Məhkəmə qərarları › İş №2-1(102)-1109/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1109/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1109/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vəkillər Kollegiyasından xaric edilmə. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil oğlunun və cavabdehin vəkili X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabdeh Cavabdeh qarşı “Vəkillər Kollegiyasından xaric edilmə” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2-1(103)-2737/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Vəkil Cavabdeh müvafiq mülki məhkəmə icraatı üzrə tərəf kimi çıxış edən X14 oğluna kassasiya şikayətinin yazılması və kassasiya instansiyası məhkəməsində onun hüquqlarını müdafiə etmək üçün müqavilə bağlayaraq order almışdır. Mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Vəkil Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə prokurorluq orqanlarına müraciət etmiş və ərizəsində həmin iş üzrə müdafiə etdiyi şəxsin ona müəyyən məbləğdə pul verdiyini, bununla bağlı aidiyyəti şəxslə görüşdüyunü, lakin məsələnin sonda müvəkkili olduğu şəxsə münasibətdə müsbət həll olunmadığını bildirmişdir. Onun müraciəti Vəkillər Kollegiyasına göndərilmiş və Kollegiyanın İntizam Komissiyasında aparılmış araşdırma üzrə tərtib olunmuş rəy nəzərə alınaraq, vəkil Cavabdeh Vəkillər Kollegiyasından xaric olunması üçün məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası həmin iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 02/1-43 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu ilə Bakı şəhəri 12 saylı Vəkil Bürosunu n vəkili Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş müraciəti, “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Vəkillər X1 göndərilmişdir. Müraciətə əlavə edilmiş vəkil Cavabdeh Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsində göstərilmişdir ki, o, x xxxxxx 2018-ci il tarixdə X10 ilə kassasiya şikayəti yazılıb Azərbaycan Respublikasının Ali Məhkəməsinə üçün müqavilə bağlayaraq order almış, təxminən avqust ayının ortalarında kassasiya şikayətini tərtib edərək Bakı Apelyasiya Məhkəməsinə təqdim etmişdir. Mülki işin müdafiə etdiyi şəxsin xeyrinə qəbul olunması üçün rüşvət verməkdən ötrü İlqar Şərifovdan 2 dəfə - 1 dəfə 4. 000 manat, növbəti dəfə 4.500 manat pul almış, işin tam həll olunması üçün 6.000 manat pulu tanımadığı, özünü məhkəmə işçisi kimi təqdim etdiyi şəxsə vermişdir. Yanvar ayının 7-də artıq mülki işin onların ziyanına qəbul olunduğunu bildiyinə görə məhkəmə iclasına getməmiş, bir müddət gözləmişdir ki, verdiyi pulu qaytarsınlar. Lakin heç kim onunla əlaqəyə çıxmamışdır. X5 yanında özünü günahkar hesab etdiyinə görə könüllü olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng edib törətdiyi əməli etiraf edərək təslim olmaq qərarına gəlmişdir. Həmin müraciət, göstərilən xüsusatların araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına verilmişdir. İntizam Komissiyası araşdırma aparmış və müəyyən etmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosu, və kil Cavabdeh və X10 ilə sonuncuya Azərbaycan Respublikasının Ali Məhkəməsində mülki iş üzrə hüquqi yardım göstərilməsi haqqında x xxxxxx 2018-ci il tarixdə 760 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərtib edilmiş x xxxxxx 2018-ci il tarixli 217584 nömrəli qəbzlə 200 manat hüquqi yardıma görə haqq ödənilmiş və eyni tarixdə 018905 nömrəli order verilmişdir. x xxxxxx 2019-cu il tarixdə saat 12:15-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında iddiaçı X7 cavabdeh “xxxx” MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə iddiasına dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılaraq, həmin şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Vəkillərin İntiza m Komissiyası intizam icraatı üzrə araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Poladov X8 İlqar Elşad oğlu ilə bağlanmış hüquqi yardım göstərilməsi haqqında müqaviləyə uyğun olaraq peşə fəaliyyəti həyata keçirərkən yalnız qanunun tələblərini rəhbər tutmalı və icra etməli, öz fəaliyyətində yalnız qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etməli olduğu halda, bu tələblərə riayət etməmiş və hüquqi yardımın həyata keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməyərək, hüquqi yardımla əlaqədar ona müraciət etmiş şəxsi işin müsbət həlli üçün rüşvət vermə kimi qanunsuz hərəkətə sövq etmiş, özü isə bu işdə birbaşa vasitəç ilik etmiş, müqavilədən kənar 8.500 manat məbləğində pul vəsaiti almış, həmin pulu işin müsbət həlli məqsədilə tanımadığı şəxsə vermiş, iş üzrə təyin edilmiş məhkəmə iclasında bilərəkdən iştirak etməyərək onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etmiş, vəkili olduğu şəxsə yüksək keyfiyyətli və lazımi hüquqi yardım göstərməmiş, vəkil andına və vəkil etikasına riayət etməmiş, öz peşə məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməklə, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan və vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Vəkillərin İntizam Komissiyasının araşdırmasının nəticələrinə dair xx xxxxxx 2019-cu il tarixli rəyi tərtib edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ hissəsin in, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 3-cü maddəsinin, 4-cü maddəsinin İİİ hissəsinin, 5-ci maddəsinin İ, İİ hissələrinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.1 - 2.5, 2.10, 2.14, 3.4, 3.5, 4.2, 4.5, 4.6-cı bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3 - 5, 11, 14, 16, 18, 22, 23-cü maddələrinə, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1 - 4-cü bəndlərinə əsaslanaraq, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kol legiyasından xaric edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin etiraz dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iddiası əsassız və qanunsuzdur. Onun Vəkillər Kollegiyasının üzvü və vəkil kimi hüququ kobud şəkildə pozulmaqla, Kollegiyada, həmçinin İntizam Komissiyasında heç bir araşdırma aparılmadan, onun mövqeyi öyrənilmədən, izahatı alınmadan Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması barədə rəy verilmiş və 3 gündən sonra X6 xx xxxxxx 2019-cu il tarixdə onun üzvlükdən xaric edilməsi ilə əlaqədar məhkəməyə müraciət olunması və vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası hüdudlarından kənara – xarici ölkələrə sə fər etdiyindən, Kollegiyanın bu qərəzli mövqeyindən məlumatlı olmamışdır. Cari ilin mart ayının 1-dək Tbilisi şəhərində, mart ayının 1-dən iyun ayının 1dək isə X4 şəhərində olmuşdur. Hüquqşünas və vəkil təcrübəsinin artırılması üçün Gürcüstan Respublikasında vəkil Ceyhun Məmmədovun köməkçisi işləyərək mükəmməl gürcü dilini öyrənməklə yanaşı, birinci instansiya məhkəmələrində nümayəndə kimi iştirak etmişdir. Gürcüstanın məhkəmə sistemi ilə yaxından tanış olmuşdur. Hazırda gürcü dilində iddia ərizələri, şikayətlər, apelyasiya şikayətləri, iddia ərizələrinə və apelyasiya şikayətlərinə etirazlar tərtib edə bilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1712/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia tə min edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vəkil Cavabdeh prokurorluğa təqdim etdiyi ilkin müraciətində göstərilənlər doğru olmasa belə, hüquq mühafizə orqanına həmin məzmunda ərizə verərək müvəkkili olduğu şəxsin tərəf kimi çıxış etdiyi müvafiq mülki işin qanunsuz həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirmək barədə öhdəçilik üzrə görüntü yaratmaq (sonradan bu öhdəçilikdən yayınıb yayınmamasından asılı olmayaraq) özlüyündə, qanunla müəyyən edilmiş vəkillik prinsiplərinin, o cümlədən konfidensiallıq prinsipinin pozulması, vəkilliyin əsas vəzifələrindən olan “keyfiyyətli hüquqi yardımın göstərilməsi”nin yerinə yetirilməməsi, habelə vəkilliyin nüfuzunu aşağı sala biləcək, vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl g ətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasından xaric edilməsi məqsədəuyğundur. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1712/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2737/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi) V.Ağayev və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1712/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qər ara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş vəkilliyin prinsiplərinin, o cümlədən konfidensiallıq prinsipinin pozulması, vəkilliyin əsas vəzifələrindən olan “keyfiyyətli hüququ yardımın göstərilməsi”nin yerinə yetirilməsi, habelə vəkilin nüfuzunu aşağı sala biləcək, vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlərə yol verildiyindən iddia tələbi əsaslıdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları barədə iddia ərizəsində təsvir olunan ha llar və cavabdehin etirazı təkrarlanmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, apelyasiya məhkəməsində işə baxılmasl barədə ona məlumat verilməmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əs asən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, Vəkil Cavabdeh 2019-cu ilin yanvar ayında ərizə ilə prokurorluq orqanlarına müraciət etmiş və ərizəsində həmin iş üzrə müdafiə etdiyi şəxsin ona müəyyən məbləğdə pul verdiyini, bununla bağlı aidiyyəti şəxslə görüşdüyunü, lakin məsələnin sonda müvəkkili olduğu şəxsə münasibətdə müsbət həll olunmadığını bildirmişdir. Onun müraciəti Vəkillər Kollegiyasına göndərilmiş və Kollegiyanın İntizam Komissiyasında aparılmış araşdırma üzrə tərtib olunmuş rəy nəzərə alınaraq, vəkil Cavabdeh Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı məhkəməyə müraciət ol unmuşdur. Vəkillik fəaliyyəti, onun prinsipləri, vəkillərin hüquq və vəzifələri, itizam məsuliyyətinə cəlb edilməsinin əsasları və qaydaları və s. məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi,vəkillərin və onların birliyi nin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. 3-cü maddəsinə görə vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mən subiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. 16-cı maddəsində göstərilir ki, görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və tə qsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. 18-ci maddəsində deyilir ki, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkil lərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Həmin maddənin İİ hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kolle giyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”də göstərilir: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkil liyin nüfuzuna xələl gətirməməlidir. - (2.2) Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsa snamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - (2.3) Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. - (2.4) Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onlar ın fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. - (2.5) İctimai etimad - Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. - (2.6) Konfidensiallıq - Vəkil hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir. Məlumatların konfidensiallığının təmin edilməsi müddətlə məhdudlaşdırılmır. Vəkil hüquqi yardımın göstərilməsinə cəlb etdiyi şəxslərdən konfidensiallıqla bağlı öhdəliklərə riayət edilməsini tələb etməlidir. Vəkil peşə fəaliyyəti ilə əlaqədar əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün ist ifadə edə bilməz. - (3.4) Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. - (3.5) Vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir. Bu normaların baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçı vəkilliyin əsas prinsipi olan qanunun aliliyi və konfidensiallıq prinsiplərini pozmuş, vəkilliyin əsaslarını təşkil edən qanunçuluq tələbinə əməl etməmiş, vəkil etikasına riayət etməmiş, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Həmin əməllər iddiaçının Vəkillər Kollegiyasından xaric edilməsi üçün yetərli olan, qanunla nəzərdə tutulan əsaslardır. Apelyasiya məhkəməsi də işin hallarını yuxarıda qeyd olunan hüquq normaları əsasında təhlil etmiş, işin müəyyən olunan hallarına maddi hüquq normalarının düzgün tətbiq etmişdir. Barəsində başlanmış intizam icraatında iştirakı təmin olunmadığı barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinin V hissəsinə əsasən, intizam komissiyası bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Lakin İntizam Komissiyasının iş materiallarında olan xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, iddiaçı İntizam komissiyasına dəvət olunmuş, araşdırmada iştirak etməyə razılıq versə də, gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. buna görə də iddiaçının bu dəlili əsassızdır. İddiaçının apelyasiya məhkəməsində işə baxılması barədə ona məlumat verilmədiyi barədə dəlili də əsassızdır. Belə ki, iddiaçı məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli etiraz məktubunda özü bildirmişdir ki, onun apelyasiya şikayətinə xx.xx.2019-cu il tarixdə baxılacaq. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Yuxarıda gö stərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2737/2019 saylı 22 noyabr 2019-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar