Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1107/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qanunsuz müdaxilədən çəkindirmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı qanunsuz müdaxilədən çəkindirmə və s. tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)433/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qəra rdadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 iyun 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı qanunsuz müdaxilədən çəkindirmə və s. barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)6529/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 35.1-ci maddəsi nə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Republikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına istinad etmişdir.
4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-6529/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03 02.2021-ci il tarixli, 2-1(103)-433/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə iddiaçının və onun nümayəndəsinin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-65 29/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ömürlük çəza çəkdiyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı “qanunsuz müdaxilədən çəkindirmə və s.” tələbi ilə məhkəməyə müraciət etmişdir. Həbsxana rəhbərliyi ona gələn və göndərdiyi məktubları senzuradan keçirir, xəbəri olmadan saxta qərarlar qəbul edir, ərizələrin surətini çıxarıb şikayət olunan şəxslərə zərərçəkmişə göndərir, cavabdehin qərarlarından psixoloji sarsıntı keçirir. Habelə məktubların gizlədilməsinə son qoyulması, beləliklə qanunun aliliyinin və şah olmasının təmin edilməsini bildirmişdir. Saxlandığı həbsxanada sifarişlə mühakimə olunduğu iş üzrə əlaqədar mütəmadi olaraq günahsızlığını sübut etmək üçün dövlət qurumlarına, məhkəmələrə şikayət ərizələri ilə müraciət etsə də bunlara qərəzli yanaşılır, ömürlük həbsdən çıxmağına maneçilik törədilir. Barəsində xəbəri olmadığı halda şər-böhtan xatakterli qərar qəbul edilir. Bunlar isə Azərbaycan Respulikasının Cəzaların İcrası Məcəlləsinin 10.2.7 və 10.2.7-1-ci maddələrinin tələblərinə ziddir. Hesab edir ki, həbsxana rəhbərliyinin ona olan münasibəti qərəzli olmaqla vəziyyətinin ağırlaşdırılmasına yönəlmişdir. Barəsində olan bütün qərarlar saxtadır, heç bir hüquqi əsası yoxdur. Məhkum olaraq qaldırdığı iddialar da məhkəmələr tərəfindən mümkün sayılmır. Sözügedən qərardad da bu qəbildəndir. Apelyasiya instansiyası hesab edir ki, hüquqların və qanunla qorunan maraqlarını pozulmamış, pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməlidir. Onun da müraciəti qeyd olunan tələblərə cavab vermir. Bütün bunlar isə barəsində ədalətli məhkəmə araşdırılmaları aparılmamasını bir daha təsdiq edir.
8. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-433/2021 nömrəli iş üzrə 03 02.2021-ci il tarixli qərardadının ləğv edilməsini və obyektiv araşdırma apararaq ədalətli qərarın qəbul edilməsini xahiş etmişdi.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
10. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 20 may 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
16. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03.02.2021 -ci il tarixli qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəhbərliyi inzibati orqan deyildir.
17. Həmçinin Həbsxananın rəh bərliyi hər hansı normativ-hüquqi aktla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxs deyil. Eyni zamanda, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda “Həbsxananın rəhbərliyi vəzifəsi” inzibati orqan kimi müəyyən olunmamışdır.
18. Birinci instansiya məhkəməsi iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün hüquqi yardım haqqında məktub göndərsə də, iddiaçı cavabdehi və iddia tələbini inzibati icraat qaydasında baxılan iddiaya uyğun dəqiqləşdirməmişdir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, o nların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə istinad etmişdir, belə ki, həmin bənddə qeyd edilir ki, mümkünlük şərtləri nin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
21. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir k i, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiy ası məhkəməsinin 07.10.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-433/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.