Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1109/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pe nsiyasının bərpa edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3881/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2012-ci il tarixli, 270 nömrəli Qərarı ilə İddiaçı ikinci qrup əlilliyə görə xx.xx.2012-ci il tarixdən pensiya təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə “ümumi xəstəlik” səbəbilə bir il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə vətəndaşın ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdə Nazirliyin X1 sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra şəxsin əlillik vəziyyəti 16 nömrəli Şəhər Poliklinikasının 0085003AADNF nömrəli göndərişi əsasında xx.x x.2021-ci il tarixdə qiymətləndirilmiş və xəstəliyin ağırlıq dərəcəsi, funksional pozuntusu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilmədiyindən “Göndərişin natamam doldurulması” səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. Sonuncu dəfə İddiaçı 16 nömrəli Şəhər Poliklinikasının 0085003AADTT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış və “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı **********6 nömrəli İ.N.Quiyevin əlillik vəziyyəti haqqında məktubda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətini n araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, vətəndaş Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Müayinə nəticəsinə əsasən əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.
4. Pensiya təyinatı alt sistemindən çıxarışa əsasən iddiaçının pensiyasının dayandırılma tarixi xx.xx.2022-ci il, qeyd: əlilliyin etibarsız hesab edilməsi xx.xx.2022ci il tarixli mail, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il.
5. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 2022-ci ilin iyul ayından dayandırılmış pensiyanın bərpa edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli nömrəli məktubda bildirmişdir ki, müraciətinizlə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu verilib. Sorğumuza cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubunda əlillik vəziyyətinizin araşdırılması zərurətinin yarandığı qeyd edilib. Bununla əlaqədar sözügedən agentlik tərəfindən əlillik vəziyyətinizə dair müvafiq qərar verildikdən sonra sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyanızın bərpa edilməsi məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əvvəllər prokurorluq kimi təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, idd iaçıya ikinci qrup əlilliyi ilə əlaqədar prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmişdir. Onun əlilliyi dayandırıldıqdan sonra yenidən müayinə keçmişdir. 17 iyun 2021-ci il tarixdə ikinci qrup əlilliyi təkrar bərpa olunmuşdur. İddiaçının ikinci qrup dərəcəli əlilliyi bərpa olunmasına baxmayaraq prokurorluq işçisi kimi əmək pensiyamın ödənilməsi bərpa edilməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh qanunsuz olaraq əlilliyinin bərpa olunması barədə məlumatları dəqiqləşdirmək üçün sorğu verildiyini billdirərək 12 oktyabr 2022-cı il tarixli və 27 yanvar 2023-cü il tarixli məktubları imtina təqdim etmişdir. Bu səbəbdən də prokurorluq işçisi kimi əmək pensiyasının dayandırıldığı vaxtdan 2021-ci ilin dekabr ayından ödənilməsi barədə cavabdehə ərizə ilə mü raciət etmiş və imtina edilərək müraciəti həllini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçıya əlilliyə görə əvvəllər prokurorluq işçisi kimi təyin edilmiş əmək pensiyasını cavabdeh bərpa etməlidir.
9. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, X1 X2 Sistemindən əldə olunan məlumata əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi səbəbindən ona prokurorluq işçisi kimi əlilliyə görə pensiyanın ödənişi dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda İddiaçı əlillik vəziyyətinin ar aşdırılması ilə əlaqədar vətəndaşın Agentliyə əyani müayinəyə dəvət ediləcəyi, müavinə nəticəsinə əsasən əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi bildirilmişdir. Agentlik tərəfindən iddiaçı İ.Qulivevə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********1 nömrəli məktuba əsasən İddiaçı əlillik vəziyyətinin araşdırılması məqsədilə 12 yanvar 2023-cü il tarixdə saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları ha qqında Əsasnamənin 1.3-cü bəndinə əsasən 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərənca m və əmrlərini rəhbər tutur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və is üzrə icraat materiallarından məlum olduğu kimi İddiaçı əlilliyinin bərpa edildiyini və bu səbəbdən ona təyin edilmiş pensiyanın bərpa edilməli olduğunu iddia etsə də isin faktiki nalları ilə müəyyən olunur ki, iddiaçının əlilliyi etibarsız hesab edildiyi üçün onun prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
11. İddiaçının xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı əlilliyə görə prokurorluq işçisi kimi təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, 04 iyul 2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6404/2023 nömrəli, 9 avqust 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, iddiaçıya prokurorluq işçisi kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərk əzi Filialına həvalə edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçının xx.xx.2021-xx.xx.2026-cı ilədək qüvvədə olan əlillik dərəcəsi təyinatı var, TSERA-nın məhkəməyə ünvanladığı cavab məktubunda da iddiaçının əlillik dərəcəsinin etibarlı olmaqla statusunda hər hansı dəyişiklik edilmədiyi, əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar təqdim edildiyi müəyyən olunmur.
14. Cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, dinlənilmə hüququnu təmin etmədən, tələb olunan yazılı şəkildə əsaslandırılmış inzibati akt qəbul etmədən, eləcə də pensiyanın dayandırılma əsası kimi çıxış edən maddi hüquqi əs as olmadan, yəni “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğunu sübut etmədən faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandırmışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3881/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati o rqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam forma da təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsass ızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi pensiyanın bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 30. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla şəxsə təyin olunmuş pe nsiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
32. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, dinlənilmə hüququnu təmin etmədən, tələb olunan yazılı şəkildə əsaslandırılmış inzibati akt qəbul etmədən, eləcə də pensiyanın dayandırılma əsası kimi çıxış edən maddi hüquqi əsas olmadan, yəni “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hal lardan hər hansı birinin mövcudluğunu sübut etmədən faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandırmışdır. İşin araşdırılmış hallarından göründüyü kimi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı barəsində əlverişli inzibati akt qüvvədə olduğu halda, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq əmək pensiyası dayandırılmışdır.
34. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdı r.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3881/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.