Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-111/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin tanınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 23.01.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1727/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) Gürcüstan MMC Millenium Tədris Universitetini “Biznes Administrasiyası” ixtisası üzrə bitirərək, HEM № 000423 nömrəli, xx.xx.2022-ci il tarixli bakalavr diplomu verilmişdir.
2. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib və cavabdeh onun müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli qərarla imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “...ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin norma tiv müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddi açı cavabdehə qarşı iddia ərizəsi ilə sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin imtina qərarının ləğv edilməsi və X2 Cəmiyyəti Millenium Tədris Universiteti tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli 000243 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnaənin verilməsi öhdəlyiinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının iştirakçısı olduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyaya əsasən diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisasverən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olu nması, yəni qanuni ali məktəb olması, ikinci şərtisə tələbənin həmin məktəbdə həqiqi oxuyaraq diplomu almasıdır.. Əgər bu şərtlər ödənilibsə, diplomun tanınmaması əsassızdır. Çünki, «Təhsil haqqında» Qanunun 13-cü maddəsinə əsasən təhsilalma formalarından biri də distant forma olaraq göstərilmişdir. Buna görə də imtinanın bu əsasa görə verilməsi qanunun tələblərinə ziddir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12553/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmiş, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 14 iyul 2023-cü il tarixli NA00013447 nömrəli» Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarı ləğv edilmiş və X2 Cəmiyyəti Millenium Tədris Universiteti tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tari xli 000423 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının bitirilməsini təsdiq edən diplomun tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir hal ın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasiyanın tanınması üçün əsasdır
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1727/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) ap ellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Alışov X3 yerləşən Millenium Tədris Universiteti tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, НЕМ № 000423 nömrəli diplom üzrə ixtisasın tanınması üçün xx.xx.2023-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyə müraciət etmiş, onun müraciəti üzrə inziba ti icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə yenidən təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparılmışdır.
12. İnzibati icraatın yekununda Qaydaların 4.1.4-cü yarımbəndində əks olunmuş tanınmaya dair tələb (Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması) ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixində onun müraciəti üzrə imtina barədə qərar qəbul edilmişdir.
13. Qaydaların qeyd olunmuş tələbi üzrə aparılmış araşdır ma zamanı iddiaçının 2017- 2022-ci il tarixlərini əhatə edən təhsil müddətində xarici ali təhsil müəssisəsində əyani təhsilalma forması üzrə dərslərdə və imtahanlarda iştirak üçün xarici ölkədə olma müddətləri aşağıdakı kimi müəyyən olunmuşdur: 2017/2018-2 gün 2018/2019- 4 gün 2019/2020- yoxdur 2020/2021-yoxdu 2021/2022-yoxdur
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3.2.2-ci bəndinə əsasən bakalavr təhsili üzrə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən ( o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir.
15. Tanınma üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir ki, bu tələb, yerli qanunvericliyin müəyyən etdiyin normativlərə nisbətdə iddiaçının vəziyyətini yüngülləşdirsə də iddiaçının ali təhsil müəssisəsin də sessiyalarda əyani təhsilalma forması üzrə iştirak həcmi bu tələblə uyğunsuzluq təşkil etmişdir.
16. İddiaçı məhkəmə icraatı zamanı xx.xx.2022-ci il tarixli, 02/1137 nömrəli arayış təqdim edərək, əyani təhsilalma forması üzrə tədrisin distant texnologiyaların tətbiqi ilə təşkil olunduğunu iddia etmişdir. (əlavə olunur)
17. Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar işlər üzrə xx.xx.2023-cü il tarixli, 21(102)-2377/2023 Qərarında tədris prosesində distant texnologiyalardan istifadə barədə məsələyə rəy bildirərkən qeyd edir: "34. Həmçinin qeyd edilməlidir ki, iddiaçı distant texnologiyalardan istifadə edərək təhsil aldığını bildirsə də, universitet tərəfindən distant texnologiyalardan istifadəyə dair müqavilə, distant texnologiyanın tətbiqi mexanizminə dair hər hansı sənəd (hansı müddətdə dərslərin online olması, imtahanların hansı qaydada verilməsi və s.) təqdim edilməmişdir.” Hazırkı işin faktiki hallarında əyani təhsilalma forması üzrə tədrisin distant texnologiyalarla tədrisini sübut edəcək sənədlər təqdim olunmamış, təqdim olunmuş arayışın mötəbərliyi isə ali təhsil alınmış ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən təsdiq olunmamışdır.
