Məhkəmə qərarları › İş №2-1(102)-1108/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1108/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1108/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-481/2021 nömrəli iş üzrə 11.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 iyun 2021-cil il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il t arixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 07 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 avqust 1962ci il tarixdə doğulmuşdur. Diplomunun, hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixinədək (10 ay 20 gün) Əli Bayramlı 28 №-li Texniki-Peşə Məktəbində təhsil almış, 05 noyabr 1980-ci il tarixdən 01 dekabr 1982-ci il tarixinədək (2 il 26 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 19 aprel 1983-cü il tarixdən 04 iyun 1984 -cü il tarixinədək (1 ay 16 gün) “Azenerjitikinti” trestinin “Hidrosantexquraşdırma” idarəsində elektrik qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 16 iyul 1984-cü il tarixdən 10 aprel 1989-cu il tarixinədək (4 il 8 ay 24 gün) X1 Kombinatında düzəldici maşınların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2230600a16149), 28 aprel 1989-cu il tarixdən 04 avqust 1990-cı il tarixinədək (1 il 3 ay 6 gün) Salyan rayonu TQİ-də elektrik-qaz qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 20 sentyabr 1990-cı il tarixdən 01 fevr al 1993-cü il tarixinədək (2 il 4 ay 11 gün) “Azavtotəmirtikintiquraşdırma” trestinin 2 saylı TTİ-də elektrik qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 02 fevral 1993-cü il tarixdən 31 avqust 1993-cü il tarixinədək (5 ay 29 gün) 9 №-li trestin 95 №-İİ TTİ-də elektrik qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 14 sentyabr 1993-cü il tarixdən 10 avqust 1994-cü il tarixinədək (11 ay 26 gün) “Qaradağ” Təsərrüfat hesablı İnzibati-Ərazi İB-də fəhlə, 10 avqust 1994-cü il tarixdən 22 sentyabr 1997-ci il tarixinədək (3 il 1 ay 12 gün) həmin idarənin ağac emalı sexində elektrik-qaz qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 29 sentyabr 1997-ci il tarixdən 01 yanvar 2006-cı il tarixinədək (8 il 3 ay 2 gün) və 01 yanvar 2006-cı il tarixdən bu günə kimi “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də elektrik-qaz qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906) peşəsində işləyir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalı şan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 25 il 2 ay 24 gün təşkil etmiş və həmin staj illərinin 20 il 2 ay 10 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. Bununla da, 57 yaşı tamam olduğu 07 avqust 201 9cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesniyası almaq hüququ yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 57 yaşı tamam olduğu 07 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya haqqı məbləğinin ödənilməsi barədə cavabdehə müraciətinə imtina cavabı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:

3. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 19.10.2020-ci il tarixli, 2-1(112)-3125/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 3.1, 4.1, 9.1, 9.8-ci maddələrinə, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz olduğuna dair nəticəyə gəlmişdir.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 11.02.2021-ci il tarixli, 2-1(103)-481/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Valeh Ağayev) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 19.10.2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 07 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, “Ə mək pensiyaları haqqında” Qanunun 3.1, 4.1, 9, 9.1, 9.8, 21-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67 və 13-cü maddəsinin b bəndinə, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsaslanaraq belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

9. İddiaçının isə onda n tələb edilən 12 il 6 ay güzəştli iş stajı yoxdur. Belə ki, iddiaçının əmək kitabçasından görünür ki, o, “düzəldici maşınların operatoru” peşəsində deyil, “operator” peşəsində, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində deyil, “elektrik-qaz qaynaqçısı” və “qaynaqçı” peşələrində işləmişdir.

10. Həmçinin, iddiaçının iş materiallarında olan attestatından da görünür ki, onun təhsili əl ilə qaynaq aparan elektrik qaynaqçılığı ilə deyil, elektrik qaynaqçılığı ilə bağlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilən arayışlar vasitəsilə də iddiaçının məhkəmənin uyğunlaşdırdığı peşələrə uyğunluğu müəyyən edilməmişdir. 11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödən ilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır.

12. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS- a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir.

13. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişd ir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Hazırkı iş ilə əlaqədar iş materiallarında arayış olsa da, həmin arayışlar məhkəmənin gəldiyi mövqeni təsdiq etmir.

14. Məhkəmə tərəfindən qərar qəbul edilərkən qeyd olunan hallar araşdırılmamış, həmçinin Ali Məhkəmənin tövsiyəsinə riayət olunmamışdır.

15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 2-1(103)- 481/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Tərəflərin izahatı:

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayət ində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 11.02.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11.02.2021-ci il tarixli qərarnın isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

19. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

20. Apelyasiya mə hkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır Əsaslandırıcı hissə

21. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin və iddiaçının vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 11.02.2021-ci il tarixli, 2-1(103)-481/2021 nömrəli qərarla və həmin qərardan cavabdeh tər əfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.

25. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixinədək Əli Bayramlı 28 №-li Texniki-Peşə Məktəbində təhsil almış, 05 noyabr 1980-ci il tarixdən 01 dekabr 1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur.

26. Həmçinin iş materiallarında olan əmək kitabçasından görünür ki, 19 aprel 1983-cü il tarixdən 04 iyun 1984-cü il tarixinədək “Azenerjitikinti” trestinin “Hidrosantexquraşdırma” idarəsində elektrik qaynaqçısı, 16 iyul 1984-cü il tarixdən 10 aprel 1989-cu il tarixinədək X1 Kombinatında əmək şəraiti zərərli olmaq la operator, 28 aprel 1989-cu il tarixdən 04 avqust 1990-cı il tarixinədək Salyan rayon Təsərrüfat hesablı tikinti sahəsində elektrik-qaz qaynaqçısı, 20 sentyabr 1990-cı il tarixdən 01 fevral 1993-cü il tarixinədək “Azavtotəmirtikintiquraşdırma” trestinin 2 saylı TTİ-də qaynaqçı, 02 fevral 1993-cü il tarixdən 31 avqust 1993-cü il tarixinədək 9 №-li trestin 95 №-li TTİ-də qaynaqçı, 14 sentyabr 1993-cü il tarixdən 10 avqust 1994-cü il tarixinədək “Qaradağ” Təsərrüfat hesablı İnzibati-Ərazi birliyində köməkçi, fəhlə, 10 avqust 1994-cü il tarixdən 22 sentyabr 1997-ci il tarixinədək həmin idarənin ağac emalı sexində elektrik-qaz qaynaqçısı peşəsində çalışmış, 29 sentyabr 1997-ci il tarixdən bu günə kimi “Azneft” İB-nin “Neft Daşları” NQÇİdə elektrik-qaz qaynaqçısı peşəsində işləyir.

27. Cavabde h kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının iş materiallarında olan attestatından da görünür ki, onun təhsili əl ilə qaynaq aparan elektrik qaynaqçılığı ilə deyil, elektrik qaynaqçılığı ilə bağlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilən arayışlar vasitəsilə də iddiaçının məhkəmənin uyğunlaşdırdığı peşələrə uyğunluğu müəyyən edilməmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalı şan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

29. Həmin Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq s urətdə təyin edilir.

30. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericilik” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 31. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda v ə azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.

32. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

33. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsər rüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti.

34. Apelyasiya məhkəməsi tərəfindən m üəyyən edilmişdir ki, iddiaçı 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixinədək Əli Bayramlı 28 №-li Texniki-Peşə Məktəbində təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur.

35. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən hərbi xidmət müddəti də sığorta stajına daxil edilir.

36. Beləliklə qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün ik i element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

37. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti, hərbi xidmət müddəti və 01.01.2006-cı il tarixə qədər iş stajını da nəzərə aldıqda, 01.01.2006-cı il tarixə qədər iddiaçının 25 ildən yuxarı ümumi iş stajı mövcuddur.

38. Eyni zamanda iş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 21.08.2019-cu il tarixli PUŞ-02/36 saylı arayışından görünür ki, iddiaçı 29.09.1997-14.11.2013-cü illərdə Mənzil-kommunal təsərrüfatında elektrik-qaz qaynaqçısı peşəsində, 14.11.2013-01.10.2014-cü illərdə İstismar av adanlıqlarının təmiri sexində elektrik-qaz qaynaqçısı peşəsində, 01.10.2014-cü il tarixdən hal-hazıra qədər Mənzil-kommunal təsərrüfatında elektrik-qaz qaynaqçısı peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsi, “Ümumi peşələr” əsasən “Neft Daşları” NQÇİ-nin İATS və MKT-də elektrik-qaz qaynaqçısı peşəsində 21.08.2019-cu il tarixə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı – 21 il 10 ay 22 gün təşkil edir. “xxxx” MMC-nin 26.08.2019-cu il tarixli 02-ME saylı arayışından görünür ki, iddiaçının 04.07.1995-22.09.1997-ci illərdə Qaradağ Birliyinin – Ələt sahəsində elektrik-qaz qaynaqçıs ı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsi, “Ümumi peşələr” əsasən elektrik-qaz qaynaqçısı peşəsində 2 il 2 ay 18 gün stajı təşkil edir. Qaradağ Birliyi 2004-cü ildə özəlləşdirilərək “xxxx” MMC-yə çevrilmişdir.

39. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi “elektrik qaynaqçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilər in 2 nömrəli Siyahısı”nda “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod: 23200000-19906) peşəsinə, “operator” vəzifəsi isə “Ağac emalı komtinatı”nda işlədiyi nəzərə alınaraq Nazirlər Kabinetinin qeyd edilən Qərarının “XXİ. Meşə sənayesi müəssisələri və meşə təsərrüfatı. Sellüloz-kağız və ağac emalı istehsalatları” bölməsinin “Ağac emalı istehsalatı” bəndinin “düzəldici maşınların operatorları” (kod: 2230600a—16149) peşəsinə uyğundur.

40. Belə olan halda məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 57 yaşının tamam olduğu 07 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyi n edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 21(103)-481/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar