Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1107/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: gömrük mallarının təsnifatının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “malların ixracatçı ölkənin təqdim etdiyi invoysda və mənşə sertifikatında göstərilən alt yarımmövqe koduna və “Baş qa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məlumatların digərləri” malın təsvirinə uyğun yazılmasının qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-684/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İran İslam Respublikasının Astara şəhərində yerləşən X12 SİNA şirkəti ilə “17” avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə bağlayaraq xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə 8462 m2 “Başqa yerdə adları çəkilməyən və ya idxal olunmayan, daşdan və ya dig ər mineral maddələrdən digər məmulatların digərləri” adlı materialları almışdır.
2. İddiaçı tərəfindən **********1511 sorğu nömrəli, xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş Gömrük bəyannaməsi təqdim edilərək,
31. Malın tam təsviri hissəsində Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri,
33. Malın kodu hissəsində - ********* göstərilmiş və həmin bəyannaməyə əsasən dövlət büdcəsinə ödənilməli olan bütün gömrük rüsumları və ödənişləri ödənilmişdir. 3. 1400-012/004- 25/006574 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubu əsasında yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X3 İdarəsi tərəfindən aparılmış, tə dqiqat obyekti döşəmə örtüyü olmaqla, aparılmış ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ünvanına xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə 6907 21 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra sözügedən rəy əsas gətirilərək gömrük orqanı tərəfindən bəyannamənin qəbul edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 8 oktyabr 2019-cu il tarixdə Bakı İnzibati-İqtisadı Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin idxal etdiyi **********1511 saylı gömrük bəyannaməsinin “31.Malların təsviri” böl ümündə olan malların təsvirinin və “33.Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və Başqa yerdə adları çəkilməyən və ya idxal olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri malın təsvirinə uyğun yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə İran İslam Respublikasının Astara şəhərində yerləşən “X12 SİNA” şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə bağlayaraq xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə 8462 kv.m “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri adlı materialları (KOD:**********) almışdır. Malın adı, KOD-u, sayı, invoys dəyəri İran İslam Respublikasının gömrük orqanı tərəfindən verilən ixrac gömrük bəyannaməsində öz əksini tapmışdır və mənşə sertifikatı da, bu göstəriciləri təsdiq etmişdir. Bakı Baş Gömrük İdarəsi onlara aid yükün istehsalçı və ixracatçı ölkə tərəfindən verilən qanuni kodunu dəyişib, digər aid olmayan 69-cu qrupa ********** saylı alt yarımmövqe koduna dəyişməyə onları məcbur edir. Maddi-texniki bazası olmayan X6 İdarəsi nə əsasla yükün ********** saylı alt yarımmövqe koduna aid olm asını göstərməsi qeyrimüəyyəndir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının 2.1-ci bəndində gömrük bəyannaməsinin 31-ci və 33-cü qrafalarının bəyannaməçi tərəfindən doldurulmalı olduğu göstərilmişdir. Göründüyü kimi, gömrük bəyannaməsində malın təsvirinə uyğun yazılması öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi tamamilə qanuna ziddir, iddiaçı özünün tərtib etməli və məlumatlarının düzgünlüyünə cavabdeh olmaqla təsdiq etməli olduğu gömrük bəyannaməsinin müvafiq qrafalarının yazılması öhdəliyini cavabdehin üzərinə qoymaqla q anuna və digər normativ hüquqi aktlara ziddir. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın tələbinə əsasən gömrük bəyannaməsinin malların təsviri adlanan 31-ci qrafasında bəyan olunan malların X4 Mal Nomenklaturası üzrə mal mövqelərinin adları altında göstərilməsinə yol verilmir. Buna baxmayaraq, iddiaçı malların adını və növünü gizlədərək "Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri" kimi təsvir edir. Halbuki, heç bir ekspertizaya ehtiyac olmadan adi gözlə müşahidə etdikdə belə həmin malların döşəmə plitələri (kafel, metlax) olduğu açıqaydın görünür. Buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsi Azərbaycan Respublikasının X4 Mal Nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X4 Mal Nomenklaturası üzrə müvafiq kodun müəyyən edilməsi üçün X6 İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən nümunələr üzərində ilkin və kompleks ekspertiza aparılaraq ‘‘Ulduz Elektron” MMC-nin ünvanına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən olunmuşdur. Bununla da, iddiaçının **********1511 sorğu nömrəli gömrük bəyannaməsində ölkəyə gətirdiyi döşəmə plitələrinin kodu nu dəyişdirərək, ********** saylı alt yarımmövqe kodu və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” kimi bəyan etməklə malların gömrük dəyərinin 15%-ni ödəyərək, əslində ödənilməli olan kvadrat metrə görə 2 ABŞ dolları təşkil edən gömrük rüsumundan yayınmaq istədiyi aşkar olunmuşdur. Əlavə olaraq bildirilir ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X12 Sına şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə "Ulduz-Elektron” MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019-cu il tarixli, **********8454 sorğu nömrəli gömrük bəyan naməsinə əsasən aparılmış, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(112)-133/2022 nömrəli qərarı ilə (hakim: X2) iddia təmin edilmiş, İddiaçı MMC-nin idxal etdiyi **********1511 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan malların təsvirinin və “33.Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya idxal olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” malın təsvirinə uyğun yazılması öhdəliyinin cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin hallarından məlum olur ki, iddiaçının təqdim etdiyi **********1511 sorğu nömrəli bəyannamə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, 1400-012/0xx-xx/006574 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubu əsasında yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X3 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyekti döşəmə örtüyü olmaqla, aparılmış ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ünvanına xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikad an döşəmə plitələri XİF MN görə 6907 21 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra sözügedən rəy əsas gətirilərək gömrük orqanı tərəfindən bəyannamənin qəbul edilməsindən imtina edilmişdir. Rəydən görünür ki, tədqiq olunan material və sənədlər - xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar, yol nəqliyyat sənədi (CMR), gömrük bəyannaməsi, mənşə sertifikatı, müqavilə, prob və nümunələrin götürülməsi haqqında akt göstərilmişdir. Tədqiqat obyekti kimi – döşəmə örtüyü göstərilmişdir. Sənədlər tədqiqata xx.xx.2019-cu il tarixdə, nümunələr isə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, plomblu nümunə - UE19081806 saylı invoys üzrə üzlük xx.xx.2019-cu il tarixdə, 11:00-da götürülmüş, xx.xx.2019-cu il tarixdə, saat 12:00-da laboratoriyaya təhvil verilmişdir. Həmçinin, plomblu nümunələrin götürülməsində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, akt mühafizəçi M.Ələkbərovun və R.Abasquliyev adlı nümayəndənin iştirakı ilə tərtib edilmişdir. Plomblu nümunələri götürərək, təhvil verən şəxs isə mühafizəçi M.Ələkbərov olmuşdur. Digər tərəfdən rəydə, rəyin verilməsinə əsas olmuş aparılmış sınaq nəticələrinin əks olunduğu MGEİ-nin 6029/2019 nömrəli sınaq protokoluna istinad olunmuşdur ki, məhkəmə tərəfindən həmin sınaq protokoluna baxış keçirilərkən müəyyən edilmişdir ki, sınaq protokolunun nömrəsi 6029/2018 göstərilmiş, nümunənin adı – döşəmə üçün üzlük, nümun ənin götürülmə vaxtı xx.xx.2018-ci il, nümunənin qəbul şöbəsinə təqdim olunduğu tarix xx.xx.2018-ci il göstərilmiş, sınaq protokolunun tərtib olunma tarixi isə xx.xx.2019-cu il tarix göstərilmişdir. Göstərilən hallar isə, sınaq protokolunun nəticələrinin, nəticə etibarı ilə isə X3 İdarəsinin rəyinin mötəbərliliyini şübhə altına almağa əsas vermişdir. Məhkəmə tərəfindən X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə məhkəmə ekspertiza təyin edilsə də, müvafiq mütəxəssis və Mərkəzdə müvafiq tədqiqatın aparılması üçün texniki bazanın olmadığı əsas gətirilərək, ekspertizanın aparılmasından imtina edilmiş, sözügedən hal isə bir növ bəyan edilmiş malların 6907 21 9000 kodu altında sinifləşdirilməsi halını istisna etmişdir. Məhkəmə malın düzgün kod altında bəyan edilməsi məsələ sinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəf ünvanına idxal olunmuş malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X12 SİNA” Şirkəti ilə bağlanmış 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə, xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar və mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-684/2023 nömrəli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X5) Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə formal münasibət bildirmiş, əsas dəlilə, yəni “məhkəmə qərardadında istinad olunan sənədlərin əslinin iddiaçıdan tələb olunması, cavabdeh tərəfindən aparılmış araşdırma ilə təsnifat kodlarının İran İslam Respublikasında 10 (on) rəqəmlə deyil, 8 (səkkiz) rəqəmlə göstərildiyinin müəyyən olunduğu, iddiaçının sənədlərin əslini məhkəməyə təqdim etməkdən imtina etməklə **********1511 sorğu nömrəli gömrük bəyannaməsində ölkəyə gətirdiyi döşəmə plitələrinin kodunu dəyişdirərək ********** saylı alt yarımmövqe kodu və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” kimi bəyan etməklə malların gömrük dəyərinin 15%-ini ödəyərək, əslində ödənilməli olan kvadrat metrə görə 2 ABŞ dolları təşkil edən gömrük rüsumundan yayınmaq istəməsi, iddiaçının göstərdiyi ********** saylı alt yarımmövqe kodunun İran İslam Respublikasında 6815999 0 kimi göstərildiyi və iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş mənşə sertifikatı, invoysun mötəbər sübut olmadığına” dair dəlilə isə ümumiyyətlə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdi r. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Apellyasiya məhkəməsi gömrük mallarının təsnifatının dəyişdirilməsinə dair iddia barədə məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi bəyannamənin q əbul edilməməsi əsası olan ekspert rəyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tədqiq olunan material və sənədlər - xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar, yol nəqliyyat sənədi (CMR), gömrük bəyannaməsi, mənşə sertifikatı, müqavilə, prob və nümunələrin götürülməsi haqqında akt göstərilmişdir. Tədqiqat obyekti kimi – döşəmə örtüyü göstərilmişdir. Sənədlər tədqiqata xx.xx.2019-cu il tarixdə, nümunələr isə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. İş materiallarında olan “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, plomblu nümunə - UE19081806 saylı invoys üzrə üzlük xx.xx.2019-cu il tarixdə, 11:00-da götürülmüş, xx.xx.2019-cu il tarixdə, saat 12:00-da laboratoriyaya təhvil verilmişdir. Həmçinin, plomblu nümunələrin götürülməsində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, akt mühafizəçi M.Ələkbərovun və R.Abasquliyev adlı nümayəndənin iştirakı ilə tərtib edilmişdir. Plomblu nümunələri götürərək, təhvil verən şəxs isə mühafizəçi M.Ələkbərov olmuşdur. Digər tərəfdən rəydə, rəyin verilməsinə əsas olmuş aparılmış sınaq nəticələrinin əks olunduğu MGEİ-nin 6029/2019 nömrəli sınaq protokoluna istinad olunmuşdur ki, məhkəmə tərəfindən həmin sınaq protokoluna baxış keçirilərkən müəyyən edilmişdir ki, sınaq protokolunun nömrəsi 6029/2018 göstərilmiş, nümunənin adı – döşəmə üçün üzlük, nümunənin götürülmə vaxtı xx.xx.2018-ci il, nümunənin qəbul şöbəsinə təqdim olunduğu tarix xx.xx.2018-ci il göstərilmiş, sınaq protokolunun tərtib olunma tarixi isə xx.xx.2019-cu il tarix göstərilmişdir. Sınaq protokolunun nəticələrinin, nəticə etibarı ilə isə X3 İdarəsinin rəyinin mötəbərliyini şübhə altına almağa əsas vermişdir.
22. Həmçinin məhkəmə tərəfindən X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə məhkəmə ekspertiza təyin edilsə də, müvafiq mütəxəssis və Mərkəzdə müvafiq tədqiqatın aparılması üçün texniki bazanın olmadığı əsas gətirilərək, ekspertizanın aparılmasından imtina edilmiş, sözügedən hal isə bir növ bəyan edilmiş malların 6907 21 9000 kodu altında sinifləşdirilməsi halını istisna etmişdir.
23. Yuxarıda qeyd olunanların əksinə olaraq iddiaçı idxal olunmuş malın kodunu mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “ X12 SİNA” Şirkəti ilə bağlanmış 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə, xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar və mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir.
24. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. İddiaçının təqdim etdiyi sənədlərdək i məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
26. Beləliklə, inzibati orqan iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda onları qəbul etməyə bilərdi.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-684/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.