18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrəfəyani təhsilalma formasına nisbətdə) xx.xx.2022-ci il tarixli, 2-1 (102)-144/2022 nömrəli Qərarının ardıcıl olaraq 39-cu, 40-cı və 41-ci bəndlərində qeyd edilir: “Cavabdehin Dövlət Sərhəd Xidmətindən əldə etdiyi sərhədkeçmə haqqında məlumatdan görünür ki, iddiaçı təhsil aldığı müddət ərzində birinci və ikinci il ümumiyyətlə Ukrayna Respublikasın da olmamış, üçüncü ildə 13 gün, dördüncü ildə isə 3 ay 14 gün olmuşdur. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının auditoriya dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.”
19. Qeyd olunanlara əsasən Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1783/2024 və 2-1(102)-1592/2024 nömrəli işlərdə əyani təhsilalma formasında təhsil almış şəxslərin iddiası üzrə sərhədkeçmə məlumatları tədris prosesində iştirak üçün göstərici qəbul edilmiş, həmçinin işin faktiki halında iddiaçı ilə oxşar sərhədkeçmə məlumatlarının olduğu iş üzrə cavabdehin imtinasını əsaslı saymışdır.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və İddiaçı Gürcüstanta yerləşən Millenium Tədris Universiteti tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, НЕМ № 000423 nömrəli diplom üzrə (əyani təhsil) ixtisasın tanınması və ekvivalentli yi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi üzrə məcburetmə haqqında iddia tələbi rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən, qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)1727/2024 nömrəli qərarda göstərmişdir ki, “təh silin normativ müddətlərinə istisna hal kimi, əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilməsi imkanı nəzərdə tutulmuş, iddiaçı da məhz həmin imkanlardan istifadə edərək təhsil üzrə ali təhsil proqramını mənimsəmiş və bu barədə ona həmin təhsil müəssisəsi tərəfindən təhsili başa vurmasına dair diplom verilmişdir. Tədris ilinin birinci ilində iddiaçının cəmi, 4 gün getməsinə gəldikdə isə onun sonrakı illərdə distant texnologiyalarla təhsilini davam etdirdiyi dövr birinci ildə yarana biləcək çatışmazlıqları aradan qaldırması üçün yetərli olduğu şübhə doğurmur. Təhsil aldığı universitetin qeyd olunan arayışında məhz həmin üsuldan istifadə etməklə təhsilini başa vurduğu təsdiq olunur. Ümumiyyətlə, cavabdehin bunun əksini, o cümlədən, təhsil aldığı həmin universitetin sözügedən arayışının, habelə, iddia edilən diplomun və onun “Apostil” sənədinin həqiqiliyini təkzib edə bilən mötəbər sübutları da mövcud deyildir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınaraq ekvivalentlik şəhadətnaməsindən verilməsindən imtina olunması tamamilə əsassızdır, onun qanunla qorunan hüquqlarını pozur.”
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının iş üzrə gəldiyi nəticə ilə və onun bu əsaslandırılması ilə razı deyil və hesab edir ki, işin materialları tam və hərtərəfli araşdırılmadığına görə apellyasiya məhkəməsi qərarı yanlış olmaqla yanaşı, qanuna uyğun da deyildir.
26. Belə ki, iddiaçı 2019-2022-ci illərdə əyanı təhsilalma formasında X4 Universiteti MMC-də «Bakalavr-Biznes Administrasiyası ixtisası üzrə təhsil almış və ona həmin universitet tərəfindən xx.xx.2022-ci il tarixli 000423 nömrəli bakalavr diplomu verilmiş və 5 oktyabr 1961-ci il Haaqa Konvensiyasına müvafiq olaraq həmin diplom Gürcüstan Ədliyyə Nazirliyinin LEPL İctimai Xidmət Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq (Apostil) edi lmişdir (iş səh. 82-94).
27. İddiaçı təhsil aldığı dövrün birinci tədris ilində 4 gün müddətində təhsil aldığı ölkəyə getməyə müvəffəq olmuş, növbəti üç tədris ili (2020, 2021 və 2022-ci illər) bütün dünyada, o cümlədən respublikası ərazisində cərəyan edən «COVİD-19» pandemiya dövrünə təsadüf etmişdir.
28. Həmçinin işin birinci instansiya icraatı zamanı təqdim edilmiş iddiaçının dövlət sərhəd hərəkətləri barədə “İAMAS” bazası məlumatlarına əsasən: 2018/2019 tədris ilində 4 gün, 2019-2020 tədris ilində (İ semestr) getməyib;, (İİ semestr pandemiya dövrü) 2020/2021 və 2021/2022-də getməyib (pandemiya dövrü) (iş səh. 56, iş. səh. 60).
29. Eyni zamanda iddiaçının təhsil aldığı həmin Millenium Tədris Universitetinin azərbaycan dilinə tərcümə edilmiş və notarius tərəfindən təsdiq olunmuş xx.xx.20 22-ci il tarixli, 02/1137 nömrəli arayışında yazılmışdır ki, iddiaçı oxuduğu illər ərzində bakalavr səviyyəsi üzrə biznesin idarə edilməsi ixtisası üzrə distant texnologiyalarla əyani təhsil almışdır (iş səh. 80-81).
30. Lakin Gürcüstanın Təhsildə Keyfiyyətin Təkmilləşdirilməsi üzrə Milli Mərkəz (bundan sonra Mərkəz adlanacaq) Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğusuna xx/xx/2024-cü il və xx/xx/2024-cü il tarixli məktublar ilə cavab verərək bildirmişdir ki (iş səh. 139-141 və 169-171): “20 may 2024-cü ildə Mərkəzin İddiaçı adından 2022-ci ildə Millenium Tədris Universiteti MMC tərəfindən təqdim edilən 02/1137 saylı arayışın düzgünlüyü barədə məlumatın təqdim edilməsini özündə əks etdirən sorğunuzu (bizim istinad N: 544410) aldığını bildirməyi özünə şərəf sayır. Nəzərə alın ki, Mə rkəz sizə 20 iyun 2024-cü il tarixli 713983 saylı məktubla İddiaçı adından təqdim edilən arayış barədə məlumatı təqdim etmişdir. Bundan əlavə Millennium Tədris Universiteti MMC-nin 31 may 2024-cü il tarixli 603846 saylı məktubuna müvafiq olaraq, İddiaçı adından təqdim edilən 02/1137 saylı arayış Millennium Tədris Universiteti MMC tərəfindən təqdim edilməmişdir və çox güman ki, saxtadır. Bu səbəbdən Mərkəz qeydedilən arayışın düzgünlüyünü təsdiq etmir. Qeyd etmək istərdik ki, Millennium Tədris Universiteti MMC-nin 31 may 2024-cü il tarixli 603846 saylı məktuba əsasən, İddiaçı 2017-ci ildə Ali Təhsil Akademiyası MMC-yə qəbul olmuşdur (xx.xx.2017-ci il tarixli 104 saylı Əmr).Biznes, Hüquq və Sosial Elmlər Fakültəsinin təhsil şurasının 20 may 2022-ci il tarixli qərarı ilə İddiaçı Biznes İdar əçiliyi bakalavr dərəcəsi təqdim edilmişdir (Protokol N: 6) (xx.xx.2022-ci il tarixli 02/33 saylı əmr). Nəzərə alın ki, Mərkəz qeyd edilən faktla əlaqəli hüquq mühafizə orqanlarına məlumat vermişdir.”
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəfi qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydalarf’nın 3.2.2-ci bəndinə əsasən bakalavr təhsili üzrə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən ( o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir.
32. Bununla yanaşı Tanınma üzrə Azərbaycan Respublikası Preziden tinin xx.xx.2023-cü il tarixli, 2306 saylı Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması” Qaydalarının 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir ki, bu tələb, yerli qanunvericliyin müəyyən etdiyin normativlərə nisbətdə iddiaçının vəziyyətini yüngülləşdirsə də iddiaçının ali təhsil müəssisəsində sessiyalarda əyani təhsil forması üzrə iştirak həcmi bu tələblə uyğunsuzluq təşkil etmişdir.
33. Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar işlər üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-1783/2024 saylı qərarında deyilir ki, “Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublik asının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.”
34. Daha sonra həmin qərarda yazılmışdır ki, “iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrin in “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə tələb olunan müddətdə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.”
35. Həmçinin qeyd edilməlidir ki, iddiaçı distant texnologiyalardan istifadə edərək təhsil aldığını bildirsə də, universitet tərəfindən distant texnologiyalardan istifadəyə dair müqavilə, distant texnologiyanın tətbiqi mexanizminə dair hər hansı sənəd (hansı müddətdə dərslərin online olması, imtahanların hansı qaydada verilməsi və s.) təqdim edilməmişdir.”
36. Hazırkı işin faktiki hallarında əyani təhsilalma forması üzrə tədrisin distant texnologiyalarla tədrisini sübut edəcək sənədlər təqdim olunmamış, təqdim olunmuş arayışın mötəbərliyi isə ali təhsil alınmış ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən təsdiq olunmamışdır.
37. Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati Kollegiyasının oxşar işlər üzrə (əyani təhsilalma formasına nisbətdə) xx.xx.2022-ci il tarixli, 2-1 (102)-144/2022 nömrəli Qərarının ardıcıl olaraq 39-cu, 40-cı və 41-ci bəndlərində qeyd edilir: “Cavabdehin Dövlət Sərhəd Xidmətindən əldə etdiyi sərhədkeçmə haqqında məlumatdan görünür ki, idd iaçı təhsil aldığı müddət ərzində birinci və ikinci il ümumiyyətlə Ukrayna Respublikasında olmamış, üçüncü ildə 13 gün, dördüncü ildə isə 3 ay 14 gün olmuşdur. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının auditoriya dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbə xş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.”
38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(103)1727/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir.