Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1109/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (4 yanvar 1962-ci il təvəllüdlü, FİNxxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsus i Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-698/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçı Dnepropetrovsk Qırmızı X2 L.İ.Brejnev adına Metallurgiya institutunda 1979-cu ildən 1984-cü ilədək “Qara metallurgiya zavodlarının mexaniki avadanlığı” ixtisası üzrə təhsil almışdır.
3. İddiaçıya məxsus əmək kitabçasında əsasən, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Boru Prokat Zavodunda avadanlığın təmiri üzrə usta köməkçisi və növbətçi usta, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" İstehsalat Birliyində (müəssisə xx.xx.1998-ci il tarixdə "xxxx" ASC kimi yenidən təşkil edilmişdir) operator-texnik və növbətçi dispetçer işləmiş, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X3” MMC-də yayma sahəsində yayıcı, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin müəssisədə hazır məhsul anbarında usta, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək hazır məhsul anbarında briqadir vəzifəsində işləmişdir. 4. "xxxx" ASC-nin 09 yanvar 2019-cu il tarixli 4 nömrəli arayışında iddiaçının xx.xx.1984-xx.xx.1987-ci il tarixlərdə yayma sexində növbə ustası peşəsində çalışdığı, həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qər arı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 3-cü bəndinin Metallurgiya istehsalatı 3-cü (a) yarımbəndində 1030300b-23187 koduna uyğun gəldiyi qeyd edilmişdir.
5. Müəssisənin 09 yanvar 2019-cu il tarixli 5 nömrəli arayışında iddiaçının xx.xx.1987-xx.xx.1994-cü il tarixlərdə Boru Yayma-2 sexində növbə ustası peşəsində çalışdığı və müvafiq peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 3-cü bəndinin Metallurgiya istehsalatı 2-ci (b) yarımbəndində 2040400a-23187 koduna uyğun gəldiyi bildirilmişdir. 6. “X3” MMC-nin 19 fevral 2020-ci il tarixli 26/L nömrəli arayışında iddiaçının xx.xx.2009-xx.xx.2015-ci il tarixlərdə hazır məhsullar anbarında zərərli iş şəraitində briqadir vəzifəsində işlədiyi, müvafiq peşə nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 3-cü bəndinin Metallurgiya istehsalatı 2-ci (a) yarımbəndində 204200a1753a kodu üzrə istehsal prosesində xammalın, yarımfabrikantların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər peşəsinə uyğun gəldiyi qeyd edilmişdir. 7. "X3” MMC-nin 19 fevral 2020-ci il tarixli 193/A nömrəli arayışında iddiaçının xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə yayma sahəsində isti və zərərli iş şəraitində yayıcı, xx.xx.2001-xx.xx.2009-cu il tarixlərdə hazır məhsullar anbarında usta vəzifəsində işlədiyi, müvafiq peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 3-cü bəndinin Met allurgiya istehsalatı 3-cü (a) yarımbəndində 1030300a-11345 kodu üzrə isti yayma stanlarının yaymaçıları və 20402000-23187 kodu üzrə metallurgiya istehsalatı 2-ci (b) yarımbəndində ustalar, böyük ustalar peşəsinə uyğun gəldiyi qeyd edilmişdir. 8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 021/22 saylı arayışa əsasən, iddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-yə işə qəbul olunub. Hal-hazırda X1 Dəmir armaturlu qofralı boru, plastik injeksiya və metal hasar istehsal sahəsinin Dəmir armaturlu qofralı boru bölməsində operator vəzifəsində çalışır.
9. İddiaçı 10 yanvar 2022-ci il tarixdə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
10. Cavabdeh 16 fevral 2022-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətini t əmin etməmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın Metallurgiya istehsalatı bölməsində (3) Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndində (3.8) avadanlığın təmiri üzrə ustalar, polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulmuşdur. Mərkəzi Fi liala təqdim edilən "xxxx" ASC-nin 09 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli arayışlarında İddiaçı xx.xx.1984- xx.xx.1987-ci il tarixlərində Yayma sexində və xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində Boru Yayma-2 sexində növbə ustası və “X3” MMC-nin 19 fevral 2020-ci il tarixli 193/A nömrəli arayışında xx.xx.2009-xx.xx.2015-ci il tarixlərində hazır məhsullar anbarında briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi növbə ustası vəzifəsi yuxarıda qeyd olunan avadanlığın təmiri üzrə usta vəzifəsinə, “Hazır məhsullar anbarı” isə metallurgiya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən, onun güzəştli iş stajı 12 il 6 aydan az (08 il 02 ay 10 gün (xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 04 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddiaçı işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, qanunla tələb olunan ümumi və güzəştli iş stajının olmasına baxmayaraq, cavabdeh əsassız olaraq pensiya təyinindən imtina emtişdir.
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə cavab olaraq verilən imtina məktubunda qeyd olunanlar təşkil edir.
14. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1372/2022 nömrəli qərarı ilə iddia tələb i təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu 04 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi iddiaçının işlədiyi “növbə ustası” vəzifəsinin “avadanlığın təmiri üzrə usta” vəzifəsinə, “Hazır məhsullar anbarı”nın isə Metallurgiya istehsalatı sahəsinə aid olmadığı göstərilmişdir. Halbuki, iddiaçının işlədiyi vəzifənin adının növbə ustası olması onun avadanlığın təmiri ilə məşğul olmasını istisna etmir. Onun vəzifəsinin adı işin növbəlilik xüsusiyyətinə görə növbə ustası adlanır və vəzifə üzrə yerinə yetirilən funksiyal arı özündə əks etdirmir. Cavabdeh iddiaçının növbə ustası olaraq avadanlığın təmiri ilə məşğul olmadığını təsdiq edəcək hər hansı bir sənədi də məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq iş yerindən verilmiş arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır.
16. Cavabdehin isə “Hazır məhsullar anbarı”nın Metallurgiya istehsalatı sahəsinə aid olmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi “X3” tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli arayışda onun hazır məhsullar anbarında isti və zərərli iş şəraitində briqadir peşəsində işləməsi, eyni zamanda Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli siyahısında həmin peşənin Metallurgiya istehsalatı bölməsinin 3.6-cı bəndində əks olunmuş istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər peşəsinə uyğun olduğu qeyd edilmişdir. Beləliklə, iş yerindən verilmiş arayışda iddiaçının hazır məhsullar anbarında işləməsinin qeyd edilməsi şəxsin hazır məhsulun yerdəyişməsi ilə məşğul olmasını istisna etmir.
17. Beləliklə, iddiaçının qanunla tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcudluğu iş materialları ilə təsdiqləndiyindən iddia tələbi əsaslıdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç. Babayeva - sədrlik edən və məruzəçi, Z.T.Məmmədov və F.Ə.Məmmədov) xx.xx.2022-ci il tarixli, 2-1(105)-698/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1372/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli arayışlarda qeyd edildiyi kimi, yayma və boru-yayma sexlərində işlədiyi növbə ustası peşəsinin siyahıda konkret olaraq adı çəkilməsə də, həmin vəzifələr öz əmək şəraitinə və yerinə yetirilən işlərin xüsusiyyətlərinə görə yayma və boru istehsalatı sahələrinin “ustaları” vəzifəsinə uyğundur və güzəştli staj olaraq qəbul edilməlidir. Bundan əlavə, iddiaçının işlədiyi “X3” MMC ağır sənaye sahəsində yaradılmış özəl müəssisə olan poladəritmə müəssisəsi olmaqla, metallurgiy a istehsalatı sahəsinə aiddir.
21. Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları və imtina məktubunda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanunun 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər qüvvədə olan redaksiyası: Maddə 9.1. Axırıncı iş yerindən asılı ol mayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar q əbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya məhkəməsi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunun ümumi və xüsusi stajın mövcudluğu ilə bağlı tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etmişdir.
30. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (13 may 2022ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər qüvvədə olan redaksiya) müvafiq olaraq, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan çox xüsusi stajı olmalı, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
31. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin ödənilməsi tələb olunur: 1) iddiaçının 60 yaşının tamam olması; 2) azı 25 il sığorta stajına malik olması; 3) 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərd i hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
32. Cavabdeh iddiaçının ümumi iş stajının və pensiya kapitalının mövcudluğunu qəbul etməklə, bu şərtlərin ödənildiyini mübahisələndirmir. Bununla belə, məhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində də iddiaçıya 60 yaşdan güzəştli şərtləlrə yaşa görə pensiya təyin edilə bilməsi üçün ümumi staj və pensiya kapitalı ilə bağlı şərtlərin ödənildiyi müəyyən olunmuşdur (Belə ki, əmək kitabçası, diplom və iş yerindən verilmiş arayışlarla iddiaçının 25 il stajının mövcudluğu müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubda iddiaçının 60199.40 manat pensiya kapitalının olması qeyd edilmişdir).
33. Cavabde hin yeganə mübahisələndirdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
34. Belə ki, cavabdeh kassasiya şikayətində iddiaçının xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlərdə işlədiyi peşələri (yayma sexində yayıcı və hazır məhsul anbarında usta vəzifələri) zərərli hesab edərək, iddiaçının 08 il 02 ay 10 gün güzəştli iş stajının olduğunu, başqa sözlə, qanunla tələb olunan müddətdən daha az güzəştli iş stajı olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüz olduğunu bildirir. Eyni zamanda, cavabdeh iddiaçının xx.xx.1984xx.xx.1987-ci il tarixlərində Yayma sexində, xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində Boru Yayma-2 sexində növbə ustası və xx.xx.2009-xx.xx.2015-ci il tarixlərində “X3” MMC-də hazır məhsullar anbarında briqadir vəzifəsində işlədiyi dövrləri güzəştli staja daxil etməmişdir.
35. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçının cavabdeh orqana pensiya təyini ilə bağlı müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdi m etməlidir. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
36. Hazırkı iş üzrə iddiaçının iş yerindən təqdim etdiyi arayışlar ("xxxx" ASC-nin 09 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli arayışları; "X3” MMC-nin 19 fevral 2020-ci il tarixli 193/A nömrəli arayışı; X3” MMC-nin 19 fevral 2020-ci il tarixli 26/L nömrəli arayışı) yuxarıda qeyd olunan tələblərə cavab verməklə iddiaçının işlədiyi peşələrin zərərli olmasını təsdiq edir (bax: hazırkı qərarın 4-7-ci bəndlərinə).
37. Beləlikl ə, apellyasiya instansiyası məhkəməsinin iddiaçının 12 il 06 ay güzəştli iş stajına malik olması və beləliklə də, ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-698/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.