Məhkəmə qərarları › İş №2-1(102)-1108/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1108/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1108/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-1219/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2929-2930, ev 1K, 67 saylı mənzilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “1/12m” nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2, 29 2930, ev 1K, mənzil 67 xx.xx.2012ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Mənzili bağışlamaq üçün notariat orqanında müqavilə bağlanılmış və çıxarış verilməsi üçün daşınmaz əmlaka göndərildikdə cavabdeh mənzil üzərində məhdudiyyətin olması səbəbindən hüququn qeydə alınmasının mümkün olmadığını bildirmişdir. Yenidən cavabdeh quruma müraciət edərək məhdudiyyətin səbəbinin izah olunmasını və götürülməsini xahiş etsə də, cavabdehin xx.xx.2022-cı il tarixli cavab məktubunda mənzil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulduğu, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər-hansı bir məlumatın idarədə aşkar edilmədiyi qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz və əsassızdır.

3. Cavabdeh iddia dair etiraz verərək iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsi, 1K saylı evin 67 saylı mənzili üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı məlumat İdarədə aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********96 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

4. Bakı İnzibati Məhk əməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənzili üzərinə Daxili İşlər Nazirliyinin məktubu ilə cinayət işi üzrə məhdudiyyət qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizə mümkün sayılaraq icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş e tmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-1219/2023 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova – sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə əmlak üzərində olan məhdudiyyətin götürülməsi üçün məktubu göndərən DİN-in hərəkətlərini iddiaçı məhkəmə nəzarəti qaydasında mübahisələndirməlidir. Məhkəməni bu qənaəti yanlışdır. Belə ki, işin hallarından görünür ki, cavabdeh DİN-in məktubu ilə əmlak üzərində məhdudiyyət qoymuşdur. Həmin məktub qanunla əmlak üzərində məhdudiyyətin əsasları sırasında nəzərdə tutulmamışdır. DİN-in həmin məktubu iddiaçı üçün inzibati akt olmamaqlayanaşı onun üçün heç bir qanuni maneə yaratmır ki, o həmin məktubu mübahisələndirsin. Məhkəmə işin halları üzrə yanlış nəticəyə gəlməklə və qanunvericiliyi yanlış tətbiq etməklə iddianı heç bir əsas olmadan mümkün saymamışdır. DİN tərəfindən qanunla nəzərdə tutulmuş hüquq və qanuni maraqlara toxunan hərəkət və ya qəbul edilmiş qərar mövcud deyil.

11. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi müəyyən edilmiş işin hallarına prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, əmlak üzərində həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədilə tətbiq edilir. Əmlak üzərində həbs, bir qayda olaraq məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu məcəllənin 177.2-177.5-ci maddələrind ə nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərində həbs qoya bilər (CPM 248.1.1; 249.2; 249.5-ci maddələri). b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. M übahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qə rardadı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

17. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2929-2930, ev 1K, 67 saylı mənzilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “1/12m” nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi öz növbəsində birinci instansiya məhkəməsini qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır.

18. Apellyasiya məhkəməsi tərəfindən həmin nəticəyə gə linərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2929-2930 məhəllə, 67saylı mənzil xx.xx.2012-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir.

19. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 1/124m saylı, xx.xx.2015-ci il tarixli məktuba görə, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-cı il tarixli, 1/99m nömrəli məktuba əlavə olaraq təqdim ed ilən siyahıda adları qeyd olunan şəxslərə məxsus daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş edilmiş, həmçinin Azərbaycan Beynəlxalq Bankına girov qoyulmuş əmlakların bankın mülkiyyətinə keçirilməsinə etiraz etmədikləri bildirilmişdir. Məktuba əlavə edilmiş həmin siyahıda iddiaçının adı 140-cı sırada göstərilmişdir.

20. Buna görə də, apellyasiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m saylı, xx.xx.2015-ci il tarixli məktubu ilə cinayət işi üzrə məhdudiyyət qoyulmuşdur.

21. Bundan sonra, apellyasiya məhkəməsi CPM-in 449.1, 449.2, 449.3.6-ci maddələrinə, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmiş “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq v ə qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin”, müddəasına istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının mənzili üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu ilə cinayət işi üzrə məhdudiyyət qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

22. Bununla əlaqədar olaraq mə hkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından açıq aşkar göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçının təqsirləndirilən (şübhəli) şəxsə deyil, cinayət prosessinin digər iştirakçılarına aid edir (CPM-in 449.2-ci maddəsi), buna görə də apellyasiya məhkəməsi iddiaçıya onun, CPM-in 449.1, 449.2, 449.3.6-ci maddələrinin tələbləri çərçivəsində cinayət təqibi ilə edilən prosessual hərəkətlərdən şikayət etməsi hüququnun olması istiqamətində hərəkət edilməsinin qanuna uyğun olduğunu izah etməyə çalışır.

23. Lakin məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, iş materiallarında Daxili İşlər Nazirliyində ABB-nin müraciəti əsasında istintaq edilən cinayət işi üzrə iddiaçının təqsirləndirilən (şübhəli) şəxs və ya xud da prosesin digər iştirakçısı olmasını rəsmi şəkildə təsdiq edən hər hansı bir sənəd mövcud deyildir.

24. Apellyasiya məhkəməsi ümumiyyətlə işin həmin halını araşdırmamış, halbuki iddiaçı Daxili İşlər Nazirliyini iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət vermiş, lakin sözügedən vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.

25. Digər tərəfdən, işdə iddiaçının mülkiyyətində olan mənzil üzərində həbs və yaxud digər məhdudiyyət tədbiri qoyulması barədə məhkəmənin və ya Daxili İşlər Nazirliyinin qərarı, eləcə də başqa bir aktı yoxdur, yuxarıda artıq göstərildiyi kimi, sadəcə daşınmaz əmlakın özgəninkiləşdirilməsinin dayandırılması barədə Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/124m saylı məktubu mövcuddur.

26. Burada xüsusi olaraq qeyd e dilməlidir ki, iddiaçı iddia ərizəsinin 2-ci abzasında yazır ki, “mənzili bağışlamaq üçün notariat orqanında müqavilə bağlanılmış və çıxarış verilməsi üçün daşınmaz əmlaka göndərilmişdir. Daşınmaz əmlakdan verilən cavabla mənzil üzərində məhdudiyyət olması səbəbindən hüququn qeydə alınmasının mümkün olmadığı göstərilmişdir”.

27. Lakin işin həmin halı, yəni daşınmaz əmlak üzərində Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət olduğu halda, notarius tərəfindən mənzil üzərində məhdudiyyətin olmaması barədə 1 saylı formanın alınması ümumiyyətlə araşdırılma predmeti olmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka hər hansı bir məhdudiyyətin qoyulması ilə bağlı məhkəmənin və ya cinayət prosesini həyata keçirən orqanın qərarı və ya digər aktı olmadığı halda, yalnı z həmin orqanların bu barədə məktublarına istinadən, iddiaçının xüsusi ilə də cinayət prosessual məcəllənin müddəaları üzrə, mümkün sayılmaması əsaslı deyildir. Yəni, həmin əmlaka hər hansı bir qanuni əsaslarla məhdudiyyət qoyulmuş olsa idi, notariat tərəfindən əmlaka dair heç bir əməliyyat aparıla bilməzdir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İPM-in 13-cü maddəsində müəyyən edilmiş məhkəmənin yardım etmək vəzifəsindən də istifadə edilməmişdir.

29. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdeh düzgün müəyyən edilmiş, sadəcə hazırkı inzibati mübahisəyə mahiyyəti üzrə baxılması üçün iddia tələbinin dəqiqləşdirilməsində yardım edilməli, nəzərə alaraq ki, iddiaçının məhkəmə kollegiyası istəyi daşınmaz əmlaka mülkiyyət hüququnun təsdi q edən çıxarışın almaqdır, həmçinin bu zamanda çıxarışın kimin adına alınmasının gərəkliliyi (özünün və ya mənzili bağışladığı şəxsin adına) istiqamətində də yardım edilməlidir.

30. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

31. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 7 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

32. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-1219/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar