatlara əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müəssisə tərəfindən 1997-ci il 1 yanvar tarixədək məcburi dövlət sosial sığorta haqları ödənişləri barədə hesabatl ar təqdim olunmuş, 1997-1998-ci illərdə isə müəssisə tərəfindən fəaliyyəti olmadığı barədə hesabat təqdim olunmuşdur. Buradan aydın olur ki, 1997-2005-ci illərdə müəssisənin heç bir fəaliyyəti olmamış, işçilər işləməmiş və əmək haqqı almamışlar. Bu dövrün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 1 və 21-ci maddələrinə tamamilə ziddir. Həm də iddiaçı bu müddətlərdə idarənin rəisi olmuşdur. Onun işləmədiyi və əmək haqqı almadığı dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunda əmək kitabçasına əsasən sosial sığorta stajının müəyyənləşdirilməsi nəzərdə tutulmamış, ancaq məcburi dövlət sosial sığorta haqları ödənilən dövrün staja daxil edilməsi göstərilmişdir. Tərəflər məhkəmə iclasında təmsil olun mamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdə n irəli gəlir. 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1990-cı il 23 oktyabr tarixdən 2008-ci il 29 iyul tarixədək ünvan 1 işləmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Şikayətin əsas dəlili ondan ibarətdir ki, ünvan 1 1993-2006-cı illərdə məcburi dövlət sosial sığorta haqları ödənişləri müəssisə tərəfindən təqdim olunmuş hesabatlara əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müəssisə tərəfindən 1997-ci il 1 yanvar tarixədək məcburi dövlət sosial sığorta haqları ödənişləri barədə hesabatlar təqdim olunmuş, 1997-1998-ci illərdə isə müəssisə tərəfindən fəaliyyəti olmadığı barədə hesabat təqdim olunmuşdur. Buradan aydın olur ki, 1997-2005-ci illərdə müəssisənin heç bir fəaliyyəti olmamış, işçilər işləməmiş və əmək haqqı almamışlar. Bu dövrün sosial sığor ta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 1 və 21-ci maddələrinə tamamilə ziddir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi və iddianın rədd edilməsi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, əvvəla, cavabdeh özü təsdiq edir ki, müəssisə tərəfindən fəaliyyəti olmadığı barədə hesabat yalnız 1997-1998-ci illər üzrə olmuşdur. 1999—2005-ci illər üzrə isə müəssisənin heç bir fəaliyyətinin olmadığına dair hesabat verildiyinə dair heç bir əsas göstərilmədiyi halda, müəssisənin həmin dövrdə fəaliyyətsiz olduğuna dair şikayətin dəlili əsaslı hesab edilə bilməz. İddia olunan illər üzrə sığorta haqlarının ödənilmədiynə dair cavabdehin dəlilinə gəldikdə, əvvəla, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 9-c u maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqlarıdır. Həmin normaya görə, sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, sığortaçının qanunla ona verilmiş səlahiyyətləri və vəzifələri icra etmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək öhdəliyi olmuşdur. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul e dilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2-1(107)-736/2018 nömrəli qərarı dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar