Məhkəmə qərarları › İş №2-1(102)-1108/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1108/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1108/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1953, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər iddiaçıya aldığı pensiya həcminin fərqində olan məbləğin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-385/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı hərbi qulluqçu, müharibə veteranı və ikinci qrup əlildir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyun 2014-cü il tarixli 0448 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 fevral 1992-ci il tarixli, 052 nömrəli və 29 avqust 1992-ci il tarix li, 01598 nömrəli şəxsi heyət üzrə əmrləri ilə Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini təyin olunmuş polkovnik-leytenant İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 01 fevral 1992-ci il tarixdən Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsinin icrasına buraxılmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyul 1993-cü il tarixli 0308 nömrəli şəxsi heyət üzrə əmri (polkovnik-leytenant İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Əməliyyat İdarəsinin şöbəsinin rəis müavini təyin olunması barədə) ləğv olunmuş, səhhəti ilə əlaqədar olaraq xidməti mənafeyi naminə, polkovnikleytenant İddiaçı Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsindən azad edilərək, 16 iyul 1993-cü il tarixdən Səhra Cəbhə İdarəsinin Ə məliyyat Şöbəsinin rəis müavini təyin olunmuş hesab edilmişdir.

3. İddiaçıya. İddiaçı cavabdehə 02 noyabr 2020-ci il tarixli ərizə ilə müraciət edərək, xx.xx.2000-ci il tarixdən əmək pensiyası aldığını, sonradan ona 2014-cü ilin iyul ayından Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsinə uyğun olaraq hərbi qulluqçu kimi pensiya təyin edildiyini bildirmiş və pensiyaya çıxdığı tarixdən 2014-cü ilin iyul ayına qədər yaranmış pensiya fərqinin ona ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 28 yanvar 2021ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ona 5 yanvar 2001-ci il tarixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublika sı Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1840.60 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddə t üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, ərizəsində göstərdiyi dövr Mərkəzi Filiala müraciət edilən tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş üç il müddətindən daha keçmiş dövrə aid olduğundan, həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək 2001ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər ona aldığı pensiya həcminin fərqində olan məbləğin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istefada olan polkovnikdir. 1970-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Gürcüstan, Çexiya, Ukrayna Respublikalarında), 1991-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və 2000-ci ildə xəstəliyinə görə ordu sıralarından tərxis edilmişdir. Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində Əməliyyat şöbəsinin rəisi (17 ay), X3 Əməliyyat şöbə rəisi - Cəbhə komandanının müavini (4 ay) və Əməliyyat istiqaməti üzrə Müdafiə nazirinin müavini (1 0 ay) vəzifələrində çalışmışdır. 1994-cü ildə ağır yaralandıqdan sonra uzunmüddətli müalicəsi, səhhətinin bərpa prosesi və xəstəliyi ilə əlaqədar 1995-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında X1 Hərbi kafedrasının rəisi vəzifəsinə təyin olunmuş və hərbi kafedralar bağlananda həmin vəzifədən xəstəliyi ilə əlaqədar pensiyaya çıxmışdır. Müdafiə nazirinin əmri düzgün tərtib edilmədiyinə görə onun pensiyası kafedra rəisi vəzifəsinə müvafiq hesablanmış və 787 manat təşkil edirdi. 2014-cü ilə qədər müxtəlif instansiyalara müraciət etmiş, lakin məsələ öz müsbət həllini tapmamışdır. 2014-cü ildə DSMF tərəfindən pensiyası yenidən hesablanmışdır. 2014-cü ilin iyul ayından pensiyasını Müdafiə Nazirliyinin Əməliyyat Baş idarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsinə uyğun alır və məbləği 1289 manat olmuşdur. Fərqi 502 manat təşkil edir. 2014-cü ilə qədər aldığı pensiya ilə sonra düzgün hesablanan pensiya arasındakı 14 il müddətinə yığılan pul fərqini almaq üçün bir sıra müraciətlər etmiş, lakin müraciəti təmin olunmamışdır.

7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək qeyd etmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesabla nması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfi ndən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçıya ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə xx.xx.2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçının adına yenidən “məlumat vərəqi” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.18-ci maddəsinə əsasən İdarəyə göndərilmişdir. Tərəflərindən Qanunun həmin maddəsinə uyğun olaraq vəzifə maaşı yenidən hesablanaraq ödənilmişdir. İddiaçının iddia tələbində əvvəlki dövrün hesablanması qanunvericiliyin tələbinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 -ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Yuxarıda qeyd edildiyi kimi, Qanunun bu maddəsi keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üçün ödənilməsinə icazə verir. Bu halda isə iddiaçının tələb etdiyi fərq məbləği 2001-201 4-cü illəri əhatə etdiyinə görə iddia mümkün sayılmamalıdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5013/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə pensiya məbləğinin vətəndaşın müraciətindən əvvəlki ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə ümumiyyətlə, 2014-cü il tarixdə iddia tələbi ilə bağlı cavabdehə müraciət etməyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da bunu təsdiq edən hallar müəyyən olunmamışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-385/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.V.Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5013/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 14. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasını n Qanunun 49-cu maddəsində də qeyd edilir ki, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir.

15. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

16. Hazırda şikayət olunan qərarla belə vəziyyət yaranmışdır ki, iddiaçı ilə eyni vaxtda, iddiaçı ilə eyni vəziyyətdə, eyni hüquqi statusda olan şəxslər xx.xx.2020-ci ilədək məhkəmələrə iddia verdikdə onların pensiya təminatına məhdudiyyət müddəti tətbiq edilmədən, pensiya hüququ yarandığı gündən almadıqları pensiya məbləğini alınmasına dair məhkəmə qərarlarına nail olmuş lar. Lakin iddiaçıya münasibətdə pensiya məbləğinin alınmasının məhdudlaşdırılmasına dair qərar verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz işin faktiki hallarına və cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq p ayı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.... Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hü ququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq e dilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”

20. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının 2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər pensiya məbləğində olan fərqin hesablanaraq ona ödənilməsi tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla y anaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı mübahisədə iddiaçının tələbi mahiyyətcə 2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər pensiya məbləğində olan fərqin hesablanaraq ona ödənilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının marağı ona 2001-ci ilin yanvar ayından təyin olunmuş pensiya məbləği ilə 2014-cü il tarixli məlumat vərəqi əsasında həmin ildə təyin edilmiş pensiya məbləği arasında olan fərqin hesablanaraq ödənilməsinə nail olmağa yönəlmişdir.

29. Bununla bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi q ulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq olunmuş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın (18 oktyabr 2021ci ilədək qüvvədə olan redaksiyada) 3-cü bəndinə əsasən hərbi qu lluqçuların və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Fonda təqdim edilir.

31. Həmin Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən ar tımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.

32. Əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə, onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır.

33. Yuxarıda istinad olunan normaların tələbinə görə hərbi qulluqçular sırasından olan şəxslərə qanunvericiliyə uyğun olaraq həm pensiya təyin edilməsi üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq Döv lət Sosial Müdafiə Fonduna göndərilməsi tələb olunur.

34. Yuxarıda istinad olunan Qaydaların 2-ci bəndinə görə, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

35. İş üzrə materiallara əlavə olunmuş Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2007-ci il tarixli “Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqəsi”ndə iddiaçının xx.xx.2000-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi ilə xəstəliyə görə kafedra rəisi vəzifəsindən hərbi xidmətdən tərxis olunduğu, onun təminat xərcliyinin hərbi xidmətdən buraxıldığı günə a ldığı miqdarda aylıq (kafedra rəisi kimi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşına digər əlavələrdən ibarət olduğu qeyd edilmişdir.

36. İş üzrə materiallara əlavə olunmuş xx.xx.2014-cü il tarixli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat vərəqi”ndən görünür ki, iddiaçı Müdafiə Nazirliyinin Əməliyyat İdarəsində şöbə rəisi vəzifəsindən hərbi xidmətdən tərxis olunmuş və onun təminat xərcliyi hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq (Əməliyyat İdarəsində şöbə rəisi kimi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavəl ərdən ibarət olmuşdur.

37. İş üzrə materiallara əlavə olunmuş Müdafiə nazirinin 10 iyun 2014-cü il tarixli, 0448 saylı şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin 01 fevral 1992-ci il tarixli 052 nömrəli və 29 avqust tarixli 01598 nömrəli şəxsi heyət üzrə əmrləri ilə Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini təyin olunmuş polkovnikleytenant İddiaçı xidməti zərurətlə əlaqədar olaraq, 01 fevral 1992-ci il tarixdən Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəis vəzifəsinin icrasına buraxılmış hesab edilmişdir. Həmin əmrin 2-ci paraqrafı ilə Müdafiə nazirinin polkovnik-leytenant İddiaçı “Hərbi xidmət haqqında” Qanuna müvafiq olaraq Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsindən Səhra Cəbhə İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini təyin olunması barədə 16 iyul 1993-cü il tarixli 0308 nömrəli şəxsi heyət üzrə əmri ləğv olunmuş, 3-cü paraqrafı ilə səhhəti ilə əlaqədar olaraq xidməti mənafeyi naminə, polkovnik leytenant İddiaçı Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsindən azad edilərək 16 iyul 1993-cü il tarixdən Səhra Cəbhə İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini təyin olunmuş hesab edilmişdir.

38. Beləliklə, iddiaçı barəsində xx.xx.2007-ci il və 18.06 2014-cü il tarixli məlumat vərəqələrinin məzmunun müqayisəli təhlilindən görünür ki, iddiaçıya pensiya hesablanması üçün pul təminatındakı (təminat xərcliyindəki) artım Müdafiə Nazirinin 10 iyun 2014-cü il tarixli, 0448 saylı şəxsi heyət üzrə əmri ilə və həmin əmrin onun hərbi statusunda (vəzifəsində) yaratdığı dəyişikliklə bağlı olmuşdur. Lakin bununla bağlı nəzər ə almaq lazımdır ki, iddiaçıya nə ilkin pensiya təyin olunan zaman, nə də iddiaçıya münasibətdə xx.xx.2007-ci il tarixli məlumat vərəqəsi cavabdehə göndərilən vaxt qeyd olunan əmr mövcud olmamışdır. Yalnız həmin əmrin verildiyi tarixdən sonra həmin əmrə əsasən Müdafiə Nazirliyi tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixli yeni Məlumat vərəqi təqdim olunmuşdur.

39. Məhkəmə kollegiyası 10 iyun 2014-cü il tarixli, 0448 saylı şəxsi heyət üzrə əmrin hüquqi təbiətinə (eyni zamanda Müdafiə Nazirliyi tərəfindən bu əmrdən irəli gələn və iddiaçıya əmrdə nəzərdə tutulmuş vəzifəyə təyin edilməsi ilə bağlı ona həmin vəzifə maaşının ödənilməsi və onun təminat xərcliyi ilə bağlı digər məsələlərə) qiymət vermədən qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə pensiya təyinatı və pensiyanın hesab lanması yuxarıda qeyd olunan Məlumat vərəqələrində nəzərdə tutulmuş məlumatlar əsasında həyata keçirilmişdir. Hərbi qulluqçuların pensiyası hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Yuxarıda istinad olunan Qaydaların 2-ci bəndinə görə, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

40. Göründüyü kimi, iddiaçı barəsində məlumat vərəqi göndərildiyi tarixdən cavabdeh onun səlahiyyət dairəsinə aid olan öhdəlikləri yerinə yetirmiş, təqdim edilmiş məlumat vərəqi əsasında və həmin məlumat vərəqində qeyd olunmuş təminat xərcliyindən iddiaçıya pensiya hesablamışdı r. Məlumat vərəqində təminat xərcliyinin müəyyən olunması zamanı nəzərə alınmalı məlumatların, o cümlədən iddiaçının vəzifəsinin, xidmət illərinin, vəzifə maaşının, əlavələrin, kompensasiyanın və digər məlumatların düzgünlüyünün təmin olunması cavabdehin deyil, məlumat vərəqini tərtib edən və cavabdehə göndərən orqanın, konkret halda Müdafiə Nazirliyinin məsuliyyət sferasına aiddir.

41. Həmçinin qeyd edilməlidir ki, istinad olunan əmrlə polkovnik leytenant İddiaçı səhhəti ilə əlaqədar olaraq xidməti mənafeyi naminə, Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsindən azad edilərək 16 iyul 1993-cü il tarixdən Səhra Cəbhə İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini təyin olunmuş hesab edilmişdir.

42. Bununla bağlı nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununun qulluq stajına görə əmək pensiyasına əlavələri tənzimləyən 20-ci və 20.18-ci maddələrinə görə, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

43. Nəzərə almaq lazımdır ki, qeyd olunan maddə əmək pensiyasına əlavənin hesablanması ilə bağlı halları tənzimləyir. Həm də həmin normanın dispozisiya şərtlərinə görə, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək p ensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən o halda hesablanır ki, həmin hərbi qulluqçular keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olsunlar. Bu baxımdan, həmçinin nəzərə alınmalıdır ki, iddiaçının hazırkı tələbi əmək pensiyasına əlavənin hesablanması ilə deyil, keçmiş dövr üzrə pensiya məbləğində olan fərqin ödənilməsi ilə bağlıdır.

44. Həmçinin nəzərə alınmalıdır ki, 2014-cü il tarixədək iddiaçı hazırda irəli sürdüyü tələblə bağlı onun özünün də iddia ərizəsində və digər müraciətlərində qeyd etdiyi “Müdafiə nazirinin səhv tərtib olunmuş əmrini” mübahisələndirdiyini, eləcə də 2001-ci ildə təyin olunmuş pensiyasının kafedra rəisi vəzifəsinin təminat xərcliyindən hesablanmasını, 2007-ci il tarixli “məlumat vərəqəsi”ndəki məlumatların həqiqiliyini qanunla müəyyən olunmuş qaydada mübahisələndirdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

45. Qeyd olunmalıdır ki, inzibati orqanın qərar və hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab etdiyi təqdirdə, həmin hərəkətlərə qarşı qanunla müəyyən olunmuş qaydada və müddətdə hüquqi müdafiə vasitələrindən istifadə edilməsi iddiaçının məsuliyyət sferasına aiddir. Bu mənada hüquqi müdafiə vasitələrindən lazımi şəkildə istifadə olunmamasının neqativ nəticələri də iddiaçının riskinə aid edilməlidir. 46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyab r 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında göstərilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan q ərar qəbul etməlidirlər.

47. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan normalar baxımından qiymət verərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

49. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-385/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar