Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-111/2021 28.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddia müddətinin ötürülməsi; iddianın mümkünlük şərtlərinə qiymət vermədən mahiyyəti üzrə işə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nürəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “usta məharət kateqoriyası verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)993/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1992-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsində işləmişdir. Yaşa görə ehtiyata buraxılma ərəfəsində, sərəncamda olduğu dövrdə Müdafiə Nazirinin müavininin 013 nömrəli xx.xx.2012-ci il tarixli əmri ilə iddiaçıya “Birinci” məharət dərəcəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə m üraciət edərək, hərbi həkimlərə ixtisas kateqoriyası verilməsi məsələsinə dair müdafiə naziri müavininin xx.xx.2012-ci il tarixli *** nömrəli əmrin ona aid hissədə qanunsuz olması səbəbindən ləğv edilərək, həmin vaxtkı sənədlərlə təsdiq olunan göstəricilərinə əsasən ona usta məharət dərəcəsi verilməsi məsələsinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bundan əlavə, iddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqları Müdafiə Nazirinin müavininin xx.xx.2012-ci il tarixli *** nömrəli əmri ilə pozulmuşdur. Belə ki, attestasiya göstəricilərinə görə həmin vaxt iddiaçıya “usta” məharət dərəcəsi verilməli olduğu halda biri nci dərəcəsi ilə məharət kateqoriyası saxlanılmışdır. İddiaçı “usta” məharət kateqoriyasına təqdim olunmağına dair raport verilməyinə baxmayaraq həmin raport komissiyaya təqdim edilməmiş və iddiaçıya onun 1-ci məharət kateqoriyasının təsdiq olunmasına təqdim edilməsi səbəbi ilə “usta” məharət kateqoriyası məsələsinə ümumiyyətlə baxılmamışdır. Halbuki, iddiaçının 20 ildən artıq həqiqi hərbi xidmətdə olduğu dövrdə öz ixtisası üzrə yüksək nəzəri və praktik hazırlığını və elmi-praktiki nailiyyətlərini təltif edildiyi mükafatlar, medallar, nişanlar elmi dərəcələri, fəxri adı təsdiq edir.
5. Cavabdeh iddia tələbinə dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçının malik olduğu 1-ci məharət dərəcəsi sonuncu dəfə yaşa görə ehtiyata buraxılma ərəfəsində sərəncamda olduğu dövrdə, yəni 2012-ci ilin 26 dekabr tarixində müdafiə nazirinin müavininin müvafiq əmri ilə təsdiq edilmişdir, yəni xidmət etdiyi hərbi müəssisənin rəhbərliyi tərəfindən ixtisası üzrə bilik səviyyəsinə uyğun olan, yüksək 1-ci məharət dərəcəsinə layiq olması təsdiq edilmişdir. “Tibb və əczaçı ixtisaslı hərbi qulluqçulara məharət kateqoriyalarının verilməsi üçün attestasiyadan keçmək istəyən hərbi həkim, provizor və ya orta tibb heyətindən olan hərbi qulluqçular bu barədə müvafiq qaydada raport yazılmalıdır. İddiaçı ona “usta” məharət dərəcəsinin verilməsinə görə sınaqlara buraxılması barədə raportla müraciət etməmişdir. 1-ci məharət dərəcəsinə malik olan iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və hal-hazırda hərbi qulluqçu statusuna malik olmadığı üçün hər hansı sınaqlara cəlb edilməsi mümkün deyild ir. Ümumiyyətlə, məharət kateqoriyasının verilməsi diskresion səlahiyyət kimi Müdafiə Nazirliyinin aidiyyəti vəzifəli şəxslərindən ibarət komissiyaya verilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1633/2019 saylı, xx.xx.2019-cu il tarixli qəraradı ilə (hakim M.T. Hacıbəyova) prosessual müddət bərpa edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1633/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim M.T. Hacıbəyova) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Tibb və əczaçı ixtisaslı hərbi qulluqçulara məharət kateqoriyalarının verilməsi qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən məharət kateqoriyası almaq üçün attestasiyadan keçmək istəyən hərbi həkim, provizor və ya orta tibb heyətindən olan hərbi qulluqçular bu barədə müvafiq qaydada raport yazmalıdırlar. İddiaçı hərbi xidmət keçərkən ona “usta” məharət dərəcəsinin verilməsinə görə sınaqlara buraxılması barədə raportla cavabdehə müraciət etməsini məhkəmədə sübuta yetirilməmişdir. Həmçinin məharət dərəcələri hərbi xidmət dövründə hərbiçinin məharətinin dərəcəsini müəyyən edilməsi nəticəsində verilən qiymətdir və ehtiyyata buraxılmış hərbiçilərə verilməsi nəzərdə tutulməmışdır.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına görə (sədrlik edən – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və X.A.Cəmilova) iddiaçının apelyasiy a şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1633/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etmişdir ki, inzibati icraat qaydasında işə baxılarkən iddiaçının ona aid hissədə mübahisələndirdiyi cavabdehin xx.xx.2012-ci il tarixli *** nömrəli əmrinin qanun pozulmaqla qəbul edilməsi və ya “İnzibati icraat haqqında” Qanununun 68.2-ci maddəsində sadalanan halların mövcud olması halları müəyyən edilməmişdir.
12. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi h esabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-993/2020 nömrəli qərardadına əsasən iddiaçının dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi qərara alınmış, həmin qərardad xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına təqdim edilmişdir.
14. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-993/2020 saylı, xx.xx.2020ci il tarixli qərarından xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti vermişdir. Şikayətdə qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamışdır. Belə ki, sabiq müdafiə nazirinin müavininin xx.xx.2012-ci il tarixli *** nömrəli əmri “İnzibati İcraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq sorğular yazılıb lazımı sübutlar toplanılmamışdır. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən “Tibb və əczaçılıq ixtisaslı hərbi qulluqçulara məharət kateqoriyasının verilməsi qaydaları haqqında” Əsasnamə tətbiq edilməmişdir.
16. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 30,125,127,129-cu maddələrinə, İPM-in 12,13, 58, 60, 81.3, 82-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 16.1, 58.1, 67.1-ci maddələrinə istinad etmiş dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarına əsasən “...Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1ci bənd)... iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd)... Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3-cü bənd) Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. İddiaçının kasasiya şikayəti vaxtında verilmişdir. Belə ki, hazırkı qərarın 1314-cü bəndlərindən məlum olduğu kimi, iddiaçı məhkəmə qərarını aldıqdan sonra dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, vəkillə təmin olunduqdan sonra isə qanunvericiliklə nəzərdə tutulmuş şikayətvermə müddətini (1 ay) ötürmədən kassasiya şikayəti vermişdir.
23. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna b ilən hesab edilir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir.
26. Hazırkı iş üzrə iddiaçı xx.xx.2012-ci il tarixli *** nömrəli əmrin ona aid hissədə qanunsuz olması səbəbindən ləğv edilərək, həmin vaxtkı sənədlərlə təsdiq olunan göstəricilərinə əsasən ona usta məharət dərəcəsi verilməsi məsələsinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulm ası barədə qərar qəbul edilməsini xahiş edir.
27. İşin hallarından isə müəyyən olunur ki, iddiaçı xx.xx.2012-ci il tarixli *** nömrəli əmrin ona aid hissədə qanunsuz olması səbəbindən ləğv edilməsi ilə bağlı 2014-cü il tarixdə cavabdehə müraciət etmiş (iş v. 15), bundan əlavə, eyni tələblə 2014-cü il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)284/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddia müddətinin ötürülməsi əsası ilə iddia mümkün sayılmamış (iş v. 24-25), Ali Məhkə mənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)954/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)284/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (iş v.26-28).
28. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisələndirdiyi əmrdən məlumatlı olmuş, hətta onu məhkəmə qaydasında mübahisələndirmiş, yekun məhkəmə qərarından təxmini 4 il sonra yenidən məhkəməyə müraciət etmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu hallara - iddianın mümkünlük şərtlərinə qiymət vermədən mahiyyəti üzrə işə baxmışdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmaqla qərar qəbul edilmişdir.
30. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır.
31. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.