Məhkəmə qərarları › İş №2-1(102)-1107/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1107/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1107/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(yaşayış sahəsinin özbaşına yenidən qurulması, iddianın mümkün sayılması, cavab məktubunda qeyd edilənlərin müraciətin təmin olunmasından imtina kimi qəbul edilməsi ). xxxxbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (Bakı şəhər İcra Hakim iyyəti üçüncü şəxs olmaqla) qarşı mənzildə aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2447/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 01 sentyabr 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.07.2018 tarixli RX seriyalı ******* №-li Hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xxxxmənzili ümumi sahəsi 65.85 kv.m olmaqla İddiaçı (iddiaçı) mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayonu 70 saylı MKİS-nin 03.08.2018-ci il tarixli plan cizgisindən görünür ki, mübahisəli mənzilin ümumi sahəsi 134.35 kv.m, yaşayış sahəsi 62.85 kv.m-dir. Bu plan cizgi əsasında 06.08.2018-ci il tarixdə 70 saylı MKİS-nin rəisi tərəfindən akt tərtib edilmişdir. İddiaçı, Bakı şəhəri Cavabdehnə (cavabdeh) ərizə ilə müraciət edərək, mülkiyyətində olan mənzildə aparılmış rekonstruksiya işlərinin müvafiq komissiya vasitəsi ilə rəsmiləşdirilməsini və istismara qəbul aktı verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh M-166-091 saylı, 08.09.18-cı il tarixli cavab məktubu ilə bildirmişdir ki, sözüg edən mənzilə dair hüquqmüəyyənedici ilkin sənədlər və əlavə yaranmış sahənin sənədləri təqdim edildikdən sonra qaldırılan məsələyə yenidən baxıla bilər. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan xxxxmənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 iyun 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən xxxxı mənzilini satın almış və bu mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ona 25.07.2018-ci il qeydiyyat tarixli ******* nömrəli, RX seriyalı çıxarış verilmişdir. Mənzili aldıqdan bir qədər sonra ona məlum olmuşdur ki, mənzilin yerləşdiyi binada Bakı şəhərinin ümumi abadlaşdırılması və binaların görünüşünün müasir standartlara uyğunlaşdırılması məqsədilə dövlət sifarişinə əsasən təmir-bərpa və tikinti işləri aparılmış, bunun nəticəsində yaranmış genişlənmiş sahə hesabına bütün mənzil mülkiyyətçiləri tərəfindən öz mənzillərində mənzildaxili yüngül rekonstruksiya işləri aparılaraq onların mənzil şəraiti yaxşılaşdırılmışdır. Həmin binada yerləşən və hazırda mülkiyyətində olan mənzildə də əvvəlki mülkiyyətçi tərəfindən genişlənmiş sahə hesabına öz şəxsi vəsaiti ilə müəyyən yenidənqurma işləri aparılmış, lakin həmin işlər sənədləşdirilmədiyindən, adına ver ilmiş yeni çıxarışda mənzilin faktiki vəziyyətdə ölçüləri nəzərə alınmamışdır ki, bu da gələcəkdə onun əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Onun mənzilində aparılmış yenidənqurma işlərinin hansı əsasla aparıldığına aydınlıq gətirilməsi məqsədilə, həmin binaya xidmət göstərən Bakı şəhər İH-nin MKTD-nin 70 saylı Mənzil Kommunal İstismarı sahəsinə müraciət etmişdir. 70 saylı MKİS tərəfindən tərtib və təsdiq edilmiş mənzilin faktiki planı və 06.08.2018-ci il tarixli akta əsasən, mülkiyyət sənədində (çıxarışda) həmin mənzilin ümumi sahəsinin 65.85 kv.m olduğu halda, faktiki ümumi sahəsinin 134.35 kv.m təşkil etdiyi və yaranmış bu fərqin mənzilin yerləşdiyi binada «xxxx» MMC tikinti şirkəti tərəfindən 2009-cu ildə aparılmış təmir-bərpa və tikinti işləri nəticəsində yarandığ ı müəyyən edilmişdir. Beləliklə, hələ 2009-cu ildə mülkiyyətində olan mənzilin yerləşdiyi binada aparılmış təmir-bərpa işləri nəticəsində genişlənmiş sahə hesabına qeyd olunan mənzildə əvvəlki mülkiyyətçi tərəfindən müəyyən yenidənqurma işləri aparılmış və bu işlər başa çatdırılaraq mənzil yaşayış sahəsinin tələblərinə uyğun olaraq istismara yararlı vəziyyətə salınmışdır. Bu mənzildə aparılmış yenidənqurma işləri yaşayış evi üçün nəzərdə tutulan tikinti norma və qaydalarına cavab verir. Həmçinin, mənzildə aparılmış yenidənqurma işləri digər vətəndaşların hüquqlarını, qanuni mənafelərini pozmur və ya onların həyat və sağlamlığına hər hansı təhlükə yaratmır. Yuxarıda qeyd olunanlara əsasən, mülkiyyətində olan xxxxmənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işləri nin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin iddiaçıya ünvanladığı məktubda ilkin sənədlərin (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri, yenidən qurulması və yenidən planlaşdırılması layihəsi, texniki pasportu və s.) və əlavə yaranmış sahənin sənədləri təqdim edildikdən sonra qaldırılan məsələyə baxıla biləcəyi qeyd olunduğundan, həmin cavabın imtina kimi qəbul edilməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2-1(81)-119 9/2019 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti işə 3-cü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1199/2019 saylı, 31 iyul 2019-cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddianın qismən təmin edilməsi, iddiaçının xxxxmənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, İcra Hakimiyyəti iddiaçının yenidənqurma ilə bağlı müraciətini ətraflı şəkildə araşdırmamış, imtinanın səbəblərini tam olaraq qeyd etməmişdir. Birinci instansiya məhkəməsin in qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2447/2019 saylı qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1199/2019 saylı, 31 iyul 2019cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməmişdir. Halbuki, hazırki iddianın mümkünlük şərti iddiaçının müvafiq inzibati orqana müraciət edilməsini, həmin inzibati orqan tərəfindən isə iddiaçının arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. İddia çı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia tələbinin mümkünsüzlüyü barədə nəticəyə gələrkən öz xidməti vəzifəsindən irəli gələn mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın mümkünsüzlüyünün konkret olaraq nədə ifadə olunduğunu və onun hansı mötəbər sübutlarla təsdiq edildiyini öz qərarında göstərməmiş, eləcə də mübahisəli hüquq münasibətlərin i tənzimləyən və bu münasibətlərə tətbiq edilməli olan hüquq normasını (AR Mənzil Məcəlləsinin 27-ci mad.) tətbiq etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul e dilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: xxxxbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ərizə və ona əlavə edilmiş mənzilin hüquqmüəyyənedici sənədləri (qeydiyyat vəsiqəsi və cəmi 06 vərəqdən ibarət digər sənədlər) ilə birlikdə Cavabdehnə müraciət edərək, 08 iyun 2018-ci il tarixdə notarial alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi mənzilin yerləşdiyi binada hələ 2009-cu ildə aparılmış təmir-tikinti işləri nəticəsində genişlənmiş sahə hesabına mənzilin ondan əvvəlki mülkiyyətçisi tərəfindən həmin mənzildə razılaşdırılmamış (özbaşına) yüngül konstruksiyalı yenidənqurma işlərinin aparıldığını və bu işlərin başa çatdırılaraq mənzilin yaşayış sahəsinin tələblərinə uyğun olaraq istismara yararlı hala salındığını bildirərək, yuxarıda göstərilən özbaşına aparılmış yenidənqurma işlərinin qanunda nəzərdə tutulmuş qaydada rəsmiləşdirilərək qəbul aktının verilməsini xahiş etmiş, cavabdeh ona sözügedən mənzilə dair hüquqmüəyyənedici ilkin sənədlər və əlavə yaranmış sahənin sənədləri təqdim edildikdən sonra qaldırılan məsələyə yenidən baxılmasının mümkünlüyü barədə cavab vermişdir. Cavabdeh iddiaya etirazında özünün cavab məktubunu daha geniş şərh edərək bildirmişdir ki, cavabdehin iddiaçıya ünvanladığı məktubda ilkin sənədlərin (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri, yenidən qurulması və yenidən planlaşdırılması layihəsi, texniki pasportu və s.) və əlavə yaranmış sahənin sənədləri təqdim edildikdən sonra qaldırılan məsələyə bax ıla biləcəyi qeyd olunmuşdur. Cavabdeh iddiaya etirazını AR Mənzil Məcəlləsinin 24-cü maddəsi ilə əsaslandırmışdır. Cavabdehin cavab məktubunu onun iddiaya qarşı etirazı ilə əlaqəli surətdə təhlil edərkən belə nəticəyə gəlmək olur ki, cavabdeh mənzilin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi, texniki pasportu və s. sənədlər təqdim edilmədiyinə görə iddiaçının ərizəsinə baxılmasından imtina etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü barədə nəticəyə gələrkən cavabdehin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməmişdir. Halbuki, hazırki iddianın mümkünlük şərti iddiaçının müvafiq inzibati orqana müraciət edilməsini, həmin inzib ati orqan tərəfindən isə iddiaçının arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya ünvanlamış olduğu cavab məktubunu iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsi kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək AR Mənzil Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq əvvəlki mülkiyyətçi tərəfindən özbaşına aparılmış və başa çatmış yenidənqurma işlərinin yerində tədqiq edilərək müvafiq komissiya vasitəsi ilə rəsmiləşdirilməsini və istismara qəbul komissiyasının aktının verilməsini xahiş etmişdir. AR Mənzil Məcəlləsinin 4-cü fəslində qanunverici yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırıl masının hüquqi tənzimləmə əsaslarının 3 növünü müəyyən edərək bir-birindən fərqləndirmişdir: 1) yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının razılaşdırılması qaydaları; 2) yaşayış sahəsinin özbaşına yenidən qurulması və planlaşdırılmasınin nəticələrinə dair qaydalar; 3) qəza vəziyyətində olan mənzillərin yenidən qurulması və planlaşdırılması qaydaları. Yaşayış sahəsinin özbaşına yenidən qurulmasının və yenidən planlaşdırılmasının nəticələrini tənzimləyən AR Mənzil Məcəlləsinın 27.1-ci maddəsinə əsasən, bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qur ulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 27.2 maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1 bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sos ial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3 Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə, razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qan uni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunun tələblərinə uyğun olaraq iddiaçının müraciətinə yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun şəkildə mənzildə aparılmış yenidənqurma işlərini yerində tədqiq etməklə baxmalı və müvafiq qərar qəbul etməli olduğu halda, qanunun bu göstərişlərinə əməl etməmiş, iddiaçıya, mənzilin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi, texniki pasportu və s. sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxıla biləcəyi məzmununda cavab verməklə Mənzil Məcəlləsi ilə üzərinə qoyulmuş vəzifələrin icrasından yayınaraq, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının mənzilində əvvəlki mülkiyyə tçi tərəfindən aparılmış və başa çatmış yenidənqurma işləri razılaşdırılmadan (özbaşına) aparıldığından, hazırki iddia tələbi üzrə mübahisəli hüquq münasibətləri AR Mənzil Məcəlləsinın 27-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında tənzimlənməli olduğu halda, məhkəmə işin bu və yuxarıda sadalanan digər hallarını nəzərə almamış, cavabdehin cavab məktubunu iddiaçının müraciətinin təmin olunmasından imtina edilməməsi kimi qiymətləndirməklə səhv nəticəyə gəlmişdir. Hazırkı vəziyyətdə cavabdeh inzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, aparılmış yenidənqurma işlərinin Mənzil Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulan qaydada razılaşdırılmadığına istinad edərək iddiaçının müraciətinə baxmaqdan imtina etməkdə haqlı olmamışdır Belə ki, qanunun tələbinə görə (M ənzil Məcəlləsinin 27-ci maddəsi) özbaşına aparılmış yenidənqurma işlərinə münasibətdə qanunla müəyyən edilmiş qaydada cavabdehin müvafiq qərar qəbul etmək səlahiyyəti olduğu halda, bundan əsassız olaraq imtina etmiş, eləcə də yenidənqurma işlərinin aparılmasına qabaqcadan icazə alınması icraatı üzrə nəzərdə tutulan sənədləri (mənzilin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi və s.) əsassız olaraq iddiaçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinə cavab məktubu iddiaçı ilə bağlı yeni hüquqi status (vəziyyət) yaratdığına görə, bu məktub imtina məktubu kimi qəbul edilməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilm əsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə iddianın mümkünsüzlüyü barədə səhv nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və xxxxbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2-1(103)-2447/2019 saylı qərardadı ləğv edilsin. Sonrakı prosessual hərəkətlərin aparılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar