Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1109/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pandemiya dövründə vergi hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2017-ci il tarixdə qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-536/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı fəaliyyət növünün kodu 24450 olmaqla “sair əlvan metalların istehsalı” ilə məşğuldur.
2. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısına əsasən iddiaçı 1706-cı yerdə qeyd edilmişdir. 3. “Ziraat Bank Azərbaycan”ın 13 aprel 2020-ci il tarixli, 14 may 2020-ci il tarixli, 18 avqust 2020-ci il tarixli, 23 sen tyabr 2020-ci il tarixli və 13 yanvar 2021-ci il tarixli bank köçürmələrinə əsasən pandemiyadan zərərçəkmiş şəxs kimi iddiaçıya işçilərinin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün Maliyyə Nazirliyi tərəfindən maliyyə dəstəyi göstərilmişdir.
4. İddiaçının 2020-ci il üçün təqdim etdiyi “Mənfəət vergisinin bəyannaməsi”nə əsasən ümumi gəliri 5 220 082,53 manat, ümumi xərci 5 103 583,66 manat, vergitutma məqsədləri üçün mənfəət 133 042 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 99 781,50 manat, mənfəət üzrə azadolma, güzəşt və mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 33 260,50 manat, ödənilməli mənfəət vergisi isə 6 652,10 manat hesablanmışdır.
5. Cavabdeh tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması keçirilmiş, iddia çının təqdim etdiyi 2020-ci il “Mənfəət vergisinin bəyannaməsi” araşdırılmışdır. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 aprel 2021-ci il tarixli, **********832600 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində 19 956,30 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı 28 aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 aprel 2021-ci il tarixli, **********832600 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nizamnamə üzrə əsas fəaliyyəti əlvan metallar ın istehsalı, yəni alüminium profillərin istehsalının təşkilindən ibarətdir. Cavabdeh iddiaçı barəsində kameral vergi yoxlaması keçirtmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh 12 yanvar 2021-ci il tarixli **********845300 nömrəli məktuba əsasən Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq araşdırma zamanı iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləği silinməklə hesablama aparılması qənaətinə gələrək 2020-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 19956,30 manat (on doqquz min doqquz yüz əlli altı manat, otuz qəpik) məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 2 aprel 2021-ci il tarixli **********832600 nömrəli qərar qəbul etmişdir. Cavabdeh iddiaçıya bu borcu tam qanuna zidd olaraq hesablamışdır. 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində Covid-19 virusu ilə mübarizə aparılması ilə bağlı məhdudiyyətlər tətbiq edilməyə başlanılmış, bununla əlaqədar olaraq bir neçə dəfə sərt karantin rejimləri tətbiq edilmiş və iş sahələrinin işləməsi dayandırılmışdır. İddiaçı pandemiyadan zərərçəkmiş müəssisədir. Pandemiya vaxtı iddiaçının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuş və işçilərin cəmi 50 faizinə işləmə icazəsi verilmişdir. İddiaçı işçilərini virusdan qorumaq üçün müəssisədaxili növbəli iş rejimi tətbiq etmiş, bu da öz növbəsində iddiaçının istehsal gücünün azalmasına səbəb olmuşdur. Tətbiq olunmuş məhdudiyyətlərlə əlaqə dar məhsul satışı azalmışdır. Nazirlər Kabinetinin qərarına əsasən pandemiyadan zərərçəkmiş sahələrin fəaliyyət kodları siyahısında iddiaçının fəaliyyət kodu vardır. İddiaçı 6 günlük iş rejimi ilə işləməsinə baxmayaraq həftənin şənbə günləri ictimai nəqliyyatın işləməməsi səbəbindən iddiaçı da şənbə günləri fəaliyyət göstərməmişdir. Bütün bu hallar öz növbəsində istehsal gücünün və satışın azalmasına gətirib çıxarmışdır. Həmçinin İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısında iddiaçının adı da mövcuddur. İddiaçıya pandemiyadan zərər çəkən müəssisə kimi maliyyə yardımları 2020-ci ildə 4 dəfə, 2021-ci ildə 1 dəfə olmuşdur. Ödənişlərin tarixləri aşağıdakı kimidir: xx.xx.2020-ci il tarixində 7134 AZN, xx.xx.2020-ci il tarix ində 7134 AZN, xx.xx.2020-ci il tarixində 9387 AZN, xx.xx.2020-ci il tarixində 9387 AZN, xx.xx.2021-ci il tarixində 9652.75 AZN. Bununla bağlı bütün məlumatların və sübutların xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdeh orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh verilmiş məlumatlar və sübutlar ilə əsassız olaraq razılaşmamış və 2020-ci il üzrə mənfəət vergisi hesablamışdır.