Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-111/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (pensiyanın yenidən hesablanması, keçmiş müddət üçün pensiya fərqinin ödənilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı X1 və onun vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil4 iştirakı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1981/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: X2 (bundan sonra mətndə iddiaçı) xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** nöm rəli şəxsiyyət vəsiqəsi) İddiaçı pensiyanın yenidən hesablanaraq ödənilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasında bildirmişdir ki: “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İdarəyə daxil olmuş 2018-ci il 25 sentyabr 21/1242 nömrəli məlumat vərəqəsinə əsasən əmək pensiyanız yenidən hesablanmaqla sonuncu vəzifənizə uyğun vəzifə maaşınız 495,00 manat, rütbə maaşınız 130,00 manat, xidmət ilinə görə 15 faiz əlavə - 93,75 manat, xüsusi iş şəraitinə görə 25 faiz əlavə - 123,75 manat, məharət dərəcəsinə görə 25 faiz əlavə -123,75 manat və ərzaq payı əvəzinə verilən 64,00 manat məbləğində pul kompensasiyası olmaqla cəmi təminat xərcliyiniz 1030,25 manat təşkil etmişdir. İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi, yəni 566,64 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək pensiyanızın xx.xx.2015 - xx.xx.2018-ci il tarixləri arasındakı keçmiş müddət üçün hesablanmış 4541,66 manat pul vəsaiti xx.xx.2018-ci il tarixindən etibarən hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür.” Həmin imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı pensiyasının məharət dərəcəsi və xüsusi xidmət şəraitinə görə əmək haqqına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq xx xxxxxx 2001-ci il tarixdən xx xxxxxxx 2015-ci il tarixədək yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı “İddiaçının pensiyasının məharət dərəcəsi və xüsusi xidmət şəraitinə görə əmək haqqına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq 2007-ci ilin sentyabr ayından xx xxxxxxx 2015-ci il tarixədək yaranmış fərqin ona ödənilməsi vəzi fəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsini məhkəməyə təqdim etmiş, xx.xx.2019-cu il tarixdə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993 - xx.xx.2001-ci il tarixlərində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. Milli Təhlükəsizlik Nazirliyində işlədiyi müddətdə aldığı əmək haqqı vəzifə maaşından, rütbə maaşından, xidməti illərə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən və xüsusi iş şəraitinə görə əmək haqqına əlavələrdən ibarət olmuşdur. Lakin pensiyaya çıxdıqdan sonra pensiyasının hesablanmasında əmək haqqına aldığı məharət dərəcəsinə görə əlavələr və xüsusi iş şəraitinə görə əmək haqqına əlavələr nəzərə alınmamışdır. Məsələ ilə bağlı iddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət etmişdir. Lakin müraciətinə müsbət cavab verilmədiyindən o, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “öhdəliyin icrası haqqında” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə iddiası təmin eilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə onun apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddianın təmin olunması, iddiaçı X1 xidmətdən buraxıldığı günə aldığı, məharət dərəcəsinə və xüsusi xidmət şəraitinə görə vəzifə maaşına əlavələr də nəzərə alınmaqla, barəsində yeni məlumat vərəqəsinin hazırlanıb Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı qanuni qüvvəsini alaraq icraya yönəldi lmiş və icra edilərək, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən onun xidmətdən buraxıldığı günə aldığı məharət dərəcəsinə və xüsusi xidmət şəraitinə görə vəzifə maaşına əlavələr də nəzərə alınmaqla, barəsində yeni məlumat vərəqəsi hazırlanıb Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə göndərilmişdir. İddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarını rəhbər tutub, onun pensiyasının yenidən hesablanmasının (məharət dərəcəsinə və xüsusi xidmət şəraitinə görə əmək haqqına əlavələr nəzərə alınmaqla) və pensiyaya çıxdığı tarix - xx xxxxxx 2001-ci ildən etibarən bu günə qədər yaranmış fərqin ona ödənilməsini xahiş edilmişdir. Cavabdeh təşkilat tərəfindən verilmiş cavab mək tubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edilərək əmək pensiyasının xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı keçmiş müddət üçün hesablanmış 4541,66 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixdən etibarən hissəhissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürüldüyü qeyd edilmişdir. Hesab edir ki, cavabdeh imtina etməsi tamamilə əsassızdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqs ədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən, “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən, “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Belə ki, iddiaçıya xx xxxxxx 2001-ci ildə Milli Təhlükəsizlik Nazirliyindən pensiya təyin olunmuşdur. İddiaçının adına sonradan xx.xx.2018-ci il tarixdə “məlumat vərəqi” Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İdarəyə daxil olmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq son 3 il müddət üçün pensiya məbləğinin fərqi hesablanaraq ödənilmişdir. Pensiya fərqinin xx xxxxxx 2001-ci il tarixdən xx xxxxxxx 2015-ci il tarixədək olan dövrlər üçün hesablanaraq ödənilməsi idd iası yanlışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsində tam şəkildə qeyd edilmiş və izah verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-901/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçının pensiyasının məharət dərəcəsi və xüsusi xidmət şəraitinə görə əmək haqqına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq 2007-ci ilin sentyabr ayından 2015-ci ilin oktyabr ayınadək yaranmış fərqin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2007-ci il tarixdən ödənilməli olduğu halda, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-1-ci və 37.7-ci maddələ rinə istinad etməklə iddiaçının əmək pensiyasının xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı keçmiş müddət üçün hesablanması qanunvericiliyə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1981/2019 nömrəli, xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və V.M.Ağayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-901/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən q ərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Görü ndüyü kimi, hazırki mübahisə pensiya hüququnun yaranıb-yaranmaması, “qazanılmış hüquq” ilə bağlı deyildir. İddiaçının pensiya hüququna malik olduğunu heç kəs mübahisələndirmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsi də pensiya hüququnun qazanılıb-qazanılmaması ilə deyil, pensiya hüququnun yaranmasına baxmayaraq alınmamış pensiya məbləğinin zaman baxımından məhdudlaşdırılması ilə bağlıdır. Təsadüfi deyildir ki, maddə “Əmək pensiyasının ödənilməsi” adlanan İX fəsildə yerləşir. Dolayısı ilə, məhkəmənin “qazanılmış hüquq” deyimindən istifadəsi açıq pozuntudur. Digər tərəfdən, “qazanılmış hüquq” anlayışı pensiya hüququnun yaranması üçün zəruri şərtlərin - sığorta hadisələrinin (yaş, staj, əlillik, pensiya kapitalı və s.) dairəsi ilə bağlıdır. Məsələn, şə xsin pensiya hüququnun yarandığını demək üçün bütün sığorta hadisələri baş verdikdən sonra qanunvericilikdə dəyişiklik edilməsinin (məsələn, yaş həddinin artırılması kimi) şəxsə hər hansı təsiri olmayacaqdır. Hazırki iş üzrə isə belə bir hal yoxdur. Bundan başqa, məhkəmənin Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə istinadən “geriyə şamil edilməmə” qadağasını hazırki işə tətbiqi də haqlı deyildir. Ona görə ki, qanunvericinin bu dəyişiklikdəki iradəsi, hər hansı fərq qoymadan, əvvəllər alınmamış müddət üçün pensiyanın ödənilməsini məhdudlaşdırmaqdan ibarətdir. Əgər qanunverici bu məhdudiyyətin özünü hər hansı şəkildə məhdudlaşdırmaq istəsəydi, bunu həmin maddədə açıq şəkildə göstərərdi. Eyni zamanda, məhkəmənin bu mövqeyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3 7.7-ci maddəsini 2020-ci ilin iyul ayının 1-dək “ölü norma”ya çevirir. Çünki, məhkəmənin məntiqinə görə, bu norma yalnız 2017-ci ilin iyulundan sonra “qazanılmış hüquq”lara aid ola bilər; deməli, geriyə 3 illik müddət qadağasının 2020-ci ilin iyul ayının 2-dən tez tətbiqi imkansızdır. Beləliklə, yuxanda qeyd edilənlər qərarın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7 və 32.1-1-ci maddələrinə açıq- aşkar zidd olduğunu deməyə imkan verir. Etiraz: İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlilləri ni müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddəl əri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-1486/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddiaçının “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yenidən doldurularaq (məharət dərəcəsinə və xüsusi iş şəraitinə görə əmək haqqına əlavələrin də nəzərə alınmaqla), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsinə dair iddia tələbi rədd edilmişdir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1 (103)-849/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayət i təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1486/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv olunmuş, iddia təmin edilərək iddiaçının xidmətdən buraxıldığı günə aldığı məharət dərəcəsinə və xüsusi xidmət şəraitinə görə vəzifə maaşına əlavələr də nəzərə alınmaqla, barəsində yeni məlumat vərəqəsinin hazırlanıb Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti xx.xx.2018-ci il tarixli 21/1242 nömrəli məktubla Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-849/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçı barəsində dəqiqləşdirilmiş məlumat vərəqəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərmişdir. Cavabdeh iddiaçı barəsində dəqiqləşdirilmiş məlumat vərəqəsi daxil olduqdan sonra xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad etməklə iddiaçının əmək pensiyasını xx.xx.2015 xx.xx.2018-ci il tarixləri arasındakı keçmiş müddət üçün hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın əsaslı olduğundan təmin olunması nəticəsinə gələrkən haqlı olaraq aşağıdakı hüquq normalarına istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesab lanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azər baycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 184İİİQD nömrəli Qanununun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanının 6-cı bəndinə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən p ul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan kassasiya şikayətində pensiyanın düzgün hesablanmaması nəticəsində pensiya almaq hüququnun yarandığı gündən (2001ci ildən) yaranmış məbləğin ödənilməsindən imtina edərkən «Əmək pensiyaları haqqında» Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 37.7-ci maddəsinə istinad etmişdir. Bu dəlillə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinin mənasına görə əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla v ə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Lakin qeyd edildiyi kimi, iddiaçının “qazanılmış hüquq” olaraq pensiya hüququ 2001ci ildə yaranmışdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Plen um Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi P lenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1-ci və 37.7-ci maddələrinə istinad etməklə iddiaçının əmək pensiyasının yalnız 3 il, yəni xx.xx.2015 - xx.xx.2018-ci il tarixləri arasındakı keçmiş müddət üçün hesablanması, pensiya hüququnun yarandığı bundan əvvəlki müddət üçün hesablanmasından imtina edilməsi qanunvericiliyə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakıl ara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1981/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-111/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-111/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver