Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1107/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi; iddianın mümkünlüyü, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “səbəbli əlaqənin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-408/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)1660/2017 nömrəli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xəstəlik haqqında şəhadətnamədə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş 09 aprel 2008-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamənin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” hissəsində dəyişiklik edilərək, "HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi qeyd edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)- 1660/2017 nömrəli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı ıl tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmişdir. Həmçinin, həmin qərar cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Kom issiyası tərəfindən icra olunmuş və bu barədə xx.xx.2017-ci il tarixli, 2060 saylı məktubla məhkəməyə məlumat verilmişdir.
3. Cavabdeh xx.xx.2017-ci il tarixli, 761 saylı qərarına əsasən, İddiaçı hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və xx.xx.2008-ci ildə N saylı hərbi hissənin hospital hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz ”Ağrı sindromu ilə müşayiət olunan sol diz oynağının posttravmatik və sol dirsək sümüyünün köhnə oynaqdaxili bitmiş sınığı nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu. Sağ əlin İİİ daraq sümüyünün diafızinin köhnə bitmiş sınığı (Azərbaycan Respublikası SHXÇDX-nin Lerik rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 21 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 22 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2008-ci il tarixli, 755 nömrəli xəstəlik haqqında şəhadətnamə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-1660/2017 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilmişdir) “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “hərbi xidmət dövrü ilə əlaqədar” sözünün əvəzinə Cavabdeh 761 saylı qərarının xx.xx.2017-ci il tarixli, MN MHHK-nın 816 saylı, xx.xx.2017-ci il tarixli protokolunda “xəstəlikdir, hərbi xidm ət dövründə alınmışdır” əsassız hesab edilməlidir xx.xx.1995-ci il tarixli, 2111 №-li arayışını əsas götürərək Konstitusiyanın quruluşu zamanı xidməti vəzifəsini yerinə yetirərkən döyüş tapşırığı ilə əlaqədar sözünün dəyişdirilməsi barədə yeni qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8119/2022 saylı qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İİ qrup Qarabağ Müharibəsinin əlili SHXÇDX-nin Lerik şəhəri şöbəsi tərəfindən 1991-ci il tarixdə Azərbaycan Respublikasımı ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün t əkrar hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında döyüşlərdə iştirak edərkən 1991-1992-ci illərdə yaralanmışdır.
7. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 761 saylı, xx.xx.2017-ci il tarixli diaqnoz “Ağrı sindromu ilə müşayiət olunan sol diz oynağının posttravmatik və sol dirsək sümüyünün köhnə oynaqdaxili bitmiş sınığı nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu Sağ əlin İİİ daraq sümüyünün diafizinin köhnə bitmiş sınığı (Azərbaycan Respublikası SHXÇDX-nin Lerik şəhər İdarəsinin xx.xx.2017-ci il tarixli 21 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 22 nömrəli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli k/452 nömrəli canlı şəxsin Məhkəmə-Tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilmişdir) “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” öz təsdiqini tapmışdır. Lakin Cavabdeh xx.xx.2018-ci il tarixli Qərarının ikinci hissəsində hərbi xidmət dövründə xəstələndiyi, xx.xx.2000-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profili hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik “Sol ağciyərin ocaqlı vərəmi sorulma və bərkimə"' mərhələsində KB(-) mənfi şəkərli diabet İİ, orta ağır gedişli kompensə mərhələsində (xx.xx.2000-ci il tarixli 1584 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilərək” Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır" qərarı verilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli Qərarının əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlillik təyin edilmişdir. Halbuki ona “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” İİ qrup əlillik təyin edilməli idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabilitasiya Xidmətinin Tibb Sosial Ekspert Komissiyasına ona təyin edilmiş İİ qrup əlilliyin “hərbi xidmət dövrü ilə əlaqədar” deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” əlillik təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin, TibbSosial Ekspert Komissiyası tərəfindən imtina edilib, səbəb isə göstərilmişdir əlavə müalicəyə ehtiyacın olması ətraflı xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli 132 3 №-li Qərarında İİ qrup əlillik “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən zaman yaralanaraq əlil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Reabilitasiya Xidmətinin Tibb-Sosial Ekspert Komissiyasının bu imtina cavabı Azərbaycan Respublikasımı ərazi bütövlüyü uğrunda gəncliyini sağlamlığını itirən bir hərbi qulluqçuya böyük haqsızlıqdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xx.xx.20 08-ci il tarixli, 755 №-li xəstəlik haqqında şəhadətnamədə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş 09 aprel 2008-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamənin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” hissəsində dəyişiklik edilərək, "HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi qeyd edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hər bi Həkim Komissiyası tərəfindən icra olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-642/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının cavabdehə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar" sözünün əvəzinə Cavabdeh 761 saylı qərarının xx.xx.2017-ci il tarixli MN MHHK-nın 816 saylı xx.xx.2017-ci il tarixli protokolunda “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” əsassız hesab edilməli, aprel 1995-ci il tarixli 2111 №-li Bakı Ali Komandirlər Məktəbinin arayışından əsas götürərək “hərbi travmadır h ərbi xidmət vəzifələri (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” sözləri ilə əvəz edilərək barəsində yeni qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7260/2021 nömrəli qərardadına eləcə də cavabdeh inzibati orqanın etirazına nəzər yetirən zaman müəyyən olunur ki, iddiaçı 2017-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xx.xx.2020-ci il tarixli 755 saylı xəstəlik haqqında şəhadətnamədə TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” səbəb əlaqəsinin dəyişdirilərək "HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi yazılması tələbi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(81)-1660 nömrəli qərarı ilə» onun iddiası təmin edilmişdir. 12. 1 saylı Bakı İnzibati Məhkəməsinin həmin qərarı MN MHHK-sı tərəfindən xx.xx.2017-ci il tarixdə icra olunmuş və İddiaçı xx.xx.2017-ci il tarixli 761 nömrəli qərar verilmişdir. 13. 1 saylı Bakı İnzibatı Məhkəməsinin həmin qərarının yekun hissəsində MN MHHK-nın üzərinə xx.xx.2008-ci il tarixli 755 saylı xəstəlik haqqında şəhadətnamədə TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” səbəb əlaqəsinin dəyişdirilərək HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi yazılması öhdəliyi qoyulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qərarının qüvvəsini aldığı və inzibati orqan tərəfindən icra edildiyi müəyyən edilir. Daha sonra iddiaçı qeyd edilən qərarla razılaşmayaraq yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-7260/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
14. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı digər bir inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır.
15. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə predmet olan qərar xx.xx.2017-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu qərarı 2022-ci ilin iyul ayında (məhkəməyə daxil olduğu vaxt), yəni qərarın qəbul olunduğu vaxtdan müvafiq olaraq 5 il 5 ay sonra mübahisələndirmişdir. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, İPM-in 24.4 -cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil.
16. İddiaçıya izah olunur ki, qeyd etdiyi tələblə əsassız hesab edilməsini istədiyi xx.xx.2017-ci il tarixli 761 saylı qərar 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1660 nömrəli qərarın qanuni qüvvəsi almasında nəticəsində verilmişdir. Qeyd edilən 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli 21(81)-1660 nömrəli qərarı hal-hazırda qüvvədədir.
17. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
18. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birin ci instansiya məhkəməsini göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-408/2023 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
21. Hətta şərti olaraq qəbul edilsə ki, hazırki iddianın predmeti və ya əsası əvvəlki iddia ilə eynilik təşkil etmir, bununla belə iddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürdüyündən iddia mümkün hesab edilməməlidir.
22. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tə ləbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
23. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
24. Şirvan Apellyasiya Məhkəməsində iş düzgün araşdırılmamışdır. İşdə araşdırılmalı hallar kifayət qədər idi. Ümumiyyətlə iddiaçının aldığı xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Bununla bağlı və buna əsas olmuş sənədləri məhkəmə iclasına kimi təqdim edə bilməmişik. Həmin sənədləri hazırda əldə etmişik. Ona görə də hazırki əsaslar yeni əsaslardır. Yeni əsaslar olduğu üçün işə baxılmalı və yekun qərar qəbul edilməli idi. Apelyasiya instansiya məhkəməsində də həmin sənədləri təqdim etdik. Lakin əhəmiyyət verilmədi.
25. İddiaçını aldığı xəsarət Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59№-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında" əsasnamənin 7.2-ci maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarlar çıxarır: a)“Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." b) “Hərbi trav madır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır." c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini(xidməti vəzifələri) yerinə yetirərkən almışdır. ç) '‘Xəstəlikdir, xəsarətdir ( yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır" d )“Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (Xidməti e) “Ümumi xəstəlikdir”
27. Xəstəlik haqqında şəhadətnamədən görünür ki həmin şəhadətnamədə hərbihəkim komissiyası travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərar qəbul edərkən Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci maddəsinin c yarımbəndində (Hərbi travmadır, hərbi xidmət vəzifələrini(xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır) istinad edilmişdir. Eyni zamanda da əvvəl işə baxan məhkəmə də buna istinad etmişdir.
28. Lakin yuxarıda qeyd olunanlara əsasən, hazırki vəziyyətdə iddiaçının xəstəliyinin səbəb əlaqəsinin (Hərbi travmadır, hərbi xidmət vəzifələrini(xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır) kimi göstərilməsinə zərurət qalmır. Həmin vaxtı qəbul olunan məhkəmə qərarı həmin vaxtı aşkar olunan sənədlərə istinad etmişdir. Lakin hazırda yeni faktlar, yeni əsaslar aşkar olunmuşdur. Yeni əsaslarla işə baxılmalı və yekun qərar qəbul olunmalıdır.
29. Qeyd olunan Əsasnamənin c bəndinə əsasən Hərbi Travma Hərbi xidmət vəzifələrini(xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır ifadəsinə aşağıdakılar aiddir. - əgər şəhadətləndirilən şəxs xəsarəti(yaralanmanı travmanı kontuziyanı) hərbi xidmət vəzifələrini(xidmət vəzifələri) yerinə yetirərkən habelə radioaktiv maddələrin ionlaşdırıcı şüa mənbələrin raket yanacağı kom ponentlərin və digər yüksək toksiki maddələrin elektromaqnit sahələri mənbələrin və optik kvant generatorların təsirinə məruz qalmaq nəticəsində almışsa.
30. Görünən odur ki, iddiaçı Bakı şəhərində konstitusiyanın quruluşunun bərpasında iştirak edərkən yaralanması yəni onun xəsarəti Azərbaycan Respublikasının müdafiəsi zamanı alması kifayət qədər öz təsdiqini tapmışdır. Çünki konstitusiya quruluşunun bərpası Azərbaycan Respublikasının müdafiəsinin elə bir növüdür. Dövlətçiliyi qorumaq hər birimizin borcu olduğu kimi İddiaçı da öz borcunu yerinə yetirmişdir. Burada Hərbi Xidmət vəzifələrini yerinə yetirməklə bərabər Azərbaycan Respublikasının müdafiəsi zamanı da öz əksini tapmalıdır.
31. Yəni burada müəyyən olunan yeni əsaslarla və yeni faktlarla iddiaçı inzibati orqan olan Azərbaycan Respu blikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət etmiş və müraciətinə də imtina almışdır. Şirvan Apellyasiya məhkəməsində işə baxılarkən əhəmiyyət verilməmişdir.
32. Məhkəmənin müddətlə bağlı bildirdiklərinin heç bir əsası yoxdur. Belə ki, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərar xx.xx.2017-ci il tarixdə qəbul olunmuşdur və həmin qərar 2022-ci ilin iyul ayında (məhkəməyə daxil olduğu vaxt), yəni qərarın qəbul olunduğu vaxtdan 5 il 5 ay sonra mübahisələndirilmişdir. Ancaq nəzərə almaq lazımdır ki, iddiaçı hazırda yeni əsaslarla və əldə olunmuş yeni faktlarla məhkəməyə müraciət edir və məhkəmənin bunu müddət buraxılması kimi qiymətləndirilməsi əsassızdır. Hazırki tələb iddiaçının sağlamlığı ilə bağlıdır.
33. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi tərəfindən verilmiş xx.xx.1995-ei il tarixli 2111 saylı arayışına əsasən İddiaçı Bakı şəhərində Konstitusiya quruluşunun bərpasında iştirak edərkən yaralanmışdır.
34. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 152 saylı arayışına əsasən, İddiaçı 16-17 mart 1995-ci il tarixlərdə Bakı şəhərində konstitusiyanın quruluşunun bərpasında iştirak etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli fərmanı ilə "Hərbi xidmətə görə” medalı ilə təltif olunmuşdur. Həmin vaxtı hərbi hissənin qarşısında qoyulmuş tapşırığı yerinə yetirilməsində fərqləndiyinə görə təltif edilmişdir. Təbii ki. həmin vaxtı döyüş tapşırığını yerinə yetirmişdir.
35. Hazırda əldə olunmuş tibbi sənədlər və yeni əsaslar işin ədalətli araşdırılmasını qaçılmaz edir. İddiaçın ın əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır. Yəni mübahisə əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlıdır.
36. Odur ki, Şirvan İnzibati Məhkəməsinin qeyd olunan qərardadı əsassız olduğundan iddiaçı apellyasiya şikayəti vermişdir. Həmin qərardad ləğv olunmalı idi.
37. Çox təəssüf ki, Şirvan Apellyasiya Məhkəməsində məhkəmə buna əhəmiyyət vermədi və işi düzgün ədalətli araşdırmadı. Şirvan İnzibati Məhkəməsinin əsassız qərardadını dəyişdirmədən qüvvədə saxladı.
38. Yaranmış vəziyyətdə məhkəmə ədalətli, qanuni və obyektiv qərar qəbul etmək üçün ilk növbədə sənədləri əldə etmək üçün iddiaçıya hüquqi yardım etməli idi.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatla rı, ərizə və təklifləri ilə. onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b. kassasiya şikayətinə etirazın dəlilləri
40. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
41. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və m üəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasla ndırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ap ellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
47. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehə qarşı xəstəlik haqqında şəhadətnamədə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş 09 aprel 2008-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamənin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” hissəsində dəyişiklik edilərək, "HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi qeyd edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin M ərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. 48. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı ıl tarixli, 2-1(81)1660/2017 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmişdir. Qərar cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən icra olunmuş və bu barədə xx.xx.2017-ci il tarixli, 2060 saylı məktubla məhkəməyə məlumat verilmişdir. 49. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı ıl tarixli, 2-1(81)1660/2017 nömrəli qərarı əsasında cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 761 №li yeni qərar qəbul edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya ikinci dərəcəli əlil lik təyin edilmiş, əlillik səbəbi kimi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” göstərilmişdir.
50. Cavabdehin xx.xx.2017-ci il tarixli 761 №-li yeni qərarında, həmçinin digər diaqnoz üzrə (“Ağrı sindromu və dimdiyəbənzər artımlarla müşayiət olunan boyun fəqərəarası osteoxondrozu İİ mərhələ. Xroniki vertebrogen mənşəli residiv gedişli servikokranialgiya natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası.”) “XƏSTƏLİKDİR. HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” səbəb əlaqəsi qeyd olunmuşdur. 51. xx.xx.2017-ci il tarixdə qəbul edilmiş həmin qərar iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilməmişdir.
52. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
53. İddiaçının kassasiya şikayətində qeyd et diyi “iddia qaldırılması üçün yeni əsaslar”a dair dəlilləri də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, o, həmin əsaslara da prosessual müddət daxilində verilmiş iddiada istinad edə bilərdi.
54. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-408/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.