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə istinad edərək mənfəətinin 75 faiz miqdarında azadolma qeyd edilməsinə baxmayaraq, ididiaçının fəaliyyətinin həmin vergi güzəştinin şamil edildiyi fəaliyyət kateqoriyalarına aid edilməd iyi müəyyən edilmişdir. İddiaçı sair əlvan metalların istehsalı fəaliyyəti ilə məşğuldur. Lakin vergi güzəştlərinin şamil olunduğu fəaliyyət siyahısında əlvan metalların istehsalı fəaliyyəti də daxil olmaqla, hər hansı istehsal fəaliyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, iddiaçının fəaliyyəti vergi güzəştinin şamil olunduğu fəaliyyət sahələrinə aid olmadığından iddiaçı qeyd edilən güzəştlərdən istifadə etmək hüququna malik deyildir. İddiaçı mənfəətinin 75 faizini mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində vergidən azad edilən mənfəət şəklində qeyd etməkdə haqlı olmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-6151/2021 nömrəli qərarı (hakim S.İ.Salahova) ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları nın hesablanması barədə” 2 aprel 2021-ci il tarixli, **********832600 nömrəli qərarı ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müraciəti Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 10 aprel 2020-ci il tarixli, **********055600 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə uyğun yoxlanılmış, onun fəaliyyət göstərdiyi sahənin (sair əlvan metalların istehsalı) pandemiya üzrə zərər çəkmiş sahəyə aid olması müəyyən edilmiş, Metodik Göstərişin 2.5-ci bəndində göstərilən uyğunsuzluqlar aşkar edilməmiş və iddiaçı işçilərinə əmək haqqının müəyyən hissəsinin ödən ilməsi üçün dövlətdən maliyyə dəstəyi alan vergi ödəyicilərinin siyahısına daxil edilməklə ona Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqı kimi 2020-ci il üzrə 4 dəfə, 2021-ci il üzrə isə bir dəfə ödəniş edilmişdir. İddiaçının fəaliyyət göstərdiyi sahənin fəaliyyəti qismən məhdudlaşdırılmaqla pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapmış, lakin cavabdeh bu halları nəzərə almamışdır. Cavabdeh qurum özü iddiaçını pandemiyadan zərər çəkənlərin siyahısına daxil etməklə ona həmin dövrdə dəymiş zərərin kompensasiyası məqsədilə müvafiq maliyyə dəstəyi göstərmiş, ödənişlər etmişdir. Cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-536/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-6151/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, koronovirus pandemiyası ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan müəssisə kimi əldə etdiyi mənfəətin 75 faizi miqdarında vergidən azad olma iddiaçının qanunla müəyyən edilən hüququdur.
14. Ca vabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh hesab edir ki, məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının yalnız xüsusi karantin rejiminin tətbiqinə başlanması ilə əlaqədar müddəasına münasibət bildirilmiş, lakin adıçəkilən qərarın 4.1-ci yarımbəndinə əsasən xüsusi karantin rejimi dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən fəaliyyət sahələrinin istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müddəalar üzrə araşdırma aparılmamış və qərarın fəaliyyət sahələrinə icazə verilməsi ilə bağlı hissəsi ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, həmin qərar əsasında fəaliyyəti qadağan edilmiş, o cümlədən fəaliyyətin davam etdirilməsinə icazə verilən fəaliyyət sahələrinin təsnifatı aparılmışdır. Qərarın 4.5-ci “əsas istehsalat növləri:” bəndinin 4.5.10-cu yarımbəndində “metallurgiya sənayesi üzrə fəaliyyət” sahəsi icazə verilən fəaliyyət sahələrinə aid edilmişdir. İddiaçının uçot məlumatlarına əsasən fəaliyyət növü (24450 – sair əlvan metalların istehsalı) Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının 4.10-cu bəndində nəzərdə tutulmuş metallurgiya sənayesi üzrə fəaliyyətə uyğun hesab edildiyindən siyahıda vergi ödəyicisi üzrə işçi sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə maddi hüquq normasını səhv tətbiq edərək iddiaçının güz əşt hüququ olmasını hesab etmişdir. Vergi qanunvericiliyinin müvəqqəti vergi rejimini tətbiq etməsinin əsasında dayanan məqsəd vergi ödəyicisinin pandemiya nəticəsində fəaliyyətinin zərər görməsi və dövriyyəsinin azalması ilə bağlı vergi yükünün yüngülləşdirilməsindən ibarətdir. Lakin vergi orqanında olan uçot baza məlumatlarına əsasən iddiaçının ümumi gəlirləri 2019-cu il ilə müqayisədə 2020-ci ildə 6.06 dəfə, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə apreldekabr aylarında orta aylıq təqdim edilmiş malların dəyərinin 1,93 dəfə və kommunal xidmətlərə görə əldə edilmiş orta aylıq elektron qaimə-fakturaların dəyərinin isə 10,81 dəfə artdığı müəyyən edilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan, öz mülahizəsinə əsasən, iddiaçının fəaliyyət göstərdiyi sahəni, yəni 24450 kodu altında alü minium profillər hazırlanmasını Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən güzəştlərin nəzərdə tutulduğu fəaliyyət sahəsi kimi qiymətləndirmiş və qanunverici orqanının