Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1110/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Açar sözlər: (şəhid statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (7.05.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dаir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 2-1(103)433/2022 nömrəli qərarından iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının oğlu X6 26 noyabr 1987-ci il tarixdə Abşeron rayonu Saray Qəsəbəsində anadan olmuşdur.
2. Baş letenant X6 24 iyun 2011-ci il tarixdən N fevral 2014-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, N fevral 2014-cü il tarixdən istefaya buraxılmışdır. X6 26 iyun 2015-ci il tarixdə vəfat etmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş tibbi xasiyyətnamənin surətinə əsasən hərbi hissədə xidmət etdiyi müddət ərzində başleytenant X6 bir neçə dəfə xəstəliyi ilə əlaqədar olaraq hospitallarda stasionar müalicədə olmuşdur. Belə ki, hərbi qulluqçu xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “diskogen mən şəli bel-oma radikuliti” diaqnozu ilə SQ. Baş Kliniki Hospitalında vg xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Hərbi qulluqçu təkrar xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2013-cü il tarixdə “sol tərəfli sakroileit” diaqnozu ilə SQ. Baş Kliniki Hospitalına stasionar müalicəyə qəbul olmuşdur.
4. İddiaçı mərhum oğlu Yusif Abdullayevə şəhid statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2020-ci il tarixli 1/A-11605 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-c ı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum baş leytenant X3 döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansi ya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.1987-ci ildə doğulmuş Baş leytenant X4 “Şəhid” adı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.1987- ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində doğulmuşdur. Avqust 2006-cı il tarixdən Abşeron rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə getmişdir. 2 (iki) il Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, sonra Heydər Əliyev adına Ali hərbi məktəbi oxumuşdur. xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə 5-ci tabor 14-cü bölükdə tağım komandiri vəzifəsində xidmət etmiş və hərbi rütbəsi baş leytenant olmuşdur. X6 xx.xx.2013-cü il tarixdən xx.xx.201 3-cü il tarixədək “diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə SQ Baş Klinik Hospitalında və xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Təkrar xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2013-cü il tarixdə “sol tərəfli Sakroileit” diaqnozu ilə SQ. Baş Kliniki Hospitalında stasionar müalicəyə qəbul edilmişdir. Vəziyyəti ağır olduğundan xx.xx.2013cü il tarixdə Türkiyə Respublikası Gülhanə Tibb Akademiyasına göndərilmişdir. Türkiyə Respublikası Gülhanə Tibb Akademiyasında əməliyyat olunmuşdur. Müalicəsi bitdikdən sonra xx.xx.2014-cü il tarixdə SQ BKH-na qayıdıb hospitaliza olunmuşdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş “X2 bildirilir ki, oğlunun xəstəliyi D iskogen soltərəfli L5, sağtərəfli Sİ radiokulopatiyası, natamam remissiya mərhələsində xəstəlikdir və hərbi xidmət dövründə alınmışdır. 26 iyun 2015-ci il tarixdə oğlu ölmüşdür. X3 aldığı xəsarət hərbi xidmət dövründə aldığından şəhid adı və ailəsinə “şəhid ailəsi statusu” verilməli idi.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş he sab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarından məlum olur ki, mərhum baş leytenant X1 yaranan problemlərlə bağlı 11 iyun 2013-cü il tarixdən 13 iyul 2013- cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, 15 iyul 2013-cü il tarixdən 23 oktyabr 2013-cü il tarixədək Gülhanə Hərbi Tibb Akademiyasında, 24 oktyabr 2013-cü il tarixdən yenidən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicədə olmuş, 15 iyul 2013-cü il tarixdən Türkiyə Respublikasının Gülhanə Tibb Akademiyasına göndərilmiş, əməliyyat olunmuş, 24 oktyabr 2014-cü il tarixdə SQBKH hospitalizə olunmuş, 26 iyun 2015-ci il tarixdə vəfat etmişdir. İnzibati iş materiallarında olan 27 noyabr 2013-cü il tarixli xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, iddiaçının oğlu mərhum baş leytenant X6 Silahlı Qüvvələrin Baş X5 Profilli Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş hərbi xidmətə yararsız hesab edilmişdir. Bununla belə mərhum Y.İ ddiaçı xəstəliyi hərbi xidmət dövründə alınsa da ölümü döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində təsbit edilən “şəhid” statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir
9. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli 2-1(112)-4408/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdır.
11. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindək i icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 2-1(103)-433/2022 nömrəli qərarı ilə (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kasasiya şikyətində qeyd etmişdir ki, mərhum Y.Abbasovun atəş kəs dövründə düşmənlə təmas xəttində yerləşən hərbi hissədə düşmənlə üzbəüz səngərlərdə və postlarda döyüş növbətçiliyinə cəlb edilərək döyüş tapşırığı yerinə yetirdiyi və məhz həmin dövrdə yaranan xəstəlik nəticəsində hərbi hissədən buraxıldığı və məhz hərbi hissədə xidmət zamanı yaranan xəstəliklə həlak olması danılmaz faktdır. Lakin bütün bunlara baxmayaraq məhkəmə bu münasibətləri tənzimləyən normaları düzgün tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, hazırkı halda şəhid statusu verilməsi tələb olunan Y.Abdullayev atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasa da, məhz döyüş tapşırığının icrası zamanı aldığı xəstəlik səbəb indən həlak olmuşdur. Bu xəstəliyin müalicəsinin olmaması, aylarla və illərlə davam etməsi Y.Abdullayevin iradəsindən asılı olmamışdır. Məhz atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı başlanan xəstəlik səbəbindən həlak olmuşdur. Bu səbəbdən də xidməti vəzifəsini davam etdirə bilməmiş, məhz bu səbəbdən də təxris olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyə tdir. 18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 2-ci maddəsinin birinci hissəsi. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 3 Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil mü əssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı Bənd 1.2.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bənd 4.1 Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bi lər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəmsi tərəfindən işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının mərhum olğu Y.Abdullayev 2006-cı ildə hərbi xidmətə çağırılaraq hərbi xidmətə başlamış, daha sonra hərbi təhsil müəssisələrində təhsil almış, 2011-ci ildə təmas xəttində yerləşən hərbi xidmətini zabit rütbəsi ilə davam etdirmiş, 2013cü ildə xəstələnərək hərbi hospitalda müalicə almış və hərbi-həkim komissiyası tərəfindən onun xəstəliyi “hərbi xidmət dövründə almışdır” kimi şəhadətlən dirilmiş, N fevral 2014-cü il tarixdən istefaya buraxılmış və 26 iyun 2015-ci il tarixdə vəfat etmişdir.
27. Göründüyü kimi, mərhum, məhz, xidmətdə olduğu təmas xəttində yerləşən hərbi hissədə döyüş növbəsində xidməti vəzifəsinin icrası başında həlak olmamışdır
28. Hazırkı qərarın 19-cu bəndində qeyd olunan müddəlarının mənasından göründüyü kimi, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçunun həlak olması, məhz, döyüş tapşırığının icrası zamanı və anında baş verməli və bu həlak olma hərbi hissənin arayışı ilə öz təsdiqini tapmalıdır ki, “şəhid” adı verilsin. Konkret halda isə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunvericiliklə müəyyən edilən belə həlak olma faktı baş verməmişdir.
29. Göründüyü kimi, mərhum Y.Abdullayevə şəhid statusu və onun ailəsinə şəhid ail əsi satutusu verilməsini zəruri edən faktiki şərtlər mövcud deyil. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin olunmasından imtina olunması qanuni və əsaslıdır.
30. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-433/2022 nömrəli 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qə