Məhkəmə qərarları › İş №2-1(102)-1110/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1110/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1110/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddianın geri götürülmüş sayılmasının prosessual əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X1, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı ("xxxx" Kompani MMC üçüncü şəxs olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bak ı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-661/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (bundan sonra mətndə cavabdeh), “X2” MMC və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzi bati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1139/2020 saylı qərardadı ilə (hakim: Ş.A.Həsənova) iddiaçının iddia ərizəsini geri götürülməsi barədə ərizəsi təmin edilmiş və iş üzrə icraata xitam verilmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdiyindən Azərbaycan Respublikası İPM-in 55-ci maddəsinə əsasən iddia geri qaytarılmalıdır.

4. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-661/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və V.M.Ağayev) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1139/2020 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəmə icraatından yayınması iş materialları ilə müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır.

7. Hazırda üçüncü şəxs “X2” apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1139/2020 saylı qərardadının qüvvədə saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətinin dəlillərinə görə, işə baxılarkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun qərarlarının, Azərbaycan Dövlətinin tərəfdar çıxdığı və ratifikasiya etdiyi Beynəlxalq Qanunların, maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, sübutlara obyektiv hüquqi qiymət verilməmiş, üçüncü şəxs tərəfindən irəli sürülmüş sübut və dəlillər müzakirəsiz buraxılmış, "xxxx" Holdinq Kompani MMC-nin xeyrinə qiymətləndirilməli olan işin halları, sübut lar, maddi və prosessual hüquq normaları qeyri-qanuni olaraq iddiaçının xeyrinə istiqamətləndirilmiş, məhkəmə öz qərarını həqiqətə uyğun olmayan və qanunlara zidd olan mülahizələri ilə əsaslandırmış, bununla da üçüncü şəxsə münasibətdə qeyri-obyektiv və ədalətsiz olmasını açıq-aşkar nümayiş etdirmiş, nəticədə də əsassız, qanunsuz və ədalətsiz qərar çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5 İddiaçı iddiadan imtina etd ikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizə verərək inzibati işin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizə təmin edilməli, iş üzrə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsi şikayəti təmin edərək bildirmişdir ki, iddiaçının məhkəmə icraatından yayınması iş materialları ilə müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prose ssual əsaslar olmamışdır.

20. Hazırda üçüncü şəxs apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş edir.

21. Məhkəmə kollegiyası üçüncü şəxsin mövqeyini əsassız hesab edərək bildirir ki, şikayət qanunvericiliyin müddəalarına zidd olduğundan təmin edilə bilməz. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli qərarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, adı çəkilən qərarda Konstitusiya Məhkəməsi qe yd etmişdir: “İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsi nin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur”.

22. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə iddianın geri götürülmüş sayılması üçün əsas şərt şəxsin 30 gündən artıq müddətə məhkəmə icraatından yayınmasıdır.

23. İş materiallarından görünür ki, iş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra ilk məhkəmə iclası 20 iyul 2020-ci il tarixə təyin edilmiş, mövcud pandemiya vəziyyəti ilə əlaqədar məhkəmə iclası keçirilməmiş və işin baxılması 08 sentyabr 2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə bildirişinin göndərildiyi zərf ünvana çatdırılmadan geri qaytarılmışdır. (səh 103)

24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, qanunverici iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Buna görə də belə qarardadın çıxarılmasından öncə məhkəmə mütləq iddiaçı tərəfə ünvanlanmış və onun qaldırdığı iddianın taleyi baxımından ciddi prosessual nəticələrlə üzləşə biləcəyini özündə aydın əks etdirən tələb irəli sürməlidir. Məhkəmənin həmin tələbi isə iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır. Yalnız məhkəmənin tələbinin iddiaçı tərəfə çatdırıldığının sübut olunduğu və digər şərtlərin ödənildiyi hallarda iddia məhkəmə tərəfindən geri götürülmüş sayıla bilər.

25. Hazırki halda, iddiaçının 30 gündən artıq müddətə məhkəmə icraatından yayınması halı öz təsdiqini tapmır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmə icraatından yayınması iş materiallarından müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərba ycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır.

27. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-661/2021 saylı iş üzrə 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar