Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1109/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nərgiz Abbaszadənin və vəkili Fəxrəddin Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N(N03)-422/202N nömrəli iş üzrə 05.02.202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə N6 iyun 202N-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsin vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o N4.03.N992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyət siyahı sına könüllü olaraq qəbul edilmişdir. Həmin hərbi hissənin tərkibində N9 aprel N992ci il tarixdən N5.N0.N992-ci il tarixədək Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. N saylı hissədə xidmət etməyi hərbi biletinin 6-cı səhifəsində, həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi isə hərbi biletin 7-ci səhifəsində qeyd edilmişdir. Hərbi əməliyyatlarda iştirak etmək üçün ona AKM-JNJN N298 nömrəli avtomat verilmişdir ki, həmin silahı N5.N0.N992-ci il tarixdə rota komandiri İlqar Əsədova təhvil vermişdir. Bu barədə hərbi biletinin N0-cu səhifəsində qeyd aparılıbdır. Həmin dövrdə onunla bərabər rota komandiri İlqar Əsədov, X3, X7, XN, X5, X4, X6 iştirak etmişlər. Həmin şəxslər hazırda müharibə veteranları hesab olunurlar. Onlar da onun həmin hərbi hissədə onlarla bərabər d öyüşlərdə iştirak etməyini bir şahid kimi təsdiq edə bilərlər. “Müharibə veteranı” adı və vəsiqəsini almaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqədlərin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun imzası ilə N9.N0.20N9-cu il tarixli, İİZ-N4708 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda deyilmişdir ki, “Mərkəzi Arxivin arayışına əsasən qanuni əsaslarla ehtiyyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. 30.07.20N9-cu il tarixli 9N2-N0630 saylı Arxiv arayışı ilə əlaqədar bildirmişdir ki, həmin arayışda göstərilən N69 saylı hissədə xidməti olkə prezidenti Heydər Əl iyevin çağırışı əsasında olmuşdur. N993-cü ilin axırlarında Ulu Öndərin çağırışı ilə yenidən könüllü olaraq yeni yaradılan N69 saylı hissədə zabit kimi xidmət etmişdir. Həmin hərbi hissədə Murov dağında hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin hərbi hissə tez dağıldığına görə və ya digər səbəbdən hərbi biletinə qeydlər edilməmişdir. Məhkəmənin nəzərinə həmçinin onu da çatdırmışdır ki, hərbi hissələrdə xidmət etdiyi vaxt işlədiyi “Azərtunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində orta aylıq əmək haqqının saxlanması və digər məsələlər barədə əmrlər verilmişdir. Həmin əmrləri və arayışları ərizəsinə əlavə etmişdir. Ona verilən bu imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, o, həmin hərbi hissədən N5.N0.N992ci il tarixli, 025 saylı əmrlə tərxis edilmişdir. Tərxis edilməyi barədə əmrin üzərində hərbi hissənin ştab rəisi Cəfərovun imzası və möhürü vurulmuşdur. Hazırda həmin hərbi hissə dağıldığı üçün müvafiq arayışların alınması imkan xaricindədir. Komissiyada onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı kifayət gədər araşdırılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin N7.09.2020-ci il tarixli, 2-N(NN2)N992/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respubl ikası “Veteranlar haqqında" Qanununun 3 və 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”sinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qismən qanuni və əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin N7.09.2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin araşdırılması və mahiyyəti üzrə qərarın qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsini n N7.09.2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.202N-ci il tarixli, 2-N(N03)-422/202N nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin N7.09.2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçının apelyasiya şikayətinin r ədd edilməsi qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3 və 7-ci maddələrinə, Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 3-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatına is tinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hərbi xidmət keçməyi və döyüşlərdə iştirak etməyi hərbi biletində aparılan qeyd və möhürlərlə tam əksini tapmışdır. Lakin N saylı hissə tərəfindən müvafiq sənədlərin Müdafiə Nazirliyinə təqdim etməməsi onun təqsiri deyildir. Hərbi hissə tərəfindən ona verilən tərxis olunma barədə arayışları Nərimanov rayon hərbi komissarlığına və iş yerinə təqdim etmişdir. İş yerində həmin arayışa əsaslanaraq onun işə başlamağı barədə əmr verilmişdir. Sonradan N993-cü ildə yaradılan N69 saylı hərbi hissədə zabit kimi xidmət etməyi bunu bir daha təsdiq edir. Məhkəmə “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin normasını düzgün təfsir etməmişdir. Məhkəmə Nazirlər Kabinetinin 22 sentyabr N995- ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə tələbinə riayət etməyərək yalnız hərbi bileti və onunla birgə tələb olunan sənədlərin olmamasını əsas gətirərək əsassız olaraq iddianı rədd etmişdir. İnzibati orqan Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 45-ci maddəsinin tələblərinə əməl etməyərək normada göstərilən sübutlardan istifadə etməmiş nəticədə ona müharibə veteranı adının verilməsindən imtina etmişdir.
10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instan siyası məhkəməsinin 05.02.202N-ci il tarixli, 2-N(N03)-422/202N nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Tərəflərin izahatı:
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.02.202N-ci il tarixli nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.02.202N-ci il tarixli nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Səfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 05.02.202N-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasi ya instansiyası məhkəməsinin 05.02.202N-ci il tarixli qərarnın isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Abbaszadə də vəkili F.Səfərovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.02.202N-ci il tarixli qərarnın isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 05.02.202N-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9N-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 9N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
21. Bu qərarın 7-ci bəndində göstərilən kasasiya şikayətinin dəl illərinə gəldikdə isə məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsi verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin iddiaçıya ünvanlandığı N9.N0.20N9-cu il tarixli cavabında göstərilmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparat nəznində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N6.N0.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər qaytarılır. Mərkəzi Arxiv arayışına əsasən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.” 2
2. Beləliklə iddiaçının məhkəmədən əvvəl olan ərizəsi cavabdehin 2-3 formal cümlədən ibarət sözügedən məktubla təmin edilməmişdir.
23. Bu arada qeyd edilməlidir ki, inzibati hüquq münasibətləri “İnzibati icraat haqqında” Qanunun müddəaları ilə tənzimlənir.
24. Belə ki, həmin Qanunun N.N-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
25. Həmin Qanunun 2.0.2-ci maddəsinə müvafiq olaraq inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
26. Həmin Qanunun “inzibati icraat” adlanan İV fəsli, “kollegial inzibati orqanda inzibati icraat qaydası” adlanan V fəsli və “inzibati aktlar” adlanan Vİ fəsli mövcuddur ki, adıçəkilən fəsillərdə yer almış maddələrlə inzibati icraatın aparılmasının hüquqi əsasları, prinsipləri və prosedur qaydaları tam və müfəssəl şəkildə müəyyən edilmişdir.
27. Lakin cavabdehin iddiaçıya yazdığı N9.N020N9-cu il tarixli cavab imtina məktubu yuxarıda göstərilmiş qanunla nəzərdə tutulmuş sözügedən maddi hüquq normalarının tələblərinə cavab vermir.
28. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi N7.09.2020-ci il tarixli qərarda bu xüsusda bildiriyi hüquqi mövqeyində sö zügedən məsələ öz əksini tapsa da, apelyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 05.02.202N-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin N7.09.2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 nömrəli qərarın ləğv edilməsi, iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən, faktiki olaraq cavabdehin “İnzibati icraat haqqında” Qanunun yuxarıda göstərilmiş müddəaları ilə aparmalı olduğu məsələnin araşdırılması funksiyasını, apelyasiya məhkəməsi öz üzərinə götürməklə cavabdehin əvəzinə, məhkəmə özü araşdırma aparmışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir.
29. Yuxarıda artıq göstərildiyi kimi, iddiaçının ərizəsi cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmadığından, həmin ərizə qanunun müddəalarına riayət edilməklə tam və hərtərəfli yenidən araşdırılmalı və “İnzibati icraat haqqında” Qanunun Vİ fəslinə uyğun olan inzibati akt qəbul edilməlidir.
30. Bu arada məhkəmə kollegiyası xatırlatmağa zəruri hesab edir ki, İPM-nin 67.N-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
31. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 05.02.202N-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti q ismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.202N-ci il tarixli, 2N(N03)-422/202N nömrəli qərarı ləğv edilsin. İş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.