səlahiyyətlərinə müdaxilə edərək, norma yaradıcı kimi çıxış etmişdir. Bu baxımdan əsassız olaraq, ödəyici barəsində müvafiq qərarla tərtib olunmuş aktda nəzərdə tutulan güzəşt hüququnun faktiki mövcud olmaması həqiqətini nəzərə almamış və həmin fəaliyyətin pandemiyadan zərərçəkmiş sahə kimi tanımışdır. Həmçinin, məhkəmə tərəfindən “pandemiyadan zərər çəkən” və “fəaliyyəti məhdudlaşdırılan” anlayışlar fərqləndirilməmiş, onların müəyyən edilmə əsasları araşdırılmamışdır. Pandemiya dövründə işçilərin 50 faizinin işləməsinə icazə verilən, yaxud işçilərinə əmək haqqının ödənilməsi məqsədilə maddi yardım verilən hər bir f əaliyyət sahəsi fəaliyyəti qismən məhdudlaşdırılan fəaliyyət sahələri hesab edilmir. Eyni zamanda müəssisəyə işçilərinə əmək haqqının ödənilməsi məqsədilə maddi dəstəyin göstərilməsi həmin vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməli olması ilə şərtləndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardı qları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. B u fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlə dən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsində n və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).... Maddə
224. Azadolmalar və güzəştlər 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz....
18. Azərbaycan Respu blikasının Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı:...
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.
3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki: 3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etsin; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.2. bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.3. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.
19. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 10 a prel 2020-ci il tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”:
1. Ümumi müddəalar... 1.2. Bu Metodiki Göstəriş koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. Bu Metodiki Göstərişin məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlə rin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.
2. Əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus Dİ̇İVOC)-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur.... 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi t ərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə mə lumatlar Maliyyə Nazirliyinə göndərilir. 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İİ̇qtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İİ̇qtisadiyyat Nazirliyi tərəfindən Bildiriş göndərilir.... 20. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli Qərarı:... 1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əmək daşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “X1” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir....
6. Müəyyən edilsin k i: 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;... Qərara əlavə: Fəaliyyətinə icazə verilən sahələr...
4. Əsas istehsalat növləri: 4.15. daş, metal və taxta məhsullarının istehsalı;...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əri zə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qər ardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya ins tansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, məhkəmə kollegiyası, cavabdehin “iddiaçının fəaliyyət sahəsinin pandemiya dövründə məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olmadığından vergi güzəştindən istifadə etməməli olmasına dair” təkr arlanan dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.
28. İddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir.
29. Cavabdehin mübahisələndirilən qərarında iddiaçıya əlavə vergi hesablamasının səbəbi kimi, başqa sözlə, iddiaçının tətbiq etdiyi vergi güzəştini ləğv etməsinin və 2020-ci il üzrə iddiaçının dövriyyəsinə ümumi qaydada mənfəət vergisi hesablamasının əsası kimi iddiaçının fəaliyyət sahəsinin pandemiya dövründə məhdudlaşdırılan fəaliyyət sahəsi olmaması göstərilmişdir.
30. Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar.
31. Bu baxımdan, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin hansı sahələr olduğu müəyyən edilməlidir.
32. Bunun üçün isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli və 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarlarındakı müddəalara baxılmalıdır. 33. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarş ısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələr və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilən sahələr göstərilmişdir (3 və 4-cü bəndlər). 34. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarında da fəaliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (1.1-ci bənd və sözügedən qərara əlavə).
35. Göründüyü kimi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıq-aşkar müddəa əks olunmamışdır.
36. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalı olması ilə bağlı müddəa mövcuddur.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020- ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndi ilə digər müddəaların birgə təhlilindən belə nəticəyə gəlinir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir.
38. Cavabdehin bu məsələ ilə bağlı mövqeyi isə ondan ibarətdir ki, iddiaçı müəssisənin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarları ilə nə tam, nə də qismən məhdudlaşmayıb, həmçinin işçilərin 50 faizinin işləməsi həmin müəssisəyə münasibətdə Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinin tətbiqinə əsas vermir. Eyni zamanda, müəssisənin 2020-ci ildəki gəlirləri 2019-cu il ilə müqayisədə artdığından, iddiaçı pandemiyadan zərər çəkməmişdir və vergi güzəştinin tətbiqinə də əsas yoxdur.
39. Halbuki, hazırkı qərarın 20-ci bəndində qeyd edilən normaya əsasən metal məhsull arının istehsalı ilə məşğul olan iş sahələrinin fəaliyyətinə icazə verilsə də, işçilərinin ümumi sayı 50 faiz ilə məhdudlaşdırılmışdır. Eyni zamanda, iddiaçı müəssisəyə bununla bağlı hökumət tərəfindən maddi yardımlar da edilmişdir. Bununla da, iddiaçının Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi baxımından koronavirus pandemiyası dövründə fəaliyyətinin qismən məhdudlaşdırılması öz təsdiqini tapmış, bu da iddiaçının Vergi Məcəlləsinin 224.1.2-ci maddəsindəki güzəştdən istifadəsini qanuni edir.
40. Əlavə olaraq, Vergi Məcəlləsinin 54.0, 54.0.2 və 55.1.3-cü maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması onun vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir və vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi or qanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır.
41. Hazırkı işin halları baxımından Vergi Məcəlləsinin 3.11-ci maddəsi də iddiaçının tələbini haqlı edir. Həmin normaya görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Tərəflər arasındakı əsas mübahisənin iddiaçının fəaliyyətinin pandemiya dövründə qismən məhdudlaşdırılmış hesab olunması ilə bağlı olduğu və vergi qanunvericiliyinin bu məsələni tənzimləyən normalarının birmənalı olmadığı nəzərə alındıqda, Vergi Məcəlləsinin əlaqəli normaları iddiaçının xeyrinə şərh olunmalıdır.
42. Məhkəmə kollegiyası cavabdehin “iddiaçı müəssisənin gəlirlərinin artması” ilə bağlı dəlilləri ilə əlaqədar xüsusilə qeyd edir ki, Vergi Məcəlləsinin “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” ilə bağlı 18-ci fəsli vergi güzəştinin tətbiqi zamanı müəssisənin pandemiya dövründə gəlirlərinin artmamalı olması ilə bağlı qeyd-şərt nəzərdə tutmamışdır.
43. Digər tərəfdən, cavabdeh vergi güzəştinin tətbiqində qanunvericinin güddüyü məqsədin pandemiyadan zərərçəkən şəxslərə yardım etmək olduğunu bildirmişdir. Bu mövqe haqlı sayılsa belə, cavabdeh iddiaçı müəssisənin yalnız gəlir məbləğinin artması halına istinad etməklə pandemiya dövründə zərər çəkmədiyi nəticəs inə gəlməkdə haqlı sayıla bilməz. Belə ki, müəssisənin gəlirlərinin artması hələ pandemiyanın müəssisənin istehsal fəaliyyətinə heç bir təsir göstərmədiyi və ya həmin müəssisənin istehsal həcminin artması mənasına gəlmir, gəlirin artması başqa amillərlə də (bazarda tələbin artması, məhsulun qiymət artımı, inflyasiya və s.) əlaqəli ola bilər. Cavabdeh yalnız gəlirlərin artması halını nəzərə almamalı, bütövlükdə iddiaçı müəssisənin istehsal fəaliyyətinə pandemiyanın törətdiyi təsirdən çıxış etməli idi. Cavabdeh isə bu qaydada davranmamış, pandemiyanın istehsal fəaliyyətinə törətdiyi təsiri müəyyənləşdirmək üçün zəruri olan pandemiyadan əvvəlki və sonrakı dövrün müqayisəsi ilə bağlı hər hansı təhlil və qiymətləndirmə aparmadan vergi məsuliyyətinə cəlbetmə barədə qərar qəbul etmişdir.
44. Belə liklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən qərarın ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 21(103)-536/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.