Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1108/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şö bəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-124/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.2009-cu ilədək “xxxx”nda işləməsi ilə əlaqədar olaraq iddiaçıya pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.2009-cu ilədək “xxxx”nda işləmişdir. “xxxx” maşınqayırma zavodu ASC-nin xx.xx.2019-cu i tarixli arxiv arayışına əsasən “xxxx”nun keçmiş işçisi olan iddiaçıya “xxxx” ASC-nin hüquqi varisi “xxxx maşınqayırma zavodu” ASC arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1955-ci il təvəllüdlü iddiaçı haqqında bu qeydlər aparılmışdır. xx.xx.1972-ci ildən 4 saylı Mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir. Əmr 413/k, xx.xx.1972-ci il; xx.xx.1974-cü ildə işdən azad edilmişdir. Əmr 12/k, xx.xx.1974-cü il - xx.xx.1974-cü ildən 4 saylı Mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir. Əmr 31/k, xx.xx.1974-cü il, xx.xx.1974-cü ildə Hərbi Xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. Əmr No 52/k, xx.xx.1974-cü il, xx.xx.1976-cı ildən, 4 saylı Mexanild yığma sexində 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir. Əmr N2 155/k, xx.xx.1976-cı il; xx.xx.1977-ci ildən, 2 saylı Mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı; əmr No 260/k; xx.xx.1984-cü ildən, 15 saylı Mexaniki təmir sexində 3-c ü dərəcəli tornaçı; əmr No 34/k, xx.xx.1988-ci ildən, 1 saylı Mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı; əmr No 142/K, xx.xx.1994-cü ildən MYS-də Baş mühəndis vəzifəsində çalışmışdır, əmr No 43/k, xx.xx.2000-ci il ildə işdən azad edilmişdir. Əmr N35/k, xx.xx.2000-ci il. İddiaçı xx.xx.2000-ci ildən işdən azad olunmuşdur və sonra həmin “xxxx”na işə bərpa olunmuşdur. “xxxx”nda zərərli iş şəraitində çalışmışdır. İddiaçı DSMF-nin Suraxanı rayon şöbəsinə əmək pensiyası təyin edilməsi ilə əlaqədar müraciət etmiş, lakin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin xx.xx.2019cu il tarixli **********1 saylı məktubu ilə ona imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərə, xx.xx.1972-ci il tarixdən - xx.x x.2000-ci il tarixədək xxxxnda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-3051/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Sədyar Hüseyn oğluNəbiyevun xx.xx.1972-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək xxxxnda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Mə hkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-124/2020 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmara Nağıyeva və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsininxx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3051/2019 saylı qərarı dəyişdirilərək İddiaçıun xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2000-ci il tarixədək xxxxnda işlədiyi il lərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrlər mütləq əmək kitabçasında qeyd olunmalıdır. Əmək kitabçasında qeyd olunmayan dövrlər o zaman sosial sığorta stajına daxil edilə bilər ki, əmək kitabçası qanunvericiliklə müəyyən olunmuş üzrlü səbəblərə görə təqdim oluna bilməsin. Lakin hazırkı halda hansı səbəbə görə iddiaçının əmək kitabçasını təqd im edə bilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, qanunvericiliyin tələblərinə əsasən iş dövrünün sosial sığorta stajı hesab olunması üçün həmin dövrün əmək kitabçasında qeyd olunması tələb olunsa da, əmək kitabçasında qeyd olunmayan dövrü sosial sığorta stajına daxil etməklə qanunsuz olaraq pensiya təyin olunması barədə qərar qəbul etmiş, düzgün əsaslandırma aparmamış, bununla da pozuntuya yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)124/2020 nömrəliqərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasas iya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxı şını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi il ə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrlər mütləq əmək kitabçasında qeyd olunmalıdır. Əmək kitabçasında qeyd olunmayan dövrlər o zaman sosial sığorta stajına daxil edilə bilər ki, əmək kitabçası qanunvericiliklə müəyyən olunmuş üzrlü səbəblərə görə təqdim oluna bilməsin. Lakin hazırkı halda hansı səbəbə görə iddiaçının əmək kitabçasını təqdim edə bi lməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, qanunvericiliyin tələblərinə əsasən iş dövrünün sosial sığorta stajı hesab olunması üçün həmin dövrün əmək kitabçasında qeyd olunması tələb olunsa da, əmək kitabçasında qeyd olunmayan dövrü sosial sığorta stajına daxil etməklə qanunsuz olaraq pensiya təyin olunması barədə qərar qəbul etmiş, düzgün əsaslandırma aparmamış, bununla da pozuntuya yol vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qab iliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiy a təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra h akimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikasının "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyətinin xar akterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının 64 yaşının xx.xx.2019-cu ildə tamam olduğunu, onun 25 ildən artıq iş stajı olmasının “xxxx Maşınqayırma Zavodu” ASC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 01/96 saylı arxiv arayışı ilə təsdiq edildiyini nəzərə alaraq iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2019-cu ildə yaranmışdır, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx. 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-124/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1108/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1108/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver